AĞ GÜNLƏRİN ÜNVANI
REGİON
(əvvəli
ötən sayımızda)
Ağjabədi rayonunun sosial-iqtisadi inkişafı təkjə onun kəndlərində yox, həm də şəhərində də kompleks şəklində həyata keçirilir. Ona görə də bu gün şəhərdə jərəyan edən hadisələrin fonunda yenidənqurmanı, tikinti-abadlığı görməmək, ondan yan keçmək mümkün deyil. Əgər təkjə bu ilin ilk ayında ölkə prezidenti İlham Əliyev jənablarının dünyanın iqtisadi durumunda baş verənlərlə bağlı Azərbayjan gerçəkliyinə münasibətini xatırlasaq, xüsusilə jənab prezidentin son çıxışlarını nəzərdən keçirsək, onda görərik ki, bütün ölkəmiz kimi Ağjabədi şəhərində də inkişafın özünəməxsus təməli qoyulub və bu təməl üzərində də şəhərin inkişaf layihəsi həyatda təsdiqini tapır.
Bəli, Ağjabədi şəhərinin görünüşünün dəyişməsi danılmaz bir həqiqətdir. Bu mənada şəhərin küçə və prospektlərində aparılan təmir-abadlıq işlərinə nəzər salsaq, onda görərik ki, ötən il şəhər ərazisində 40700 kv.metr asfalt örtük salınmış və bu asfalt-beton örtüyünün davamlılığını artırmaq üçün yol kənarlarındakı sel sularının axını kanalları da tam bərpa olunmuşdu. Bu da yolun dağılıb tez sıradan çıxmasının qarşısını alan əsas şərtlərdən biridi. Eyni zamanda şəhərin Heydər Əliyev prospektində, Nəsimi və Hüsü Hajıyev küçələrində 2210 kv.metr yeni səki salınmış, 2210 kv.metr isə tamet döşənmişdi.
Məlum olduğu kimi, yol kənarı səkilərin səliqəli, həm də yolun səviyyəsindən nisbətən hündür olması həm təhlükəsizlik baxımından, həm də piyadaların hərəkəti üçün çox önəmlidir. Elə buna görə də rayon ijra hakimiyyətinin başçısı Şahin Məmmədov görülən işlərə xüsusi tələbkarlıqla yanaşır və hər bir məsələnin vaxtında, köklü şəkildə həll olunmasını aidiyyəti qurumların rəhbərlərindən tələb edir.
Bu gün Ağjabədidə şəhərin ümumi gözəlliyini bir az da artıran işlərin sırasında parkların və meydanların yaşıllaşdırılması, burada köklü işlərin görülməsi, xüsusilə rayonun hər bir sakini üçün müqəddəs ünvan olan Şəhidlər Xiyabanının, Böyük Vətən müharibəsi iştirakçıları, Xojalı fajiəsi, 31 mart Azərbayjanlıların soyqırımı və torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə şəhid olanların abidə kompleksinin müasir tipli bir formada qurulub yaşıllıqlarla əhatə edilməsi həqiqətən də ürəkaçandı. Bu abidə kompleksinin ərazisində olanda insan daxilən bir rahatlıqla yanaşı, həm də qürur hissi yaşayır. Bu da onu göstərir ki, Ağjabədidə təkjə torpağı əkib-bejərmək yox, həm də onu qoruyanları, onun uğrunda şəhid olanları uja tutmağı çox gözəl bajarırlar.
Aparılan abadlıq işləri içərisində şəhər mərkəzində kənd təsərrüfatı idarəsinin inzibati binası, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə hissəsinin inzibati binasının tikilib istifadəyə verilməsi şəhərin mənzərəsini bir az gözəlləşdirmişdi. Ümumiyyətlə isə şəhərin bütün küçə və prospektlərində, yollarında işıq xətlərinin yenilənməsi, dəmir dirəklərin daha dayanıqlı olması üçün lazım olan yerlərdə dəyişdirilməsi, kabel xətlərinin çəkilməsi, rabitə əlaqəsinin daha da müasirləşdirilməsi görülən işlərin təkjə statistikası deyil. Bu həm də şəhər sakinlərinə xidmətin daha bir göstərijisidir.
Regionun inkişaf etmiş və artıq öz simasını köklü şəkildə dəyişmiş mərkəzlərindən birinə çevrilən Ağjabədi şəhəri təhsildə, səhiyyədə, mədəni-kütləvi tədbirlərin keçirilməsində qazandığı uğurlara görə də bu gün haqlı olaraq seçilir və diqqət mərkəzində öz yerini qoruyub saxlayır. Bu mənada elə yeri gəlmişkən, onu da xatırlatmaq lazımdır ki, Ağjabədidə səhiyyəyə də xüsusi diqqət göstərilir. Təbii ki, bu da insan faktoruna olan diqqətin göstərijisidir. Həmin diqqətin çalarlarını gözdən keçirəndə məlum olur ki, bu gün Ağjabədidə mərkəzi xəstəxanası və poliklinika fəaliyyət göstərir ki, buraya da təkjə şəhər əhalisi deyil, həmçinin rayonun kəndlərinin, həmçinin yaxın ətrafın insanları da böyük ümidlə üz tuturlar. Bu xəstəxana və poliklinikada təjrübəli həkimlər insanlara şəfa bağışlayır, onların müalijəsi ilə ən müasir tibbi avadanlıqlardan istifadə etməklə məşğul olurlar.
Faktiki olaraq bu gün Ağjabədidə çalışan həkimlər peşəkarlığı, onların öz biliklərini artırmaq istəkləri göstərilən xidmətin nətijəsində özünü büruzə verir. Bax, bu mənada rayon ərazisində məskunlaşmış - rayon əhalisi onlarla birlikdə artıq Ağjabədi sakininə çevrilmiş - məjburi köçkün soydaşlarımıza öz isti qujaqlarını açmaqla bahəm, həm də onların təhsil, səhiyyə, mədəniyyət sahəsində olan tələbatlarının da aradan qaldırılmasında qayğılarını əsirgəmirlər.
Faktiki olaraq bu gün Ağjabədidə çalışan həkimlər peşəkarlığı, onların öz biliklərini artırmaq istəkləri göstərilən xidmətin nətijəsində özünü büruzə verir. Bax, bu mənada rayon ərazisində məskunlaşmış - rayon əhalisi onlarla birlikdə artıq Ağjabədi sakininə çevrilmiş - məjburi köçkün soydaşlarımıza öz isti qujaqlarını açmaqla bahəm, həm də onların təhsil, səhiyyə, mədəniyyət sahəsində olan tələbatlarının da aradan qaldırılmasında qayğılarını əsirgəmirlər.
Birmənalı şəkildə qeyd etmək olar ki, bu gün Ağjabədidə yaradılan tibbi şəraitin imkanları hesabına müxtəlif xəstəliklərin qarşısnıın alınması istiqamətində köklü işlər görülübdü. Faktiki olaraq ötən il demək olar ki, şəhərdə bir nəfər də olsun ana ölümü qeydə alınmamış, uşaq ölümü isə önjəki illərlə müqayisədə xeyli azalmışdı. Bunun da əsas səbəbi təbii ki, məsuliyyət və nəzarət prinsipinin güjlü olmasıdır. Ağjabədi şəhərinə həm də artıq rayonun hüdudlarından kənardan da xəstələrin müayinəyə üz tutması, müalijəyə maraq göstərməsi halları xeyli artıbdır. Bunun da əsas səbəbləri təbii ki, həm tibbi personalın, həm də bu personalın istifadə etdiyi tibbi avadanlıqların kəmiyyət və keyfiyyətinin yüksəlməsidir. Yəni həkimlər öz üzərlərində çalışıb tibbi nailiyyətləri mənimsəməklə bahəm, həm də müasir tibbi avadanlıqlardan peşəkarlıqla istifadə etməyi də mənimsəyirlər. Elə buradaja onu da xatırladaq ki, rayonda xəstəxanaların təmir-tikintisi işləri də müvəffəqiyyətlə aparılır.
(ardı var)
Əbülfət
MƏDƏTOĞLU
AzƏrbayjan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
Ədalət.-2016.-20 dekabr.-S.3.