Naxçıvan Muxtar Respublikası dinamik
və dayanıqlı inkişaf yolundadır
"Azərbaycanın qədim zəngin
tarixi, mədəniyyəti və çox əsrli dövlətçilik
ənənələrinə malik olan Naxçıvan
diyarı mürəkkəb inkişaf yolu keçmişdir.
Orta əsrlərdə gərgin işi elm, mədəniyyət,
ticarət və sənətkarlıq mərkəzindən biri
kimi şöhrət qazanmış Naxçıvan dünya
sivilizasiyasına dəyərli töhvələr vermişdir.
Naxçıvanların fədakarlığı,
işgüzarlığı hesabına Naxçıvanda
quruculuq prosesi gedir".
Heydər Əliyev
Əminliklə söyləyə bilərik ki, bu gün
Azərbaycan inkişaf və tərəqqi dövrünü
yaşayır.
Həyata keçirilən kompleks islahatlar,
geniş quruculuq işləri və yaradılan güclü
iqtisadiyyat ölkəmizin əsas göstəricisidir. Bu
barədə regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrasının dördüncü ilinin yekunlarına həsr
olunan konfransda ölkə Prezidenti cənab İlham Əliyev
demişdir: "Ölkəmiz bütün sahələrdə
böyük uğura imza atmışdır. Bütün
beynəlxalq mötəbər qurumların reytinqində Azərbaycan
qabaqcıl yerdədir. Bu gün inkişaf
parametrlərinə və vətəndaşlar həmrəyliyinə
görə Azərbaycan dünyada nümunəvi ölkələrdən
biridir".
Qeyd etməliyik ki, bu möhtəşəm
uğurların arxasında Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin düşünülmüş
siyasəti, gərgin və yorulmaz fəaliyyəti xalq-iqtidar
birliyi dayanır. Regionların sosial-iqtisadi inkişafı
ilə bağli mərhələli proqramların qəbul və
icra olunması hər bir bölgənin tarazlı
inkişafını təmin edib. Naxçıvan
Muxtar Respublikası bütün parametrləri üzrə diqqəti
cəlb edir. Naxçıvan diyarı həmişə
ölkəmiz üçün strateji əhəmiyyətli bir
bölgə olub.
Ümummilli lider Heydər Əliyevin
düşünülmüş və uzaqgörən siyasətində
də bu amil həmişə üstün yer tutub. Bəlkə də
bu mənada müdrik insan, unudulmaz dahi rəhbər, siyasi fəaliyyətinin
ayrı-ayrı dövrlərində bu diyarın möhkəmlənməsinə
və inkişafına xüsusi diqqət və qayğı
göstərib.
Bununla belə, ötən əsrin 80-ci illərin ikinci
yarısından başlanan siyasi hadisələr Azərbaycanın,
eləcə də Naxçıvan Muxtar Respublikasının
iqtisadiyyatına və sosial-mədəni həyatına
ağır zərbələr vurdu.
Muxtar
respublikada ümumi məhsulun həcmi 1990-ci ildə 1985-ci illə
müqayisədə 92,6 faiz olmuşdu. Ermənistan tərəfindən nəqliyyat və
iqtisadi blokadaya alınması Naxçıvan iqtisadiyyatına
ağır zərbə vurdu. Azərbaycan
dəmir yolunun Qarçevan-Mehri hissəsinin işləməməsi,
avtomobil yollarının bağlanması, Bakı və Azərbaycan
rayonları, eləcə də ittifaq respublikaları ilə əlaqələrin
kəsilməsinə idarə, müəssisə, tikinti təşkilatlarının
fəalliyyətinin dayanmasına səbəb olmuşdu.
1989-cu ilin birinci yarsında tək istehsal müəssisələri
1,1 milyon rubl az məhsul istehsal etmiş,
tikinti təşkilatları 1,5 milyon rubl dəyərində məhsul
ala bilmişdi.
Dəmir yolu nəqliyyatında vəziyyətin gərginləşməsi
Naxçıvan MSSR-in iqtisadiyyatına ağır zərbə
vurmaqla yanaşı, əhalinin mənəvi-psixoloji vəziyyətinə
təsir edir, onsuz da ağır olan ictimai-siyasi vəziyyətin
daha da ağırlaşmasına səbəb olurdu.
Xalqımızın
yenilməz oğlu, Ulu öndər Heydər Əliyev 1990-ci il iyulun 22-də Naxçıvana gəlməsi
ilə xalqı yaşamaq və Naxçıvanı xilas etmək
ümidlərini artırdı. Naxçıvanlılar
ümummilli lider Heydər Əliyevin gəlişini çox
böyük sevinc və coşqu ilə qarşıladılar.
Qüdrətli dövlət xadimi Heydər
Əliyev Naxçıvana qayıdışı ilə muxtar
respublikanı və bütün Azərbaycanı real təhlükədən
xilas etdi.
Ümümilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, o
illərdə, xüsusən 1990-1991-ci illərdə
Naxçıvanda xalq hərəkatı çox güclü
idi. Müstəqillik yolunda mübarizə aparan adamlar
Naxçıvan əhalisinin, demək olar ki, əksəriyyətini
təşkil edirdi.
"Naxçıvanın müstəqilliyi, milli
azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir
edirdi. Məhz bunların nəticəsində
Naxçıvan çox ciddi addımlar atır və nəhayət,
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
əldə edilməsində öz xidmətlərini göstərirdi".
Həmin illərdə Heydər Əliyevin
Naxçıvanda xalqın mübarizəsini azadlığa,
müstəqillik qazanmasına, dövlətçilik ənənələrinin
bərpa, inkişaf etdirilməsinə yönəldilən fəaliyyəti
olduqca mühüm rol oynamışdır.
Heydər
Əliyevin tam yekdilliklə Azərbaycan SSR və
Naxçıvan MSSR ali qanunverici
orqanlarına üzv seçilməsi müstəqillik tariximizə
doğru daha bir uğurlu addım atıldı. Naxçıvan
MSSR Ali sovetin ilk sessiyasına Ulu öndərin sədrlik etməsi
bir sıra tarixi qərarların qəbul ediləsi ilə nəticələndi.
Ali Sovetin 1990-cı il noyabrın 17-21-dəki
sessiyasının qəbul etdiyi siyasi əhəmiyyətli qərarları
müstəqililk tariximizə qızıl hərflərlə
yazıldı. Naxçıvan MSSR Ali sovetin birinci sessiyası
"Naxçıvan MSSR-in adının dəyişdirilməsi
haqqında", Naxçıvan MR Ali Dövlət hakimiyyəti
orqanı haqqında, Naxçıvan Muxtar
respublikasının dövlət rəmzləri
haqqında", 1990-cı ilin yanvar ayındakı Bakı
hadisələrinə siyasi qiymət verilməsi
haqqında" və başqa məsələlərlə
bağlı tarixi qərarlər qəbul etdi. Sessiyada
Naxçıvan MSSR adından "Sovet",
"Sossialist" sözlərinin çıxarılması,
Azərbaycan xalq Cümhuriyyətinin üçrəngli
dövlət bayrağının bərpa edilməsi, onun
Naxçıvan Muxtar Respublikasının dövlət
bayrağı kimi qəbul edilməsi ilə demokratik dəyişikliklər
həyata keçirilirdi. Sovet Birliyinin
yaşadığı bir dövrdə muxtar respublika Ali
Sovetinin sessiyasına belə qərarların qəbul edilməsi
böyük cəsarət və uzaqgörənlik tələb
edirdi.
Ulu öndər Heydər Əliyevin 1991-ci ilin
sentyabrın 3-də Naxçıvan Muxtar Respublikasının
Ali Məcəlləsinin sədri seçilməsi Azərbaycan
xalqının taleyində böyük siyası əhəmiyyətə
malik olan tarixi hadisə idi.
Böyuk dövlət xadimi Heydər Əliyev Ali Məclisin
sədri olduqdan sonra Naxçıvan MR Azərbaycanın
ictimai-siyasi həyatında mühüm və əhəmiyyətli
rol oynamağa başladı. Muxtar respublikada həyata
keçirilən tədbirlər, demokratik dəyişikliklər,
milli dövlətçiliklə bağlı qəbul edilən
qərarlar Azərbaycanın müstəqilliyini möhkəmləndirmək
yolunda məqsədyönlü fəaliyyət sahələri
idi.
Heydər
Əliyevin bütün fəaliyyəti muxtar respublikanın
düşdüyü ağır vəziyyətdən
çıxarılmasına, sərhəd kəndlərinin və
muxtar respublikanın təhlükəsiziliyinin təmin edilməsinə,
əhalinin ərzaqla təmin edilməsinə, sosial vəziyyətin
yaxşılaşmasına, iqtisadi islahatların həyata
keçirilməsinə, Naxçıvanda rus
qoşunlarının çıxarılmasına,
yaradılmasına, qanunsuz silah dəstələrinin ləğv
edilməsinə, Naxçıvanın muxtariyyət statusunin ləvğinə
çalışan quvvələrin qarşısının
alınmasına və digər vacib məsələnin həll
edilməsinə yönəlmişdir. Qarşıya
qoyulan bütün məsələlər Heydər Əliyevin
uzaqgörənliyi, casərət və qətiyyəti sayəsində
həll edildi, Naxçıvan qorundu, onun düşmən əlinə
keçməsinə imkan verilmədi. Ölkə
prezidenti İlham Əliyevin qeyd etdiyi kimi,
naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər
Əliyev isə Naxçıvanı xilas etdi.
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanda
hakimiyyətə qayıdışı reallığa
çevriləndə o, 1990-1992-ci illərdə düşmən
təcavüzündən və fəlakətlər
girdabından xilas etdiyi Naxçıvanı özünün
dövlətçilik məktəbinin yeni nəsil nümayəndəsinə
etibar etdi.
1995-ci ilin son ayında Vasif Talıbovun Naxçıvan
Muxtar Respublikası Milli Məclisinin sədri seçilməsi
ilə Naxçıvanda yeni siyasi şərait yarandı, gələcək
uğurlu ınkişafın əsası qoyuldu və qısa
zamanda bu öz nəticələrini verməyə
başladı.
Çünki Vasif Talıbov Naxçıvan Muxtar
Respublikasının bütün problerini aydın görür
və onun həlli yollarını bilirdi. Qısa
müddət ərzində muxtar respublikanın bütün
sahələrində əsl canlanma müşahidə
olunmağa başlandı.
Quruculuq və abadlıq işləri geniş vüsət
aldı. Həm paytaxtın, həm də bütövlükdə
muxtar respublikanın bütün yaşayış məntəqələrinin
yeni inkişaf konsepsiyasına uyğun qurulmasının zəruri
əsasları təsis edildi.
Muxtar
respublika sənayesinin əsas hissəsini təşkil edən
emal sənayəsində çörəkbişirmə, şəkər,
su, spirtli içkilər, siqaret, pivə, plastik qapı və
pəncərə, plastik su boruları, hörgü və
döşəmə üçün kərpic, üzlük
daş sement, gips lövhələr, ahəng məsaməli
beton, karbon qazı, metaləritmə və onlarca digər
istehsal sahələri yaradılmışdır.
Mövcud resurslardan səmərəli istifadə etməklə
əsas məqsəd proqramlarının uğurlu icrası
yüksək texnologiyalar əsasında mebel, maşınqayırma,
metallurgiya, kimya, mədənçıxarma, yüngül və
yeyinti sənayesi, kənd təsərrüfatlı təyinatlı
yüzlərlə istehsal və xidmət sahəsinin təşkilinə
şərait yaratmışdır.
2010-cu ildə muxtar respublikada ilk dəfə olaraq minik
avtomobillərinin istehsalını həyata keçirən
"Naxçıvan Avtomobil Zavodu" MMC fəaliyyətə
başlamışdır. İllik istehsal
gücü 5000 min ədəd avtomobil olan zavodda 12 modeldə
avtomobil istehsal olunur. Daha 2 modeldə
avtomobil buxarlanmasına hazırlıq işləri
görülür.
Fəaliyyətə
başladığı dövrdən 1 yanvar 2016-cı il tarıxədək 4598 avtomobil istehsal
olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında həyata
keçirilməsi ilə əlaqədar sənaye müəssisələrinin
yaradılmasına və inkişafına xüsusi fikir
vermilmişdir.
Yaradılan sənayə müəssisələri
daxili bazar üçün məhsul istehsal etməklə
yanaşı, ixracyönlü məhsulların
istehsalını da gücləndirmişdir.
Xüsusi
ilə son illərdə qurulan "Gəmiqaya" Şirkətlər
Qrupuna aid müəssisələr, Naxçıvan avtomobil
zavodu, "Badamlı" mineral sular zavodu, "Cahan
Holding" Kommersiya Şirkətlər İttifaqının
müəssisələri, Kərpic zavodu, Mebel fabriki,
"Dizayn" MMC-nın müəssisələri, "Şərab-2
Yeddilər Aqrar Sənaye Kompleksi" MMC, "Sirab" mineral
zavodu, sement zavodu ən yüksək standartlar səviyyəsində
məhsul istehsal edirlər.
Azərbaycan Respublikası yaranmış sabitlik, iqtisadi
sahədə əldə olunmuş nailiyyətlər muxtar
respublikada 1995-ci ildən başlayaraq tikinti-quraşdırma və
abadlıq sahəsində əsaslı işlər görməyə
şərait yaratmışdır.
Muxtar respublikada yaşayış məntəqələrinin
abadlaşdırılması, həmin yaşayış yerlərində
səmərəli idarəetmənin və əhaliyə
göstərilən xidmətlərin səviyyəsinin
yüksədilməsi istiqamətində ötən dövr ərzində
4 qəsəbə və 125 kənd mərkəzi istifadəyə
verilmişdir.
Naxçıvan Muxtar Respublikasında tikinti-quruculuq və
abadlıq işləri ildən-ilə genişlənir. Yüksək zövqlə,
peşəkarlıqla Şərq və Qərb memarlıq
elementlərindən ustalıqla və yerli-yerinə də
istifadə etməklə tikilən binalar, təmir olunan və
yenidən qurulan inzibati və sosial obyektlər, salınan
gülkarlıq, yaradılan səliqə-səhman
böyük quruculuq və abadlıq işlərinin yüksək
səviyyədə görüldüyünü təsdiq edir.
Bütün bu işlərə Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov diqqət
və həssaslıqla yanaşır, hər bir tikinti,
quruculuq və abadlıq işlərinin ən yüksək səviyyədə
aparılmasına nəzarət və rəhbərlik edir.
Ümummilli
lider Heydər Əliyev 1999-cu ildə Naxçıvana səfər
edərkən burada göstərilən işlərdən, həyata
keçirilən tədbirlərdən razı
qaldığını bildirmiş, bu işlərin
aparılmasında təşkilatı və rəhbər
rolunu oynayan Vasif Talıbovun işini xüsusi vurğulayaraq
demişdir: "Mən məmnuniyyətlə demək istərdim
ki, son dörd il içərisində (1995-1999-cu illər)
Naxçıvanda işlər lazımlı səviyyədə
gedir.
Vasif Talıbovu bu vəzifəyə seçəndə
mən onun çox xüsusiyyətlərini bilirdim. Amma o,
çox gənc idi. Daxilən dörd il
müddətində o sübut etdi ki, Vətəninə, millətinə,
xalqına sədaqətli olan adam yaşından asılı
olmayaraq böyuk işlər görə bilər..."
Naxçıvan
Muxtar Respublikasının 80 illik yubileyində ölkə
Prezidenti cənab İlham Əliyev
çıxışında Azərbaycanın qədim
diyarı olan Naxçıvanın sürətlə
inkişaf etməsini və inamla irəliləməsini fərəh
hissi ilə qeyd etdi: "Mən çox sevinirəm ki,
Naxçıvanda quruculuq və abadlıq işləri
aparılır. Blokada şəraitində
yaşayan Azərbaycanın əsas hissəsindən ayrı
düşmüş Naxçıvan yaşayır, güclənir
və irəliyə doğru inamla addımlayır. Fürsətdən istifadə edərək mən
Naxçıvan rəhbərliyinə və şəxsən
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri
Vasif Talıbova görülən bütün işlərə
görə öz dərin minnətdarlığımı
bildirirəm".
Bir
anlıq xəyalımda o günlərə qayıtdım:
...Mən
Vasif müəllimi, onun keçdiyi şərəfli həyat
yolunu, böyük insani xüsusiyyətlərini, alicənablığını,
işgüzarlığını, tanınmış
ictimai-siyasi xadım olmasının əvəzsiz rəhbərliyini,
vətənpərvərliyini, qayğıkeşliyini, torpaq,
el sevərliyini fəaliyyətində həyata keçirdiyi
yenilikləri, dünya görünüşünun Ulu öndərimiz
Heydər Əliyevin sədaqətli davamçısı
olmasını öz qocaman həkim qələmimlə yazmaqda
çətinlik çəkmirəm. Özlüyümdə
fikirləşirəm ki, Vasif Talıbov son illərdə
Naxçıvan Muxtar Respublikasında inqilab yaradıb.
Vasif muəllim gözəl ailə
başçısıdır, həyat yoldaşı Sevil
xanım xarici dil müəlliməsidir.
Naxçıvan Muxtar Respublikasında ucqar kəndlərə
geniş yollar çəkilib, məktəblər tikilib. Ordubadın ucqar kəndlərindən
biri olan mənim dünyaya gəldiyim Üstüpü kəndində
çox gözəl asfalt yol çəkilib, çayın
üzərində 8 yerdən körpülər
salınıb, məktəb, klub və bələdiyyə
binası tikilib. Son vaxtlar mən gedə bilməmişəm.
Bu il mart ayının 7-8-də
Naxçıvana getməli oldum.
Təyyarədən düşən kimi vətənin təmiz
ab-havasını dərdim. Bir bacıoğludan
xahiş etdim ki, məni 10 dəqiqəlik
Naxçıvanı gəzdirsin.
Xudaya, gözlərimə inana bimədim. Naxçıvanı
kitablarda oxuduğum Şvetsariyaya bənzətdim. Fikirləşdim ki, behişti axtaran
Naxçıvana gəlsin. Vətənin
bu abadlığı məni sevindirdi.
Neçə illərdi gedə bilmədiyim, 38 ildən
çox, doğma kəndim Üstüpüdə tikdiyim evin
yarımçıq qaldığını fikirləşirəm.
Dahi
şairimiz, dünya miqyaslı böyük söz sənətinin
nümayəndəsi Məmməd Araz yazırdı:
Yaman bizi
düzdə qoydu bu düzlük...
Çox
hörmətli Vasif müəllim!
Məlumdur ki, hər bir bəşər övladı
öz xeyirxahlığı, nəcib əməlləri ilə
həyatda iz qoyur.
Siz lap
çoxdan bu işə nail olmusunuz. Sizin Ulu öndərimiz mərhum
Heydər Əliyev Azərbaycanımızda rəhbərlik
etdiyi vaxtdan bəlkə də öncə doğma
Naxçıvanımıza, onun ətraf rayonlarına və kəndlərinə
ərməğan etdiyiniz abadlıq və quruculuq işlərindən
doğan gözəlliklər, vaxtı-vaxtında
iş ahəngdarlığı və nəhayət
insanların könlünü oxşayan, onu daima yaşadan
adınız Azərbaycanımızın hər yerində
hörmətlə çəkilməkdədir.
Mən Naxçıvan Muxtar Respublikasına rəhbərlik
edən tanınmış ictimai-siyasi xadim Vasif Yusif oğlu
Talıbovu bacarıqlı, qayğıkeş insan kimi
tanıyıram. O ağır günlərində mən
Naxçıvanda olarkən, cəbhəçilərlə
söhbət zamanı bərk əsəbləşdim. Bunu
görən bir oğlan badamlı süzüb mənə verdi: "Cəfər hakim, için, sərindi,
əsəbləşməyin". Deyirlər
siz xalq adamısınız. Bir saatdan sonra
yük təyyarəsində Bakıya qayıtmalıydım.
Dostlarımla görüşəndə soruşdum ki, mənə
su verən oğlan kim idi? Ondan
halallıq almaq istəyirəm. Yaxın dostum Yunis
Əliyev dedi ki: "Cəfər həkim, o oğlan Vasif
Talıbovdur". Bizim tanışlığımız belə
başladı:
Hörmətli
Vasif müəllim! Bildirim ki, Böyük M.Araz
xəstə olarkən ondan gizli, özü bilmədən
üç dəfə öz qanımdan ona
köçürtmüşəm. 35 ildən
çox onun yaxın dilbiləni və həkimi olmuşam.
Otuz beş il (35) Sumqayıt Təcili Tibbi
yardım xəstəxanasının Cərrahiyyə
şöbəsinin müdüri işləmişəm və
öz təknəmin halal duz-çörəyini dadaraq
ömrün qurub çağını yaşamada olan Həci
Cəfərəm.
Təmənnasız Həkim cərrah.
...Yəgin
ki, bir vaxtlar az da olsa haqqımda
eşitmisiniz. Bu il doğma kəndim
Üstüpüdə yeni məktəb binasının
açılışı olub. Bunun
hamısı sizin rəhbərliyiniz və göstərişlərinizlə
həyata keçirilib.
O qədər
şad oldum ki, bütün ürək ağrılarım
keçib getdi.
Bir anlığa uşaq vaxtı oxuduğum məktəb
binası yadıma düşdü. Əynimdə
yamaqlı paltar, ayaqlarımda rezin çarıq, bir anlıq
gözlərim önünə gəldi. Muəllimlərlə
bir partada oturub şirin, bir qədər də kövrək
xatirələrə daldım, inanın ki, sevincimin, sizə
olan sevgimin həddi-hüdudu yox idi. Sağ olun. Allah sizləri və sizın ailə üzvlərinizi,
sizi istəyənləri qorusun.
Siz cavan, ancaq boyük ürək sahibisiniz.
Mənim bu sevincimə qoşulan, Bakıda yaşayıb-yaradan
bütün naxçıvanlıların qəlbindən
keçir və məni tanıyan tanımayan insanlar telefonla
sizə dualar, mənə göz aydınlığı verirlər.
Hörmətli
Vasif müəllim!
Bir ağsaqqal kimi sizdən son olaraq bir xahişim var.
Kəndimizdə üç kəndin, yəni
Üstüpü, Çənnəb və Məzrəni əhatə
edən xeyir-şər evinin tikilməsi daha məqsədəuyğun
olardı. İstərdik ki, qışın
qar-çovğununda bu kəndlərin camaatı xeyrində,
şərində əziyyət çəkməsin.
Əgər məsləhət bilsəniz, kəndimizin
köhnə kənd sovetliyi binasının yerində camaat
öz hesabına o binanın tikintisinə başlayardı.
Bu Siz tərəfdən bizim üçün daha bir
böyük yaxşılıq olardı. Biz də hər an duaçınız olardıq.
Üstüpü kəndi sizə həmişə
doğma olaraq qalacaq (onsuz da bizlə doğma qan qohumluğunuz
var).
Vasif müəllim, mən şair deyiləm, ancaq uzun illərdir
ki, Azərbaycanımızın xalq şairi Məmməd
Arazla ata-baba dostluğumuzu yaşatmışıq.
Ürəyimdən
axan bu misralar özümdən asılı olmayaraq ağ vərəqə süzülüb:
Xeyirə Açılsın
Aşılmaz
sədləri keçib gəlmisən,
Məqsədin,
məramın hamıya bəlli
Ədalət
haqq yolun seçib gəlmisən,
Bu da bizə ümid, böyük təsəlli.
Tükənmək bilməyir gücün, taqətin,
Hər anın, hər günün, bəmbəyaz, aydın.
Vətən məhəbbətin, xalq məhəbbətin,
Dönməz əqidənlə aləmə yaydın.
Dolaşır dillərdə söhbətin sözün,
Bağlı bir rəhbərsən imana, dinə.
Ulu öndərini axtarır gözün,
Yenilik gəzirsən Vətən naminə.
Torpaq,
yurd kəlməsi daim dilində,
Nurlu gecələrin
səhərlərin var,
Gərgin
zəhmətiniz müqabilində,
Şirin xoş müjdəli zəfərlərin var.
Seymur bir
qolundur, Rza bir qolun,
Tanrı
kaş həmişə sizə yar olsun,
Sevil
xanım nurlu məhəbbət yolun,
Minarə anamız bəxtiyar olsun.
Xoş ənbər
qoxusun arzun, niyyətin,
Xeyirə
açılsın bütün səfərin,
Əldə
etdiyi hər qalibiyyətin,
Döyünən qəlbidir Hacı Cəfərin.
Həkim Hacı
Cəfər Quliyev,
Şöhrət
ordenli, Azərbaycan Yazıçılar və Jurnalistlər
birliyinın üzvü, SSR-in əlaçı səhiyyə
işçisi, SSR-in aparıcı yüksək dərəcəli
cərrahı
Ədalət/-2018 .-14
avqust.- S.8-9.