"Qız qalası"ndan başlanan yol

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

(əvvəli qəzetimizin ötən sayında)

 

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, bu sahə üzrə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə 2014-cü il aprelin 30-da Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisasali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyasının yaradılması barədə sərəncam imzalayıb.

Ölkə başçısı 2014-cü il dekabrın 26-da imzaladığı sərəncamla görkəmli alim, bacarıqlı təhsil təşkilatçısı, Əməkdar elm xadimi Timuçin Əfəndiyevi Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsinə təyin edib. Azərbaycan Prezidenti İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyası binasının layihələndirilməsi haqqında da sərəncam imzalayıb.

 

Təhsil və sənət ocağının tarixində yeni mərhələ

 

Fəxrlə demək olar ki, zəngin ənənələrə malik bu təhsil və sənət ocağının tarixində yeni bir mərhələ başlayıb. Bakı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Xoreoqrafiya Akademiyasının kollektivi ilə görüşəndə bu məsələni xüsusi vurğulayıb, kollektivin qarşısında yeni vəzifələr qoyub. Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi olaraq Bakı Xoreoqrafiya Akademiyası yaradılıb. Bu hadisə xoreoqrafiya sənəti tariximizdə yeni bir mərhələ və gələcəkdə görüləcək böyük işlərin başlanğıcı olacaq. Son illərdə bu sahədə əldə edilən uğurlardan danışan nazir xoreoqrafiya ənənələrinin qorunaraq inkişaf etdirilməsində göstərdiyi gərgin əməyə görə tədris ocağının kollektivinə təşəkkürünü bildirib. Bakı Xoreoqrafiya Akademiyasının bundan sonra da öz məzunları ilə ölkəmizi beynəlxalq səviyyədə tanıdacağına əminliyini vurğulayan nazir Əbülfəs Qarayev yeni müəssisənin müasir tələblərə uyğun fəaliyyət göstərəcəyini, fasiləsiz davamlı təhsilə təkan verəcəyini qeyd edib.

Bakı Xoreoqrafiya Akademiyasının gələcək fəaliyyəti və görəcəyi işlər ictimaiyyətin daim diqqətindədir. Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin sözlərinə görə, kollektiv ölkə başçısının qarşıya qoyduğu vəzifələri həll etmək üçün səylə çalışır.

Rektorun fikrincə, bu Akademiyanın yaranması Azərbaycanın mədəniyyət həyatında yeni bir hadisədir, çünki ümumiyyətlə bütün Şərq aləmində ilk dəfə belə bir Akademiyanın Azərbaycanda yaradılması, sözsüzki, böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, xoreoqrafiya təhsili də Şərq aləmində ilk dəfə ötən əsrin iyirminci illərində məhz ölkəmizdə yaranıb: "Bu ənənə indidavam edir. Prezident İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyəti bir də ondadır ki, Azərbaycan təhsilində bu yeni bir hadisədir, yəni ibtidai təhsildən tutmuş, doktoranturayadək altı pilləli təhsil bir təhsil kompleksində həyata keçiriləcək. Bu da sənət baxımından, sənətin inkişafı, sənəti seçmək baxımından çox vacib məsələdir. Belə üsul artıq Moskva Xoreoqrafiya Akademiyasında, eləcə də digər ölkələrin analoji təhsil müəssisələrində tətbiq olunurçox yaxşı nəticələr əldə edilib. İnanıram ki, Bakı Xoreoqrafiya Akademiyası təhsilin bütün pillələrində uğur qazanacaq və Azərbaycanın təhsilinə, mədəniyyətinə töhfələrini verəcək.

Yeri gəlmişkən, ilk azərbaycanlı balerina, görkəmli sənətkar Qəmər Almaszadə ilk təhsilini burada alıb, milli xoreoqrafiya məktəbinin parlaq simalarından sayılan Leyla Vəkilova, Konstantin Bataşov, Xumar Zülfüqarova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Vladimir Pletnev, Çimnaz Babayeva, Vitali Axundov, Afaq Məlikova, Mədinə Əliyeva, Təranə Muradovaonlarla tanınmış rəqqas bu məktəbdə sənətin sirlərinə yiyələniblər".

Mədəniyyət aləmi üçün böyük əhəmiyyəti olan bu Akademiyada yüzlərlə milli kadrın yetişəcəyinə heç kəs şübhə etmir. Hesab edirik ki, Cənubi Qafqazda tayı-bərabəri olmayan bu Akademiya çox böyük işlər görəcək, xoreoqrafiya təhsilinin inkişafında, tərəqqisində önəmli rol oynayacaq.

 

Öyrədən və öyrənən Akademiya

 

Bakı Xoreoqrafiya Akademiyası müasir xoreoqrafiya sənəti sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tələbə kontingentinin rəqs sahəsində dünyada cərəyan edən müasir proseslərə bələd olması məqsədi ilə mütəmadi olaraq dünyanın müxtəlif ölkələrindən məşhur xoreoqraf, baletmeyster, klassik balet və xalq-səhnə rəqsləri üzrə mütəxəssislər dəvət edir. Akademiyanın qonağı olmuş, dünyada xalq-səhnə rəqsləri üzrə mütəxəssis kimi tanınan, Niderland xoreoqrafı Tom Bosma da bu tədris ocağı ilə yaxından əməkdaşlıq edir. Tanınmış mütəxəssis ölkəmiz, onun paytaxtı Bakı haqqında təəssüratlarını belə dilə gətirib: "Əvvəla onu qeyd edim ki, Azərbaycanda ilk dəfəyəm və ölkə, ələlxüsus da Bakı şəhəri mətbuatdan, internet resurslarından izlədiyindən daha gözəl və cəzbedicidir. Mən Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinə dəvətə görə təşəkkürümü bildirirəm ki, bu gözəlliyi sezməyim, bu cür möhtəşəm bina və tikililəri görməyim, Şərq və Qərbin qovuşduğu bir məkanda olmağım üçün mənə şərait yaratdı. Əlbəttə mən Azərbaycan haqqında daha çox bilmək istərdim, çünki mənim sahəmə aid olan məsələlərin burada çoxillik təcrübəsi, sənət ənənələri var".

Ünlü xoreoqraf Bakı Xoreoqrafiya Akedemiyası barədə də düşüncələrini bölüşüb: "Bir çox ölkələrdə olmuşam, dünyanın bir çox sənət məktəblərində çalışmışam. Balkan və Şərqi Avropa ölkələrinin, eləcə də YaponiyaKuba kimi ölkələrin sənət və rəqs üzrə təhsil ocaqları ilə bilavasitə təmasdayam. Amma Bakı Xoreoqrafiya Akademiyasındakı tədris prosesi özünəməxsusluğu ilə seçilir. Əgər dünyanın bir çox ölkələrində klassik rəqslə bərabər yalnız modern rəqs cərəyanları tədris edilirsə, sizin Akademiyada klassikmodern rəqslərlə yanaşı milli rəqs də aparıcı qüvvəyə malikdir. Bu da köklərə, milli mədəniyyətə bağlılığın əlamətidir. Lakin ən əhəmiyyətlisi odur ki, milli rəqslərin tədrisi klassik rəqsin tələblərinə müvafiq olaraq aparılır, bu da peşəkarlıqdan xəbər verir. Mən Akademiyanın bir çox dərslərində iştirak etdim, lakin maraqlısı odur ki, Akademiyanın müəllimi, Azərbaycanın əməkdar artisti Səbinə Qasımovanın dərsində tamaşa etdiyimbu yaxınlarda beynəlxalq müsabiqənin laureatı olmuş Nərmin Quliyevanın ifası inanın məndə qeyri-adi hisslər oyatdı, məni kövrəltdi. Mən bir anlıq həmin rəqsə aludə oldumonu yaşadım. Bu cür motivlərlə, musiqilərlə, rəqslərlə, müəllim və ifaçılarla Azərbaycan incəsənəti daim aktuallığını qoruyub saxlayacaq və gələcək nəsillərə gözəl bir nümunə kimi ötürüləcəkdir. Buna mən çox sevinirəm".

Tom Bosma Bakı Xoreoqrafiya Akademiyasının müəllim kollektivinə, tələbələrinə arzularını belə yetirib: "Öncə onu qeyd etməliyəm ki, xoreoqrafiya sənəti sənətlər arasında ən gözəli, çətini və məsuliyyətlisidir. Akademiyanızın tələbə heyəti ilə görüş zamanı onların istedadlarını görməmək mümkün deyil, lakin çalışqanlıq və diqqət hər bir peşəkarın vacib əlaməti olmalıdır. Mən bakılı tələbələrə bunu arzulayıram. Müəllim heyətinə isə yenilikləri qəbul etməkdən qorxmamalarını tövsiyə edirəm. Rəqs sənəti həyatın və zamanın nəbzinə uyğun çox dinamik sənət növüdür. Bunu hər bir peşəkar rəqqas anlamalıdır. Bununla yanaşı deməliyəm ki, tam yaradıcı mühitin bərqərar olması üçün Akademiyanın Tədris Teatrı, öz səhnəsi, əlavə korpuslar və beynəlxalq standartlara cavab verən maddi-texniki bazası olmalı və mütəmadi yenilənməlidir. Əlavə olaraq, günün sənət nəbzini tutmaq üçün müəllimləriniz daim öz xarici həmkarları ilə ünsiyyətdə olmalı, xarici ölkələrə yaradıcı səfərlər və ezamiyyətlərə getməlidirlər. Yalnız o zaman Bakı Xoreoqrafiya Akademiyasının adlı-sanlı tələbələri, məzunları və müəllimlərinin sayı indikindən daha çox olacaq. Bununla belə, Bakı Xoreoqrafiya Akademiyasının bütün əməkdaşlarına öz işlərində indiki kimi daim peşəkarlığı uca tutmalarını və bol-bol sənət uğurları arzu edirəm".

Ümid edirik ki, Bakı Xoreoqrafiya Akademiyası bundan sonra da qədim ənənələrə malik Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına böyük töhfələr verəcək, bu təhsil ocağının yetirmələri dünya səhnələrindəki uğurları ilə hamımızı sevindirəcək.

 

Aypara Məmmədova,

Bakı Xoreoqrafiya Akademiyasının dosenti, filologiya üzrə fəlsəfə

Doktoru

Ədalət.-2017.-7 aprel.-S.2.