"MƏN BİR DAĞ ÇAYIYAM"...

 

İkinci dəfə idi onun evində qonaq olurdum. Amma hər ikisində də ağzımı açıb, bir sual vermək belə içimdən keçmədi. O qədər maraqlı, dolğun, həzin, özünəməxsus sinonimlərlə dolu ifadələrlə söhbətlər edir ki, nəsə soruşmağa ehtiyac duymursan. O, bir canlıəfsanədi. Söhbətləri o qədər şirin, maraqlıdır ki, anca susub dunləmək istəyirsən. Özünü gözlərinə yığmaq, sözlərini yaddaşına həkk edib əzbərləmək, soy-kökünə məxsus ləhcəsini sonsuzadək dinləmək istəyirsən. Amma xəstə ziyarətçisinin ən yaxşısı erkən gedənidir,deyirlər. Söhbətindən doymasaq da, müalicədən yenicə dönmüş şairi yormaq istəmirik.

Onlar - qarşımdakı saç-saqqalı ağarmış, vaxtından əvvəl ahıllaşmış, baxışları sozalmış, xəstəliyin üzündən sifəti avazımış, nəfəsini çətinliklə alaraq, hərdən öksürərək danışan Zəlimxan Yaqub və qapqara saçları, iri cüssəsi ilə nəzəri cəlb edən, qartal baxışlarınabənzəyən iti gözləri, şaqraq səsi ilə tribunaları cingildədən, divarları titrədən, insanı içindən silkələyib ayıldaraq gözünə işıq, qəlbinə nur verən, vətənpərvərliyə, soyuna, kökünə, ilkinə, əzəlinə, yurd-yuvana, el-obana, adət-ənənənə, milli qüruruna, el sənətinə, xalqmusiqisinə, Tanrına, Yaradanına səsləyən, hər şeiri bir gerçək həyat hekayəsini, hər poeması bir yaşanmış dastanı xatırladan, kəskin zəkaya, iti sözə, havalı ürəyə, odlu könülə malik, zəngin təfəkkürün məhsulu olaraq sıraya düzülmüş ilahidən gələn misralara nizamverən ... Zəlimxan Yaqubun arasında susub qalmışdım. Bu xəyaldan çox əsl həqiqəti xatırladırdı. Divarda müxtəlif rəssamların əl işləri olan cürbəcür portretlərinin hamısında şair odlu-alovlu nitqini söyləyirmiş kimi baxırdı. Bu ikiləşməni özümdən uzaqlaşdırıb, nə qədərqarşımdakı böyük ustadı dinləmək istəsəm də alınmırdı. Hər iki Zəlimxan Yaqub eyni anda səslənirdi və mənim sakitcə hər ikisini dinləməkdən başqa əlacım qalmırdı. Bu ikiləşməni özümdən uzaqlaşdırmaq üçün kitabxanasına baxmaq bəhanəsiylə onu həmkarımlaburaxıb qalxdım. İş otağının hər iki divarını tutmuş zəngin kitabxanasında nələr yoxdu... dünya ədəbiyyatı - Avropa ədəbiyyatı, sovet ədəbiyyatı, Azərbaycanın təbabət elmindən tutmuş, folkloruna, ensiklopediyasına qədər hər cür rəngarənglik vardı burda. Buzənginliyin içərisində şair ən müasir gənc şair və yazıçılarımızı da unutmamışdı...

Onun saz muzeyi isə başqa bir aləmdi - saz suvenirlərindən başlamış, cürə saza və əsl saza kimi. Qədim el sənətimizin daşıyıcısı bu tutiyə insanın sazda çaldığı ruhu təzələyən havalarını xatırladım və dönüb şairə baxdım - görəsən sazı indi də dilləndirə bilirmişair - düşündüm. Soruşsam kövrələr, kədərlənər deyə, içimdə boğdum bu istəyimi.

Ensiklopedik yaddaşa, zəngin təfəkkürə, dərin zəkaya, tükənməz istedada, sağlam ruha malik bu insanı əslində saatlarca dinləmək istərdik, amma onu bu qədər yormaq insafsızlıq olardı.

Onun üçün çətin olduğu halda qarşıladığı kimi, bizi yola salmaq üçün də özü ayağa qalxdı. Təkidimizə, zəhmət çəkməməsini israrla istəməyimizə rəğmən qapıya qədər bizimlə gəldi. Bu, əsl Azərbaycan kişisinin qonaqpərvərliyinin nümunəsi idi.

Ondan ayrılarkən də içimdəkiləri söyləyə bilmədim. Bu, daha çox xəstəlikdənmi, yoxsa soy-kökündən gələn ağsaqqallıqdan, el-oba təəssübkeşliyindən, yurd həsrətli ruhundan bədəninə köçmüş erkən ahıllaşma onu olduğundan çox-çox yaşlı göstərirdi. Onun birmisrasını xatırladım: Şair dağ çayıdır, başı bəlalı... Baxı-baxıb susdum. Nə vaxtsa onu da itirəcəyimizi düşünüb qorxdum. Həmin dəqiqə onun daha uzun yaşaması üçün əlimdən gələni etməyə hazırdım. Üzünə baxıb demək istədiklərimin heç birini deyə bilmədim. Nikbingörünməyə, xəstəliyə qalib gəlməyə çalışsa da, solğun üzündən yorğunluq tökülürdü. Şaqraq səsli, dağ çayını xatırladan natiq susmuşdu, indi qarşımda yalnız ahıl Zəlimxan Yaqub dayanmışdı. Üzünə baxaraq demək istədiklərim çox idi: Amandır ustad, özündənmuğayat ol, xəstəliyə məğlub olma! Səndə elat kişilərinin təpərini, türk soyunun mədhini, Göyçə, Zəngəzur, Borçalının, Dəmir Qapı Dərbəndin, Qarabağın, Təbrizin havasını, nəfəsini, el sənətinin dəyərini, zərifliyini, Vətən, torpaq, yurd həsrətinin tərənnümünü, dinə-imana, Tanrıya, Allaha sidq-ürəklə tapınmanın səmimiliyini ... hiss edirik, görürük, duyuruq. Sən bizi tərk edərsən, biz Borçalını, Göyçəni, Zəngəzuru... əbədilik tərk etmiş olarıq. Sən kənd-şəhər mədəniyyətini ortaq məxrəcə gətirən, ədəbiyyatın, mədəniyyətin, adət-ənənənin kəndlə, şəhərlə deyil, insanlıqda, tərbiyədə, əxlaqda olduğunu sübut edən insansan. Sən sonsuz ilhamınla, zəngin təfəkkürünlə özündən müştəbeh çoxlarını susduran söz, nitq, sənət sahibisən. Sənə hələ çox ehtiyacımız var! Səndən öyrənməli çox məchullarvar. Allahdan sənə möcüzə kimi əta olunmuş, xəstə halında belə səni yatmağa qoymayıb sabaha qədər yazmağa vadar edən ilham çeşmən qurumasın! Xalq şairi adını almış çoxları var. Amma sən xalqın əsl şairi olaraq o ada möhürünü vurmuş birisən. Xalq şairininsözləri xalqının ən aşağı təbəqəsinin də dilində, müğənnilərin avazında əzbər olmalı, mahnılarda bəstələnməli, qiraətlərin özəyini təşkil etməlidir - sənin sözlərin kimi. O xoşbəxtliyi Tanrı səndən nəinki əsirgəməyib, hətta sənə bol əlli verib. Bu da açıq ürəyinin, dünyanınhər üzünü görsən də dəyişməyib sabit qalan amalının, sadə insanlığının, Vətən, yurd sevginin, itirilmiş torpaq həsrətinin, imanının, inancının, halallığının mükafatıdır. "Şairə öz xalqı "can!" deməlidi" yazmışdın bir şeirində, gözəl insan! Xalqın sənə "can!" deyir, sənisevir, qiymətləndirir. Sən Azərbaycan İNSANININ canlı portretisən - əxlaqınla, mədəniyyətinlə, halallığınla, savadınla, vətənpərvərliyinlə, sevginlə, ağsaqqallığınla, təəssübkeşliyinlə, varlığınla. Sən də xalqın üçün bu qədər varı qoru, böyük şair, böyük ustad, dəyərliziyalı, bizim üçün möhkəm ol!

Ayrılarkən, içindəki sonsuz zənginliyi kağıza köçürən əllərindən öpmək istədim. Üzündən öpdüm el ağsaqqalımın.

Qapıdan uzaqlaşınca arxamızca baxdı şair. Məsafə, zaman fərqi olmadan ayrılığa heç tabım olmadığından içimə bu ayrılığın kədəri çökdü. Dönüb şairə baxdım. Eləcə sakitcə, kədərli baxışlarıyla bizi yola salırdı. O an içimdən güclü bir istək keçdi: Görəsən şair buan nə düşünür?..

 

Ədalət.-2015.-15 avqust.-S.9.