"Dünya yuxutək əriyir"

Gənc və istedadlı şair Leyla Əliyevanın "Dünya yuxutək əriyir" şeirlər kitabına, onun muxtəlif mövzularda yazdığı şeirləri daxil edilmişdir.Bu şeirlər müəllifin poetik müşahidələrinin dəqiqliyi ,gözəllik aləminə həssas və şairanə münasibətinin özünəməxsusluğu ilə diqqəti cəlb edir.Kitabı oxuduqca təkrar yenidən sevə-sevə oxumağa başlayırsan.Leyla Əliyevanın şeirlərinin bir qismi məhəbbət mövzusundadır.Bu şeirlərdə məhəbbət insana xas olan pakülvi hiss kimi tərrənnüm olunur.Şairə,görə ,sevgi insanı mənən saflaşdırır və ucaldır,daxili aləmini zənginləşdirir,gözəllik duyğularına rəvac verir.Leyla Əliyeva şeirlərində sevən bir qəlbin həyacan və iztirablarını ,sevinc və kədərini orijinal bədii boyalarla əks etdirir."Ən gözəl sevgisən bu dünyada" şeirindən göründüyü kimi müəllif sevgini həmişə üstün tutur və belə mənalandırır.

 

Ən gözəl sevgisən bu dünyada sən!

Bəxş olunmamısan boş yerə mənə.

Göydən sualıma cavab dilədim,

O,mələk göndərdi,cavab yerinə.

 

İşıqlı təbəəssüm , nur dolu gözlər...

Baxdım saatlarla oxudum andım.

Göylər nağılından oyandım burda

Oyandın ki , səni bağrıma basım.

 

Bu misralardakı təbiilik və səmimiyyət oxucunu təzadlarla dolu sevgi dünyasına qovuşdururyaxud başqa sevgi şeirlərində duyğularını belə ifadə edir.

 

Öz canını belə,qurban verərdi

Təki sevgilisi geriyə dönə.

Necə əzablıdı həsrətdə ölmək,

Dərd dönər gülləyə ,deşilər sinə.

 

Əslində bu şeirlər mahiyyət etibarı ilə şairin bir az yuxarıda haqqında söhbət açdığımız insanlara sevgisindən bəhs edən şeirlərinin məntiqi davamıdır və onları daha dolğun şəkildə tamamlayır.

Leyla Əliyeva təkcə bizim respublikada deyil ,onun hüdudlarından uzaqlarda da yaxşı tanınır.

Leyla Əliyevanın şeirlər kitabı Amerkada İranda Rusiyada Ukraynada çap olubdu. Leyla Əliyevanın şeirlərinə bəstələdiyim mahnıları populyar müğənnilərin ifasında səslənəcəkdi.

Bu şeirlərin oxucularda xoş bir təəsürat yaradacağına inanır və müəllifə yeni-yeni uğurlar arzulayıram.

Elnur Baxış

folklorşunas, Azərbaycan Jurnalistlər

Aşıqlar birliklərinin üzvü.

Ədalət  2019.- 19 fevral.- S.6.