Mərifət məbədinin qapıçıları - müəllimlər

Söhbət Şirvan şəhərindəki Nofəl Quliyev adına 9 saylı tam orta məktəbdən gedir

 (əvvəli ötən sayımızda)

Ölkənin 40-a yaxın şəhər və rayonlarının təmsil olunduğu Azərbaycan Təhsil Şurasının "Təhsil və zaman" qəzeti ilə birgə təşkil etdiyi "Təlim keyfiyyətinin yüksəldilməsi problemləri" adlı elmi-praktik konfrans 05 sentyabr 2013-cü ildə bu məktəbdə keçirilmişdir.

Pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin eyni adlı konfrans məruzəsi çox böyük maraqla dinlənilmişdir. Məktəbin IX sinif şagirdi Təranə Famil qızı Ağamalıyeva Ümumdünya Poçt İttifaqının təşkilatçılığı ilə "Azərpoçt" MMC tərəfindən 2013-cü ildə keçirilən inşa müsabiqəsində 48 min şagird arasında III yeri tutmuşdur. Beləcə, məktəbin tarixindəki çox maraqlı hadisələri sadalasaq xeyli vaxt aparmış olarıq.

Məktəb olimpiadaların fəal iştirakçısıdır

9 saylı tam orta məktəb son illərdə fənn olimpiadalarının respublika mərhələsində müvəffəqiyyətlə iştirak etmişdir. Belə ki, 2008-ci ildə məktəbin X sinif şagirdi Azərbaycan dili və ədəbiyyatı fənni üzrə, 2009-cu ildə daha bir XI sinif şagirdi, 2010-cu ildə isə məktəbin 2 nəfər şagirdi - riyaziyyat fənni üzrə Mehdi Axundov, kimya fənni üzrə isə Mirfamilə Əhmədova IV yeri tutmuş və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşlar. Ötən dərs ilində keçirilən Azərbaycan Uşaqlarının I Forumunda məktəbin IX sinif şagirdi Şirəliyeva Xanbacı Şirəli qızı uğurla çıxış etmişdir. 2011-ci ildə Bakı şəhərində keçirilən Beynəlxalq Ana dili gününə həsr olunmuş VIII ənənəvi "Ana dilini sevək, sevdirək" müsabiqəsinin şeir kateqoriyasında bu məktəbin şagirdi İlahə Sadıqova respublika mərhələsində II yeri tutmuş, bürünc medala, diploma və 200 manat pul mükafatına layiq görülmüşdür.

Bu da məktəbin direktoru Əlizadə əllim

9 saylı tam orta məktəbin direktoru Əlizadə Nuru oğlu Hüseynov coğrafiya əllimidir, düz 35 ildir pedaqoji sahədə qüsursuz fəaliyyət göstərir. İş təcrübəsi geniş yayılmış Əlizadə əllimin 10-dan çox təltifi var. O həm də "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə mükafatlandırılıb. Pedaqoji sahədə göstərdiyi xidmətlərinə görə Prezident İlham Əliyevin 04 oktyabr 2010-cu il 1132 saylı Sərəncamı ilə "Əməkdar əllim" fəxri adına da layiq görülüb.

Yeri gəlmişkən qeyd edək ki, Əlizadə əllimin ailə üzvlərinin hamısı ömürlərini əllimlik kimi müqəddəs bir peşəyə bağlamışlar. Həyat yoldaşı Lətifə xanımla bərabər qızları Sona da, Aysel də pedaqoji sahədə özlərini yaxşı tanıda bilmişlər. Ailənin kiçiyi Jalə də tələbəlik illərindən sonra əllim kimi fəaliyyətə başlayacaq.

Əlizadə əllim başçılıq etdiyi kollektiv haqqında ürəklə danışır və hiss edilir ki, o bir əllim kimi də öz peşəsini çox sevir:

- Sabahın ən böyük alimini ilk gündən biz əllimlər hazırlayırıqsa, bundan gözəl, bundan şərəfli hansı sənət ola bilər? Gəzib gördüyün bu məktəbin 30 sinif otağında 607 nəfər şagird təhsil alır. 64 nəfər əllim də ömürlərini bu şagirdlərin təhsilinə, təliminə həsr edib. Öz kollektivim olduğu üçün demirəm, doğrudan öz bilik və bacarıqlarını, təcrübələrini şagirdlərdən əsirgəməyən əllimlərim çoxdur. Məktəbi, fənn kabinetlərini, əllimlər otağını özün gəzib gördün. Bu məktəbdə çox nadir hallarda dərsdən yayınan və yaxud məktəbli forması geyinməyən şagirdlərə rast gələrsən. 40-dan çox kompyuter dəstinin, 3 proyektorun, müasir qurğu və avadanlıqların, o cümlədən 3 kompyuter otağının olması informatika dərsləri ilə bərabər digər fənlərin də müasir tələblərə uyğun tədris olunmasına şərait yaradır. Tədrisin keyfiyyətinə çox böyük təsiri olan kurikulumun tətbiqi və bununla əlaqədar əllimlərin ixtisasartırma kurslarına mütəmadi cəlb olunmasını daim diqqət mərkəzində saxlayırıq. Qabaqcıl, işgüzar, məsuliyyətli, öz peşəsini ürəkdən sevən Zöhrə Qurbanova, Sənəm Mirzəyeva, İradə Xəlilova, İradə Süleymanova, Təravət Hacıyeva, Solmaz Heydərova, Fərqanə Babanlı, Xalid Səlimov, Zenfira Qurbanova, Mətanət Mirzəyeva kimi əllimlərimiz var. Bu kollektivlə dağı dağ üstə qoymaq olar. Ona görə də əminəm ki, ən böyük uğurlarımız hələ qabaqdadır.

Zəruri əlavələ

Ola bilsin ki, məktəb direktoru təvazökarlıq göstərib bəzi zəruri faktları qeyd eləmədi. Ancaq bunları qeyd etmək mütləq lazımdır. 2013-cü ilə kimi məktəbin 47 şagirdi ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayıb ki, onlardan 32 nəfəri 2007-ci ildən sonraya təsadüf edir. 600 bal toplayan 9 şagirddən 7 nəfərinin uğuru da haqqında danışılan ildən sonraya düşür. 2011-ci ildə 675 bal toplayan Hafiz Vəliyev, 2012-ci ildə 677 bal toplayan Anar Rəşidov Prezident təqaüdünə layiq görülmüşlər. 2006-cı ildən isə belə uğurlar qazanan məktəbə Əlizadə Nuru oğlu Hüseynov rəhbərlik edir.

Yaxın vaxtlarda xeyli uğurları olan Şirvan şəhər 9 saylı tam orta məktəbin 50 illik yubileyi keçiriləcək. Yəqin onda məktəbin məzunları ilə bərabər dəvət olunacaq qonaqlar da bu məktəb haqqında öz ürək sözlərini söyləyəcəklər.

Bu günün əlaçı şagirdi sabahın alimi, mütəfəkkiri, şairi, həkimi, müəllimidir. Bax ona görə də bu peşə belə müqəddəs, ülvidir.

Öyünməli şagirdləriniz çox olsun, əziz müəllimlər!

Səxavət Məmmədli Ədalət.-2014.-23 yanvar.-S.7.