Sizin feysbuk şairiniz...

Ulucay Akif

Sosial şəbəkələr hər gün daha böyük sürətlə həyatımızın ayrılmaz hissəsinə çevrilir. Artıq sosial şəbəkələrdən bir çox məqsədlərdə istifadə edirik. Sosial şəbəkələr vasitəsilə hadisələrdən xəbərdar oluruq, fikir bildiririk, yeni insanlar tanıyırıq, ünsiyyətdə oluruq, yeri gələndə əylənirik.

Sosial şəbəkələri həm öz işini təqdim etmək üçün tribuna kimi istifadə edənlər çoxdur. Bu bir növ yeni marketinqdir. Məsələn, sosial şəbəkə vasitəsilə öz işindən pul qazananlar çoxdur.

Məsələn, Həkimlər, müəllimlər, dərzilər, bizneslə məşğul olanlar, hüquqşünaslar, müğənnilər, modellər, yeri gələndə lap ... Özünüz bildiniz ...

Yazıçılar da bu siyahıya daxildir. Burada daha böyük kütlə qarşısında çıxış etmək fürsətindən yazıçılar da istifadə etməyə çalışır. Xüsusən, son illər bu tendensiya daha da aktivləşib. Hətta o dərəcə "aktivləşibki, yazıçı oxucu münasibətləri feysbuk səviyyəsinə enib. Bu ağrılı məqam haqqında növbəti köşə yazımda danışacağıma feysbukum instagram üzərinə and içirəm!

, deyirdim... Bütün digər sahələrdən fərqli olaraq yazıçılar sosial şəbəkələrdəki fəaliyyətlərinə görə xalq arasında lağyana ad da qazanıblar: "feysbuk şairi”, "feysbuk yazarı”.

Ad demişkən, fürsətdən istifadə edib Vahid Əzizi "xalq şairiadı alması münasibətilə təbrik edirəm! Biz bilmədik, yəqin özü bu adı niyə aldığını bilir...

Yenə fikrim yayındı...Harda qalmışdıq?

, . Yadıma düşdü...

Digər sahələrə feysbukdakı fəaliyyətinə görə lağyana ad verilmir. Məsələn, hansısa həkimə "feysbuk həkimi”, hansısa hüquqşünasa "feysbuk hüquqşünasıdeyildiyini görə, eşidə bilərsiniz.

Bəs niyə yazıçılara bu "adıqoyurlar?

Birinci istəyirəm "Feysbuk şairiadının necə qazanıldığından danışım:

1.Şair şeirlərini feysbukda paylaşmalı bu şeirlərə çoxlu "like”, "kommentgəlməlidir.

2.İnsanlar qəzet, saytlarda çıxan yazılar oxunmamalıdır.

3.Kitabı çap olunmamalıdır, olunubsa da alınmamalı oxunmamalıdır.

Gəlin, görək bu qeyd olunanlar dərəcədə doğrudur.

Qəzet oxucusu ilə sosial şəbəkə istifadəçisi arasında intellekt fərqinin olduğunu qəbul edirəm, amma artıq bu fərq yoxa çıxmaqdadır. Sosial şəbəkələrdə şeirlərin paylaşılması tamamilə normal haldır sosial şəbəkələr vasitəsilə tanınanlara lağ etmək sosial şəbəkələrdən istifadə edən hər kəsə lağ etməkdən heç ilə fərqlənmir.

Buna görə "Səni feysbukdan tanıyırlardemək çox gülünc səslənir, çünki artıq 7dən 77yə, peşəsindən asılı olmayaraq hər kəs sosial şəbəkələrdən istifadə edir.

Yəni oxucu kütləsini qəzet, sayt, yaxud sosial şəbəkə vasitəsilə yığmağın elə fərqi yoxdur. İnsanlar qəzet saytlardan mətn oxumursa, kitab alıb oxumağa ərinirsə, yazıçının heç bir qəbahəti yoxdur. Hələ şükr edin ki, yazıçı yenə sizi (oxucuları) hardasa tutub iki kəlmə sözünü deməyə çalışır.

Digər yazıçı prototipi isə "ciddi yazıçıadlanır.

Feysbuk yazıçısının əksi da elə bu dediyim "ciddiyazıçılardır. Çox vaxt səliqəli kostyum xirtdəyəcən sıxılmış qalstukda olan bu "ciddiyazıçılar mümkün olduğu qədər az gülməyə çalışır, tədbirlərdə şeirlərini oxumağı çox sevir, sosial şəbəkələrdə isə ancaq ciddi paylaşımlar edirlər (redaktor üçün qeyd: burada ciddi sözünü "mənasız”, "saxta pafoslusözləri ilə əvəz etmək olar).

Bu "ciddi yazıçılar”da yazıçı olmaq üçün bütün göstəricilər var, istedad mətndən başqa. Onlar üçün bu iki göstərici heç əhəmiyyətli deyil. Özünü şair kimi aparsın bəsdir, şeir yaza bilməsə olar.

Bir dəfə dostum bir "şairhaqqında fikrimi soruşdu. Belə cavab verdim:

- Şeir yazmağı da bacarsa, əla şairdi!

Xülasə, sosial şəbəkələrin yazıçı üçün yaratdığı ən böyük problem onun oxucu ilə üz-üzə gəlməsidir. Sosial şəbəkələr yazıçını oxucu üçün daha əlçatan edir. Oxucu sevdiyi yazıçı ilə asanca söhbət edir, hətta görüşə dəvət edir, bir yerdə yeyib-içirlər.

Oxucu yazıçıya rahatlıqla öz fikirlərini, tənqidlərini, təriflərini çatdıra bilir. Bu rahatlıq isə oxucunun yazıçının başına çıxması ilə nəticələnir. Oxucu "Bu şeirdir?”, "Mən olsam, ikinci bəndi elə yox, belə yazardımkimi şərhlər, ya da mesajlar yazmağa başlayır.

Təsəvvür edin, kimsə Mikayıl Müşfiqə yazır ki "Qaqa, yaxşı yazmısan, amma elə bil ikinci bənd artıqdır”. Ya da kimsə Mirzə Ələkbər Sabirin "Harada müsəlman görürəm qorxuramşeirini paylaşmasından sonra, belə bir şərh yazır: "Müəllim, bütün müsəlmanlara aid eləmə, yaxşısı da var, pisi ”, hətta, bu şeir gündəmə çevrilir bütün müsəlmanlar Sabirə dişinin dibindən çıxanı deyir.

Yəni, oxucu sevdiyi yazıçılar, klassiklər feysbukda status yazmadığı üçün, sevdiyi yazarlarla dialoqa girə bilmədikləri üçün sosial şəbəkələrdəki yazıçılara qeyri-ciddi baxır, ya da yazıçı-oxucu münasibətinin necə qurulmalı olduğunu anlamır. Yazdıqları şərhə, mesaj cavab gəlməsə, yazıçıya rahatlıqla "lovğa, özündənrazı, yekəxanadamğasını vururlar.

Dünya şöhrətli yazıçı Umberto Eko Ceyms Coys haqqında belə yazırdı: "Əgər Ceyms Coysun dövründə internet olsaydı, o, bütün günü onlayn olardı”.

Əmin olun, internet, sosial şəbəkələr digər yazıçıların, klassiklərin dövründə olsaydı, onlar mütləq ki, çox aktiv istifadəçi olardılar. Düşünün, Mirzə Ələkbər Sabir hər saatbaşı ironiyalı bir status yazır, oxucular da, "laykedib "smaylikqoyur. Kimsə, "Güya sən mırtsan da, qaqayazaraq, Sabiri "sındırmağaçalışır.

Səməd Vurğun dəqiqəbaşı təbiət qoynunda "selfiçəkib paylaşır, hansısa şeirindən bir misra yazır. Məsələn, "Sıra dağlar, gen dərələr / Ürək açan mənzərələr”.

Ya da Kafka hər gecə qəmgin statuslar yazır. Həştaq da açır: "Ünvanlı”, "Milenaya”.

Təsəvvür edin, Puşkinlə Yesenin qızların şəkillərinə ürək qoyur şərhlərdə kompliment yazırlar, bəzən şeirlərindən misra paylaşırlar.

Yəqin, Tolstoy gülməli status yazmazdı. Heminquey feysbuk dostlarını balıq ovuna dəvət edərdi, ovladığı balıqların şəkillərini paylaşaraq qürrələnərdi.

Remark tez-tez hansı restoran kafedə olduğunu "tag” edərək, yazardı: "Yenə içirəm”.

Nitsşe isə insanların elə də yaxşı dərk edə bilmədiyi fikirlərini paylaşardı.

İnanın ki, belə də olardı.

Dövr dəyişdikcə həyatın da dəyişməsi biz yazıçıların günahı deyil. Sizin ürəyinizcə olsun deyə, şam işığında lələklə şeir yazası deyilik, necə ki, faytonlar atları, maşınlar isə faytonları əvəzlədi. Yəqin, qələmlə yazanlara da lağ edirdilər, sonra çap maşını çıxdı, sonra "noutbuk”.

Əlqərəz, bir şeyə fikir bildirəndə çalışın, yaranmış şəraiti nəzərə alasınız.

Hörmətlə, sizin feysbuk şairiniz...

Ədalət.-2019.-13 iyun.-S..7.