Mərifət məbədinin qapıçıları - müəllimlər

Söhbət Şirvan şəhərindəki Nofəl Quliyev adına 9 saylı tam orta məktəbdən gedir

Şirvan şəhərində, eləcə də respublikada öz yeri, öz çəkisi olan Azərbaycanın Milli Qəhrəmanı Nofəl Quliyevin adını daşıyan Şirvan şəhər 9 saylı tam orta məktəbi doğrudan təhsilimizin fəxarət yeridir, ünvanıdır. Bu imici həmişə qorumağa çalışan məktəbin hasara alınmış səliqəli həyətindən tutmuş yaşıllıq içində uyuyan Nofəl Quliyevin büstü üzərindəki gül-çiçək dəstələrindən də hiss etmək olur. 2 mərtəbəli məktəbin 1-ci mərtəbəsindəki səliqə-səhman, təmizlik, sakitlik də çox şeydən xəbər verir. "Məktəbimizin şəhidləri", "Şama dönmüş ömür", "Milli Qəhrəmanlar", "Məktəbimizin fəxrləri" guşələri arxada qalan tarixə hesablansa da, "İstedadlarımız" stendindəki "Xüsusi qabiliyyətlilər", "İntellekt istedadlar", "Yaradıcı istedadlar", "Akademik istedadlar" bu məktəbin müasir təhsil həyatından danışır. "Təhsil islahatları", "BMT-nin uşaq hüquqları konvensiyası", "Azərbaycan Respublikasının uşaq hüquqları haqqında qanunu" lövhələri ilə bərabər ölkəmizin rəmzləri və onlar haqqındakı məlumatlar da şagirdlərin intellektinə hesablanmış vacib, maraqlı təqdimatlardandır.

Məktəbin kifayət qədər böyük idman və konfrans zalları, zəngin kitabxanası daim şagirdlərin istifadəsindədir. əllimlər otağındakı hər bir kəsin hər an oxuya biləcəyi S.M.Qənizadəyə məxsus "əllim şərafət məbədinin qapıçısı və nicat yolunun rəhbəridir" kəlamı əllimə verilən dəyərdir. "Məktəbin problemi: Müasir yanaşmalardan istifadə yolu ilə bilikli, işgüzar, həyatla ayaqlaşa bilən əsil vətəndaşlar yetişdirməkdir" yazılmış lövhə ilə bərabər "Pedaqoji texnologiyalar", "Fəal interaktiv təlim", "Kurikulum islahatı təhsilimizin əsasıdır", "Məktəbdə psixoloji xidmət", "Pedaqoji kömək, metodiki tövsiyələr, təlimatı materiallar", "Şagird nailiyyətlərinin qiymətləndirilməsi", "Məktəbə rəhbərlik və nəzarət", "Qabaqcıl təcrübənin ünvanı", "Bildiriş və elanlar" sözləri yazılmış lövhələr də əllimlər otağında çox səliqə ilə sıralanıb. Heydər Əliyevin müdrik baxışlı rəsmi altında isə onun dərin məzmunlu sözləri yazılıb: "Hər birimizdə əllimin hərarətli qəlbinin bir zərrəsi vardır".

Məktəbin fənn kabinetləri də bir-birindən səliqəli və maraqlıdır. Dərs prosesinə mane olmamaq üçün bütün kabinetləri gəzə bilməsək də, baş çəkə bildiyimiz otaqlar xeyli maraqlı və təqdirəlayiqdir. Rus dili kabinetində bu böyük dövlətin rəmzlərindən tutmuş xəritəsinə kimi bütün məlumatlar, rus alim və klassiklərinin şəkilləri ayrıca qayğı ilə sıralanmışdır. Fizika kabineti də bu elmə aid müdrik fikirlərlə zəngin olmaqla bərabər zəngin laboratoriyası ilə öyünə bilər. Biologiya kabinetində siyasi məlumatlarla bərabər bu elmə aid "Canlılar guşəsi" xeyli maraqlıdır. "Təbiət zarafat götürmür, o ciddi və çətindir. Çaşqınlıqlar və yanlışlıqlar insanlardan baş verir" kəlamı yazılmış lövhə xeyli düşündürücüdür. 30 illik pedaqoji təcrübəsi olan Xalid Malik oğlu Səlimovun yaratdığı tarix kabineti gərgin əməyin məhsuludur. Azərbaycan Respublikasının Dövlət rəmzləri yazılmış lövhələr xüsusi zövqlə sıralanıb. "Qan yaddaşı", "İtirdiyimiz Azərbaycan əraziləri", "Abidələr tarixin yaddaşıdır", "Şəhərimizin tarixi", "Konstitusiya müstəqil dövlətimizin təntənəsidir", "Biz kimik" kimi lövhələr və stendlər tarix kabinetinin məhsuludur.

 

Öyünməli tarix

 

Şirvan şəhəri, N.Nərimanov küçəsi 11 A ünvanında yerləşən 3500 kavdrat metr ümumi sahəyə malik 9 saylı məktəb 01 avqust 1963-cü ildə 8 illik beynəlmiləl məktəb kimi 19 sinif, 326 şagird, 27 nəfər əllimlə fəaliyyətə başlamışdır. Bu tədris ocağı 1968-69-cu tədris ilindən 10 illik məktəbə çevrilmişdir.

Şərəfli tarixə malik olan bu məktəbin öyünməli məzunları çoxdur. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılov, iqtisad elmləri doktoru Niyazi Həsənov, tarixi romanlarəllifi Yunis Oğuz, Gəncə Hərbi Qarnizonun prokuroru, mərhum Ceyhun Muradov, Prezident Aparatının mətbuat şöbəsinin əməkdaşı Nizaməddin Quliyev, Milli Təhlükəsizlik Nazirliyinin general-mayoru Fəxrəddin Təhməzov bu məktəbdə təhsil almışlar.

Məktəbin fəaliyyəti dövründə Hicran Cəbiyeva, İradə Sarıyeva qızıl, Sabutay Babayev, Xuraman Əsgərova, Mehbarə Nəsirova gümüş medal qazanmışlar.

"Demokratiya ilə sənlə başlayır" adlı layihənin qalibi X sinif şagirdi Nərmin Nəsirli Bakıdakı tədbirdən sonra qalib kimi 15 nəfərlik nümayəndə heyətinin tərkibində Belçikada - BMT-nin baş qərargahında olmuşdur. Məktəbin IX sinif şagirdi Pəri Qabil qızı Qasımzadə 600 min şagirdərisində 2010-cu ildə keçirilən "Heydər Əliyev uşaqların gözü ilə" inşa yazı müsabiqəsində III yer tutmuş, Mehriban xanım Əliyevanın dəstəyi ilə Fransa, Almaniya, Belçika, Niderland ölkələrində olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2010-cu il tarixli 987 nömrəli Sərəncamı ilə bu məktəb təhsil sahəsindəki uğurlarına görə 2009-2010-cu ildə keçirilmiş "50 ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.

 

(ardı gələn sayımızda)

Səxavət Məmmədli

ədalət.-2014.-22 yanvar.-S.7.