Səlim Babullaoğlu ilə “İmzalı görüşolub

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda "İmzalı görüşlayihəsi çərçivəsində şair, tərcüməçi Səlim Babullaoğlu ilə görüş keçirilib.

 

Fonddan Adalet.az-a verilən məlumata görə, tədbirdə Bilik Fondunun əməkdaşları, Könüllülər Birliyinin üzvləri, ədəbiyyatsevər gənclər iştirak ediblər.

 

"İmzalı görüşlayihəsinin əsas məqsədi haqqında tədbir iştirakçılarına məlumat verən Fondun icraçı direktoru Oktay Səmədov gəncləri Səlim Babullaoğlunun yaradıcılığı ilə tanış edib.

 

Sonra şair yeni çapdan çıxmış "İlyas Göçmənin şəkil dəftəriadlı kitabının ərsəyə gəlməsindən danışıb. Səmimi şəraitdə keçən görüşdə tədbir iştirakçıları onları maraqlandıran suallara cavab alıblar. Səlim Babullaoğlu gənclərə bir-birindən maraqlı şeirlərini oxuyub. Sonda müəllif imzalı kitablarını görüş iştirakçılarına hədiyyə edib.

 

Bilik Fondu "İmzalı görüşlayihəsi çərçivəsində 2015-ci ilin aprel ayından başlayaraq gənclərin mütaliəyə marağını stimullaşdırmaq üçün onları sevilən yazarlarla, şairlərlə görüşdürür. Çağdaş dövrün yazarları ilə keçirilən görüşlərdə onların əsərləri müzakirə olunur, müasir ədəbi proseslər barədə fikir mübadiləsi aparılır. "İmzalı görüşlayihəsi çərçivəsində Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas yazıçı-publisist Rəşad Məcid, Xalq yazıçısı Çingiz Abdullayev, uşaq yazarları Sevinc Nuruqızı, Aygün Bünyadzadə, Mehriban Nağıyeva ilə görüşlər keçirilib.

 

Ədalət.-2016.-1 dekabr.-S.4.