Türk dünyasının qədim Şəkisi

 

 (əvvəli ötən saylarımızda)

 

İpəkçiliyin yem bazasının genişləndirilməsi məqsədilə rayonda yeni toxmaçar bağlarının salınması üçün yerlər müəyyən edilir, toxmacar tingi yetişdirilməsinə diqqət artırılır. Carı ilin payız mövsümündə 17 hektar sahədə yeni toxmacar bağı salınması üçün indidən hazırlıq işləri aparılır.

Rayonda kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi, məhsul istehsalının artırılması daim diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, baramaçılığın, tütünçülüyün, üzümçülüyün inkişafı üçün mütəmadi tədbirlər həyata keçirilmişdir.

Qeyd etmək lazımdır ki, istər bitkiçilik, istərsə də heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı, emal olunmasının təşkili, yeni emal müəssisələrinin yaradılması, istehsal olunan məhsulların satışına köməklik göstərilməsi, aqroservis xidmətlərinin genişləndirilməsi və s. qarşıda duran həlli vacib məsələlərdəndir.

Abadlıq və tikinti-quruculuq tədbirləri

 

2016-cı ilin I yarısında Şəkidə yenidənqurma, tikinti-quraşdırma işləri davam etdirilmiş ,ilin əvvəlində şəhərdə aparılacaq abadlıq, quruculuq işlərinin planı təsdiqlənmişdir. Nazirlər Kabinetinin cari ilin I yarısının yekunlarına həsr olunmuş iclasında cənab Prezidentin qeyd etdiyi kimi bu il dünya təcrübəsindən istifadə etməklə bütün rayon mərkəzlərində aztəminatlı əhalinin mənzil problemini həll etmək üçün sosial evlərin tikintisinə başlanacaq. Sosial evlərin tikintisi əlavə yerlərinin yaradılması, paralel olaraq 20-dək sahənin də, o cümlədən, inşaat sektorunun inkişafına təkan verəcək. Bu məqsədlə şəhərdə 750 mənzil tikintisi məqsədilə 9 mərtəbəli, 4 bloklu 12 ədəd bina tikintisinə təkliflər verilmiş, bu məqsədlə dövlət fond torpaqlarından 5 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş Baş Zəyzid kənd tam orta məktəbinin yeni binasının tikintisi üçün lazımi sənədləşmə işləri aparılaraq Təhsil nazirliyinə təqdim edilmişdir.

2015-ci il sentyabrın 4 də Şəkidə baş verən zəlzələ nəticəsində kəndlərdə və şəhərdə xeyli sayda evlərə ciddi ziyan dəymişdir. Dəymiş ziyanın dəqiqləşdirilməsi və bərpa işlərinin aparılmasına , müvafiq sənədlərin hazırlanması üçün dəvət olunmuş layihə təşkilatı tərəfindən 2048 evə baxış keçirilmiş, hər bir evlə bağlı müvafiq qərar qəbul edilmişdir. Podratçı təşkilat tərəfindən keçən müddət ərzində ən çox təhlükəli vəziyyətdə olan ailələr üçün 162 ədəd yeni fərdi yaşayış evi tikilmiş , 222 evdə bərpa gücləndirmə işləri aparılmışdır. Hazırda 32 evin tikintisi işi aparılır.

Təhsil, səhiyyə və mədəniyyət

sahələrində yeni uğurlar qazanılır

 

Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır . Sevindirici haldır ki, rayonun şagirdləri bir çox Respublika səviyyəli müsabiqələrdə uğurla çıxış etmiş və yüksək nəticələr qazanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu il 18-26 mart tarixində respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq" devizi ilə tur-aksiya keçirilmişdir . Tur aksiya zamanı Şəkiyə 6 şəhər və rayondan 270 nəfərə yaxın iştirakçı gəlmişdir. Tur-aksiya çərçivəsində məktəblilər şəhərin tarixini dərindən öyrənmiş, son illər Şəkidə görülən işlərlə yaxından tanış olmuşlar. Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən 2016-cı ilin I yarısında əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür. 2016-cı ilin I yarısında mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüş, müddət ərzində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmiş, tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə qeyd olunmuşdur.

Nazirlər Kabinetinin 2016-cı ilin I yarısının yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezident ölkəmizdə turizmin inkişafı ilə bağlı bir sıra problemlərin olduğunu xüsusi vurğulamış, bu əhəmiyyətli sahənin inkişafı ilə bağlı konkret tapşırıqlar vermişdir. "Valyuta gətirən sahələrdən biriturizmdir. Biz burada da çox böyük nəticələr gözləyirik. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Azərbaycanın dünyada tanıdılması istiqamətində çox böyük işlər görülüb. Azərbaycanda dünyanın diqqətini cəlb edən beynəlxalq tədbirlər keçirilir. Əsas məsələ turizm sənayesini yaratmaqdır". Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir. Şəkidə il ərzində xalqımızın zəngin mədəni irsinin təbliğinə həsr olunan müxtəlif festivalların keçirilməsi də rayonda turizmin inkişafına əhəmiyyətli dərəcədə kömək göstərmişdir.

 

Məzahir ƏHMƏDZADƏ

Ədalət.-2016.-11 avqust.-S.3.