ƏLABBASIN SÖZ DÜNYASI

 

Azərbaycan oxucusunun imzasını çox yaxşı tanıdığı və bugünlərdə 60 yaşını qeyd etmiş Əlabbas özünün yeni kitablarıyla redaksiyamızın qonağı oldu. Öncədən deyim ki, çox nəfis şəkildə "Xam" nəşriyyatında işıq üzü görmüş hər üç kitab əkiz övladlara bənzəyir. Tərtibat, ölçübirruh baxımından. Mən bir söz adamı olaraq müəllifdən qəbul etdiyim kitabların bu cür mükəmməl bir şəkildə dünyaya gəlməsinə daxilən sveindim. Ən azından bu, Azərbaycanda nəşriyyat işinin, kitab işinin hər gün bir az da artıq yenilənməsini, təkmillənməsini gösətərən maraqlı nümunədi. O ki, qaldı kitablara..

 

Bəli, hər bir publisist yazısından tutmuş, povestinə, romanına qədər özünəməxsusluğunu ifadə edən Əlabbas bu kitablarında da həmin üslubunu, həmin söz və müəllif anlaşmasını, sevgisini qoruyub saxlamış və onu oxucu önünə çıxarmışdı. Etiraf edim ki, bu kitablarda işıq üzü görən yazıların, yəni müsahibələrin, esselərin, şərhlərin əksəriyyətini dövrü mətbuatda oxumaq imkanı olubdu. Ancaq Əlabbasın bu ana qədər oxumadığım povest və hekayələri də bu kitabda yer alıb. Ona görə də müəllifin "Dağların duman çağı", "Şəbi-hicran" kitabları və onun 60 yaşı ilə əlaqəli olaraq sözünə, özünə dəyər verən insanların fikirlərindən, fotolarından ibarət "Altmışıncı aşırım" kitabı mənim oxucu marağımı artıq özünə çəkib. Sadəcə olaraq, bu kitablar barəsində "Ədalət" in oxucularına kiçik bir müjdə, bir informasiya çatdırmaqla demək istəyirəm ki, Əlabbas müəllim, əldə etdiyiniz kitabları böyük maraqla oxumağa başlamışıq. Necə deyərlər, sizin ruhunuz, ürəyiniz ratıq bizimlə birlikdədir. İnşallah kitabalırınızı oxuyub başa çıxandan sonra bir daha sizin bədii sözünüzə münasibətimizi bildirməyə çalışacağıq.

 

Ədalət.-2017.-21 aprel-S.4.