Bir ömrün iziylə

Vaqif Yusifli

Azərbaycanın XX əsrdə yetirdiyi böyük şəxsiyyətlərdən biriakademik Heydər Hüseynov... Onun həyatı, dramatik və faciəli ömür yolu haqqında çox yazıblar və zaman keçdikcə Heydər Hüseynov fenomeni hələ çox araşdırılacaq. Amma filologiya elmlər doktoru, professor Fəridə Sofiyevanın "Bir ömrün iziylə” kitabı bu gün Heydər Hüseynov haqqında indiyə qədər məlum olmayan həqiqətləri bizə təqdim edirbu kitabı oxuyandan sonra bir daha yəqin edirəm ki, doğrudan da Heydər Hüseynovó zəmanə bir də yetirməz. Bu fikrin üzərində möhkəm dayanıram, demək istəyirəm ki, o, XX əsr Azərbaycan ictimai fikir tarixində, fəlsəfə, tarix, ədəbiyyat sahəsində ən nüfuzlu şəxsiyyətlərdən biri olmuşdur. Doğrudur, o, marksizim, leninizm ideologiyası, komminist məfkurəsi ilə sıx bağlı idi, lakin heç bir ideologiya insanın içindəki vətənpərvərlik duyğusunu, Vətən eşqini söndürə bilməz. Heydər Hüseynov cəmi 42 il yaşadı, yaradıcılığının ən parlaq,ən pik nöqtəsində onu intihara sövq elədilər.

Fəridə Səfiyevanın kitabı haqqında söhbətə də elə o faciəli, o müdhiş məqamlardan başlamaq istərdim. "XX əsr Azərbaycan ictimai fəlsəfi fikir tarixindən” monoqrafiyası Heydər Hüseynovun şah əsəri idibu əsərdə Heydər Hüseynov qədim dövrdən başlayaraq XIX əsr də daxil olmaqla Azərbaycan fikir tarixini araşdırır.Bu əsər Azərbaycanda fəlsəfə tariximizə aid ilk monumental əsər idi. Məqsəd bu idi ki, qədim kökləri olan bir millətin mədəniyyətini dünyaya çatdırsın. Özübu əsərdə XIX əsr Azərbaycan mədəniyyəti, əsasən beç klassik sənətkarın yaradıcılığı qətiyyən o dövrdə dəbdə olan belə bir fikirlə məhdudlaşmırdı – Azərbaycan mədəniyyəti, fəlsəfi fikir dünyası rus ədəbiyyatı və fəlsəfəsi ilə sıx bağılıdır, əksinə, Heydər Hüseynov böyük bir məntiqlə izah edirdi ki, XIX əsr mədəniyyəti orta əsrlər Azərbaycan mədəniyyəti üzərində böyüyüb, inkişaf edib. Və həmin əsərdə Heydər Hüseynov XIX əsrin böyük mütəfəkkirləri – M.F.Axundov, H.B.Zərdabi, S.Ə.Şirvani, İ.Qutkaşınlı, A.A.Bakıxanov, M.Topçubaşov, M.Kazım bəy haqqında geniş məlumat verir, onların yaradıcılığından ətraflı söz açır. Laki... həmin əsərdə,IV fəsildə, cəmi beşcə səhifə Heydər Hüseynov başına olmazın işi açır. Heydər Hüseynov "Mirzə Kazım bəy”nin - Rusiya şərqşünaslıq elminin banilərindən birinin həyatına və elmi fəaliyyətini canlandırır. Î, bundan öncə də Mirzə Kazım bəyin əsərləri barədə məqalələr yazmışdı. Ancaq monoqrafiyada o, Mirzə Kazım bəyin Şex Şamil Íaqqında yazılarına da toxunur, o da Mirzə Kazım bəy kimi Şex Şamilə - rus inperiyasına qarşı azadlıq hərəkatının başçısına rəğbətini gizlətmir. Əsər kitab kimi çapdan çıxandan sonra müəllifin ünvanına xeyli təriflər yağdırılır (həm mətbuatda, həm də şəxsən özünə). Heydər Hüseynov bu kitabdan bir nüsxəni, SSRİ Yazıçıları İttifaqının baş katibi, Stalin mükafatları üzrə komitənin sədri A.Fadeyevə də göndərir. Fadeyev Heydər Hüseynovu tanıyirdı, onların dostluğu hələ 1947-ci ildə,Nizaminin 800 illik yubiley tədbirləri zamanı başlamışdı. Fadeyev H. Hüseynovun kitabına SSRİ-nin ən yüksək mükafatına təqdim edir. Ancaq Azərbaycanın hakimi-mürləqi M.C.Bağırovun bundan xəbəri olmur.

F.Səfiyeva Mir Cəfər Bağırov - Heydər Hüseynov münasibətlərinə də toxunur. Bağırovun bu kitab qədər H. Hüseynova böyük rəğbəti vardı – Təsəvvür edin, Heydər Hüseynovun ictimai elmlər sahəsində liderə çevrilməsində Bağırovun heç bir maneçiliyi olmayıb, o, hətta istəyirmiş ki, H. Hüseynov MK-da ideologiya üzrə katib işləsin. Ancaq H. Hüseynovu gözü götürməyənlər də vardı və onlar Şamil hərəkatı ilə bağlı o beşcə səhifəni ifşa kompaniyasına çevirirlər. Halbuki, Azərbaycan âÿ äèýÿð ðåñïóáëèêàëàðûí elmi ictimaiyyəti ən üzdə îëàí tarixçilər, filosoflar (Bertåls, M.Arif, M.Hüseyn, Ə.Sumbatzadə, H.Araslı, Ə.Quliyev, Bakradze, M.İbrahimov, Krunss (Åsroniya) )başqa alimlər əsəri yüksək qiymətləndirir, onun Stalin mükafatına layiq olduğunu söyləyirdilər. Ancaq o beşcə səhifə M.C.Bağırovu, ondan daha yuxarıda – Kremldə əyləşən M.Suslovu əsəbləşdirir və beləliklə, "ifşa kompaniyası” sürət götürür. Bu ifşada MK-nın ideoloji katibi H.Həsənov xüsusilə fəallıq göstərirdi. Alimin ağır günləri başlayır. Bağırovun bir vaxtlar rəğbət bəslədiyi Heydər Hüseynov onun qəzəbini son həddə çatdırır. Bağırov G.M.Malenkova yazdığı məktubda Heydər Hüseynovun kitabının Azərbaycanda ictimai fikir tarixinin kobud şəkildə pozulmasında, marksist nöqteyi- nəzərindən yazılmamasında günahlandırır. Nəhayət, 1950-ci il iyulun 14-də Filormoniyanın yay salonunda Heydər Hüseynovun "ifşa olunması”nın həddinə çatır. Həmin ziyalılar yığıncağında M.C.Bağırov "tarix məsələlərinin işıqlandırılmasında ciddi səhvlər haqqında” söz açır və demək olar ki, bütövlükdə "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” kitabının müəllifinin burjya millətçisi, ciddi siyasi səhvlər buraan alim kimi ifşa edir. Sonra çıxışlar başlayır, bir vaxt həmin kitab haqqında tərif söyləyənlər "respublika ağası”nın səsinə səs verərək (hansı ki, Heydər Hüseynovun "yaxınları”, "məsləkdaşları”, çörək kəsdiyi "dostları”) səhv etdiklərini boyunlarına alırlar. Bircə M.Arifin çıxışı Bağırovu və yığıncağa toplaşanları qane eləmir. Bağırov M.A.Dadaşzadənin sözünü yarımçıq kəsərək deyir: "Ñən Türkiyə casususan”. Sən Heydər Hüseynovdan da pissən!”

Və beləliklə, bütün bu təqqirlər, haqsızlıqlara dözməyən Heydər Hüseynov öz bağında intihar edir. Əlbəttə, o, intihar etməyə də bilərdi, M.C.Bağırov onun işlətəmin olunmasına da göstəriş də vermişdi. Amma ictimai elmlər sahəsində liderlik edən akademikin vüqarı sınmışdı və görünür, o, liderlikdən adi bir fənn müəlliminə çevrilmək istəmədi. Doğrudur, F.Səfiyevà onun "etiraflarını”¸ Bağırova yazdığı məktublarda səhvlərini boynuna almasından söz açır – amma intihar birinci deyildi, bir dəfə onu xilas etmişdilər, amma... gec idi. Görünür Heydər Hüseynov üçün başqa yol qalmadı.

Fəridə Səfiyeva öz kitabında Heydər Hüseynovun qızları – Sara xanımın və Leyla xanımın xatirələrindən və yazılarından gen-bol istifadə edir, beləliklə, kitab həm də xatirələrlə dolu memuar kimi də diqqəti cəlb edir.

F.Səfiyevanın kitabında Heydər Hüseynovun bütün əməli fəaliyyəti – müəllimlikdən akademikliyə qədər keçdiyi yolun bütün dönümləri öz əksini tapır. Müəllif bunları ardıcıllıqla nəzərə çarpdırır - Heydər Hüseynovun elmi, pedoqoji fəaliyyətinin hər bir pilləsi onun istedadının daha parlaq göstəricisinə çevrilir. O, həm də görkəmli elm təşkulatçısı idi – SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının təşkilində Heydər Hüseynovun böyük xidmətləri olub. Görkəmli Azərbaycan sənətkarlarının yubileylərinin keçirilməsində (Axundov, Bakıxanov, Ü.Hacıbəyov, Nizamib.) təşkilatçı, tarix, fəlsəfə və ədəbiyyat sahəsində dərsliklərin, dərs vəsaitlərin hazırlanmasında xeyli zəhmət sərf edib. Onun yetirdiyi kadrlar Azərbaycanda fəlsəfə elminin inkişafında ustadlarının yolunu davam etdiriblər.

Heydər Hüseynovun bir alim kimi ən məhsuldar dövrü qırxıncı illər idi. F.Səfiyeva alimin həmin illərdə qələmə aldığı məqalələrinin siyahısını təqdim edirdoğrudan da heyrətlənirsən. Bu qədər məsul işlər görəsən, həm də az qala hər gün elmlə məşğul olasan?.

O, Azərbaycanın tanınmış ziyalları ilə cəbhə bölgələrində də olub. F.Səfiyeva Stalinin şəxsən ona bu fəaliyyətinə görə ünvanladığı təşəkkür teleqramını da mətnə daxil edir. Təbii ki, bu kitab qeydlər, fotolarizahlarla zəngindir.

"Bir ömrün iziylə” kitabına yalnız bircə iradım var. F.Səfiyeva Heydər Hüseynovun Azərbaycan ədəbiyyatı ilə bağlı məqalələrinin yalnız adlarını çəkir, onları şərh və təhlil etmir. Halbuki, Heydər Hüseynovun Azərbaycanın klassikmüasir ədəbiyyatı ilə bağlı çox maraqlı fikir və mülahizələri olub.

Hər halda bu kitab böyük şəxsiyyət – akademik Heydər Hüseynovu daha yaxından tanımaq mənasında çox qiymətlidir. Təzə faktlar, məlumatlar, bizim bilmədiyimiz gerçəkliklərlər dolu bir kitab...

Ədalət.-2019.-16 mart.-S.15.