İMAMVERDİ İSMAYILOVUN "SONUNCU FƏSİL" İBRƏTNAMƏSİ

ƏLİ BƏY AZƏRİ

Azərbaycan Yazıçılar

Birliyinin üzvü

 

Yazıçı İmamverdi İsmayılovun "Sonuncu fəsil" kitabı çapdan çıxıb. Kitab albom formatında, xüsusi nəfis tərtibatla hazırlanıb. 304 səhifəlik kitab xüsusi peyzaj və rəsm əsərləri ilə daha da zənginləşdirilib və rəngarənglik yaradıb. Kitab Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun redaktorluğu ilə çap olunub. "Müdrikliyin özüsözü" sərlövhəli ön sözün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İsa Həbibbəylidir. Yeddi fəsildən ibarət olan kitab ibrətamiz ifadələrdən, müdrik kəlamlardan, tövsiyyə və nəsihətlərdən ibarətdir. "Qabusnamə", "Əxlaqi-nasir" tipli kitablar seriyasındandır.

Azərbaycan ədəbiyyatında çoxdandır belə və buna bənzər kitab yazılmırdı, belə bir kitabın yazılması, özüİmamverdi İsmayılov kimi bir SÖZ SƏRRAFI tərəfindən yazılması təqdirəlayiq bir haldır və yazıçının 60 yaşına - gəncliyin zirvəsinə və müdrikliyin başlanğıcına həm bir hesabatı, həm də proqramı hesab oluna bilər. Düzdür, ilk anda bəzi kəlamlar o qədər xoş təsir bağışlayar ki, sanki bunuvaxtsa, kimdənsə eşitmisən, yaxud oxumusan. Amma diqqətlə fərqinə varanda görürsən ki, İmamverdi İsmayılov bütün bunları saf, ülvi kənd həyatı ağsaqqallarından; babalardan, dədələrdən, atalardan eşidib, şüuraltı yaddaşında yaşadıb, bu gün- ömrünün kamilmüdrik çağında doğmalarına - millətin oxucu təbəqəsinə bir töhfə hazırlayıb. Oxuyanlar, ibrət götürənlər və bəhrələnənlər üçün əvəzsiz xəzinədir. Akademik baxışına qısa nəzər salaq.

"Təsadüfi deyil ki, oxuculara təqdim olunan müdrik düşüncələrin bir çoxu həyatda yaşamış real insanların - atası, anası, babası, əmisi, dayısı kimi yaxın adamlarının adından "onlar deyərdi ki" təhkiyəsi əsasında formalaşdırılaraq yaşanmış həyati proseslərin ümumiləşdirilmiş ifadəsinə çevrilir.

Məsələn: "Anam deyərdi ki, kəsiyin çörəyini kəsməzlər..."

"...Dədəm qonşusuyla deyib-gülərdi:

-Sən elə tərsməssəb adamsan ki, hər şeyin tərsinədir. Pul verəndə canın çıxır, danışanda da pulun..."

"Əmimin sözləridir: həpənd köpəkoğlu, dalıma minməyin cəhənnəm, ta ürəyimdən niyə sallanmısan?"

"Nənəm ölə bilməyən, ağır can verən insanı görəndə deyərdi ki, zalımın balasının dalında çox qarğış var deyən belə zillət çəkir..."

"...Əmim deyərdi ki, sən elə bir nəsildənsən - yaxşısından yaxşısı, pisindən də pisi yoxdur..."

Bəli, əminliklə deyə bilərəm ki, İmamverdi İsmayılovun "Sonuncu FƏSİL" kitabı MÜDRİKLİYİN ÖZÜ və yaddaqalan təsirli SÖZÜdür...

Nə yaxşı ki, ömrünün bu ucalıq çağında millət vəkili, yazıçı-publisist İmamverdi İsmayılov müdriklikmüasirlik ruhu ilə yaşayıb yaratmaq yolunu ürəklə davam etdirir".

Bu sözlər akademik İsa Həbibbəylinin kitaba yazdığı ön sözdəndir. Məncə, şərhə ehtiyac yoxdur.

Yazıçı İmamverdi İsmayılovu ədəbi mühitə tanıtmağa ehtiyac duyulmasa belə, ədəbiyyat tarixi naminə, onun haqqında məlumatı, qısa da olsa, yazının gözünə vurmağa ehtiyac yaranıb.

İmanverdi İbiş oğlu İsmayılov 10 iyun 1958-ci ildə Zəngilan rayonunun Vənətli kəndində anadan olub. Hələ yeniyetmə çağlarında "Kənd həyatı" rayon qəzetində onun kiçik məqalələri dərc olunub.

Orta məktəbi bitirdikdən sonra arzuları onu S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsinə gətirib. Ali təhsilini uğurla başa vurduqdan sonra o, Azərbaycan Dövlət Te-leviziyaRadio verilişləri şirkətində müxbir, kiçik redaktor, redaktor, şöbə müdiri vəzifələrində işləyib.

Bakıda oxuduğu və işlədiyi dövrlərdə də İmanverdi İsmayılov doğma rayon qəzeti ilə əlaqələri kəsməyib, ara-sıra məqalələrlə çıxış edib. Daha yüksək nailiyyətlər əldə etmək, həyat pillələrində yeni uğurlar qazanmaq üçün daima öz üzə-rində çalışan İmanverdi İsmayılov bir ali təhsil ocağı ilə qənaətlənmir və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu da bitirir.

Çalışdığı teleşirkətdə də onu irəli çəkirlər. İstedadlı və bacarıqlı bir kadr kimi rəhbərlik çox keçmir ki, onu rəngarəng proqramları ilə diqqət çəkən "Gənclik" baş redaksiyasına baş redaktor təyin edir.

Gərgin rejiminə baxmayaraq İmanverdi İsmayılov yaradıcılığını da davam etdirir. "Göyərçin köçü", "Ocaq daşı" kimi maraqlı kitabları ilə oxucuların görüşünə gəlir. Bir müddət Respublika Mətbuat Fonduna rəhbərlik edir. "Qızıl qələm" Media mükafatı laureatıdır.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. O, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin 15 iyul 2015-ci il tarixli sərəncamına əsasən "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

İmamverdi İsmayılov siyasi arenada da bir sıra uğurlara imza atmışdır. Azərbaycanın müstəqillik ta-rixində ilk dəfə olaraq 1995-ci ildə Milli Məclisə keçirilən seçkilərdə Zəngilan - Laçın - Qubadlı rayonlarını əhatə edən dairədən deputat seçilmişdir. Bu uğurunu davam etdirərək o, rəqiblərinə qalib gəlmiş və 125 saylı Zəngilan - Qubadlı seçki dairəsindən dalbadal dörd dəfə; 2000, 2005, 2010 və 2015-ci illərdə Milli Məclisə deputat seçilmişdir.

Ailəlidir, üç övlad atasıdır.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 8 iyun 2018-ci il tarixli sərəncamına əsasən 60 illik yubileyi münasibətilə ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif olunub.

"Sonuncu fəsil" kitabının sonunda yazıçının balaca nəvəsi ilə şəkili, bir də "BİR DEYƏCƏYİM QALDI" başlığı altında cəmi bir səhifəlik deyəcəkləri yerləşdirilib.

"Bu da ikimiz...

İkimizin də adı bir, soyadı bir: İmamverdi İsmayılov...

Birimiz böyük, birimiz kiçik...

ikimizin bir yerdə 68 yaşı var; 60 mənim, 8 onun...

Birimiz ömrün payız vədəsində, birimiz yaz çağında...

Elə bu kitabı da ömrümün və nəslimin 8 yaşlı davamçısına - nəvəm İmamverdi İsmayılovun adına bağışlamaq istədim...

Bir ömür qocalıb gedirəm...

Bir ömür cavanlığa gəlirəm...

Təskinlik tapıram ki, adımı, soyumu yaşadan var...

Sözümü, söhbətimi yaşadan isə, yəqin, elə kitablarım olacaq...

Bəlkə elə bu son kitabım...

Bir ömür boyu içimdə qaynayıb ürəyimin yükünə çevrilən, nəhayət, bu kitaba sığışan düşüncələrimə, duyğularıma şərik olduğunuza görə, əziz oxucularım, sizə minnətdarlığım sonsuzdur...

Özünüzü qoruyun, sözünüzü !.."

Kitab İmamverdi İsmayılovun cəmiyyətə, ədəbiyyata, millətə möhtəşəm yazıçı töhfəsidir - "Sonuncu fəsil" ibrətnaməsidir.

İmamverdi İsmayılov həyatda həm babadır, ömrün müdrik çağındadır. Özü məsləhətlər, tövsiyyələr, nəsihətlər verir. Deməli, kitaba daxil etdiyi ibrətamiz kəlamların hər birini öz adından deyə, "özəlləşdirə" bilər. Buna görə ona irad tutmağa heç kimin haqqı çatmaz. Lakin o, bunu etməyib. Babasından, nənəsindən, əmisindən; kimdən necə eşidibsə, eləcə kitabına daxil edib, ədəbiyyatın qızıl fonduna bağışlayıb.

Bax, budur onun ucalığı, qələminin saflığı, təbiətə, doğma yurda, soy-kökə bağlılığı...

Ədalət  2019.- 13 mart.- S.6.