DƏMİRQAPI DƏRBƏNDİM

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(Rus işğalı, yoxsa... farsların əlindən nicat?)

(əvvəli ötən sayımızda)

Məhəllələr elə salınıb ki, elə bil məcburən bir-birinə sıxlaşdırılıblar, evlər bir kisənin içindəki daşlar kimi bir-birinə sıxılan kimidilər. Məcburən bir-birinə sıxlaşıb, dostlaşıblar. Hər şeyi yoluna qoyan, bütün yaraları sağaldan, dərdləri yüngülləşdirən zaman onları da qaynadıb bir-birinə qarışdırıb, mehribanlaşdırıb.

Hündür daş arkalar hər iki tərəfdən dəmir qapılarla bağlanıb-açılır. Şimaldan Dərbənd qala, Daş qala, Orta qala, cənubdan Qala qapı, Məscid qapı adlanır, doqquz qapının bəziləri ya uçurulub, ya da adı unudulub.

Dərbənd müqəddəs şəhərdir

5 avqust 1722-ci ildə rus qoşunları Dərbənd üzərinə hücuma keçib. 23 avqustda qalanı işğal ediblər. Şəhər əhalisi axund İmam Qulubəylə birlikdə Böyük Pyotru qarşılayıb. Yürüşü davam etmək üçün bir neçə gün qoşun burada düşərgə salıb. Avqustun 30-da naməlum səbəbdən 1700 at ölüb. Qoşun üzü cənuba hücum-yürüşü davam etdirə bilməyib.

Dərbənd qalası - Narın qala adlansa da bura bir qala deyil, bütöv bir qalalar sistemidir. Ümumilikdə üç müdafiə sistemi vardır. Əsas hissə Narınqala idi ki, dağların qoynunda yerləşirdi və üzü dağlara uzanıb gedirdi. İkincisi şəhər ətrafında olan qaladır. Üçüncüsü isə dəniz yaxınlığında yerləşən qala idi ki, Dübari adlanırdı. Sədd boyunca 80 bürc var idi ki, bunun da onu böyük bürc idi. Hər bürcdə 100, orta hesabla 50, ən azı isə 15-20 nəfər yerləşə bilərdi.

Dərbənd qala-şəhərinin işğalı Rus-İran müharibəsinin bir epizodudu.

Dərbəndi almaqüzü cənuba doğru hərbi yürüşü davam etdirmək məqsədilə 1796-cı ildə Dağıstanın şimalındakı Qızılyar (daha dəqiqi Gizliyar) yaşayış məntəqəsində güclü rus ordu korpusu yaradılır. İmperatriçanın şəxsən tanıdığı və təyin etdiyi general-mayorlar knyaz Pavel Dmitriyeviç Sisiyanov, Sergey Alekseyeviç Bulqakov (bəzi mənbələrdə "Bulaqov" kimi qeyd olunub), Rimskiy-Korsakov, baron Leontiy Keinteviç Beniqsen, qraf Stepan ApraksinMatvey İvanoviç Platovun komandanlığı altında iki piyadaiki süvari (kavaler) briqadası olmaqla korpus formalaşdırılır. General-poruçik Valerian Zubov Ordu komandanı təyin olunur. Zubov general İvan Dmitriyeviç Savelyevin izi ilə getmək üçün əmr verir. Qoşun Dərbənd istiqamətində hərəkətə keçir.

Zubov anlayır ki, ilk əvvəl ön divarı ələ keçirmək lazımdır. Bu məqsədlə 12 funtluq toplardan qalaya atəş açılır. Ancaq bu divarda bir təsir əmələ gətirmir. Onlar qalanı hücumla almağa qərarlaşırlar.

Savelyevin komandanlığı altında olan qoşun əvvəlcədən gəlib Dərbənd ətrafında yerləşmişdi. Savelyev Rusiya imperiyası ilə Qacar İranı arasında ittifaq qurmaq təklifi ilə Dərbənd hakimi Şeyx Əliyə məktub göndərtdirir. Şeyx Əli məktubu cavablandırmır və qala qapısına yaxınlaşan rus əsgərlərinə atəş açmaq əmri verir. Odur ki, Savalyev qoşunu qaladan atəş məsafəsində uzaqlaşdırır və Zubovun gəlişini gözləyir.

Varvara İvanovna Bakutinanın gündəliyindən Dərbəndin alınması haqqında qeydlər:

"... ruslar Dərbəndi asanlıqla alacaqları barədə heç bir ümidverici şans olmadan qalanı mühasirəyə götürdülər, divarlara künclərdən lağımlar atdılar, əlavə səngərlər hazırlayıb səngərləndilər, amma nəticədə bir görə bilmədilər. Qraf Savelyevə əmr göndərdi ki, səngərləri buraxıb geriyə çəkilsinlər.

1 may 1796-cı il istirahət günü idi. Mən düşərgənin kənarlarına gəzintiyə çıxmışdım, ətraf çox qəribə idi. Biz uzaqdan Dərbənd salınmış dağları müşahidə edirdik, durbinlə şəhərin özünü görə bilirdik.

Gözümüzün önündə daş divarlar ucalırdı, hansı ki, bu divarlarla əhatələnmiş qalanı farslar "məğlubedilməz" adlandırırdılar. "Dəmir qapılar" adlandırılan ərazi Rusiyanın girişi sayılırdı.

Təbiətin özü ilə möhkəmləndirilmiş, dənizə yaxın yüksələn, yüksək, dolanbac dağlar üzərində Dərbənd özü tikilmişdi. Şəhərin bir hissəsi dağlıq sahədə, digər hissəsi isə qumsallıq sahildə salınmışdı.

Şəhərin hər iki tərəfində qalın daş divarlar uzanır, bir tərəfi silsilə dağlara dirənir, digər tərəfini isə dənizin ləpələri yuyur.

Bir tərəfdən də üçüncü divar şəhəri qoruyur, şəhərə perpendikulyar salınmış divar aşağı hissəni ayırır və Dubar adlanır.

May ayının biri axşam qoşun ertəsi gün düşərgədən Dərbəndə yürüş etmək əmri aldı. Özləri ilə ən az yaraq-yasaq götürmək və əsas yükü geridə saxlamaq tapşırıldı. Səfər-yürüşlərdə qoşun üçün ən ağır yük qadınlar və onların əşyalarını daşıyan arabalar sayılırdı.

Qərargah-düşərgədə arabalardan ibarət dördbucaq guşə düzəltdilər və kiçik mühafizə altında qadınları, onların əşyalarını, çadırları, ehtiyat ərzaq və sursatları orada saxladılar. Mən də onlarla qaldım, çünki ərimlə səfərə çıxanda ona söz vermişdim ki, hər bir buyruq və əmrinə sözsüz və müzakirəsiz tabe olacağam.

2 may günü qoşun Dərbənd istiqamətində hərəkətə keçdi və 15 verst getdikdən sonra şəhərin 1,5 verstliyində yeni düşərgə saldı, bu, artıq döyüş düşərgəsi idi.

Briqadalar bir-birinin yanında cəbhənin üzü şəhərə istiqamətində dağın ətəyinsdən dənizə qədər döyüş düzülüşü vəziyyətini aldılar. General Beniqsenin briqadası, hansı ki, Vladimir polkunun tabeçiliyindəydi, dənizə lap yaxın ərazidə, sanki şumlanmış sahədə yerləşmişdi, yağışdan daha çox islandı, geyimləri tamamilə palçığa bulaşdı, hətta tufan onların çadırlarını aşırıb dağıtdı. Təbiətin belə kəskin şıltaqlığına baxmayaraq ruslar bir neçə dəfə qalanı almağa cəhd göstərdilər. Qalanın müdafiəçiləri də havanın kəskinliyinə baxmayaraq müdafiə olunurdular, imkan vermirdilər ki, ruslar yaxınlaşıb qala divarları üzərinə çıxsınlar, ya da lağım atıb divarın altından içəri keçsinlər. Qala bürclərində müdafiə olunanlar hücumçuların üzərinə daşlar yağdırırdılar ki, nəticədə ruslar biabırcasına hücumu dayandırıb geriyə - düşərgəyə döndülər.

3 mayda adaya hücumun qarşısı qətiyyətlə alınır. Polkovnik Krivtsovonun batalyonundakı əsgərlərin böyük qismi yaralanır. General Rimskiy geri çəkilərək mövqe tutmaq məcburiyyətində qalır. Növbəti gün Zubov qalaya yaxın mövqelər qurdurur.

 

(ardı gələn sayımızda)

ƏLİ BƏY AZƏRİ

Ədalət  2019.- 27 fevral.- S.7.