XALQIN SAĞLAMLIĞINA VƏ GƏLƏCƏYİNƏ HESABLANAN DÖVLƏT QAYĞISI

REGİON

 

 

"... Azərbaycan xalqının çox zəngin mədəniyyəti, tarixi vardır. Biz haqlı olaraq öz mədəniyyətimizlə fəxr edirik. Bu gün Azərbaycan dünyada öz mədəniyyəti, musiqisi, tarixi ilə tanınan bir ölkədir. Dünyanın müxtəlif yerlərində Azərbaycan günləri keçirilir. Azərbaycan mədəniyyətinin qədər zəngin olduğunu artıq bütün dünya bilir. Bakıda, eyni zamanda, bölgələrdə müxtəlif mədəni tədbirlər, müsabiqələr keçirilir. Azərbaycan cəmiyyəti həmişə mədəniyyətə çox bağlı olub bu gün müstəqil Azərbaycan dövləti çox güclü əsaslar - tarixi, mədəni əsaslar, mənəvi dəyərlər üzərində qurulubdur. Bütün başqa layihələrlə bərabər, bu sahədəki işlər təqdirəlayiqdir".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

(mövzu əsasında XVIII yazı)

 

(əvvəli ötən sayımızda)

 

Zaqatala RMX- 255 çarpayıdan ibarətdir, onlardan 155 çarpayı RMX-da, 50 çarpayı Vərəm əleyhinə xəstəxanasında, 45 çarpayı Əliabad, Danaçı, Suvagil kənd xəstəxanalarında yerləşir. Səhiyyə müəssisələrində 1374 həkim tibb işçisi çalışır.

2015-ci ilin müvafiq dövrü ərzində rayon tibb müəssisələri tərəfindən 552415 ambulator qəbul aparılmış, 110483 evə çağırış olmuş, 4508 nəfər stasionar müalicəyə cəlb edilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin 11 ayı ərzində RMX-da çarpayı günü 25985 olduğu halda, 2015-ci ilin 11 ayı ərzində çarpayı günü 26987 gün təşkil etmişdir. Stasionar şöbələr daxili xəstə qəbulu:

Terapiya şöbəsində 2014-cü ildə 1196, 2015-ci ilin müvafiq dövründə 1234 (4% artım)

Ginekologiya şöbəsində 2014-cü ildə 41, 2015-ci ilin müvafiq dövründə 48 (17% artım)

Yolxucu xəstəliklər şöbəsində 2014-cü ildə 32, 2015-ci ilin müvafiq dövründə 73 (2,3 dəfə artım)

Bu göstəricilərin yüksəlməsi əhali arasında səhiyyə işçilərinə inamın artmasının nümunəsidir.

Səhiyyə şöbəsində Dövlət Proqramları da uğurla həyata keçirilir. Respublikada 200 mindən çox şəkərli diabet xəstəsi qeydə alınmışdır. Onlardan 1775 nəfəri Zaqatala rayonu sakinləridir. Hazırda 734 nəfər vərəm xəstəsi, 381 onkoloji, 684 psixiatrik xəstə dispanser qeydiyyatındadır. Bu xəstələr dövlət hesabına bütün lazımi dərmanları alır. 82 nəfər XBÇ diaqnozu olan xəstələrə hemodializ proseduru Zaqatala MDM- aparılır.

Ana uşaqların tibbi mühafizəsi

güclənir

 

Belə ki, ölkəmizdə iyun ayının 1-dən nikaha daxil olan hər bir kəs tibbi müayinədən keçməlidir. Bu müayinə nəticəsində hepatitlər, siflis, İİV, talassimiya hemofiliya daşıyıcılığı yoxlanılır. Ötən 11 ay ərzində rayon sakinlərindən 1356 qan nümunəsi müayinəyə göndərilmiş, 105 nəfər talassimiya daşıyıcısı qeydə alınmışdır. Nikaha daxil olmaq istəyən 4 cütlüyün hər birində talassimiya daşıyıcılığı aşkarlanmış onların Talassimiya Mərkəzinə müraciət etməsi tövsiyə olunmuşdur.

Ana uşaq sağlamlığı ilə bağlı vaxtından əvvəl doğulmuş uşaqlara yeanotoloji yardım bu günün səviyyəsinə uyğun göstərmək məqsədilə yenidoğulmuşlar şöbəsində "Sipap" aparatı quraşdırılmış, az çəkili uşaqlarda respirator distress sindromunun profilaktikası oksigenlə təminatı yaxşılaşdırılmışdır.

İI ərzində xəstələrin Bakı şəhərinə respublikanın digər tibb müəssisəsinə təxliyyəsində olan pərakəndəlik, profilə uyğun olmayan köçürülmələr aradan qaldırılmışdır. Hazırda bütün xəstələr mərkəzdən dəvət olunmuş mütəxəssislərin rəyi 2 müəssisə arasında razılaşma əsasında yalnız Səhiyyə Nazirliyinin təcili yardım maşınları ilə Bakı şəhərinə təxliyyə olunur. Onu da qeyd etmək lazımdır ki, rayonumuzda olan 2 ambulans GPRS xidməti ilə təchiz olunmuş bütün təcili yardım maşınlarının hərəkəti mərkəz tərəfindən nəzarətə götürülmüşdür. Eyni zamanda, vaxtında, vaxtından əvvəl doğulmuş azçəkili uşaqlar, inkişaf qüsuru olan yenidoğulmuşlar Səhiyyə Perinatal Mərkəzə, Bakı Perinatal Mərkəzinə Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılmışdır.

 

Təchizat məsələləri günün tələbləri

səviyyəsində

 

Cari ilin yanvar ayından bütün səhiyyə müəssisələri mərkəzləşmiş qaydada dərman vasitələri tibbi ləvazimatlarla təchiz olunur. RMX- 11 ay ərzində 404102 manat dəyərində dərman sarğı materialları ilə təmin olunmuşdur ki, bu da keçən ilin hesabat dövrü ilə müqayisədə 25% artmışdır. Hazırda stasionar şəraitdə müalicə olunan xəstələr 146 adda dərman preparatları ilə zərdab, bir sıra tibbi ləvazimat köməkçi materiallarla təmin olunur. Prezidentin təşəbbüsü ilə dərman preparatlarının qiyməti aşağı salınmış bu addım əhali arasında böyük əks-səda doğurmuşdur. Görülən işlərlə yanaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən İcra Hakimiyyətinin Şura qərarı ilə xəstəxanada qərargah yaradılmış əhalinin kütləvi profilaktik müayinələri təşkil olunmuşdur. Müayinə işləri ərazi nəzərə alınmaqla 5 mərkəzdə həyata keçirilmiş, bundan əlavə 3 səyyar həkim briqadası da təşkil edilmişdir. Müayinələr rayon ərazisində olan hərbi hissələrdə aparılmışdır. 18 yaşdan yuxarı rayon əhalisinin 90%-i fevral-aprel aylarında müayinə edilmişdir. Şübhə yoxdur ki, xəstəliklərin vaxtında aşkarlanması müalicəyə cəlb edilməsi əhalinin sağlamlıq göstəricilərinə tezliklə müsbət təsirini göstərəcəkdir.

 

Dispanserizasiya digər

kütləvi tədbirlər

 

2015-ci ilin sentyabr ayının sonundan başlayaraq rayon ərazisində 0-17 yaşlı əhalinin icbari dispanserizasiyasına start verilmiş, mütəşəkkil qeyri-mütəşəkkil qruplarla aparılan icbari dispanserizasiya davam etməkdədir. Zaqatala rayonunda doğulmuş uşaqlar haqqında müvafiq məlumatlar Səhiyyə Nazirliyinə internet vasitəsi ilə ötürülür elektron sağlamlıq kartlarının verilməsi işi mütəmadi davam etdirilir, aylıq hesabatlar Səhiyyə Nazirliyinə təqdim olunur. Səhiyyə müəssisələrində mütəmadi iməcliklər təşkil olunur, təmizlik, abadlıq yaşıllaşdırma işləri həyata keçirilir. Tibbi xidmətin keyfiyyəti tibb işçilərinin bilik savadından çox asılıdır. 2015-ci ilin 11 ayında 142 tibb işçisi sertifikasiyaya cəlb olunmuşdur. 2 həkim müasir müayinə metodlarını öyrənmək üçün Türkiyəyə ezam olunmuşdur.

Mütəmadi olaraq RMX-da çalışan həkimlər orta tibb işçiləri üçün nozologiyalar üzrə aktual məsələlərə dair seminarlar keçirilir. Bundan əlavə ayda bir dəfə RMX-nın tabeliyində olan müəssisələrin əhaliyə göstərdikləri tibb fəaliyyətinə nəzarət məqsədi ilə Tibbi Şura, stasionarda baş vermiş ölüm hallarının müzakirəsi tibbi xidmətin göstərilməsində aşkarlanmış nöqsanların aradan qaldırılması üçün növbədənkənar Tibbi Şura keçirilir.

Bildiririk ki, 2015-ci ilin 11 ayında RMX-da fəaliyyət göstərən 2 həkim (Məhərrəmov Etibar Ramazan oğlu Prezidentin Sərəncamı ilə "Tərəqqi" medalı ilə, Teyyubov Məmmədrəsul Teyyub oğlu Səhiyyə Nazirliyinin "Fəxri Fərmanı" ilə təltif olunmuşdur.

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2016.-8 yanvar.-S.3.