ƏLİNCƏYƏ GEDƏN YOL

Əməkdar jurnalist, şair, publisist Əbülfət MƏDƏTOĞLU

 

Birinci yazı

Adətən hər hansı bir yazını yazmaq üçün fikrini toplamaq, əlinin altında olanları bir yerə cəmləmək və yaxud da qaranlıq, şübhəli çalarları kimlər vasitəsiyləsə dəqiqləşdirmək insan üçün təbii ki, həqiqi yazı adamı üçün önəmli şərtlərdən biridir. Amma elə yazılar var ki, onun üçün fakt axtarmağa, kimlərdənsə nə isə soruşmağa ehtiyac olmur. Çünki o yazını ürəyin hökmüylə yazırsan. Və yazılan da ağılın kəsdiyi, birgöz yaddaşında olanlardı. İndi özünüz təsəvvür edin, ürək hökm edir, ağıl hərəkətə gələrək dəyərləndirir və gözün yaddaşında olanları birlikdə kağız üzərinə çıxarırlar. Mən şəxsən bu cür yazıları həm ovqatın, həm də ruhun yazısı kimi, diktəsi kimi qəbul edirəm. Kim necə düşünür düşünsün, ovqat yazısı uzun ömürlü olmaya da bilər. Lakin o yazılar qısa ömürlərini gözləmə mövqelərində daha da uzadırlar. Həmin ovqat hansı ki, o yazının yaranmasına səbəb olub, yenidən sahibinin qapısını döyəndə bax, həmin o anda gözləmə mövqeyində olan yazı yenidən boy göstərir, yenidən çiçək kimi açılır Deməli sözün ölməməsi fikri burda özünü bir daha təsdiq etmiş olur!..

Bəli, neçə gündür ki, səfərdən qayıtmışam. Amma bəri başdan deyim ki, qayıdıb gələn cismimdi, ruhum orda qalıb. onu da deyim ki, bu yazını oxuyansonra da məni qınamaq, nədəsə suçlamaq istəyənə bəri başdan deyirəm ki, mən bu yazını yazanda başımın üstündə dayanan Allah idi, ürəyimdəki də Allah xofu və nəhayət bu yazını da elə mənə yazdıran Allahın diktəsiydi. Onun köklədiyi varlığın sözün içində söz axtara-axtara vəsf etmək, tanıtmaq israrıyla vərəqləri çevirirdi. Elə həmin o çevirmələrin içərisində doğulurdu bu yazı. Amma gecolsa üzürxahlıq edim ki, mən yazıya göy üzündən başlamaqda gecikdim. Gərək ordan başlayaydım. Axı, göy üzü Allaha daha yaxındı. Və mən Bakı hava limanından göy üzünə qalxanda nələr keçirdiyimi bir anlıq unudub nələrə doğru getdiyimi gözümün önündə canlandırmaq istədim, amma bacarmadım. Çünki Bakıda, ölkənin paytaxtında eşitdiklərim, iqtidar-müxalifət mətbuatından oxuduqlarım düşüncələrimdə bir xaotiklik yaratmışdı. Hər şey qarışmışdı bir-birinə. Nəyin , nəyin qara olduğunu ayıra bilmirdim, seçə bilmirdim. Üstəlik həm də özümün bu getdiyim ünvanla sonuncu əlaqənin arasında 24 illik bir məsafə var idi. Mən son dəfə Naxçıvana 1992-ci ildə getmişduim. Ona görə də az qala əsrin dörddə biri ölçüsündə olan bu zaman kəsiyində Muxtar Respublikada baş verənlərin, dəyişənlərin bir neçə dəfə televiziya versiyalarını görmüşəm, başqa heç

Bəli, göy üzü Allaha daha yaxındı. Və mən təyyarədə olarkən öz-özümə düşünürdüm ki, əgər ötən əsrdə getdiyim yolu, yəni Naxçıvana qatarlarla olan səfərimi bərpa etmək mümkün olsaydı, mən indi Arazboyu gedirdim. Çayın 3 kilometr ərazidə bir-birinə qovuşmadan yanaşı axan iki hissəsini, dupduru və bulanlıq çöhrələrini müşayiət edirdim. Neyləyim ki, indi ümid göy üzünə qalıb və mən də buludların üstüylə uçuram Naxçıvana. Onu da etiraf edim ki, təyyarə heç mənlik deyil. Başqa yol da yoxdu!..

Hə, buludların üstüylə uçuruq. Ağır və tutumlu hava gəmisində olan sərnişinlərin demək olar ki, 99,99 faizi Naxçıvan sakinidiyaxud orada doğulanlardı. Cəmi bir neçə nəfər bu torpağa ilk dəfə üz tutur. Elə bu üç-dörd nəfərdi Naxçıvandan danışan. Digərləri isə özləriylə, ailələriylə, problemləriylə məşğuldular. Mən təzadlı, üstəlik bir az da adamı gərginlikdə saxlayan düşüncələrin içərisində, daha doğrusu, bu hava gəmisində vaxtın durduğunu hiss etdim. Bir anlıq elə bildim ki, təyyarə uçmur, elə bir nöqtədə dayanaıb. Düzünü deyim ki, cəsarət edib yanımdakılardan da heçsoruşmurdum. Amma bəxtimdən yanımda əyləşən sərnişin üzünü mənə tərəf çevirib bir aşağı baxın dedi. Daha dayanıb gözləmək mümkün deyildi. Özümü toparlayıb üzü aşağı baxdım. Uzun bir yol gördüm.

Məni aşağı baxmağa həvəsləndirən həmin o sərnişin yenə bir iddialı, bir fəxarət hissi ifadə edən tonda:

- Şəhərin yoludu Naxçıvanın!

burdan başladı yazım. Təyyarə hava limanına enəndə artıq içimdə bir yazı dünyaya gəlmişdi. O yazının adı Yol idi. Və həm də o yazının özü də elə yolu ifadə etmək üçün, yolu göstərmək, tanıtmaq, təqdim etmək üçün doğulurdu. Bəlkə də artıq doğulmuşdu. O zaman mən onun fərqinə vara bilməmişdim. Elə ki, bilgisayara diktə etməyə başladım, onda gördüm ki, mən hazır bir yazını gözümün önündəki vərəqlərdən oxuyuram. O yazı

 

Açıram mən səhəri

Qolların arasında

Görürəm mən özümü -

Xoşbəxtlər sırasında -

Ümid!

 

Bütün ağrı-acılar

Durur dizdən aşağı

Xoşbəxtliyin özüindi

Bizdən aşağı -

Ümid!

 

Bu qurban səhərinin

İlk son qurbanı tək

Naxçıvan şəhərinin

Dan üzünü gözə çək -

Ümid!

 

Qoy alışsın könlümün

Hər nöqtəsində bir şam.

Ümidimlə qol-boyun

Yatdım, durdum bu axşam -

Ümid!

 

***

Bu da Naxçıvanın hava limanı. Mən ətrafa diqqət yetirirəm. Səliqə-sahmana söz ola bilməz. Amma burda mənə xüsusilə xoş gələn bir detalı mütləq yazmalıyam. Hava limanın binasında, həm kassaların önündə, həm gözləmə zallarında kiminsə çıxarıb siqaret çəkdiyini görmək mənə nəsib olmadı. Üstəlik, geyimlərindən, hərəkətlərindən, adamlara münasibətlərindən bu hava limanın məmurları olduğu bilinən insanlar da siqaretlərini limanın çölündəki zibil qutusunun yanında çəkirdilər. Sonra siqareti atıb içəriyə qayıdırdılar. Bunun əksini isə Bakıda, elə uçduğum gün müşahidə etmişdim. Hava limanının özündən razı bir məmuru barmaqlarının arasındakı tüstülənən Malboro siqaretinin külünü hara çırpacağını bir anlıq təxmin etməyə çalışdı, sonra qərar verə bilmədi lap sonra da onu biletlər satılan kassanın bir küncündə yerə atdı

Zənnimcə, bu adi bir fakt olsa da, amma eyni müstəvi üzərində tamam fərqli bir formada ortaya çıxdı. Bizdə, sərnişində fərqli ovqat yaratdı, düşüncə formalaşdırdı. mən ilk qarşılaşdığım bu faktdan özümə nəticə çıxardım. Bildim ki, qonaq olsam da, siqareti harda yanıdırıb çəkəcəyimi bilib yadımda saxlamalıyam. Sonra hava limanının sərnişinlərin çamodanlarını digər yüklərini onlara çatdıran dairəvi fırlanan eskalatorun yanında dayanmış adamlara yaxınlaşdım balaca əl çamadanımı götürmək üçün. Bu vaxt sərnişinlərdən biri kənarda dayanıb müşahidə edən liman işçisini səslədi. Onun narazılığı bağlamasının büküldüyü kağızın bir az cırılmasından idi. Elə yerindəcə məsələ araşdırıldı, yükləri təyyarədən eskalatora doğru yönəldən nümayəndə xəbərdarlığını aldı yük sahibindən üzr istədi. Bu faktı da elə-belə yazmıram. Demək istəyirəm ki, burda haqqını tələb etmək üzr istəmək mədəniyyətinin şahidinə çevrildim. Anladım ki, heç kim heç kimə borclu qalmır heç kim özünü başqa birisindən üstün tutmur. Hamı vətəndaşdı hamı da öz vətəndaş missiyasından çıxış edir isə

Bu da hava limanının həyəti Müştəri gözləyən taksilər heç kimin üstünə qaçmır qışqırıb heç kimi heç hara səsləmir. Sakitcə dayanıb öz müştərilərini gözləyirlər. Onların ətrafında isə xidməti köynəklərdə olan adamlar müxtəlif işlər görürlər. Bizi qarşılayan sürücüdən baş verdiyini soruşuram. Çox təmkinlə, heç olmamış kimi cavab verir:

- Ciddi bir məsələ yoxdu. Sadəcə, tez-tez abadlıq işlərinə diqqət yetirilir. Havanın, günəşin təsiriylə solan, keyfiyyətini itirən işarələr yenidən rənglənir. Ağacların, kolların dibləri boşaldılır

Onun söylədiklərini dinləyə-dinləyə dörd tərəfə baxıram. İnanın ki, (bəzən yaşlı adamlar hələ də bu ifadədən istifadə edirlər Ə.M) yerdə diş qurtlamağa, yəni təmizləməyə bir çöpyoxdu. Dörd tərəf adamın üzünə gülür. Ölkəmizin bir-iki hava limanı gəlib keçdi gözümün önündən. Təəssüf ki, bu səliqəni onların heç birində görməmişəm.

Daxilən yavaş-yavaş düşdüyüm mühitə köklənirəm. Arıtq elə bil kimsə, nəsə hər şeyin bu cür səliqəli olacağını mənə yükləyir, məni buna inandırır. Hərəkət etdikcə də mən inandığımın şahidinə çevrilirəm. Biz yolüstü bir stəkan çay içtmək üçün hava limanın yaxınlığındakı ailəvi restorana gedirik. Restoranın ətrafında hələ təyyarədə eşitdiyim hava proqnozu yadıma düşür. Biz Naxçıvana eniş edəndə bildirmişdilər ki, Muxtar Respublikada havanın temperaturu 34 dərəcədi. Elə ki, ailəvi restorana daxil oluruq, bu təbiət guşəsi adama sanki qalın bir paltar, köynək geyindirir, yaşıllığın içərisində itib batırsan. Müxtəlif ağaclar, xüsusilə çinarlar boy-boya verib. İynə ucu ölçüsündə günəş şüasını o ağacların dibində görmək mümkün deyil. Su arxları mənə Qarabağı, kəndimi xatırlatdı. Orada da meşədə, talalarda sular öz istədiyi kimi axırdı, burda da sular azad idi, sərbəst idi. Əlimi toxundurduğum yaşıl otlar qəribə bir təəssürat yaradırdı. Sanki uşaq yaddaşımı oyadırdı. Səhərlər üstündə qaçdığım yaşıl otların pıçıltısını mənə eşitdirirdi. Hələ bu bağda səs-səsə verən quşları, onların yaratdığı auranı Bütün bunları yaşamaq nə qədər gözəldi.

Mən bir daha əmin olurdum ki, insan hər şeyə qadirdir. Boş səhrada da yaşıllıq sala bilər, boş səhraya da su çəkə bilər. Bunlar işin yarısıdı. Amma onu yaşamaq onun içərisində özünü yaşatmaq, mən bunun nümunəsini Naxçıvanda görürdüm. Bir məqamı da vurğulamığın yeridi. Bu bağda Azərbaycanın milli məişətinin, milli mədəniyyətinin sənət nümunələri müştəriləri qarşılayır. Baxıb gülümsəmək, düşünmək xatırlatmaq ifadə edən nümunələr. İstər təndirə çörək yapan analarımız istər lavaş bişirən, oxlov tutan, istər kabab çəkən istər dəvəsinin ovsarını əlində saxlayan istərsə süni göldə, fontanın ətrafında həm heykəlləşən, həm üzən qazlar, qular O qədər dəqiq ölçülüb-biçilmiş, dizaynı son dərəcə təbii şəkildə, amma adama rahatlıq verən üslubda qurulub burda hər şey ki, ondan göz çəkmək mümkün deyil. Bax, mən bu cənnətdə yaşadığım çox qısa bir zamanın içərisində gözümün önündən hələ getməyən buludları yarıb üzü aşağı enərkən gördüyüm, müşahidə etdiyim yolu düşünürdüm. O yol məni gözləyirdi. mən o yolun ipucunu əlimdən buraxmaq istəmirdim. Ona görə doymadığım samovar çayını yarımçıq qoyub yolçu yolda gərək deyib maşina tərəf getdim. Qarşıda sorağını duyub, özünü görmədiyim bir yol vardı. O yol məni Əlincəyə aparırdı

 

Ədalət.-2016.-16 sentyabr.-S.4.