Əsrin dörddə birinin yaşıdı və ya "525-ci qəzet"in örnək missiyası

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Azərbaycan ictimai-mədəni, ədəbi-estetik fikrinin inkişafında milli mətbuatımızın danılmaz rolu vardır. Bu mətbuat orqanlarından hər biri milli məfkurə, azərbaycançılıq, dövlətçilik, türkçülük, maarifçilik, milli heysiyyət, milli mədəniyyət ədəbiyyatın formalaşmasında bacardığı qədər xidmət göstərmiş, düşüncə lokomotivizmin irəliləməsində əhəmiyyətli mövqe qazanmışdır. Bununla belə, bu gün əsrin dörddə biri qədər yaşı olan, milli təəssübkeşlik hissimizin, dövlətçilik düşüncəmizin, iqtisadi, siyasi, mədəni müstəqilliyimizin nəinki inkişafına, həm dövlətçilik konsepsiyamıza əməli köməklik göstərən, bu işi böyük şərəf ləyaqətlə yerinə yetirən, tribun missiyasını öz üzərinə götürən "525-ci qəzet"in fəaliyyəti haqqında danışmamaq, bu fəaliyyətin əsaslı konturlarını görüb, təqdir etməmək insafsızlıq olardı. "525-ci qəzet" öz dəsti-xətti, öz prinsipləri, öz yanaşma meyarları, hadisələri işıqlandırma, faktlara münasibətdə obyektivliyi əks etdirmək baxımından nəşr olunduğu ilk günlərdən bu günə qədər olduqca nəzərə çarpacaq bir əməl sahibi oldu.

"525-ci qəzet" sözün həqiqi mənasında öz təbliğatçılıq missiyasını boynuna götürdü. Dövlətçiliyimizin, milli mənəviyyatımızın, xalq ideallarına sadiqliyin, mədəni varlığımızı qoruyub hifz etməyimizin qarantına, bayraqdarına çevrildi. Ömrünün lap ilk günlərindən başlayaraq, obyektivliyi özü üçün meyar götürdü. Heç vaxt konyuktur fikir ideyaların təmsilçisinə çevrilmədi. Qəzetin yaradıcı kollektivi təsir altına düşmədi, yersiz dedi-qodunu, hərc-mərcliyi, səbatsızlığı, prinsipsizliyi öz təcrübəsində sınaqdan keçirmədi, özünə yaxın buraxmadı. Qütbləşmələr yaratmadı, sağlam yaradıcı yanaşmanı, praqmatik düşüncə tərzini özünün həyat kredosu kimi bəyan etdi. Belə bir yaradıcı platformada "525-ci qəzet"in yeri digər mətbuat orqanları sırasında xüsusi göründü.

"525-ci qəzet"in belə bir məram konsepsiya əsasında nəşr olunmasında, oxucu rəğbəti qazanmasında, heç şübhəsiz ki, onun baş redaktoru Rəşad Məcidin, onun müavinləri Yusif Rzayevin Seyfəddin Hüseynlinin yaradıcı kollektivin, redaksiya heyətinin rolu xüsusilə görünməkdədir.

"525-ci qəzet" gənc jurnalistlərə müxbirlik dəst-xətti, yaradıcılığa təzəcə başlayan şair, yazıçı, publisistlərə sənət sirlərinə yiyələnmə, ədəbiyyatşünaslara, tənqidçilərə, dilçilərə, filosoflara, estetlərə öz sahələrində püxtələşmə öyrədib. Orta yaşlı ziyalı nəslin nümayəndələrinə qələm təcrübəsinin daha da təkmilləşməsini cilalaşıb. Məhz buna görə "525-ci qəzet"in Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ictimai fəlsəfi fikrinin, hərb tarixinin, dövlətçilik uğrunda mübarizənin əsas konturlarını ortaya qoyub. Ortaya qoyub ki, Azərbaycan xalqı, onlar uğrunda mübarizə aparsınlar, onun gələcəyini şərəflə qorusunlar.

Mən "525-ci qəzet"i nədənsə lap çox istəyirəm, ona rəğbətim böyükdür. Çünki oxucu məhz bu qəzetdə özü üçün daim isə oxumağa maraqlı şeylər tapa bilir. Çünki bu qəzet nəşrə başlayan ilk illərdən mənim ədəbiyyatımız, ədəbiyyatşünaslığımız, mədəniyyətimiz , folklorumuz, epos düşüncəmiz, ədəbi tənqidimizlə bağlı fikir düşüncələrimə meydan verib.

Yadınızdadırsa, Rusiyada XIX 40-cı illərindən böyük mütəfəkkir, şair, demokrat N.Nekrasovun baş redaktorluğu ilə "Sovremennik" jurnalı nəşr olunurdu. Bu jurnal həmin dövrlərdə öz ətrafında Rusiyanın bütün elitar ictimai, siyasi, sosial, mədəni, fəlsəfi, estetik, ədəbi təfəkkür sahiblərinin nəzər nöqtələrini yayır, təbliğ edirdi. Mənim düşüncəmdə XX əsrin sonu - XXI əsrin ilk on illiklərindən "525-ci qəzet" Azərbaycanda həmin titanik missiyanı yerinə yetirməkdədir. "525-ci qəzet"in plankası o qədər yüksəkdir yuxarıdır ki, bu qəzetlə əməkdaşlıq etmək istəyən hər bir müəllif öncə özünü "525-ci qəzet" səviyyəsinə yaxınlaşdırmağa kökləyib, məhz bundan sonra burada məqalələrinin çap olunmasına özünü layiq bilir. Bu, heç şübhəsiz ki, qəzetin baş redaktoru onun redaksiya heyətinin öz işinə qəzetçiliyə məsuliyyətlə yanaşması ilə bağlıdır.

Bu mətbuat orqanında yer almış məqalə materialların qəzetçiliyin yüksək kondisiyaya uyğun olması baş redaktorun isə tələbkarlığını göz önündə canlandırmaqdadır. Elə zənn edirəm ki, prof. C.Məmmədlinin "525-ci qəzet"in qəzetlə bağlı hazırladığı kitaba verdiyi "Zamanın sınağında" adı bu qəzetin doğrudan da 25 il ərzində keçdiyi mübarizə əzmkarlıq, məqsədə doğru irəliləyişinin dolğun məntiqi mənzərəsini yaradır. Bu mənzərədə Azərbaycan siyasi, ictimai, fəlsəfi, estetik, etik fikri, ədəbiyyatşünaslığımız, ədəbi tənqidimiz, dilçiliyimiz, jurnalistika-mız öz rənglərində yetərincə təqdim olunmuşdur. Yazıçı Əli İldırımoğlu qəzetin məramını "İşıqlı yol", şair Ramiz Rövşən "Azərbaycanın ən ziyalı qəzeti", Yunus Oğuz "Zamanın sınağından alnıaçıq, üzüağ çıxan "525-ci qəzet", akademik İsa Həbibbəyli ""525-ci qəzet" məktəbi", akademik Abel Məhərrəmov "Ümummilli qəzet" kimi dəyərləndirmələri bu mətbuat orqanının mahiyyətini doğru-dürüst mövqedən açmağa tuşlanmışdır. Bu qəzetin vasitəsi ilə dövlətçilik, vətənçilik, vətənpərvərlik, vətəndaşlıq, Qarabağ, milli qeyrət, milli mənsubiyyət, milli tarix, etnik keçmişimizə bağlılıq, adət-ənənələrimizə, folklorumuza, epik örnəklərimizə, epos təfəkkürümüzə qayğı sayğı ilə yanaşmaq istiqamətində gedən, yaxud aparılan işlərin ölçüyəgəlməz masştabı görünməkdədir. "525-ci qəzet"in oxunaqlılığını populyarlığını sübut edən mühüm dəlillərdən biri bu qəzetin tirajının kütləvilik baxımından Azərbaycan media məkanında ön sırada dayanmasıdır. Bir sözlə, "525-ci qəzet" hamının qəzetidir. Onun həftə ərzində beş dəfə oxuculara təqdim olunması da bunu sübut edir. Bu qəzetdə xalqın bütün zümrələrindən, bütün təbəqələrindən olanlar öz mənəvi ehtiyaclarını təmin edə bilirlər. Çünki bu qəzetin amalı da, istəyi xalq, dövlət, millət, Vətən qayğılarından su içməkdədir.

Ümumiyyətlə, "525-ci qəzet" Azərbaycan həyatının geniş panoramını yaratmış bir mətbuat orqanıdır. Mənim qənaətlərimə görə "525-ci qəzet"in onun baş redaktor Rəşad Məcid redaksiya kollektivi tərəfindən elə mükəmməl məsuliyyətli bünövrəsi qoyulub ki, bu qəzet qərinələr, əsrlər keçsə , öz yaradıcı missiyasını dəyişməyəcəkdir. Çünki bünövrə düzgün qoyulduqda, bina tikili, əzəmətli görünməklə, həm çox təlatümlərdən, zəlzələlərdən alnıaçıq, üzüağ çıxır. Onun tağları, dirəkləri zədələnmir. Bax, "525-ci qəzet" belədir.

"525-ci qəzet" nümunə yaratmış qəzetdir. Bu nümunə onun müxtəlif problemlərə həssaslıqla yanaşmaqla, öz simasını, öz kompozisiyasını, öz məzmun, üslub stilistikasını formalaşdırmış qəzetdir. Hamıya yaxşı məlumdur ki, palaz-palaz materiallar dərc etmiş çoxsaylı qəzetlər var ki, onları necə səhifələməyə başlayırsan, eləcə bir surətlə bağlayırsan. Çünki burada oxumağa, təfəkkürü hərəkətə gətirməyə, hər hansı rasional fikrə rast gələ bilmirsən. Bu da maraqlıdır ki, "525-ci qəzet" həm öz forma məzmun əlvanlığı ilə Azərbaycan jurnalistikasına bir jurnalistlik mədəniyyəti gətirdi. İndiyə qədər jurnalistikamızda olanlara (nəzəri, təcrübi, metodoloji s. aspektlər) öz səmərəli arşını ilə yanaşdı. "525-ci qəzet" (qəzet italyanca qadzetta" - ən ucuz şey) "qəzet" sözünün özünü urvata mindirib, onun dəyərini artırdı. bu vüsət, bu yüksəliş yaxşı ki, bu gün səngimir, uğurla davam etdirilir. "525-ci qəzet" jurnalistikanın jurnalistliyin professional simasını yaratmış qəzetdir. Əminliklə söyləyə bilərəm ki, "525-ci qəzet" söz sərvətimizin, dil varlığımızın, ədəbi dil imkanlarımızın qorunmasına zənginləşməsinə öz töhfəsini vermiş mətbuat orqanıdır. Çünki "525-ci qəzet" dilimizin bütün yaruslarının, sahələrinin bütün bəhslərinin - leksikologiyasının, frazeologiyasının, onomalogiyaslının, morfologiyasının, sintaksisinin üslubiyyatının püxtələşməsinə xidmət edən qəzetdir.

"525-ci qəzet" jurnalistikamızın müdrikliyini uzaqgörənliyini formalaşdıran sübut edən qəzetdir. Bu qəzet "örnək", "ocaq" s. kimi yüksək mənəvi dəyər meyarları özündə uğurla birləşdirən qəzetdir. Qəzetin baş redaktoru Rəşad Məcidi əvvəllər bir şair kimi tanıyırdıqsa, onun bu qəzetdə işləyəndən sonra naşirlik potenasiyası, publisist məharəti ictimaiyyət üçün daha çox açıldı.

Azərbaycan mətbuatına və inkişafına "525-ci qəzet"in hələ nə qədər səmərə verəcəyinə ümid gələcəkdə daha da reallaşacaq və güclənəcəkdir. Çünki bu qəzet müstəqil düşüncəni, plüralist yanaşmanı, multikultural dəyərləri, demokratik yeniləşmələri öz məqsəd və məramına uyğunlaşdıran qəzetdir. "525-ci qəzet"in yolu gələcəyin kompası rolunu oynayacaq mətbu orqanı kimi onilliklər, qərinələr və əsrlərdən boylanacaqdır.

 

(ardı növbəti sayımızda)

Nizami Tağısoy

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

Ədalət.-2017.-5 dekabr.-S.7.