Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım...

Ananız Nüsrət müəllimlə evlənməyinizə razı deyildi. Bəs olubmu ki, ailənizdə problem olanda ananız bunu sizə irad tutsun?

- Mən heç vaxt anama yaşadıqlarım, problemlərim haqqında danışmazdım. Heç bir şeydən xəbəri olmazdı.

Biz noyabr ayında ailə qurmuşuq. Bir ay sonra artıq Yeni il ərəfəsi idi. Bir dəfə Nüsrət evə gəldi ki, idarədə pul yığıb, Yeni il axşamı keçirirlər. O dedi, bizim çox az pulumuz var, mən o şənliyə getməyim, bayramı özümüz evimizdə keçirək. Mən razılaşmadım, dedim özünü elə yerdə kənar saxlama, onlar 10 manatdan yığırsa, sən 15 ver. O razılaşdı və idarədə keçirilən Yeni il axşamına qatıldı. Həmin axşam mən evdə tək, çətinliklə, kasıbyana bir gün keçirdim. Yaşadığımız ev kirayə idi. Mətbəx digər qonşularla ümumi istifadə olunurdu. Mətbəxə keçə bilmirdim, qonşular evdə tək olduğumu bilməsin deyə. Evin işığını da söndürdüm ki, heç kim evdə olduğumu bilməsin. Həmin gecə anam bazarlıq edir, maşını ərzaqla doldurub, bizə qonaq gəlir. Evimizin işığını sönülü görəndə, qonşudan soruşur ki, Rəhiləgil evdə yoxdur? Deyiblər, yox, harasa gediblər. Anam mən evdə ola-ola qapıdan qayıtdı. Mən qəsdən belə edirdim ki, heç kim belə çətinlikdə olduğumuzu bilməsin. Sonralar maddi durumumuz düzələndə anama hər şeyi danışmışdım.

- Siz evlənəndən sonra birlikdə toylara da getmisiniz. Heç olubmu Nüsrət Kəsəmənliyə qadın baxışları zillənsin?

- Həddindən çox. Hətta mən yanında ola-ola diqqətlə Nüsrətə baxırdılar. Bir dəfə kafedrada Nüsrətdən danışırdıq. Bizim fakültədə dərs deyən cavan müəllimlərdən biri müdaxilə etdi ki, şair deyirəm sizə, amma neynəyəsən ki, qızlar ondan ötrü ölürdü. Xeyli belə danışandan sonra müəllimlərimizdən biri qayıtdı ki, müəllimə, Nüsrətin xanımı burada oturub. İki əlini üzünə tutub, utandı.

 

Bizim kafedrada Sima xanım işləyir. Bir dəfə Nüsrət Kəsəməmli mənim də, onun da qoluna girmişdi. Nüsrət zarafatla "indi də deyəcəklər xanımların ikisi ilə birdən getdi deyirdi. O qədər yumor hissi olan insan olub ki...

- Bayaq sual etdik ki, Sevda sizin toya gəlibmiş

- Toy günündə Sevda "Səadət sarayının qapısının ağzında dayanıb, içəri keçməyib. Amma mən onu görməmişdim. Toydan sonra Nüsrət dedi ki, "Sevda "Səadət sarayının qapısının ağzında dayanıbmış. Çox pis oldum. Mən onu orda görməmişdim.

Sonralar Sevda da ailə qurur. Hətta Nüsrət Kəsəmənli bu tarixi və içindəki hissləri qələmə alır və "Dünən toyun idi şeiri yaranır. Şair sevdiyinə xeyir-duanı belə verir:

Dünən toyun idi...

Xoşbəxt olasan!

Görünür bu bizə

qismət deyilmiş...

Unut!

Elə bil ki,

Sevdiyin oğlan

Getdiyin oğlanmış,

Nüsrət deyilmiş.

Mən düşünürdüm ki, onların arasında belə güclü istək varsa, nə edə bilərdim? Nə isə desəm, özümü hörmətdən salmış olardım. Həm də ki, axı belə istəyə nə deyəsən? Bu sevgi ürəkdən gələn bir hisdir. Üstündən xətt çəkə bilərəm, amma daxildən onu silə bilmərəm axı.

Sevdanın xəstələndiyini mən universitetdə eşitdim. Qiyabi şöbədə çalışan Xalidə xanım o zaman mənim yanıma gəldi ki, Rəhilə, Sevda ağır xəstədir, Urologiya xəstəxanasında yatır. Mən evdə Nüsrətə dedim ki, sənin bundan xəbərin varmı? Xəbəri olmadığını söylədi. Mən ona dedim, insandı, bəlkə nəyəsə ehtiyacı olar, səni görmək istəyə bilər, Sevdaya baş çək. Nüsrət Sevdanın yanına getdi. O qayıdanda danışdıqlarından mən daha da kövrəldim. İki dəfə Nüsrət Urologiya xəstəxanasına, Sevdaya baş çəkməyə gedib. O, ilk dəfə gedəndə, yazıq Sevda, özünü itirib, istəməyib ki, Nüsrət onu elə görkəmdə görsün. Nüsrət ikinci dəfə gedəndən sonra elə bir cümlə işlətdi ki, öz-özümə dedim: "Ay allah, nə yaxşı ki, mən belə iş gördüm. Nüsrət mənə danışanda dedi ki, Sevda həmin gün xəstə ola-ola elə bəzənmişdi, mənə elə yaxşı görünmək istəyirdi ki...

"Həmin gün oturduq, xeyli söhbət etdik. Həyatımızda yeganə gün idi ki, heç kimdən çəkinmirdik Nüsrət o görüşü belə xatırlayırdı.

Sevda ağır vəziyyətdə idi, ona kim nə deyəcəkdi ki?! Nüsrət isə onsuz da ailə qurmuşdu, övladlarımız var idi.

- Nüsrət Kəsəmənlini hər kəs sevgi şairi kimi tanıyır. Amma onun başqa motivli şeirləri də var idi axı. Məsələn, "Oğru olmaq istəyirəm şeiri. Onu niyə yazmışdı?

- Haqsızlıqlara etiraz olaraq yazmışdı.

- Özünə qarşı haqsızlıqlara?

- Özünün başına gələn məqamlar idi.

- Siz onun qarşılaşdığı haqsızlıqların nə olduğunu bilirdinizmi?

- Bəli bilirdim. Amma deyə bilmərəm. Ən yüngülünü səsləndirim: Nüsrət bütün Azərbaycan yaradıcılarından, qələm tutanlarından heç də pis yazmırdı. Onlardan azmı sevilirdi? Ölənlərə Allah rəhmət eləsin, sağ olanlara can sağlığı versin. Amma Nüsrət də dəyər görməyə layiq idi.

Mənə bir dəfə İngiltərədən məktub gəldi. Orada Şərq ölkələrinə aid bir kitabxana yaradılıb. Mən də Nüsrətin kitablarını onların müraciəti əsasında hazırlayıb, İngiltərəyə göndərdim. Əgər Nüsrətin poeziyasına maraq göstərib, onu İngiltərədən belə istəyiblərsə, həmin şairə niyə ad vermirdilər? Elə yaradıcı insanlar var ki, auditoriyada onun bircə misrasını soruşsan, heç bir tələbə bilməz. Amma Nüsrətin şeirləri bu gün də dillər əzbəridir, "Biri vardı, biri yox ifadələrini şeir kimi deyirlərsə, niyə o şairin haqqı tapdalandı?! Mən bunun səbəbini bilirəm, amma deyə bilmərəm.

- "Getmək istəyirsən, bəhanəsiz get şeiri kimə həsr olunmuşdu?

- Sevda xanıma. Biz tanış olanda artıq həmin şeir yazılmışdı. Səhv etmirəmsə, 1969-1970-ci illərə aiddir.

- Nüsrət Kəsəmənlinin Qarabağla bağlı poeması da var. Amma heç kim nədənsə, onu vurğulamaq istəmir...

- Həmin poema "Yaddan çıxmaz Qarabağ adlanır. Nüsrətin hətta onu səhnələşdirmək fikri var idi. Nüsrətin ağır günlərinə düşdüyünə görə, həmin ideya elə də qaldı. Bundan əlavə, "Şəhidlər xiyabanı, "Bakıya qəhrəman şəhər adı verin və s. vətənpərvər şeirləri var idi. "Bakıya qəhrəman şəhər adı verin şeirində İkinci Dünya Müharibəsində Bakının oynadığı rol, SSRİ-ni neftlə təmin etməsi və s. qeyd olunurdu. Nüsrətin ana haqqında çox gözəl bir şeiri də var idi. Qeyd etdiyim kimi, o, təkcə məhəbbət şairi deyildi.

İndi sosial şəbəkələrdə də Nüsrət Kəsəmənlinin şeirlərini səsləndirirlər.

- Onun şeirlərinə yazılan mahnıları ən çox kimin ifasında bəyənirsiniz

- Ən çox Könül Kərimovanın ifasında "Mənim tək sevənin olmayacaq mahnısını bəyənirəm. O musiqini dinləyəndə çox kövrəlirəm.

- Dünyasını dəyişəndən sonra dəfələrlə müsahibələr vermisiniz. Amma hər dəfə onun haqqında danışanda gözləriniz dolur, kövrəlirsiniz...

- Bir neçə gün öncə Cahangir müəllim (Cahangir Məmmədli-red.) telefonda musiqi göstərdi bizə. Dedi, baxın necə gözəl sözləri var. İnanın onu dinləyə-dinləyə necə ağladımsa, özüm də utandım.

- Bayaq dediniz ki, Nüsrət Kəsəmənli ölüm haqda da yazmışdı. Onun dini düşüncələri necə idi?

- O, Allaha inanırdı. Çox inanırdı. Mən dinin fanatı deyiləm. Bircə inandığım var ki, dünyanı, insanı yaradan varlıq, qüvvə var. Amma molla, yerdə qalan digər nüanslar mənə yaddır. Amma Nüsrət, deyirdi ki, Allah var, din var. Amma o da fanatı deyildi.

- Şairin arxivini yaratmağı düşünürsünüzmü?

- Mən evdən kiməsə bir sənəd belə vermirəm. Çünki bir neçə dəfə məndən Nüsrətə aid sənədləri alıb, qaytarmayıblar. Arxivini yaratmağı düşünürəm.

Onun haqqında yazılan yazılar, kitablar, televiziya verilişləri, Nüsrət barəsində nə çıxışlar olubsa, əlimə keçənlərin hamısını yığmışam. Nə qədər ki, sağam, əlimə keçənləri toplayacağam.

- Onun ölümündən sonra plagiatlıq məsələsi ortaya çıxmışdı. O problemi necə həll etdiniz?

- Mən həmin şəxsləri məhkəməyə verdim. Plagiatlıqla Nüsrətin şeirlərini çap edənlərdən biri səhv etmirəmsə, "Nurlar Nəşriyyatı idi. Mənə övladlarım dedilər ki, atanın kitabı çap olunub, satışdadır. Maraqlanıb, məsələni dəqiqləşdirdim və Müəllif Hüquqları Agentliyinə məlumat verdim. Nüsrətin əsərlərinin müəlliflik hüququ rəsmi şəkildə məndədir. Hüquq-mühafizə orqanları və Müəllif Hüquqları Agentliyinin araşdırmasından sonra işin üstü açıldı. Məhkəmədə həmin nəşriyyatın direktoru və mühasibi ifadə verdilər. Nəşriyyatın direktoru mənimlə çox kobud danışdı, "nə istəyirsən elə, Nüsrət müəllim özü mənə icazə verib ki, kitablarını çap edim deyə səsini ucaltdı. Mühasib xanım isə deyirdi ki, Nüsrət guya, həmin nəşriyyata gedib, pul keçirib ki, kitablarını çap etsinlər. Mən isə Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsindən hər şeyi öyrənmişdim ki, onlar icazəsiz Nüsrətin kitabını hazırlayıblar. Mənə söz veriləndə nəşriyyatın mühasibinə sual verdim ki, həmin kitab neçənci ildə çap olunub? Məlum oldu ki, 2005-ci ildə kitab çıxıb. Mən dedim, 2003-cü ildə dünyasını dəyişən adam, necə olur ki, 2005-ci ildə hansısa nəşriyyata pul gətirir? Həmin anda sənədləri də ortaya qoydum. Hakim də bir xeyli fikrə getdi.

 

 

- Çox şairlərin ev-muzeyi də var. Sizin də elə bir planınız varmı?

- Fikrimdə elə ideya da var. Amma hələ ki, materialları yığıram. İstəyirəm, zəngin olsun. Çox zaman tələbələrə kurs, diplom işləri verirlər, Nüsrətin yaradıcılığı haqqında. Mən kömək edirəm, materialları verirəm, amma qaytarmırlar. Əslində yaxşı olardı ki, Nüsrətin poeziyası haqqında yazılan işdən bir nüsxə də mənə versinlər ki, onun arxivində saxlayım. Amma heç verdiyim marterialları da qaytarmırlar.

- Nüsrət Kəsəmənli şeirləri yazanda içkili vəziyyətdə olurdu?

- Xeyr. O məclis adamı idi. Amma qətiyyən içki aludəçisi deyildi. Bizim evdə qətiyyən şərab şüşəsi olmayıb. Sadəcə, o da dostları kimi məclis adamı idi, sanki bəhanə gəzirdilər ki, kiminsə ad günü, yubileyi olsun, kitabı çap edilsin, tədbirlər keçirsinlər.

- Şairin kitabları çap ediləndə, təqdimatlarında siz də iştirak edirsinizmi?

- Bəli, mən də gedirdim. Lap çoxdan keçirilən bir təqdimatında uşaqlarla birlikdə iştirak etmişik. Onda onlar lap kiçik idilər 10-12 yaşları var idi. Hərdən lent yazılarına baxıb, o anları xatırlayırıq. Amma çox zaman o təqdimatlarını keçirməzdi. Onun təqdimata ehtiyacı da olmurdu, sanki kitabları göyə sovrulurdu.

- Nüsrət müəllim rəhmətə gedəndən sonra sizi həyatda saxlayan təsəlli nə idi?

- Nüsrət dünyasını dəyişəndən sonra çox kövrəlirəm. Amma təsəllim də var. Övladlarımız ən böyük təsəllimdir. Bir də, düşünürəm, yaxşı ki, hər şeyi problem edib, ailəmizə söz-söhbət salmamışam. Nə yaxşı ki, əsl qadın kimi duyğularla hərəkət etdim, bir insanı yaradıcı şəxsiyyət kimi həyatda yaşada bildim. Bu gün mənim üçün peşmançılıq hissi yoxdur. Qəlbimdə o qədər rahatam ki, Nüsrət məndən, ailəsindən rahat köçdü dünyadan.

Bütün təsəllilərimin ən alisi isə hər gün ömrümdən, günümdən itirib, onun dünyasına bir az da yaxınlaşmağımdır. Əvvəllər narahat idim ki, görəsən, o dünya var, yoxsa yoxdur? İndi deyirəm, kaş o biri dünya olaydı, Nüsrətlə 15 ildən sonra o dünyada bir də qarşılaşaydım.

Hər gün universitetlə evin arasında piyada gedib-gəlirəm. Yol boyu onunla danışıram, dərdləşirəm. Başımı qaldıranda görürəm, çatmışam. Biz 30 il birlikdə yaşadıq, amma nə yaxşı ki, hər kəsin sevdiyi o insan məndən razı köçdü həyatdan.

- Nüsrət müəllimin sizi sevdiyinizi sonradan bilmisiniz. Elə ölümünü də ən axırda siz bilmisiniz. Xəstə zamanlarında nə deyirdi sizə?

- Çox kövrəlirəm. Nüsrətin böyrəkləri xəstə idi. Vəziyyəti ağırlaşanda dövlət tərəfindən belə bir təklifirəli sürüldü ki, hansı ölkəyə istəyirsən ora da göndərək. Amma nədənsə o, İranı seçdi. "Ordakı insanlar məni tanıyır dedi və biz müalicə üçün İrana getdik. Doğrudan da ordakı insanlar həm onu tanıyır, həm də sevirdilər. Xəstə ola-ola onu konfranslara, tələbələrlə görüşlərə aparırdılar. Nüsrət də bu təkliflərin heç birindən imtina etmirdi. Səbəbini soruşanda isə "Mən bura onlar üçün gəlmişəm deyirdi. Xəstəxanaya girmək qadağan olsa da, hər səhər oyanırdıq ki, pəncərəmizin qabağı güllərlə bəzədilib. Həkimlər əllərindən gələni etdilər, amma görünür gecikmişdik.

O, ölümdən qorxan insan deyildi, amma hələ ölmək istəmirdi. Nüsrət artıq xəstələnəndə mənə qarşı olan peşmançılığını bir də dilə gətirmişdi. O deyirdi, "Rəhilə, Allahdan bir azca da möhlət istəyirəm, mənə imkan versin, sağalım, qısa müddətlik də olsa ayağa durum. Son arzum sənə dünyanı gəzdirməkdi. Bir azca zamanım olsaydı kaş, səni gəzdirib, elə ölərdim.

Üstündən bir neçə gün keçəndən sonra, "Rəhilə, deyəsən bütün arzularım alt-üst oldu dedi. İranda vəziyyət elə idi ki, tez-tez vizanın vaxtı qurtarırdı, gəlirdim Azərbaycana sənədlərimi qaydasına salıb, yenidən Nüsrətin yanına qayıdırdım. Yenə sənədimi düzəldib, İrana getmişdim mənə dedi ki, "sənə deyiləsi sözüm var, elə o sözdən sonra da halı pisləşdi, son sözünü mənə deyə bilmədi. Bu günə qədər o deyilməmiş söz məni göynədir. Bir də məni düşündürən məsələlərdən biri odur ki, niyə mən xəstəxanada ola-ola, Nüsrətin öldüyünü iki gündən sonra bilmişəm?

Onu reanimasiyaya götürdülər, mən də neynəyəcəyimi bilmirdim. Tanıdığım kimsə də yox idi ki, dərdimi onunla paylaşım. Çarəsizcə qapının arxasında oturmuşdum, həkimlər tez-tez otağa girib-çıxır, amma mənə heç nə demirdilər. Sən demə Nüsrət artıq rəhmətə gedib, artıq zəng edib Azərbaycana da xəbər veriblər, mənim də heç nədən xəbərim yox. Cümə günü xəstəxanın həyətinə çıxdım ki, tələbələr pilləkənlərə, səkiyə minlərlə gül düzüb. Axşam palatada oturub, səbirsizliklə Nüsrətin reanimasiyadan çıxmağını gözləyirdim. Tibb bacısı gəlib, otağın telefonunu çıxartdı. Bu hərəkət mənə o qədər pis təsir etmişdi ki, çox pərt olmuşdum. Axı o telefon mənə lazım idi... Axşam mənə xəbər verdilər ki, sabah sizi Azərbaycana yola salırıq. Elə sevinirdim ki, sevincim yerə-göyə sığışmırdı (fikrə dalır). Hələ gedib tələbələrin bizə gətirdikləri güllərdən özümlə aparacaqlarımı da seçdim. Hələ də heç nədən xəbərim yox idi. Xəstəxananın işçilərinə dedim ki, bizə bir həkim verin, birdən yolda Nüsrətin halı pisləşər. Həkim başıyla mənə dedi ki, lazım deyil...

Səhər açıldı... Bizi yola salacaqları maşına baxdım ki, içəridə tabut, qara məxmər... (gözləri dolur)

İndi o hissləri izah etmək çox çətindir. Elə oradaca sudurğa keçirmişəm, çənəm çənəmə keçib, heç kim də ayıra bilmirdi. Biləndə ki, məndən başqa hər kəs bu itkidən xəbərdardır, özüm-özümü o qədər qınadım ki... Birtəhər maşına mindim, getdik evimizə... Astara yaxınlığında qohumlarımız, Nüsrəti sevənlər bizi qarşıladılar. Sərhədə çatanda Nüsrəti mənim əlimdən aldılar... (ağlayır). Minlərlə adam Nüsrəti son mənzilə yola salmağa gəlmişdi. Qəribə olan bilirsiz nədir? Nüsrətin mənə olan sevgisini məndən başqa hamı bildiyi kimi, ölümü də məndən başqa hamıya məlum imiş. Ömrümə məndən xəbərsiz gəlmişdi, məndən xəbərsiz də getdi... (kövrəlir)

-Belə iddialar da var ki, Nüsrət Kəsəmənli mediumla da məşğul olub.

- Nüsrətin evdə mediumla məşğul olması, yaxud belə bir şeyi dilə gətirməsi heç vaxt olmayıb. Nüsrət mediumla məşğul olmayıb. Mən düşünürəm ki, o belə bir fikri yalnız səs-küy yaratması üçün, bir növ zarafatla işlədib. Bilirsiniz, bu məclis adamları çalışırlar elə bir söz desinlər ki, sensasiya olsun. Məncə, Nüsrət də belə bir şeyi deyəndə ciddi olmayıb. Əvvəlcədən bu söz-söhbətin necə yayıldığı ilə bağlı məlumatım yoxdur. Dediyim kimi, evdə Nüsrətin dilindən nə belə bir şey eşitmişəm, nə də mediumla məşğul olduğunu görmüşəm Ananız Nüsrət müəllimlə evlənməyinizə razı deyildi. Bəs olubmu ki, ailənizdə problem olanda ananız bunu sizə irad tutsun?

- Mən heç vaxt anama yaşadıqlarım, problemlərim haqqında danışmazdım. Heç bir şeydən xəbəri olmazdı.

Biz noyabr ayında ailə qurmuşuq. Bir ay sonra artıq Yeni il ərəfəsi idi. Bir dəfə Nüsrət evə gəldi ki, idarədə pul yığıb, Yeni il axşamı keçirirlər. O dedi, bizim çox az pulumuz var, mən o şənliyə getməyim, bayramı özümüz evimizdə keçirək. Mən razılaşmadım, dedim özünü elə yerdə kənar saxlama, onlar 10 manatdan yığırsa, sən 15 ver. O razılaşdı və idarədə keçirilən Yeni il axşamına qatıldı. Həmin axşam mən evdə tək, çətinliklə, kasıbyana bir gün keçirdim. Yaşadığımız ev kirayə idi. Mətbəx digər qonşularla ümumi istifadə olunurdu. Mətbəxə keçə bilmirdim, qonşular evdə tək olduğumu bilməsin deyə. Evin işığını da söndürdüm ki, heç kim evdə olduğumu bilməsin. Həmin gecə anam bazarlıq edir, maşını ərzaqla doldurub, bizə qonaq gəlir. Evimizin işığını sönülü görəndə, qonşudan soruşur ki, Rəhiləgil evdə yoxdur? Deyiblər, yox, harasa gediblər. Anam mən evdə ola-ola qapıdan qayıtdı. Mən qəsdən belə edirdim ki, heç kim belə çətinlikdə olduğumuzu bilməsin. Sonralar maddi durumumuz düzələndə anama hər şeyi danışmışdım.

- Siz evlənəndən sonra birlikdə toylara da getmisiniz. Heç olubmu Nüsrət Kəsəmənliyə qadın baxışları zillənsin?

- Həddindən çox. Hətta mən yanında ola-ola diqqətlə Nüsrətə baxırdılar. Bir dəfə kafedrada Nüsrətdən danışırdıq. Bizim fakültədə dərs deyən cavan müəllimlərdən biri müdaxilə etdi ki, şair deyirəm sizə, amma neynəyəsən ki, qızlar ondan ötrü ölürdü. Xeyli belə danışandan sonra müəllimlərimizdən biri qayıtdı ki, müəllimə, Nüsrətin xanımı burada oturub. İki əlini üzünə tutub, utandı.

Bizim kafedrada Sima xanım işləyir. Bir dəfə Nüsrət Kəsəməmli mənim də, onun da qoluna girmişdi. Nüsrət zarafatla "indi də deyəcəklər xanımların ikisi ilə birdən getdi deyirdi. O qədər yumor hissi olan insan olub ki...

- Bayaq sual etdik ki, Sevda sizin toya gəlibmiş

- Toy günündə Sevda "Səadət sarayının qapısının ağzında dayanıb, içəri keçməyib. Amma mən onu görməmişdim. Toydan sonra Nüsrət dedi ki, "Sevda "Səadət sarayının qapısının ağzında dayanıbmış. Çox pis oldum. Mən onu orda görməmişdim.

Sonralar Sevda da ailə qurur. Hətta Nüsrət Kəsəmənli bu tarixi və içindəki hissləri qələmə alır və "Dünən toyun idi şeiri yaranır. Şair sevdiyinə xeyir-duanı belə verir:

Dünən toyun idi...

Xoşbəxt olasan!

Görünür bu bizə

qismət deyilmiş...

Unut!

Elə bil ki,

Sevdiyin oğlan

Getdiyin oğlanmış,

Nüsrət deyilmiş.

Mən düşünürdüm ki, onların arasında belə güclü istək varsa, nə edə bilərdim? Nə isə desəm, özümü hörmətdən salmış olardım. Həm də ki, axı belə istəyə nə deyəsən? Bu sevgi ürəkdən gələn bir hisdir. Üstündən xətt çəkə bilərəm, amma daxildən onu silə bilmərəm axı.

Sevdanın xəstələndiyini mən universitetdə eşitdim. Qiyabi şöbədə çalışan Xalidə xanım o zaman mənim yanıma gəldi ki, Rəhilə, Sevda ağır xəstədir, Urologiya xəstəxanasında yatır. Mən evdə Nüsrətə dedim ki, sənin bundan xəbərin varmı? Xəbəri olmadığını söylədi. Mən ona dedim, insandı, bəlkə nəyəsə ehtiyacı olar, səni görmək istəyə bilər, Sevdaya baş çək. Nüsrət Sevdanın yanına getdi. O qayıdanda danışdıqlarından mən daha da kövrəldim. İki dəfə Nüsrət Urologiya xəstəxanasına, Sevdaya baş çəkməyə gedib. O, ilk dəfə gedəndə, yazıq Sevda, özünü itirib, istəməyib ki, Nüsrət onu elə görkəmdə görsün. Nüsrət ikinci dəfə gedəndən sonra elə bir cümlə işlətdi ki, öz-özümə dedim: "Ay allah, nə yaxşı ki, mən belə iş gördüm. Nüsrət mənə danışanda dedi ki, Sevda həmin gün xəstə ola-ola elə bəzənmişdi, mənə elə yaxşı görünmək istəyirdi ki...

"Həmin gün oturduq, xeyli söhbət etdik. Həyatımızda yeganə gün idi ki, heç kimdən çəkinmirdik Nüsrət o görüşü belə xatırlayırdı.

Sevda ağır vəziyyətdə idi, ona kim nə deyəcəkdi ki?! Nüsrət isə onsuz da ailə qurmuşdu, övladlarımız var idi.

- Nüsrət Kəsəmənlini hər kəs sevgi şairi kimi tanıyır. Amma onun başqa motivli şeirləri də var idi axı. Məsələn, "Oğru olmaq istəyirəm şeiri. Onu niyə yazmışdı?

- Haqsızlıqlara etiraz olaraq yazmışdı.

- Özünə qarşı haqsızlıqlara?

- Özünün başına gələn məqamlar idi.

- Siz onun qarşılaşdığı haqsızlıqların nə olduğunu bilirdinizmi?

- Bəli bilirdim. Amma deyə bilmərəm. Ən yüngülünü səsləndirim: Nüsrət bütün Azərbaycan yaradıcılarından, qələm tutanlarından heç də pis yazmırdı. Onlardan azmı sevilirdi? Ölənlərə Allah rəhmət eləsin, sağ olanlara can sağlığı versin. Amma Nüsrət də dəyər görməyə layiq idi.

Mənə bir dəfə İngiltərədən məktub gəldi. Orada Şərq ölkələrinə aid bir kitabxana yaradılıb. Mən də Nüsrətin kitablarını onların müraciəti əsasında hazırlayıb, İngiltərəyə göndərdim. Əgər Nüsrətin poeziyasına maraq göstərib, onu İngiltərədən belə istəyiblərsə, həmin şairə niyə ad vermirdilər? Elə yaradıcı insanlar var ki, auditoriyada onun bircə misrasını soruşsan, heç bir tələbə bilməz. Amma Nüsrətin şeirləri bu gün də dillər əzbəridir, "Biri vardı, biri yox ifadələrini şeir kimi deyirlərsə, niyə o şairin haqqı tapdalandı?! Mən bunun səbəbini bilirəm, amma deyə bilmərəm.

- "Getmək istəyirsən, bəhanəsiz get şeiri kimə həsr olunmuşdu?

- Sevda xanıma. Biz tanış olanda artıq həmin şeir yazılmışdı. Səhv etmirəmsə, 1969-1970-ci illərə aiddir.

- Nüsrət Kəsəmənlinin Qarabağla bağlı poeması da var. Amma heç kim nədənsə, onu vurğulamaq istəmir...

- Həmin poema "Yaddan çıxmaz Qarabağ adlanır. Nüsrətin hətta onu səhnələşdirmək fikri var idi. Nüsrətin ağır günlərinə düşdüyünə görə, həmin ideya elə də qaldı. Bundan əlavə, "Şəhidlər xiyabanı, "Bakıya qəhrəman şəhər adı verin və s. vətənpərvər şeirləri var idi. "Bakıya qəhrəman şəhər adı verin şeirində İkinci Dünya Müharibəsində Bakının oynadığı rol, SSRİ-ni neftlə təmin etməsi və s. qeyd olunurdu. Nüsrətin ana haqqında çox gözəl bir şeiri də var idi. Qeyd etdiyim kimi, o, təkcə məhəbbət şairi deyildi.

İndi sosial şəbəkələrdə də Nüsrət Kəsəmənlinin şeirlərini səsləndirirlər.

- Onun şeirlərinə yazılan mahnıları ən çox kimin ifasında bəyənirsiniz?

- Ən çox Könül Kərimovanın ifasında "Mənim tək sevənin olmayacaq mahnısını bəyənirəm. O musiqini dinləyəndə çox kövrəlirəm.

- Dünyasını dəyişəndən sonra dəfələrlə müsahibələr vermisiniz. Amma hər dəfə onun haqqında danışanda gözləriniz dolur, kövrəlirsiniz...

- Bir neçə gün öncə Cahangir müəllim (Cahangir Məmmədli-red.) telefonda musiqi göstərdi bizə. Dedi, baxın necə gözəl sözləri var. İnanın onu dinləyə-dinləyə necə ağladımsa, özüm də utandım.

- Bayaq dediniz ki, Nüsrət Kəsəmənli ölüm haqda da yazmışdı. Onun dini düşüncələri necə idi?

- O, Allaha inanırdı. Çox inanırdı. Mən dinin fanatı deyiləm. Bircə inandığım var ki, dünyanı, insanı yaradan varlıq, qüvvə var. Amma molla, yerdə qalan digər nüanslar mənə yaddır. Amma Nüsrət, deyirdi ki, Allah var, din var. Amma o da fanatı deyildi.

- Şairin arxivini yaratmağı düşünürsünüzmü?

- Mən evdən kiməsə bir sənəd belə vermirəm. Çünki bir neçə dəfə məndən Nüsrətə aid sənədləri alıb, qaytarmayıblar. Arxivini yaratmağı düşünürəm.

Onun haqqında yazılan yazılar, kitablar, televiziya verilişləri, Nüsrət barəsində nə çıxışlar olubsa, əlimə keçənlərin hamısını yığmışam. Nə qədər ki, sağam, əlimə keçənləri toplayacağam.

- Onun ölümündən sonra plagiatlıq məsələsi ortaya çıxmışdı. O problemi necə həll etdiniz?

- Mən həmin şəxsləri məhkəməyə verdim. Plagiatlıqla Nüsrətin şeirlərini çap edənlərdən biri səhv etmirəmsə, "Nurlar Nəşriyyatı idi. Mənə övladlarım dedilər ki, atanın kitabı çap olunub, satışdadır. Maraqlanıb, məsələni dəqiqləşdirdim və Müəllif Hüquqları Agentliyinə məlumat verdim. Nüsrətin əsərlərinin müəlliflik hüququ rəsmi şəkildə məndədir. Hüquq-mühafizə orqanları və Müəllif Hüquqları Agentliyinin araşdırmasından sonra işin üstü açıldı. Məhkəmədə həmin nəşriyyatın direktoru və mühasibi ifadə verdilər. Nəşriyyatın direktoru mənimlə çox kobud danışdı, "nə istəyirsən elə, Nüsrət müəllim özü mənə icazə verib ki, kitablarını çap edim deyə səsini ucaltdı. Mühasib xanım isə deyirdi ki, Nüsrət guya, həmin nəşriyyata gedib, pul keçirib ki, kitablarını çap etsinlər. Mən isə Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsindən hər şeyi öyrənmişdim ki, onlar icazəsiz Nüsrətin kitabını hazırlayıblar. Mənə söz veriləndə nəşriyyatın mühasibinə sual verdim ki, həmin kitab neçənci ildə çap olunub? Məlum oldu ki, 2005-ci ildə kitab çıxıb. Mən dedim, 2003-cü ildə dünyasını dəyişən adam, necə olur ki, 2005-ci ildə hansısa nəşriyyata pul gətirir? Həmin anda sənədləri də ortaya qoydum. Hakim də bir xeyli fikrə getdi.

- Çox şairlərin ev-muzeyi də var. Sizin də elə bir planınız varmı?

- Fikrimdə elə ideya da var. Amma hələ ki, materialları yığıram. İstəyirəm, zəngin olsun. Çox zaman tələbələrə kurs, diplom işləri verirlər, Nüsrətin yaradıcılığı haqqında. Mən kömək edirəm, materialları verirəm, amma qaytarmırlar. Əslində yaxşı olardı ki, Nüsrətin poeziyası haqqında yazılan işdən bir nüsxə də mənə versinlər ki, onun arxivində saxlayım. Amma heç verdiyim marterialları da qaytarmırlar.

- Nüsrət Kəsəmənli şeirləri yazanda içkili vəziyyətdə olurdu?

- Xeyr. O məclis adamı idi. Amma qətiyyən içki aludəçisi deyildi. Bizim evdə qətiyyən şərab şüşəsi olmayıb. Sadəcə, o da dostları kimi məclis adamı idi, sanki bəhanə gəzirdilər ki, kiminsə ad günü, yubileyi olsun, kitabı çap edilsin, tədbirlər keçirsinlər.

- Şairin kitabları çap ediləndə, təqdimatlarında siz də iştirak edirsinizmi?

- Bəli, mən də gedirdim. Lap çoxdan keçirilən bir təqdimatında uşaqlarla birlikdə iştirak etmişik. Onda onlar lap kiçik idilər 10-12 yaşları var idi. Hərdən lent yazılarına baxıb, o anları xatırlayırıq. Amma çox zaman o təqdimatlarını keçirməzdi. Onun təqdimata ehtiyacı da olmurdu, sanki kitabları göyə sovrulurdu.

- Nüsrət müəllim rəhmətə gedəndən sonra sizi həyatda saxlayan təsəlli nə idi?

- Nüsrət dünyasını dəyişəndən sonra çox kövrəlirəm. Amma təsəllim də var. Övladlarımız ən böyük təsəllimdir. Bir də, düşünürəm, yaxşı ki, hər şeyi problem edib, ailəmizə söz-söhbət salmamışam. Nə yaxşı ki, əsl qadın kimi duyğularla hərəkət etdim, bir insanı yaradıcı şəxsiyyət kimi həyatda yaşada bildim. Bu gün mənim üçün peşmançılıq hissi yoxdur. Qəlbimdə o qədər rahatam ki, Nüsrət məndən, ailəsindən rahat köçdü dünyadan.

Bütün təsəllilərimin ən alisi isə hər gün ömrümdən, günümdən itirib, onun dünyasına bir az da yaxınlaşmağımdır. Əvvəllər narahat idim ki, görəsən, o dünya var, yoxsa yoxdur? İndi deyirəm, kaş o biri dünya olaydı, Nüsrətlə 15 ildən sonra o dünyada bir də qarşılaşaydım.

Hər gün universitetlə evin arasında piyada gedib-gəlirəm. Yol boyu onunla danışıram, dərdləşirəm. Başımı qaldıranda görürəm, çatmışam. Biz 30 il birlikdə yaşadıq, amma nə yaxşı ki, hər kəsin sevdiyi o insan məndən razı köçdü həyatdan.

- Nüsrət müəllimin sizi sevdiyinizi sonradan bilmisiniz. Elə ölümünü də ən axırda siz bilmisiniz. Xəstə zamanlarında nə deyirdi sizə?

- Çox kövrəlirəm. Nüsrətin böyrəkləri xəstə idi. Vəziyyəti ağırlaşanda dövlət tərəfindən belə bir təklifirəli sürüldü ki, hansı ölkəyə istəyirsən ora da göndərək. Amma nədənsə o, İranı seçdi. "Ordakı insanlar məni tanıyır dedi və biz müalicə üçün İrana getdik. Doğrudan da ordakı insanlar həm onu tanıyır, həm də sevirdilər. Xəstə ola-ola onu konfranslara, tələbələrlə görüşlərə aparırdılar. Nüsrət də bu təkliflərin heç birindən imtina etmirdi. Səbəbini soruşanda isə "Mən bura onlar üçün gəlmişəm deyirdi. Xəstəxanaya girmək qadağan olsa da, hər səhər oyanırdıq ki, pəncərəmizin qabağı güllərlə bəzədilib. Həkimlər əllərindən gələni etdilər, amma görünür gecikmişdik.

O, ölümdən qorxan insan deyildi, amma hələ ölmək istəmirdi. Nüsrət artıq xəstələnəndə mənə qarşı olan peşmançılığını bir də dilə gətirmişdi. O deyirdi, "Rəhilə, Allahdan bir azca da möhlət istəyirəm, mənə imkan versin, sağalım, qısa müddətlik də olsa ayağa durum. Son arzum sənə dünyanı gəzdirməkdi. Bir azca zamanım olsaydı kaş, səni gəzdirib, elə ölərdim.

Üstündən bir neçə gün keçəndən sonra, "Rəhilə, deyəsən bütün arzularım alt-üst oldu dedi. İranda vəziyyət elə idi ki, tez-tez vizanın vaxtı qurtarırdı, gəlirdim Azərbaycana sənədlərimi qaydasına salıb, yenidən Nüsrətin yanına qayıdırdım. Yenə sənədimi düzəldib, İrana getmişdim mənə dedi ki, "sənə deyiləsi sözüm var, elə o sözdən sonra da halı pisləşdi, son sözünü mənə deyə bilmədi. Bu günə qədər o deyilməmiş söz məni göynədir. Bir də məni düşündürən məsələlərdən biri odur ki, niyə mən xəstəxanada ola-ola, Nüsrətin öldüyünü iki gündən sonra bilmişəm?

Onu reanimasiyaya götürdülər, mən də neynəyəcəyimi bilmirdim. Tanıdığım kimsə də yox idi ki, dərdimi onunla paylaşım. Çarəsizcə qapının arxasında oturmuşdum, həkimlər tez-tez otağa girib-çıxır, amma mənə heç nə demirdilər. Sən demə Nüsrət artıq rəhmətə gedib, artıq zəng edib Azərbaycana da xəbər veriblər, mənim də heç nədən xəbərim yox. Cümə günü xəstəxanın həyətinə çıxdım ki, tələbələr pilləkənlərə, səkiyə minlərlə gül düzüb. Axşam palatada oturub, səbirsizliklə Nüsrətin reanimasiyadan çıxmağını gözləyirdim. Tibb bacısı gəlib, otağın telefonunu çıxartdı. Bu hərəkət mənə o qədər pis təsir etmişdi ki, çox pərt olmuşdum. Axı o telefon mənə lazım idi... Axşam mənə xəbər verdilər ki, sabah sizi Azərbaycana yola salırıq. Elə sevinirdim ki, sevincim yerə-göyə sığışmırdı (fikrə dalır). Hələ gedib tələbələrin bizə gətirdikləri güllərdən özümlə aparacaqlarımı da seçdim. Hələ də heç nədən xəbərim yox idi. Xəstəxananın işçilərinə dedim ki, bizə bir həkim verin, birdən yolda Nüsrətin halı pisləşər. Həkim başıyla mənə dedi ki, lazım deyil...

Səhər açıldı... Bizi yola salacaqları maşına baxdım ki, içəridə tabut, qara məxmər... (gözləri dolur)

İndi o hissləri izah etmək çox çətindir. Elə oradaca sudurğa keçirmişəm, çənəm çənəmə keçib, heç kim də ayıra bilmirdi. Biləndə ki, məndən başqa hər kəs bu itkidən xəbərdardır, özüm-özümü o qədər qınadım ki... Birtəhər maşına mindim, getdik evimizə... Astara yaxınlığında qohumlarımız, Nüsrəti sevənlər bizi qarşıladılar. Sərhədə çatanda Nüsrəti mənim əlimdən aldılar... (ağlayır). Minlərlə adam Nüsrəti son mənzilə yola salmağa gəlmişdi. Qəribə olan bilirsiz nədir? Nüsrətin mənə olan sevgisini məndən başqa hamı bildiyi kimi, ölümü də məndən başqa hamıya məlum imiş. Ömrümə məndən xəbərsiz gəlmişdi, məndən xəbərsiz də getdi... (kövrəlir)

-Belə iddialar da var ki, Nüsrət Kəsəmənli mediumla da məşğul olub.

- Nüsrətin evdə mediumla məşğul olması, yaxud belə bir şeyi dilə gətirməsi heç vaxt olmayıb. Nüsrət mediumla məşğul olmayıb. Mən düşünürəm ki, o belə bir fikri yalnız səs-küy yaratması üçün, bir növ zarafatla işlədib. Bilirsiniz, bu məclis adamları çalışırlar elə bir söz desinlər ki, sensasiya olsun. Məncə, Nüsrət də belə bir şeyi deyəndə ciddi olmayıb. Əvvəlcədən bu söz-söhbətin necə yayıldığı ilə bağlı məlumatım yoxdur. Dediyim kimi, evdə Nüsrətin dilindən nə belə bir şey eşitmişəm, nə də mediumla məşğul olduğunu görmüşəm

Ədalət 2018.- 30 noyabr.- S.5.