Teatrşünasın növbəti yeni kitabı nəşr olunub

Teatrşünas-tənqidçi Anar Burcəliyevin "Onun dünyası" adlı yeni növbəti kitabı nəşr olunub. Kitab Ulu Şeyx Nizami yurdunda yaşayıb-yaratmış şairə-dramaturq Fəridə Əlyarbəylinin 95 illik yubileyi ərəfəsində nəşr olunmaqla yaradıcılığı və eləcə də fəaliyyəti geniş bir şəkildə işıqlandırılmaqla təhlil edilib. Həmçinin bu monoqrafiya Fəridə Əlyarbəylinin həyat və yaradıcılığını özündə əks etdirən ilk nəşr olunan monoqrafiyadır.

Qeyd etmək lazımdır ki, teatrşünas-tənqidçi Anar Burcəliyevin "Onun dünyası" adlı monoqrafiyası həmçinin Fəridə Əlyarbəylinin həyat məziyyətlərini geniş bir ospektdə işıqlandırılmaqla, toplanan materiallar teatrşünasların eləcə də sənətşünasların ilkin məlumat və araşdırmaları üçün bir mənbə hesab edilə bilər.

Kitabın ön sözünün müəllifi filologiya elmləri doktoru, professor Aqşin Babayevdir. "Aytac Nəşriyyat Poliqrofiya" MMC-nin nəfis tərtibatı ilə nəşr olunan kitabın elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, respublikanın əməkdar artisti Xəzər Gəncəli, redaktoru isə Eşqin Nağıyevdir.

Xatırladaq ki, teatrşünas-tənqidçi Anar Burcəliyev "Əsl el adamı", "Səhnə həyat nurumdur", "Azərbaycan kinosunun tarixi və inkişafı" (Ensklopedik məlumat 2 fəsildə), "Qoşa qanad" və "Məqalələrim, ressenziyalarım, oçerklərim və müsahibələrim" (1989-2018-ci illər, I-cild) kitablarının müəllifidir. "Onun dünyası" monoqrafiyası isə müəllifin sayca altıncı kitabı olmaqla 2019-cu ildə nəşr olunan növbəti ikinci kitabıdır.

Ədalət  2019.- 21 may.- S.6.