Bədii dilmusiqinin vəhdəti

 

Şahid Əbdülkərimov- 80

 

Şəkidə köhnə tanışlarla birlikdə çay içib söhbətləşirdik. Onladan biri- Əməkdar Mədəniyyət İşçisi Vaqif Kərimov həmyerlimiz Şahid Əbdükərimov haqqında maraqlı söhbətlər etdibu ilin oktyabr ayının 30-da onun anadan olmasının 80 illiyi olacağı haqqında məlumat verdi. Vaqif Kərimovu tanıyanlar ona "canlı arxiv məlumatçısı" deyirlər. Hətta, Azərbaycandan kənarda Sovet Hökuməti ərazisində kim hansı vəzifədə neçənci illərdə işləyib, hansı mədəni- kütləvi tədbir nə vaxt təşkil edilmişdir, nəticəsi necə olmuşdur hamısı haqqında ondan dəqiq məlumat almaq olar. Elə həmin məntiqə əsaslanıb mən də Vaqif müəllimdən xahiş etdim ki, bu mövzu ilə əlaqədar "Ədalət" qəzetinə geniş müsahibə versin. Biz bir gün sonra görüşdükmüsahibim Vaqif Kərimovla Şahid Əbdülkərimov haqqında söhbətimiz maraqlı alındı . Ona birinci sualım belə oldu:

 

-Vaqif müəllim, mənim bildiyimə görə, siz Şahid Əbdülkərimovu lap gənc yaşlarınızdan tanımısınız, yaxşı olar ki, elə həmin görüşlərinizdən, onun həyatı, gənclik illəri və yaradıcılıq fəaliyyətindən danışasınız.

-Əvvəlcə sizi və qəzetinizin oxucularını salamlayıram, böyük sənətkar Şahid Əbdülkərimov haqqında yazı yazmaq təşəbbüsünüzü alqışlayıram. Şahid Qədir oğlu Əbdülkərimov 1938-ci ilin oktyabr ayının 30-da Şəki şəhərində anadan olmuşdur. Orta təhsilini də Şəki şəhər 12¹-li məktəbdə alıb. İlk musiqi təhsilini isə 1948-ci ildə Şəki pionerlər evində tar müəllimi işləyən ustad sənətkar İbad Salmanovdan almışdır. Böyük istedad sahibi olan İbad müəllim Şahidin fitri qabiliyyətini duyubonunla fərdi məşğul olaraq ona musiqinin incəliklərini öyrətmişdir. Az sonra Şahid təhsil aldığı orta məktəbin bədii özfəaliyyət dərnəyinin ən fəal üzvlərindən biri olur. Məktəblilərin ümumrayon tədbirlərindəki fəallığını görən Şəki Xalq teatrının baş rejisoru, Respublikanın Əməkdar Artisti Məmmədkəbir Hacıoğlu 1956-cı ildə Şahidi rayon mədəniyyət evində fəaliyyət göstərən dram dərnəyinə dəvət edir və beləliklə, Şahid bir çox tamaşalarda, hətta, əsas rollarda çıxış edir. Teatrda uğurlu rolları olsa da musiqiyə olan həvəsi 1957-ci ildə Şahidi Bakı Mədəni-maarif texnikumunun "xor drijorluğu"şöbəsinə aparır. Burada onun müəllimlərindən biri 1957-ci ildə Moskvada keçirilən "Ümumdünya tələbə və gənclər festivalının qalibi Qulu Əsgərov olur. Sovet Hökumətindən heç bir ad və təltif almasa da, xalq tərəfindən indiböyük hörmətlə yad edilən Qulu Əsgərov Şahidin istedadını yüksək dəyərləndirir və ona xüsusi qayğı, diqqət göstərir. 1960-cı ildə Şahid təhsilini başa vurur, təyinatla Zaqatala rayonuna göndərilir və rayon mədəniyyət evində əmək fəaliyyətinə başlayır. Burada bir il işləyir və ali təhsil almaq məqsədi ilə yenidən Bakıya qayıdır. Dolanacağını təmin etmək məqsədi ilə Xırdalan qəsəbəsindəki 1¹ -li məktəbdə musiqi müəllimi işləməyə başlayır və həmin il M.A. Əliyev adına Dövlət Teatr İnstitutunun mədəni- maarif fakültəsinin axşam şöbəsinə daxil olur. O, ali təhsil aldığı illərdə Azərbaycanın bir çox tanınmış sənət adamlarından dərs alır. Onlardan biriböyük bəstəkar Şəfiqə xanım Axundova idi. Şahidin bəstəkar kimi yetişməsində Şəfiqə xanımın xüsusi təsiri və əməyi olub. Şəfiqə xanım mahnıların uğurlu alınmasının başlıca amili olan muğamların sferasında yaradılmasının sirlərini Şahidə öyrədir. Onun xüsusi istedadını görən Abşeron rayon partiya komitəsinin birinci katibi Sadıq Murtuzayev 1963-cü ildə Şahid müəllimi Abşeron rayon pionerlər evinə direktor təyin edir. 1966-cı ildə Şahid ali təhsilini başa vuranda onun mahnıları artıq dillər əzbəri olmuşdu.

-Vaqif müəllim, Şahid Əbdülkərimovun ilk mahnısı hansı olub?

-Onun bəstələdiyi birinci mahnını dəqiq deyə bilmərəm. Amma Azərbayca Radio və Televiziyası ilə ilk dəfə səslənən Xalq Artisti İslam Rzayevin ifasında "Hanı bəs vəfan sənin" mahnısı olub. Sonralar Azərbaycan Dövlət TeleviziyaRadio Verilişləri Komitəsi uşaq xorunun ifasında onun "Naxçıvanım", "Ana torpağım mənim", "Bakı", "Təzə il", "Xoş gəldin", "May" və bir neçə başqa mahnıları lentə yazılmışdı. Uşaq xorunun bədii rəhbəri, unudulmaz bəstəkar Əfsər Cavanşirov həmişə deyirdi ki, uşaqlar Şahid Əbdülkərimovun mahnılarını tez öyrənirlər. Ona görə ki, bu mahnıların musiqisi həm axıcı, həm də ürəyə yatandır, xalq ruhundadır. Həmin illərdə Şahid müəllim çox məhsuldar işləyirdi və az vaxtda həm xalq arasında, həm də musiqi ictimaiyyəti tərəfindən tanındı. Şahid müəllimin demək olar hər həftədə bir mahnısı ictimaiyyətə təqdim olunurdu. Onun "Sevgilimə könül açdım", "Təki sən səslə məni", "Biləydin kaş", "Gözəlim", "Nişan üzüyü", "Yurdumun qoynunda", "Heç küsməyin yeridirmi", "Sevincim", " Azərbaycan", "Günüm keçməsin sənsiz", "Dayağım ol", "Niyə belə oldu", "Gecələr" və başqa mahnılarını Xalq Artistləri İslam Rzayev, Arif Babayev, Elmira Rəhimova, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Canəli Əkbərov, Əməkdar Artistlərdən Nəzakət Məmmədova, Sabir Mirzəyev, Süleyman Abdullayev, Rövşən Behçət və başqaları sevə- sevə ifa ediblər. Bəxtiyar Vahabzadənin sözlərinə yazılan "Gecələr" mahnısını indi çoxları ifa edirlər, amma həmin mahnını ən gözəl ifa edən Xalq Artisti, həmyerlimiz Könül xanım Xasıyevadır. O, bu mahnıya özünün ustad möhürünü vurub.

-Vaqif müəllim, Şahid Əbdülkərimov nə üçün həmin illərdə Bakıda yox, Abşeron rayonunda yaşayıb, həmin rayonda işləyib? Bakıda o, daha çox tanınırdı və paytaxtda yaşamaq, işləmək imkanları var idi?

-Şahid müəllim ilk təyinatla Zaqatala rayonunda işləyəndə həmin illərdə Zaqatalanın birinci katibi olan Sadıq Murtuzayev rayon tədbirlərində Şahid müəllimi tanımışdı və onun xüsusi istedad sahibi olduğunu bilmişdi. Sonra Sadıq Murtuzayev 1963-1970-ci illərdə Abşeron rayonuda birinci katib işləyəndə Şahid müəllimin və mənzil məsələsinə xüsusi qayğı və diqqət göstərmişdi. Onların səmimi dostluq münasibətləri var idi. Ona görə Şahid müəllim Bakıda yox Abşeron rayonunda məskunlaşmışdı. Həmin illərdə Abşeron rayonu Bolqarıstanın Razqrad rayonu ilə dostluq əlaqələri yaratmışdı. Sadıq Murtuzayevin tövsiyyəsi ilə Şahid müəllim "Abşeron- Razqrqd" mahnısı bəstələmişdi və nümayəndə heyəti ilə birlikdə Sadıq Murtuzayev Şahid müəllimin rəhbərlik etdiyi Xırdalan pionerlər evinin uşaq xor kollektivini dəfələrlə Bolqarıstana aparməşdı. Onlar Bolqarıstanda geniş repertuarlı proqramla konsertlər vermişdilər. Bu Azərbaycan- Bolqarıstan dostluq əlaqələrinin genişləndirilməsində mühüm hadisə idi.

-Vaqif müəllim, Şahid Əbdülkərimov bəstəkar kimivaxt rəsmi olaraq tanınıb?

- 1974-cü ildə Bakı rayonlararası xalq yaradıcılığı evlərinin "Sən nəğmələr qoş" devizi altında həvəskar bəstəkarların mahnı müsabiqəsi təşkil edilmişdi. Həmin müsabiqədə bir çox həvəskar bəstəkarlar iştirak edirbi. Münsiflər heyətində Azərbaycanın tanınmış musiqi xadimləri var idi. Müsabiqənin yekununda Şahid Əbdülkərimov birinci, Bəhram Nəsibov ikinci, Qafar Namazəliyev üçüncü yerə layiq görülmüşdülər.

-Vaqif müəllim, mənim eşitdiyimə görə, Şahid Əbdülkərimov Abşeron rayonunda olanda həvəskar bəstəkar kimi tanınan Ələkbər Tağıyev həmin rayonda prokuror işləyib və onların dostluq münasibətləri olub. Təbiidir ki, rayon tədbirlərində prokuror iştirak edirdiŞahid müəllimin mahnıları səslənəndə həvəskar bəstəkar kimi ona maraq göstərirdi. Mənim bir qohumum Ələkbər Tağıyevin sürücüsü ilə yaxın qonşu olubdostluq əlaqələri var idi. O, danışırdi ki, Ələkbər Tağıyev Şahid müəllimi şənbə-bazar günlərində özünün bağına aparırdı və onlar birlikdə yaradıcılıq əlaqələri saxlayır, bri- brinin mahnılarını dinləyib ona hətta düzəlişlər edirdaha axıcı olması üçün mahnılar üzərində birgə işləyirdilər. Son nəticə də göz qabağındadır hər ikisi həvəskar bəstəkar olsa da, mahnıları xalq tərəfindən sevilə- sevilə dinlənilir. Yenə deyirəm ki, onların dostluğu bir çox gözəl mahnıların yaranmasına imkan yaradıb.

-Mən də onların dostluğu haqqında eşitmişəm, təbiidir ki, onlar ali musiqi təhsili almasalar da, xüsusi istedadları olubbu dotluq əlaqələri nəticəsində hər ikisi xalqımızın musiqi xəzinəsini zənginləşdiriblər. Bu çox gözəldir və alqışlanmalıdır.

- Vaqif müəllim, bəs sonra necə oldu ki, Şahid Əbdülkərimov Şəkiyə üz tutdu, gəldi Şəkidə yaşadı, işlədi?

-1970-ci ilin aprel ayında Sadıq Murtuzayev Şəkiyə birinci katib təyin edildi. O, çox bacarıqlı, işgüzar bir rəhbər idi. Onun Şəkidə işlədiyi illərdə bütün sahələrdə dinamiq inkişaf var idi. Həmin illərdə Şəkidə musiqi sahəsində zəifliyi görən Sadıq Murtuzayev yaxından tanıdığı və istedadını həmişə yüksək qiymətləndirdiyi Şahid Əbdülkərimovu Şəkiyə dəvət edironu müvafiq işlə təmin edir. 1974-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Prezidenti Akademik Həsən Abdullayev Şəki şəhərindən Azərbaycan SSR Ali Sovetinə deputat seşilmişdi. Deputatımızın təşəbbüsü ilə Akademiyanın yeni istifadəyə verilmiş akt zalında və Azərbaycan Dövlət TeleviziyaRadio Verilişləri Komitəsində Şəki bədii özfəaliyyət kollektivlərinin konserti təşkil edilmişdi. Həmin konsertlərdə iştirak edən Şahid Əbdülkərimov özünün bəstələdiyi "Təki sən səslə məni", "Ana məhəbbəti" və adlarını unutmuşam bir neçə başqa mahnılarını özü ifa etmişdi. 1976-cı ildə Şəkidə yeni tikilmiş Tibb İşçiləri mədəniyyət evi istifadəyə veriləndə Sadıq Murtuzayevin təşəbbüsü ilə Şahid müəllim həmin mədəniyyət evinin direktoru təyin edilmişdi. Az vaxtda Şahid müəllim Şəkinin xüsusi istedadlı musiqiçilərini həmin mədəniyyət evinə yığaraq "Şəfa" mahnı və rəqs ansamblı, ustad sənətkar Seyran Zülfüqarovun rəhbərliyi ilə "Səbuhi" xalq çalğı alətləri ansambılı yaradılmışdı. Şahid Əbdülkərimovun təşkil etdiyi istedadlı musiqiçilərdən ibarət həmin ansambllar özlərinin həm milli, həm də beynəlxaq mahnılardan ibarət repertuarla demək olar ildə 5-6 dəfə qastrol səfərlərinə gedirdilər. Belə qastrol səfərləri ölkəmizin müxtəlif rayonlarında, Azərbaycanlıların konpakt yaşadığı Gürcüstan respublikasının rayonlarında, Şımali Qafqazda və hətta Moskvada SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanırdı.

- Şahid Əbdülkərimovun mahnıları xalq tərəfindən çox sevilir. Ömrünün 50 ilini mədəniyyətə, incəsənətə həsr edən bir mütəxəssis kimi Vaqif müəllim bunu nə ilə izah edə bilərsiniz?

- Buna səbəb deyə bilərəm ki, Şahid müəllimin mahnıları əsasən milli üslubdadır və muğamlarımızdan bəhrələnib. İkinci səbəb isə odur ki, Şahid müəllimin özünün fərdi yaradıcılıq yolu, üslubu var idi. O, çox mütaliəçi idi, əvvəl gözəl sözlər- şeirlər tapırdı, həmin şeiri mətninə uyğun ahənglə əzbərləyirdi və sonra ona uyğun musiqi yaradırdı. Bu məqamda həmyerlimiz, böyük ziyalı, ədəbiyyatşünas alim Aydın Məmmədovun bir elmi məqaləsindən oxuduğum fikir yadıma düşdü. O, yazmışdı ki, "Bədii dil musiqi ilə eyni yönlü, eyni səpkili tərənnüm formasıdır." Şahid müəllim musiqi yazıb sonra söz axtarmırdı. O, əvvəl gözəl mətn- şeir tapırdı, sonra ona musiqi bəstələyirdi.

Ən çox müraciət etdiyi şairlər Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı, Süleyman Rüstəm, Cabir Novruz, Ramiz Məmmədzadə, Əbülfəz Naxçıvanlı və daha bir həmyerlimiz Arif Abdullazadə idi. Yazdığı mahnıları bütün müğənnilərə, xanəndələrə lirik səslə özü oxuyub təqdim edirdi.

-Vaqif müəllim, Şahid Əbdülkərimov çox sadə, səmimi və təvazökar bir insan idi. Bəzən onun mahnılarını xalq mahnısı, bəzən də başqa bəstəkarların adı ilə oxuyurlar buna münasibətiniz necədir? Mən hətta bir hadisənin şahidi olmuşam. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadə ilə evlərində görüşlərimizin birində O,çox əsəbi halda dedi ki,-" bu insanlar lap özlərini itiriblər. Mənə dedilər tanınmış bəstəkarlardan biri iddia edib ki, mənim sözlərimə yazılan "Gecələr" mahnısının musiqi müəllifi guya odur. Mən bunu eşidib çox narahat oldum və Azərbaycan televiziyasına zənc edib dedim. Belə çıxışlara imkan verməyın. O mahnını Şahid Əbdülkərimov neçə il qabaq bəstələyib və mahnı hazır olanda gecə mənim Şəkidəki evimə gəlib həyətdə özü tarda çalıb mənə oxumuşdu. İndi O,dünyasını dəyişib hələ ki, mən sağam kimsə necə deyə bilər "Gecələr" mahnısı mənimdir. Şahid çox sadəlövh, səmimi, abırlı adam idi, abırsızlar da onun sadəliyindən istifadə edirlər." Mən bu sözləri Bəxtiyar müəllimdən özüm eşitmişəm.

- Bilirsiniz O, çox dinamiknarahat adam kimi görünsə də əslində sadəlövh və tərbiyəli adam idi. Hələ özü sağ olanda bəzi müğənnilər onun mahnısını oxuyurdu amma tamaşaçılara xalq mahnısı kimiya başqa müəllifin adı ilə təqdim edirdilər. Şahid müəllim belə hallarda həmin müğənni ilə görüşüb onunla səmimi söhbət edərdi və mahnını oxuyarkən yol verilən səhvləi ona izah edərdi. Heç ona demirdi ki, bu mahnının müəllifi mənəm, O,belə təvazökar idi və çoxları da onun bu xasiyyətindən sui istifadə edirdilər. İndi də belə məsuliyyətsiz müğənnilər vardır.

-Məncə elə bunun bir səbəbi də Şahid Əbdülkərimovun mahnıları toplusunun olmaması belə hallara imkan yaradır. Kimlərsə bunu bilməyərək edir, bəziləri də gözəl bir mahnının müəllifi olmaq tamahkarlıği ilə bunu edirlər.

-Sizin dedikləriniz həqiyqətdir. Hər iki halda bu belədir. Deyə bilərəm ki, sənətkarlıq üzrə fəlsəfə doktoru Səadət xanım Təhmirazqızı 2016 -cı ildə çap etdirdiyi "Şəkidə ifaçılıq sənəti" və "Şəkinin musiqi foikloru" monoqrafialarında Şahid Əbdülkərimov və onun mahnıları haqqında müəyyən qədər məlumat vürilib. Amma bunlar kifayət deyil. Onun mahnılarını toplayıb sözləri və notu ilə birlikdə nəşr etdirmək də hələ azdır. Şahid müəllimin yüzə qədər mahnıları var ki, onlar hələ ictimaiyyətə təqdim edilməyib və onların gələcək taleyi haqda fikir söyləmək çətindir. Həmin mahnılar kimin əlinə çatırsa elə bil zəngin xəziynədir və hərə bir tərəfdən talan edir, öz adına yazdırır. Onun mahnılarını xalqa çatdırmaq üçün yaxşı tədqiqatçı- musiqişünasa böyük ehtiyac vardır. Bu da zamanın ixtiyarındadır.

-Vaqif müəllim mənim bildiyimə görə Şahid Əbdülkərimov 1980- cı illərin əvvəlində Bakıya gedir və 1988-ci ildə yenidən Şəkiyə qayıdır. Onu narahat edən nə idi?

-1980-cı ilin aprel ayında Sadıq Murtuzayev Şəkidən getdi, Ağdam rayonuna birici katib seçildi. Şahid müəllim həm ailə vəziyyətinə, həm də ona qarşı yaranan soyuq münasibətə görə Şəki tibb işçiləri mədəniyyət evinin direktoru vəzifəsindən azad edlmişdi və O, Şəkidən getdi Bakıya amma Şəkidə musiqi kollektivləri ilə elə dostluq münasibətləri yaranmışdı ki, başqa yerdə qərar tuta bilmirdi Bakıya, Gəncəyə hara gedirdisə bir həfdədən sonra yenə qayıdıb Şəkiyə gəlirdi. 1988-ci ildə Şəkidə onun anadan olmasının 60 illiyi qeyd edildi. 2003-cü ilin iyul ayının 17-də Şahid müəllim dünyasını dəyişdi həmin ilin Oktyabr ayında Şəki ictimaiyyəti onun anadan olmasının 65 illiyini, sonra 70 və 75 illiyi xüsusi hörmət və etiramla qeyd edilib. Bu ilin Oktyabr ayının 30-da onun 80 illiyidir. Arzu edərdim ki, yenə heç olmasa doğma Şəkimizdə, onun uzun illər işlədiyi Abşeron rayonunda, Bakıda və Zaqatalada Şahid Əbdülkərimovun xatirəsi yad edilsin, mahnıları səsləndirilsin.

-Vaqif müəllim, sizcə Şahid Əbdülkərimov gözəl mahnıların müəllifi kimi necə qiymətləndirilib?

-Açığını deyim ki, o, nə sağlığında nə də indi layiqincə qiymətləndirilib. Ümid edirəm ki, Bəstəkarlar İttifaqı və Mədəniyyət Nazirliyi bu sahəyə diqqət yetirəcək və ən azı ölkəmizdə mahnı oğrularının qarşısini almaq üçün Şahid Əbdülkərimovun və başqalarının haqqıni özünə qaytarmaq məqsədi ilə hər bir müəllifin mahnılarının toplanıb nəşr edilməsinə diqqət göstəriləcəkdir.

-Vaqif müəllim maraqlı və əhatəli müsahibəyə görə sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun, siz bizə və oxucülarımıza Şahid Əbdülkərimov haqqında dəyərli məlumatlar verdiniz.

 

ÇİNGİZ ƏNVƏROĞLU

 

Ədalət  2018.- 19 sentyabr.-  S.10;13.