Qara Qarayev musiqisi Amerika radiosunda

 

Görkəmli bəstəkar, Xalq Artisti Qara Qarayevin 100 illiyinə töhfə olan maraqlı layihələrdən biri ABŞ-da reallaşacaq.

 

Bu barədə AZƏRTAC-a ABŞ-da yaşayan həmyerlimiz, tanınmış orqan ifaçısı Cəmilə Cavadova-Spitsberq məlumat verib.

 

Onun sözlərinə görə, Amerika İctimai Mediası Radiosunun dünya orqan musiqisinə həsr olunmuş “Pipedreams” proqramının baş icraçısı Michael Baronun təşəbbüsü ilə yanvarın 21-də bu proqramda ilk dəfə olaraq Qara Qarayevin əsərləri səslənəcək.

 

Qeyd edək ki, radionun efirində Cəmilə Cavadova-Spitsberqin Niderlandın Rottendam şəhərindəki St.Laurens kilsəsində yazdırdığıQara Qarayev: orqan üçün köçürmələrmusiqi albomundan (CD) çıxarışlar səslənəcək. Bu çıxarışlar artıq radionun internet səhifəsində yerləşdirilib musiqi həvəskarları tərəfindən hər zaman dinlənilə bilər.

 

Qara Qarayev musiqisinin orqan alətində ifası üçün köçürmələrin müəllifi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tahirə Yaqubovadır. Cəmilə Cavadova-Spitsberqin təşəbbüsü Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlmiş disk ötən il fevral ayında ictimaiyyətə təqdim olunub.

 

Ədalət  2018.- 18 yanvar.- S.7.