Nəriman Əbdülrəhmanlı haqqında monoqrafiya çap olundu

 

Tanınmış yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlı haqqında yeni – "Nəriman Əbdülrəhmanlının bədii yaradıcılığıadlı monoqrafiya işıq üzü görüb.

Adalet.az-ın məlumatına görə nəşrin müəllifi gənc ədəbiyyatşünas Yeqzar Cəfərlidir.

Kitabda Azərbaycan ədəbiyyatının 80-ci illər nəslinə mənsub olan yazıçının bədii yaradıcılığıhekayə, povest romanları araşdırılıb. Müəllif yazıçının əsərlərinin mövzu, üslub, dil, obrazlar sistemi başqa xüsusiyyətlərini təhlil edir, onun portretinin maraqlı cizgilərini aşkara çıxarır.

"Qanunnəşriyyatında çapdan çıxan kitabın redaktoru professor Bədirxan Əhmədli, elmi redaktoru isə dosent Emin Ağayevdir.

Məlumat üçün qeyd edək ki, Yeqzar Cəfərlinin bundan öncə 2011-ci ildə "Əli Fəhmi dünyası” adlı monoqrafiyası, 2012-ci ildə "Uçurum” adlı hekayələr kitabı işıq üzü görüb.

 

Ədalət.-2017.-28 aprel.-S.4.