İslam Səfərli

Müəllim

Müəllim.Bu adın mənası dərin.

Onun hər ürəkdə öz yeri vardır.

Odur ilhamçısı gənc nəsillərin.

Fikri,düşümcəsi bir ilk bahardır.

Müəllim.Bu ada min dastan desəm.

Nə sözüm tükənər,nəqəlbim susar.

Ona canımı da mən qurnab desəm

Bir şair qəlbinin buna haqqı var

 

Dünyanın ən böyük dahilərini

Müəllim yetirmiş parta dalından

Onun zəhmətini,alın tərini

Dostlar unutmayaq gəlin heç zaman

 

Gəlin,alqış deyək,dostlar,ürəkdən.

Əsil müəllim tək yaşayanlara

Şeirimlə gül dəstə bağlayıram mən

Bu adı şərəflə daşıyanlara

Ədalət  2018.- 5 oktyabr.- S.9.