Yaşamağayaratmağa dəyən ömür

 (esse-portret)

Ötən zaman kəsiyi göstərdi ki, Prezident İlham Əliyev ulu öndərin siyasi kursuna daim sadiqlik nümayiş etdirdi, Azərbaycanın ümumi inkişaf strategiyasının nəzəri-ideoloji əsaslarını zamanın çağrışlarına müvafiq daha da zənginləşdirdi. Yola saldığımız son 15 ildə dövlətimizin başçısının müasir siyasi reallıqların dəqiq mənzərəsini gördüyünün, ictimai-siyasi proseslərin inkişafı dinamikası və dialektikasının mahiyyətinə hərtərəfli varmağı bacardığının, dərin analitik təhlil qabiliyyəti nümayiş etdirdiyinin, praqmatik baxışları ilə diqqəti çəkdiyinin və istənilən vəziyyətdən ən düzgün çıxış yollarını dəqiqliklə müəyyənləşdirdiyinin şahidi olduq. O, realist, müdrik, yetkin, nikbin və dünyanın mizan tərəzisi olan ədaləti hər şeydən üstün tutan şəxsiyyət kimiözünü bir daha təsdiqlədi. Sözünün yiyəsi olan, bütün bəyanat və fikirləri fəlsəfi çəkisi, beynəlxalq hüquq normaları və standartlara, milli mənafeyə, prinsipiallığa və çevikliyə əsaslanması ilə seçilən, dünyəvi, hüquqidemokratik dövlət qurmaq məharəti nümayiş etdirən Prezident İlham Əliyev 21-ci əsrin siyasi lideri etalonunu formalaşdıranlardan biri oldu. Onun müstəqilliyinə yenicə qovuşan Azərbaycan kimi ərazicə kiçik bir məmləkətin sadəcə balanslaşdırılmış deyil, məhz müstəqil siyasət apardığını qabarıq nümayiş etdirməsi, mövqeyinin üstündə qəti şəkildə dayanması, bunu açıqcasına bəyan etməsi də, əlbəttə, böyük hünər, sözlə ölçüyəgəlməz ucalıq məqamıdır. Hazırda Azərbaycan irəli sürdüyü istənilən təşəbbüsün qətiyyətlə arxasında dayanan, xəyal xarakteri daşıyan layihələri belə reallığa çevirmək qüdrətinə yetişən tək-tək məmləkətlərdən biridir.

Ən sınanmış müdafiə hücumdur. Prezident İlham Əliyevin müstəsna xidmətlərindən biri də əsrlər boyunca əsarətdə qalan Azərbaycanın ənənəvi müdafiə taktikasını hücumla əvəzləməyi ilə bağlıdr. "Biz bütün fəaliyyətimizdə hücum taktikasını rəhbər tutmalıyıq" deyən dövlətimizin başçısının hədəfində təbii ki, ilk növbədə erməni işğalçılarıdır. Elə yağı düşmənlə aparılan danışıqların fəlsəfəsinin mahiyyətində də bu baxımdan dərin mətləb gizlənir. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmək şərəfinə layiq görülən Azərbaycanın başlıca niyyyəti erməniləri bayraq əvəzi ölkəmizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülhə razı salmağa vadar etməkdir!!! Az bir vaxtda qarşıya qoyulan istənilən vəzifənin öhdəsindən layiqincə gələ biləcəkqüdrətli ordu formalaşdırmaq, Ali Baş Komandan kimi sərkərdəlik məharətini ortaya qoymaq, güclü müdafiə sənayesi yaratmaq Vətən və Millət qarşısında əlahiddə xidmətdir. 2016-cı ilin Aprel Döyüşləri sayəsində 2 min hektar və 2018-ci ilin may ayındakı əks-hücum nəticəsində Naxçıvan istiqamətində Azərbaycanın daha 11 min hektardan çox ərazisinin düşməndən azad edilməsi, işğal altında qalan xeyli torpağa və dövlət sərhədi boyunca əlverişli yüksəkliklərə, mühüm dəhlizlərə nəzarət etmək imkanının qazanılması bunun əyani təsdiqidir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində aclıq, səfalət, vətəndaş müharibəsi girdabında çapalayan, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Vətəni planetin ən perspektivli, dinamik inkişaf edən, regionun həlledici ölkələrindən birinə çevirmək və milləti ümumi amallar naminə bir yumruq kimi səfərbər etmək tək-tək siyasətçilərə müəyyəsər olur. Ötən 15 il ərzində Azərbaycan iqtisadiyyatının 3,2 dəfə, qeyri-neft sektorunun 2,8 dəfə, sənaye istehsalının 2,6 dəfə, kənd təsərrüfatının 1,7 dəfə, qeyri-neft ixracının 4,1 dəfə artmasına nail olmaq da sözlə ölçüyəgəlməz xidmətdir. 40 milyard dollar sərmayə qoyuluşu tələb edən Cənub Qaz Dəhlizi kimi qlobal layihədə həlledici söz sahibi olmaq, çox əlverişli şərtlərlə "Əsrin müqaviləsi"nin müddətinin uzadılması da böyük mətləblərdən xəbər verir. Ən başlıcası, hazırda heç bir regional məsələ, heç bir regional layihə artıq regional gücə çevrilən Azərbaycanın razılığı olmadan həyata vəsiqə ala bilməz. Bu qürur doğuran məqamdır!!!

İndiki zamanda mövqe, təsir dairəsi uğrunda döyüşün yerlərdə deyil, məhz göylərdə getdiyini zərgərdəqiqliyi ilə qiymətləndirərək kosmosda Azərbaycanın çığırını açmaq, ölkəmizi Qərblə Şərq arasında İKT körpüsünə, tranzitlogistika qovşağına çevirmək istiqamətində silsilə tədbirləri layiqincə və ardıcıllıqla həyata keçirmək də xüsusi məharət tələb edir. Ötən zaman kəsiyində Prezident İlham Əliyev qara qızılın heç də həmişə üz ağartmadığını sərrafcasına dəyərləndirərək respublikamızda informasiya cəmiyyətinin formalaşdırılmasını, iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft və özəl sektorların kompleks inkişafını, sosial yönümlü bazar iqtisadiyyatının qurulmasını daim diqqətdə saxladı. Soydaşlarımızın sosial müdafiəsi, şəhid ailələri, məcburi köçkünlər, müharibə veteranları, əlillər və bu kateqoriyadan olan digər insanların problemləri maksimum diqqət mərkəzində saxlandı.

Bir müddət öncə qara qəpiyə güllə atan, borc üçün istənilən ağır şərtə qatlaşmaq məcburiyyətində qalan Azərbaycanı ərazisi və əhalisinin sayı nəzərə alınmaqla dünyanın ən zəngin ölkələrindən birinə çevirmək, son 15 il ərzində respublikamızın strateji valyuta ehtiyatını 1.8 milyard dollardan 50 milyard dollara çatdırmaq da Vətən qarşısında əlahiddə xidmətdir. Cəmi 20-25 il əvvəl dərin iqtisadi böhrandan, ipə-sapa yatmayan hiperinflyasiyadan qurtulmağa çalışan Azərbaycanın qısa zaman kəsiyində sərhədləri aşaraq qonşu ölkələrə, Şərqi, hətta Qərbi Avropa ölkələrinə sərmayə qoymağa başlaması, doğma Türkiyədə rekord məbləğdə - 10 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulan layihələrdə həlledici söz sahibi olması ən azı həsəd aparılacaq reallıqdır. Vaxtilə əhalisinin yarısı yoxsulluq içərisində çapalayan bir məmləkətdə indi daxili investisiyaların xarici sərmayələri üstələməsi, ötən 15 ildə respublika iqtisadiyyatına 250 milyard dollar məbləğində investisya yatırılması, dövlət borcunun Ümumi Daxili Məhsula nisbətdə məhdud səviyyədə olması da silsilə uğurların təsadüfi xarakter daşımadığına dəlalət edir. 2003-cü ildən bəri Ümumi Daxili Məhsulunu 3,2 dəfə artıran, ən inkişaf etmiş ölkələrin sabahını proqnozlaşdırmaqda çətinlik çəkdiyi indiki məqamda yaxın 10 il ərzində Azərbaycanın Ümumi Daxili Məhsulunu daha 2 dəfə artırmağı, əhalinin həyat səviyyəsini dünyadakı ən yüksək standartlara yaxınlaşdırmağı qarşıya məqsəd qoymaq sözün mütləq mənasında ən azı hər kişinin işi deyil. Respublikamızın bütün bölgələrinin eyni səviyyədə inkişafını başlıca prioritetlərdən biri elan etmək və az vaxtda bu sahədə köklü dəyişikliklərə, o cümlədən, inkişafın ən ucqar yaşayış məntəqələrini belə əhatə etməsinə nail olmaq da milli mənafeyi hər şeydən üstün tutmağın danılmaz nümunələrindəndir. Planetin ən inkişaf etmiş ölkələrinin maliyyə və iqtisadi böhran məngənəsində çapaladığı, az qala bir-birinə düşmən kəsilməkdə olduğu, bir sıra dövlətlərin vətəndaş müharibəsi odu-alovu içərisində çapaladığı, milyonlarla insanın ümidsizliyə qapıldığı həlledici bir məqamda illərlə davam edən yüksək iqtisadi inkişaf tempini qorumaq, bütün sosial, infrastrukturinvestisiya layihələrini artıqlaması ilə yerinə yetirilməsinə, büdcə xərclərinin 100 faiz icrasına nail olmaq da böyük mətləblərdən xəbər verir. Vaxtilə xeyli miqdarda elektrik enerjisi idxal edən Azərbaycan, ölkəmizin füsunkar paytaxtı Bakı indi planetdə nura qərq olan məmləkətlərdən biridir. Əslində, bu işıq seli Prezident İlham Əliyevin daxili dünyasından qaynaqlanır, dövlət başçısının bir-birini əvəzləyən və tamamlayan mükəmməl, orijinal ideyalarının aynasıdır. Təqdirəlayiq haldır ki, 2003-2018-ci illərdə ümumi generasiya gücü 3000 meqavata çatan 30-dan çox elektrik stansiyasının istismara verilməsi nəticəsində hazırda respublikamız elektrik enerjisi ixrac edir.

Hərbi, enerji, ərzaq, ekoloji təhlükəsizliyi maksimum diqqətdə saxlayan dövlət başçısının ixrac marşrutlarının şaxələndilməsi və digər dövlət əhəmiyyətli məsələlərlə bağlı daim alternativ yollar araması da siyasətdə və idarəçilkdə kamillik nümunəsi kimi dəyərləndirilməlidir. Hazırda Prezident İlham Əliyevin ən başlıca məqsədlərindən biri Azərbaycanın yerləşdiyi əlverişli geostrateji məkana Aralıq dənizi regionu qədər sambal gətirmək, bütün yolların Azərbaycanda kəsişməsinə nail olmaqdır. Ötən zaman kəsiyi göstərdi ki, həqiqətən, Azərbaycan 21-ci əsrin nur qapısına, sülh, əmin-amanlıq, tolerantlıq və xeyir-bərəkət diyarına, dinlər və sivilizasiyalararası dialoqun ortaq məxrəc tapdığı məkana çevrilməkdədir. Son bir neçə ildə dünyaAvropa səviyyəli ən mötəbər beyəlxalq tədbir və idman yarışlarının ölkəmizdə keçirilməsinin ənənə halını alması, ən həssas ümumbəşəri mövzuların müzakirəsinin respublikamızda təşikili də diqqəti xüsusi çəkir. Beləliklə, tədricən Azərbaycan bütün dünyanın üz tutduğu arzuolunan və etibarlı məkana çevrilir.

Prezident İlham Əliyev ulu öndərin ədəbiyyatla bağlı ənənələrini də layiqincə davam etdirir. Azərbaycan yazıçılarının 11-ci və 12-ci qurultayları, eləcə də, Azərbaycan Yazıçılar Birliyi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və "Ədəbiyyat" qəzetinin 80 illik, "Azərbaycan" jurnalının 90 illik yubileyləri dövlət səviyyəsində təntənəli şəkildə qeyd olundu. Xalq yazıçısı Anar ədəbiyyat sahəsində yüksək xidmətlərinə görə "Heydər Əliyev" ordeninə layiq görüldü. İlk "İstiqlal" ordeni görkəmli şairimiz Bəxtiyar Vahabzadəyə verildi. Bundan başqa xeyli say-seçmə yazıçı və şairlərimiz, eləcə də, ədəbiyyatşünaslarımız Dövlət Mükafatı, Prezident təqaüdü, mənzil, müxtəlif ordenmedallar, "Xalq şairi" və "Xalq yazıçısı" kimi fəxri adları haqq etdi. Tanınmış ədiblərimizin, klassiklərin, o cümlədən, Hüseyn Cavid, Almas İldırım, Mikayıl Müşfiq kimi Vətən oğullarının yubileyləri respublikamızda və onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd olundu. Mir Cəlal Paşayevin Parisdə YUNESKO-nun iqamətgahında keçirilən 100 illik yubileyində Azərbaycanın 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şəxsən iştirak etdi. Klassik irsə xüsusi münasibət, dövlət dil siyasətinin maksimum diqqətdə saxlanması, Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlər, dünyanın görkəmli yazıçı və şairlərinin əsərlərinin ana dilimizə tərcümə olunaraq ölkəmizdə çap edilməsi, Tərcümə Mərkəzinin yaradılması, bu yaxınlarda ölkəmizin yazıçılarının rəqəmsal formatdadünya internet şəbəkəsində təbliğatına start verilməsi də təqdirəlayiq faktlardır. Ədəbiyyatımızın müstəqilliyimizin, azadlıq ideallarının keşiyində ayıq-sayıq dayandığını, milli şüurun qorunmasında xüsusi rolunu, millətimizin bədii təfəkkür və təxəyyülünün inkişafında həlledici paya malik olmasını, ana dilimizin inkişafına əvəzsiz töhfələr qatdığını, sarsılmaz türkçülük müstəvisində azərbaycançılıq məfkurəsinə hərtərəfli təsirini və digər çoxsaylı məziyyətlərini əsas götürərək Prezident İlham Əliyev bu sahənin də inkişafına konseptual yanaşma nümayiş etdirirmütamadi qayğısını əsirgəmir.

Məqsədli şəkildə islam dininə küfr yağdırıldığı, terrorun ilhamvericisi damğası yapışdırılmağa cəhd edildiyi indiki vaxtda Allahsız məmləkətlərin sabahı olmadığı məntiqini qədərincə qiymətləndirərək vicdan azadlığını uca tutmaq, Azərbaycanın islam aləmində mövqeyini durmadan möhkəmləndirmək, halalcasına Bakını islam mədəniyyətinin paytaxtı etmək, digər səmavi dinlərlə yanaşı islamın da saflığını, ülvilyini zirvədə saxlamaq qüdrəti də Prezident İlham Əliyevin Xalq və Vətən qarşısında müstəsna xidmətlərindəndir. Vətənini, o cümlədən, ölkəmizin hər bir elini, obasını, oymağını cənnətə çevirmək üçün səyini əsirgəməyən, xalqının tükənməz məhəbbətini qazanan Prezident İlham Əliyevin ən böyük xoşbəxtliyi həm də ailəsinin ümummilli məsələlərə, ölkəmizdəki kompleks yenidənqurmaya hərtəfli dəstək verməsində, sağlam rəqabətə qoşulmasındadır...

Ötən illərin təcrübəsinə nəzər salaraq Prezident İlham Əliyevin daim kamil insan, yetkin siyasətçi və nüfuzlu dövlət xadimi kimi fərqləndiyinin mahiyyətinə vararıq. Uzun illərdir dövlət başçısının boş vədlərdən, müvəqqəti uduş naminə populizmdən uzaq olmasının canlı şahidləriyik. Prezident İlham Əliyevin tarix qarşısında misilsiz xidmətlərindən biri də Azərbaycanın bayrağını ucalardan ucalara qaldırması, bu bayrağın bir daha enməyəcəyi məntiqinə birdəfəlik möhürünü vurması ilə bağlıdır. Ömrünün müdriklik, çağlayan, gurlayan məqamında dünya azərbaycanlılarının lideri rolunun öhdəsindən bacarıqla gəlmək, cəmi iyirmi yeddi il bundan əqdəm müstəqilliyinə qovuşan Vətəninin, Millətinin başını daim uca etmək və bayrağını zirvələrə ucaltmağınsa savabı yığıb-yığışdırmaqla qurtaran deyil. Mənsub olduğun millətin içdən gələn xeyir-duasına, alqışına layiq görülməksə, yaşamağayaratmağa dəyən ömürdü...

Azad Müzəffərli,

əməkdar jurnalist

Ədalət  2018.- 26 dekabr.- S.5.