Şahmar Əkbərzadə mükafatı sahiblərinə təqdim olundu

İyunun 3-ü Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvanklubunda  VEKTOR Beynəlxalq Elmlər Akademiyasının təsis etdiyi Şahmar Əkbərzadə adına ədəbiyyat mükafatının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə tanınmış qələm adamları, keçmiş yeni mükafatçılar, media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid mükafatın Azərbaycan ədəbiyyatında xüsusi yeri olan Şahmar Əkbərzadənin adına təsis olunmasının önəmini vurğulayıb: “Elçin İsgəndərzadəni hələ gəncliyimizdən tanıyıram. Onun ədəbiyyatın inkişafında, təbliğində ardıcıl davamlı fəaliyyətini hər zaman yüksək dəyərləndirirəm. Elçin İsgəndərzadənin bu mükafatla Şahmar Əkbərzadə adını yaşatması da çox gözəl hadisədir. Onun seçdiyi mükafatçılar öz dəyəri ilə seçilirlər”.

Mükafat haqqında "Vektor" nəşrlər evinin prezidenti, şair Elçin İsgəndərzadə məlumat verib. O deyib ki, Şahmar Əkbərzadə adına ədəbiyyat mükafatı artıq 19-cu ildir ki, bu sahədə il ərzində uğurlu fəaliyyət göstərmiş qələm adamlarına verilir: “Bugünki görüşün təşkilinə görə Azərbaycan Yazıçılar Birliyinə xüsusi təşəkkürümü bildirirəm. Bu birlik hamımızın məbədidir. Şahmar müəllimi bu millətin ən böyük sərvətlərindən hesab edirəm. 2003-cü ildə görkəmli şəxsin adına hazırladığımız mükafat beynəlxalq status aldı. Bu vaxtadək "Şahmar Əkbərzadə adına Beynəlxalq Mükafat"a layiq görülənlər sırasında görkəmli şəxsiyyətlər var. Biz hər il bir gəncə bu mükafatı təqdim edirik. Eyni zamanda, bu tədbirdə biz keçən ilki mükafatçıların çap etdiyimiz kitablarını da təqdim edirik. Buraya Flora XəlilzadəninHökmdar qadınlar”, Giya Paçxataşvilinin “Tut ağacı”, Vüsal NurununDorantağkitabları daxildir. Əminliklə deyə bilərəm ki, hər biri çox dəyərli əsərlərdir”.

Daha sonra diplomlar sahiblərinə təqdim  olunub. Bu il Şahmar Əkbərzadə adına ədəbiyyat mükafatına Ramiz Qusarçaylı, Rüstəm Behrudi, İbrahim İlyaslı, Nazim Əhmədli, Rafiq Hacıyev, Vaqif İsaqoğlu Fərid Hüseyn layiq görülüblər.

Mükafata layiq görülən şair İbrahim İlyaslı da öz növbəsində Azərbaycan Yazıçılar Birliyinə minnətdarlığını bildirib: "Şahmar Əkbərzadənin adına olan mükafata layiq görülmək mənim üçün fəxrdir. Buna görə, mənim əməyimi qiymətləndirən şəxslərə öz minnətdarlığımı bildirirəm". Çıxışının ardından şair özününMəni bu qələmdən qoru, İlahişeirini oxuyub.

Şair Ramiz Qusarçaylı "Vektor" Beynəlxalq Elm Mərkəzinə onun rəhbəri Elçin İsgəndərzadəyə təşəkkürünü bildirib: "Şahmar Əkbərzadə mənim XX əsr Azərbaycan ədəbiyyatında ən sevdiyim şairlərdən biridir. Bu gün onun adına təsis edilmiş mükafata layiq görülmək mənim üçün böyük sevincdir. Hər ksə təşəkkür edirəm”. R.Qusarçaylı da öz növbəsindəYığılırşeirini səsləndirib.

Jurnalist, yazıçı Rafiq Hacıyev bu mükafatı fəaliyyətinə verilmiş ən yaxşı qiymətlərdən biri adlandırıb. Ədəbiyyata qələm adamlarına bu cür diqqətinə görə E.İsgəndərzadəyə təşəkkürünü bildirib.

Ş.Əkbərzadə yaradıcılığına şəxsiyyətinə sonsuz hörmətini sevgisini dilə gətirən şair Nazim Əhmədli verdikləri dyərə görə başda E.isgəndərzadə olmaqla, zəhməti keçən hər kəsə təşəkkürünü bildirib.

Tədbirin sonunda ötən ilki mükafatçıların kitabları qonaqlara hədiyyə edilib.

Daha sonra çıxış edənlərdən Flora Xəlilzadə, Vüsal Nuru, Giya Paçxataşvili, Kənan Hacı, Fərqanə Mehdiyeva, Oqtay Rza və başqaları Şahmar Əkbərzadənin yaradıcılığından söz açıb, mükafatçıları təbrik ediblər.

Ədalət  2019.- 5 iyun.- S.6.