"Cənnətdə kölgələr"in izi ilə

 

İnternetdə alman yazıçısı Erix Mariya Remarkın 1971-ci ildə çapdan çıxan "Cənnətdə kölgələr" adlı kitabı diqqətimi cəlb etdi. Remarkın kitabında baş qəhrəman jurnalist Robert Ross İkinci Dünya müharibəsində gestapodan, əsir düşərgələrindən, təhlükələrdən canını qurtarmaq üçün bir çox almanlar kimi Amerikaya mühacirət edir. Qəlbində doğulan suallara cavab tapa bilməyən, müharibənin tonqalında yanan bir insan kimi cənnət bildiyi Amerikaya köçsə də, o, öz vətəni Almaniyanı unutmurdu. Ona yad olan ölkədə özünü kölgə, mənəvi yalqız kimi hiss edirdi.

Qəribə odur ki, ermənilərin eyni adlı çəkdiyi "Cənnətdə kölgələr" filmində də erməni ailələrinin mühacir həyatından bəhs edir. Qarabağ müharibəsindən 20 ildən çox vaxt keçir. Məhz erməni mühacirlərinin də 20 il ərzindəki taleyi ekranlaşdırılıb. Təcavüzkar kimi siyasi oyunlarda məkrli fəalllıq göstərən, azərbaycanlıların qanını tökən, doğma torpağından didərgin salan erməni millətçiləri həqiqətin başına corab hörməkdə peşəkardırlar. Çünki arxayındırlar ki, erməni məsələsinin "qurbanı" kimi dünya ictimaiyyətinin diqqətini cəlb edə biləcəklər. Təkzibolunmaz fakt isə odur ki, Ermənistanın yerli əhalisi ölkədə hökm sürən çətin sosial vəziyyətdən bezərək xarici ölkələrə xüsusilə də Los Ancelesə üz tuturlar. Filmdəki hadisələr də Amerikada cərəyan edir. Burda ermənilərin sayı daha çoxdur. Gələcəkdə bu şəhərin də aqibəti yaxşı olmayacaq. Şəhər Los Ancelyan adlandırılacaq.

Erməni rejissoru Qor Vardanyan filmi bir ay ərzində çəksə də o iki saat beş dəqiqə davam edir. Beş dəqiqəni çıxsaq 2 saatlıq "erməni həqiqəti" ilə filmin yaradıcı heyəti Erix Mariya Remarkın müəllif hüquqlarını pozaraq, senarisində kitabın adını olduğu kimi vermiş, üstəlik də mühacirət mövzusuna toxunmuşdur. Bu məlumata "Armenpress" internetində rast gəldim. Orda filmin senarisinin Sona Akopyan tərəfindən qələmə alındığı qeyd edilsə də, başqa bir mənbədə isə filmin senaristləri Levon Xaratryan, Qor Vardanyan, Taqui Oqanesyandır. Öz müsahibələrinin birində Q.Vardanyan bildirir ki, bizim əsas məqsədimiz dünya arenasına çıxmaqdır, Hollivud filmlərinin hakim olduğu yerə. Erməni lobbisinin sıx olduğu məkanlardan biri.

Qor Vardanyanın filmi 2014-cü ildə istehsal edilib, nəinki Moskvada, xarici ölkələrdə hətta bizim Xankəndində nümayişi də nəzərdə tutulmuşdu. Həmişəki kimi erməni millətçiləri filmdə erməni mühacirəti, "əzabları" haqda insanların hissləri ilə peşəkarlıqla oynamağı, onları kövrəltməyi bacarırlar. Düzdür, filmdə cinayət hadisələrinə də çoxlu yer verilib, lakin Erix Mariya Remarkın "Cənnətdə kölgələr" kitabının XXI əsrdə alternativinin yaranacağını kim ağlına gətirə bilərdi? Remarkın "Cənnətdə kölgələr" əsərində yaxşı fikirlər var: "Hisslərin heç bir həqiqətə dəxlisi yoxdur." Yaxud "O kəs ki, yalnız sevməyi və ya yalnız nifrət etməyi bacarırsa olduqca primitivdir." Qoy, bu fikirlər alman yazıçısı Remarkın filmin yaradıcılarına sərt cavabı olsun. Bu, erməni millətçiləri hətta ölünü də dilləndirə bilər...

Saxtakarlıq, xəyanət görünür, bu millətin ən əsas keyfiyyətlərindən biridir. Q.Vardanyan əslində kimdir? 1972-ci ildə Yerevanda anadan olub. 1999-cu ildən filmlər çəkir, Dukondo ful-kontakt karate beynəlxalq federasiyasının prezidentidir. Çəkdiyi filmlərdə aktyor kimiiştirak edir. Onun 2006-cı ildə çəkdiyi Qarabağ müharibəsi ilə bağlı "Tale" filmi ilə də tanış oldum. Film 2 saat 11 dəqiqə davam edir. Filmdə ermənilərin guya azərbaycanlılar tərəfindən sıxışdırıldığı, təcavüzkarlığa məruz qaldığı qabardılır. Ekranda azərbaycan mahnısı "Sən-sən" oxunur, radioda Sumqayıt hadisələri ilə bağlı xəbərlər eşidilir. Rəsmi kabinetlərdə ermənilərin xaç atası olan Qorbaçovun şəkilləri asılıb. Filmin əvvəlində erməni kilsəsindən dini mərasim canlandırılır, "sülhsevər" erməni ailələri "doğma" torpağında xoşbəxtdir. Bu xoşbəxtliyi isə guya azərbaycanlılar darmadağın edir.

Erməni millətindən olan incəsənət nümayəndələrinin Azrbaycanın tarixinə, mədəniyyətinə, ərazisinə xəyanəti mənəvi terror deyil, bəs nədir? "Tale" filmi Azərbaycan həqiqətinə qarşı növbəti müharibədir. Qarabağ xalqının yadellilərə göstərdiyi qonaqpərvərliyinə, səxavətinə qarşı namərdlik deyilmi? Filmə görə azərbaycanlılar Qarabağ ermənilərini ordan məcburi köçürmüşlərsə onda niyə indiyə qədər doğma torpağımız onların işğalı altındadır? Ermənilər özgələrin cənnət kimi torpağında günəşə kor olub kölgə axtarırlar.

Erməni rejissoru Anuş Qaragözyanın "Əgər" adlı filmi isə Qarabağ müharibəsində ölən Saratovlu rus əsgərinin qızının Ermənistana gəlib onun cəbhə dostunu axtarması ilə başlayır. Saratovdan özü ilə ağcaqayın ağacının şitilini gətirir ki, atasının dəfn olunduğu yerdə basdırılsın. Qız Saşa Maslennikova qonaqpərvər ermənilərlə, atasının cəbhə dostları ilə uzaq yola çıxırlar, Qarabağa gəlirlər. Əslində ağcaqayın ağacı Azərbaycan torpağında basdırılır. Ermənilərin Saşacan adlandırdığı xanım hardan bilsin ki, Saşaya əlavə olunan "can" sözübizimdir. Keçmiş sovet dövlətinin hərbiçilərinin və ermənilərin torpağımızın işğalında əlbir olması göz qabağındadır. Rus xanımı böyük məhəbbət və qayğıyla atasının keçmiş cəbhə dostuna yanaşır. Onun şəkər xəstəsi olduğunu nəzərə alaraq şirin yeməklərdən uzaqlaşdırmağa çalışır. Filmin rejissorunun soy adı da yarıyacan bizim dildədir "qara göz". Görəsən, erməni dilində "qara göz"necə səslənir?

Filmdə diqqətimi çəkən səhnələrdən biribudur ki, bir erməni digərinə zarafatla deyir ki, əgər Çinin əhalisi bir yerdə atılıb düşsə yer kürəsi titrəyər, əks tərəfi isə cavab verir ki, bəs ermənilər bir yerdə atlansalar...Yəni biz ermənilər də birləşsək yer üzündə bir silkələnmə yarada bilərik...

Ermənilərin torpaq iddiaları elə bilərsiniz ki, təkcə Qarabağla məhdudlaşır? Əgər 2006-ci ildə rejissor Robert Saakyants tərəfindən çəkilmiş "Evə uzanan yol-Baheş" cizgi filminə baxsanız ermənilərin 2050-ci ildə guya Böyük Ermənistanın bərpa olunan ərazisi ilə qiyabiolsa tanış ola bilərsiniz. Ermənistanın "tarixini" əks edən cizgi filmi əslində ailəvi nümayiş üçün nəzərdə tutulub. Bu səpgidə siyasi mövzuda çəkilən cizgi filmləri az deyil. Bu cizgi filmində tamaşaçılar 2050-ci ildə yaşamasalar da zamanı qabaqlamağa çalışır, yeni nəslə təlqin edilir ki, siz öz "qədim" torpaqlarınızın sahibi olacaqsınız...

Yazıçı-publisist İvan Soloneviç yazır: "Deyəsən, heç kimin ağlına belə bir sadə fikir gəlməyib ki, hər bir xalqın psixologiyasını onun yazıçılarına əsasən deyil, tarixi faktlar əsasında öyrənsin." Mən bu fikirlərə onu da əlavə edərdim ki, alimlərin subyektiv mülahizələri, qərəzli tarixi təhlilləri də gənc nəslin milli şüurunu zəhərləməkdən başqa heçdeyil. Məsələn, erməni alimi Albert Nalcadjyan "Milli ideologiyaetnopsixologiya" kitabında qeyd edir: "Düşmən münasibətlər etnik özünüdərki, öz həmvətənlərinin taleyi üçün məsuliyyət hissini gücləndirir, öz xalqının tarixini və mədəniyyətini daha yaxşı öyrənməyə həvəsləndirir...Bu hallar XIX-XX əsrlərdə ermənilərin, serblərin və digər xalqların tarixində aydın şəkildə özünü göstərir." Daha sonra A.Nalçadjyan nümunə kimi ermənilərin Sumqayıtda, Bakıda, Azərbaycanın bir çox rayon və kəndlərində rus və azərbaycanlılar arasında assimilyasıya olunmasını nümunə gətirir. Guya onlar erməni xalqının milli mədəniyyətindən ayrı düşmüşdülər. Kitabda bunu belə izah edir: "Lakin düşmənlər onları öz kökünə döndərdilər, öz əvvəlki etnik identifikasiyasına. Onlara deyildi: siz özgəsiniz, siz ermənisiniz, biz sizi sevmirik. Məhz buna görə onların çoxu həqiqətən də yenidən erməni kimi milli özünüdərki əldə etmişdir."

"Evə uzanan yol-Baheş" cizgi filmindəki "Baheş" Türkiyənin Bitlis adlı ərazisidir. Robert Saakyants ermənilərin 2050-ci ildə Bitlisin sahibi olacağına ümidlə yanaşır, ona görə də evlərinə-Baheşə, yəni Bitlisə doğru uzanan yolu tale yolu bilir. Bitlisi Qərbi Ermənistanın bir hissəsi bilərək bəyan edirlər ki, 1915-ci ildə 15 min erməni türklər tərəfindən qətlə yetirilib, sağ qalanları isə islamı qəbul etməyə məcbur ediliblər. Əslində Türkiyə əhalisinin tərkibində kriptoxristian təbəqələri mövcuddur. Könüllü islamı qəbul edib özünü türk adlandıran, gizlində öz dininə, əqidəsinə xidmət edən başqa din sahibləri var. Bu gün də Türkiyədə baş verən iğtişaşlarda onların rolu böyükdür. Bu yaxınlarda "Tarixi yaddaşqondarma əhvalatlar" kitabımda bu məsələlərlə bağlı hadisələrə geniş yer vermişəm. Vaxtı ikən İstanbulu rus çarları Çarqrad adlandırırdılar. Hələ I Pyotrun atası Aleksey Mixayloviç Çarqradın hakimi olmaq arzusundaydı. Sonralar bu arzular Türkiyəyə qarşı müharibələrə, təcavüzlərə yol açmağa başladı. Bu məsələlərdə rusların havadarlığı ilə ermənilərin iştirakı tarixi faktlarla zəngindir... Bir faktı da qeyd edim ki, 1915-ci ildə Rusiya məxfi olaraq İstanbulda Ayasofiya məbədi üzərində yerləşdirmək üçün qızıl xaç hazırlatdırsa da, lakin bu arzusunu həyata keçirə bilməmişdi...

Qayıdaq yuxarıda qeyd edilən cizgi filminə. Müasir erməni ailəsi öz tətilini səmərəli keçirmək üçün qatarda səyahətə çıxır. Onlar özləri ilə erməni dilini bilən itlərini də götürürlər, çünki it erməni tarixinə yiyəsinin qoltuğunun altından o qədər maraqla, həvəslə qulaq asır, inanmaq istəyirsən ki, itinöz milli siyasəti var. Bu, fantaziyalara yenilik gətirən detallardan biri də qəhrəmanların səkkiz əl barmaqlarının olmasıdır, yəni hər əldə dörd barmaq. Bəlkə 2050-ci ildə başqa planetdən gələn yeni erməni modelləri nəzərdə tutulub...

Qatarın pəncərəsindən görünən mənzərələr, dağlar, düzənliklər bir-birini əvəz etdikcə "ermənilərin qədim tarixi" səhnələri də göz önündə canlandırılır. Qara dənizdən Xəzər dənizinə qədər qırmızı rəngə boyanmış "Böyük Ermənistan" dövlətinin xəritəsi göstərilir. Sonralar guya xarici təcavüzlərə məruz qaldıqları üçün onlar kiçik əraziyə sığınmalı olublar. Onlar özlərinə əsas rəqib bildikləri - türkləri aşağılamağa çalışırlar. Erməni çarı Artaşes, Davud Sasunlu haqqında qatarda olan ailə bilgilər alır.

Yenə də bir faktı qeyd edim ki, "Evə uzanan yol" adlı bədii filmi 1993-cü ildə amerika rejissoru Dueyn Danem tərəfindən çəkilmişdir. Uzaq səfərə getmək məcburiyyətində qalan ailə müvəqqəti olaraq, iki itinibir pişiyini dostuna tapşırır. Müəyyən vaxt keçəndən sonra heyvanlar öz sahibinin ayrılığına dözməyib onun axtarışına çıxırlar. Cizgi filmində də erməni ailəsi uzaq səfərdə öz tarixini öyrənib tapmaq istəyir...

Mənə elə gəlir ki, ermənilər haqda yazanda, danışanda musiqi fonu yaratmaq lazımdır. Fikir vermisinizsə, onların filmlərində daha çox düdüyün qəmli səsindən istifadə edilir. Zarafat deyil, qədim xalq əsrlər boyu "əzilib", "soyqırımlara" məruz qalıb, ona görə də erməni faciələri dünya ictimaiyyətinə təqdim edilərkən düdüyün ifasında daha böyük təsir gücünə malik olur. Belə çıxır ki, ermənilər düdüyə də siyasi rəng vurmaqla, "əzilmiş qədim xalq öz dərdini" deməyə söz tapmayanda acı taleyini düdük vasitəsi ilə dünyaya catdırmağı bacarırlar. Təəssüf ki, onlar bizim düdük kimi qədim musiqi alətimizi çox sevdikləri üçün onu özəlləşdirməyə nail ola biliblər. Hətta YUNESKO tərəfindən düdük ermənilərin qeyri-maddi mədəni irsi kimi qəbul eidlmişdir. Bu faktlar sözsüz ki, kor-təbii yaranmır. Məsələn, Vaşinqtonda Erməni milli institutu, Londonda Komitas institutu, Erməni tədqiqatları institutu, Beyrutda Xaykazyan institutuc. erməni məsələsinin qabardılması, müxtəlif yollarla öz ərazisinin, mədəniyyətinin qədimləşdirilməsi istiqamətində fantastik arqumentlər axtarışındadırlar, onlar dünya ictimaiyyəti qarşısında bədbəxt, haqları tapdanmış xalq imicini yaratmaqda peşəkardırlar.

Qəribədir, bu xalq bizim mədəniyyətimizi, ərazilərimizi özündən çox sevir, amma bizi-yerli xalqı sevə, onu layiqincə dəyərləndirə bilmir. Onun xislətindəki nankorluq, namərdlik buna imkan vermir.

Nəzərinizə çatdırım ki, erməni dilində bizim düdük "siranapox" adlanırdı. Onun tərcüməsi "ərik ağacının nəfəs aləti" deməkdir. Azərbaycan dilində düdük daha yaxşı səslənir, nəinki erməni dilində. Onlar siranapoxa türklərin qədim "düdük" adını qaytarmaqla erməni mədəniyyətində növbəti saxtakarlığa imza atdılar. Onlar hal-hazırda dünya miqyasında onu "duduk" adlandırırlar. Bizdə isə tütək, düdük səsi Azərbaycan dağlarının, meşələrinin, çaylarının, çəmənlərinin əsrarəngiz mənzərəsinin, insanların sevincinin, kədərinin xəzri, gilavar küləklərinə qarışan sanki əks-sədasıdır...Yazıq düdük öz ocağından, türk nəfəsindən ayrı düşüb.

Etnomusiqişünas Conatan Makkolam düdük musiqi aləti haqqında yazır ki, düdüyün başlıca keyfiyyətlərindən biri odur ki, o erməni dilinin imkanlarını, dialektikasını ifadə edə bilir. Elə isə siranapox niyə düdük adlandırılıb? Bir faktı xatırlayaq ki, erməni şairi Sayat Nova öz yaradıcılığında Azərbaycan dilində daha çox şeir yazmışdı. Gürcü və erməni dilindən çox Azərbaycan dilinin zərifliyi, şirinliyi onun ruhuna doğma idi. Biz ki, buna görə Sayat Novanı Azərbaycan şairi adlandırmırıq. Çünki özgə malında, torpağında gözümüz, nəfsimiz yoxdur. Bizim dahi şairlərimizə nə gəlib? Yadımdadır, keçən əsrin 70-ci illərində ermənilər guya Sevan gölündən su şüşəsini tapırlar. Onun içindəki kağızda yazılıbmış: gürcü şairi Şota Rustaveli əslində erməni şairi Aşot Rustavelyandır. Belə bir erməni anekdotu var: " Bir nəfər ermənidən soruşur: "Erməniylə erməniqutan arasında fərq nədədir?" O, deyir: "Erməniqutan qədim ermənidir." Elə isə bu qədim xalqın dilində nə əcəb müqəddəs səmavi kitab yazılmayıb, peyğəmbər dünyaya gəlməyib? Qədim, seçilmiş xalq statusunu almaq üçün həqiqi tarixi faktlara söykənmək lazımdır!

Bu xalqın uydurmaları haqda çoxcildliklər yazmaq olar... Məşhur erməni musiqiçisi Civan Qasparyan dünyada düdükdə ifa etdiyi musiqi əsərləri ilə məşhurdur. Vaxtı ikən musiqiçi kimi Bakıda da konsertləri olub, tamaşaçılar onu alqışlayıblar. Təbiətimiz kimi gözəl azərbaycan musiqilərindən çox məharətlə istifadə edib. O deyir ki, musiqinin milliyyəti yoxdur. Qəribədir, dahi bəstəkarımız Üzeyir bəyin əsərlərindən tutmuş bir çox qədim mahnılarımızdan, oyun havalarımızdan istifadə etmək onlar üçün günah sayılmır, amma düdüyümüzə yiyə çıxıb böyük fəxarətlə deyirlər ki, "Qladitor" filmində erməni düdüyü səslənib. Sən demə, düdyümüz erməni nəfəsi ilə bir çox filmlərə öz ovqatını gətirə bilib... Deyirəm ki, bu qəmli düdük insan dilində danışsaydı yəqin özü haqda həqiqəti dilə gətirərdi. Ermənilər onu ərik ağacından hazırlandığını hər yerdə təbliğ etməklə şirəli ərik meyvəsinin vətəninin Ermənistan olduğunu nəzərə çarpdırırlar. Görəsən, onlar qondarma əhvalatlar uydurmaqdanvaxt usanıb dincələcəklər? Nə əcəb demirlər ki, dünyada dörd yox, beş qitə var, onun adı Ermənistan qitəsidir- Avropa və Asiyanın birləşdiyi yerdir.

Həyat davam edir, hər il ermənilərin ərik ağacları bar verir, meyvəsini yeyib, ağaçından siranapox düzəldirlər, bağışlayın, unutdum, düdük düzəldib bütün dünyaya car çəkir, düdüyü ağladırlar. Dünya ictimaiyyəti də "zülmlərə məruz qalan ermənilərin" musiqisi altında sümüyünə düşdü düşmədi rəqs edir... amma deyirəm ki, qanı coşduran balabanda musiqi çalınsaydı rəqs etməyə deyərdi...

 

Zöhrə Əsgərova

yazıçı-publisist

Ədalət.-2016.-3 fevral.-S.3.