Xalçaçı ədib...

 

Azərbaycan Xalça Muzeyinin əməkdaşı Nərminə Babayevanın Azərbaycan xalçası kitabı işıq üzü görüb. Müəllif maraqlı faktlara toxunur, qədim xalça sənətimiz haqqında ətraflı məlumatlar verir.

 

Kitabda xalçaçılığın ilkin növləri olan həsir, buriya, çətən, xovsuzxovlu xalçalar, onların tarixi və məktəblərindən bəhs edilir. Xalça Muzeyində Uşaq muzeyinin fəaliyyəti də kitabda geniş işıqlandırılır. Nəşrdə Xalça Muzeyinin direktoru, xalça sənətinə dair 60-dan çox elmi əsərin, layihənin müəllifi, sənətşünaslıq doktoru, professor Röya Tağıyevanın fəaliyyəti və Azərbaycan mədəniyyətinin inkişafında gördüyü işlər də əksini tapıb.

 

Təranə Məlikova

Azərbaycan Xalça Muzeyinin əməkdaşı

Ədalət.-2015.-27 yanvar.-S.8.