33 sual

 

Sualları millət vəkili, professor, Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov cavablandırır.

 

Özünüzü "ƏN" şəkildə təqdim edin...

-Ən yaxşı müəllim.

Ən çox sevdiyiniz ədəbi cərəyan?

-Realizm.

Çağdaş ədəbiyyatımızda ən çox oxunan yazarlar kim(lər)dir?

- Ən çox oxunan heç kim. Elə bir yazıçı ya şair tanımıram.

- Gənc yazarlardan ən çox kimləri oxuyursunuz?

-Buna dəqiq cavab verə bilməyəcəyəm. Mən daha çox yaşlıları oxuyuram.

- Ədəbiyyatımızda ən aparıcı qüvvə fikrinizcə kimlər olmalıdır - nəzərdə tutulur - (gənc, orta, yoxsa yaşlı nəsil)?

-Mən bilən orta nəsil aparıcı qüvvə olmalıdır. Amma təəssüf ki, elə deyil. Daha çox yaşlı nəsil aparıcıdır. gün ən yaxşı əsərlərimizi Anar yazır, Elçin yazır, Nəriman Həsənzadə yazır, artıq Zəlimxan Yaqubu da yaşlı nəsilin nümayəndəsi hesab etmək olar. Bu yaxınlara qədər İsa Hüseynov yazırdı.

- Ən çox bəyəndiyiniz əsəriniz?

-Əksər əsərlərimi bəyənirəm.

- Ən az bəyəndiyiniz əsəriniz (hansı əsərininzi yenidən işləmək istərdiniz)?

-Ən az bəyəndiyim, həm ən maraqlı əsərim elə bilirəm ki, "XVII-XVIII əsrlər Azərbaycan intibahı" əsərimdir ki, onu yenidən işləmək istərdim çox güman ki işləyəcəm, təbii ki, əsas ideyalarını dəyişməmək şərtilə.

- Ən çox xoşladığınız peşə?

-Diplamat peşəsini daha çox xoşlayıram.

- Ən çox bəyəndiyiniz insani özəllik?

-Səmimilik.

- Ən çox bəyənmədiyiniz insani özəllik?

-Özündən razılıq.

- Ən çox sevdiyiniz yazıçı ya şair?

-Nəriman Həsənzadə.

- Ən çox hansı sosial şəbəkədən istifadə edirsiniz?

-Heç birindən.

- Ən çox sevdiyiniz geyim brendi?

-Heç bir fərqi yoxdur mənim üçün. Əsas odur ki, rahat olsun!

- Ən çox sevdiyiniz telefon markası?

-Həmişə işlətdiyim "Nokia" olub. O da ki, təsadüfən.

- Ən çox sevdiyiniz maşın markası?

-Bunun mənim üçün heç bir fərqi yoxdur. Bir balaca fərqi ola bilər, o da maşının genişliyi, "Cip" daha maraqlıdır mənim üçün.

- Ən yaxşı dostunuz kimdir?

-Axtaranda tapa biləcəyim dostum.

- Ən sevimli idman növünüz?

-Güləş.

- Ən çox hansı vacibdir? İş, sevgi, yoxsa istirahət?

-Hər üçü...

- Ən çox sevdiyiniz rəqəm üçün?

-7 rəqəmi. Amma bilmirəm üçün, beynimə elə düşüb.

- Ən çox sevdiyiniz rəssam?

-Mikayıl Abdullayev.

- Ən çox sevdiyiniz kinoflim?

-Yeddi oğul istərəm.

- Ən çox sevdiyiniz telekanal?

-AZ TV.

- Ən çox sevdiyiniz musiqi?

-Koroğlunun üverturası

Ən çox sevdiyiniz ədəbi janr?

-Qoşma.

- Ən çox sevdiyiniz azərbaycanlı aktyor?

-Adil İskəndərov.

- Ən çox sevdiyiniz teatr tamaşası?

- "Vaqif" tamaşası.

- Müasir qızlar və oğlanlarda ən xoşlamadığınız keyfiyyət?

-Bir-birini aldatmaq.

- Ən çox xoşladığınız şeir parçası?

-Neft mənim ölkəmə fəlakət oldu,

xeyir, nə də ki, bərəkət oldu.

Gəlmələr apardı kimsəsiz olduq

Yandıran ölkələr, yanan biz olduq.

 

(Nəriman Həsənzadə)

 

- Ən çox xoşladığınız atalar sözü?

-Nə əkərsən, onu da biçərsən.

- Ən çox həyatda nə ilə qarşılaşmısınız - məhəbbətlə, yoxsa nifrətlə?

-Mən bilən məhəbbətlə. Nifrət o qədər də çox olmayıb. Olanda da bilməmişəm nəyə görə olub.

- "ƏN" olmaq üçün etmək lazımdır?

-Adam olmaq lazımdır.

- Sizin üçün "ƏN" rubrikasında ən maraqlı sual hansı oldu?

-"ƏN" olmaq üçün etmək lazımdır?

- Ən çox hansı sualın sizə verilməsini istərdiniz?

-Bu dünyaya üçün gəlmisən?

 

Ədalət.-2015.-6 fevral.-S.6.