YUĞ və Vaqif İbrahimoğlu - yubileylər günü

Ötən gün S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında YUĞ Dövlət Teatrının 30, teatrın banisi Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Adalet.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

YUĞ teatrının tanınmış aktyoru Amid Qasımov tədbir haqqında məlumat verərək bildirdi ki, bu yubiley tədbiri hər bir sənət adamının ürəyincə olduğuna şübhəsi yoxdu:”Tədbirdə öncə qonaqlar teatrın foyesində bu sənət ocağının 30 illik fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi ilə tanış oldular. Azərbaycan Dövlət Teatr Muzeyinin hazırladığı fotosərgidə bu sənət ocağının yaranmainkişaf tarixinin müxtəlif mərhələlərini əks etdirən fotoşəkillər nümayiş olundu. Fotosərgidə teatrın tarixini əks etdirənşəkillər tamaşaçıların marağına səbəb oldu”.

Aktyor yubiley gecəsindən həyəcan qarışıq bir sevinclədə bəhs etdi.Çünki tədbirdə teatrın müxtəlif tamaşalarından parçalar da nümayiş olundu və A. Qasımov da həmin səhnəcikdə yer almışdı:” Gecədə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev YUĞ Dövlət Teatrının tarixinə və inkişaf yoluna nəzər saldı. Bildirdi ki, Vaqif İbrahimoğlu Azərbaycan incəsənətində tamamilə yeni bir mühitə malik teatr yaradıb. Bu teatr tez bir zamanda böyük tamaşaçı auditoriyasının formalaşmasına təkan verib. Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azərpaşa Hemətov da çıxışçılar arasında idi .O qeyd etdi ki, teatrın ilk işi M.Şəhriyarın "Heydərbabaya salam” poeması əsasında hazırlanan "Salam” tamaşası olub. Kollektiv bu illər ərzində klassiklərdən M.Füzulinin, N.Gəncəvinin, Ş.İ.Xətainin, müasirlərimizdən R.Rövşənin, V.B.Odərin şeirləri, K.Abdullanın, A.Məsudun, F.Mustafanın, O.Fikrətoğlunun əsərləri əsasında müxtəlif tamaşalara quruluş verib.Bu tədbirin keçirilməsi bizim kimi gənc aktyorlarında ürəyindən oldu. Sənətə, sənətkara qiymət verilməsi bizimdə üzərimizdə işləməyimizə, işimizi daha peşakarcasına görməyə həvəsləndirdi”.

S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında YUĞ Dövlət Teatrının 30, teatrın banisi Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş yubiley tədbiri əsl bayram əhval-ruhiyyəsi ilə başa çatdı.

 

Əntiqə Rəşid

Ədalət  2019.- 5 dekabr.- S.8.