Muğam Qəsri kitabı işıq üzü gördü

 

"Muğam Qəsri kitabı işıq üzü gördü Bu gün sizə təqdim edilən "Muğam Qəsri ensiklopedik toplu yazıçı-punlisit Saminə Hidayətqızının "Göy qurşağı layihəsindən ikinci kitabıdır.

 

Kitabda muğamın tarixinə tədqiqat baxımından yanaşılmış, qədim dövrlərdən üzü bəri klassik muğam bilicilərinin yaradıcılığı, onların həyat yolu araşdırılmışdır. Təkcə Azərbaycan musiqi xadimləri deyil, xaricdə yaşayan muğam haqqında düşüncələri topluya gətirilmişdir. Kitabdakı canlı müsahibələr müxtəlif vaxtlarda (2000-2016-cı illər) qələmə alınmış respublikanın mətbu orqanlarında "Sarı Sim rubrikası altında dərc edilmişdir. Ensiklopedik toplu musiqi sahəsində təhsil alan tələbələr, muğam həvəskarları, tədqiqatçılar, eləcə kütləvi oxucular üçün nəzərdə tutulur. Xatırladaq ki, oktyabr ayının 5-də Beynəlxalq Muğam Mərkəzində yazıçı Saminə Hidayətqızının "Muğam Qəsri kitabının təqdimatı keçirilib.

 

Ədalət.-2016.-1 dekabr.-S.4.