Əbülfət MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM...

Əvvəli var

Adətən hamamdan sonra yaxşı bir çay adama əməlli-başlı rahatlıq gətirir. Çay məsələsində də Əhməd Varolun diqqəti xüsusidir. Ona görə də camiyə gəlirik və Ərdal bizim üçün mükəmməl bir çay süfrəsi açır. Yenə dostlar yığışır... yenə maraqlı əhvalatlar dilə gəlir... hadisələr xatırlanır... söz-sözü çəkir... danışmaq, deyib-gülmək günü daha da gözəlləşdirir...

Axşam namazından sonra abinin təklifi ilə Rəcəb Köçən, Süleyman Kurnaz və mən dondurma yeməyə gedirik. Xatırladım ki, artıq neçənci dəfədi ki, həmin dondurma evinə gedirik. Və hər dəfə də çeşid-çeşid dondurmaların dadına baxırıq. Mənim dondurmaya meylimi artıq öncədən bilən Əhməd qardaşım hesabı ödəyib çıxanda özü ilə birlikdə balaca bağlama da götürdüyünü hiss etdim. Düzünü deyim ki, ağlıəma heç nə gəlmədi. Yalnız otelin önündən ayrılanda bağlamanı mənə uzatdı ki, bilirəm, axşam oturub işləyəcəksən, onda köməyinə çatacaq. Təəccüblə soruşdum:

- Nə?

O da gülümsəyərək dedi:

- Əncirli və qaysılı dondurmalar.

Bu diqqətə görə, nə demək lazım olduğunu ifadə etməkdə çətinlik çəkirəm. Sadəcə, bir-birimizə şirin yuxular diləyib ayrılırıq.

Səhəri hərəmiz öz işimizlə məşğul olduq. Yəni mən gəzmək, şəhəri dolaşmaq, yeni görməli yerlərə baş çəkmək, Əhməd Varol da məmur işlərini gördü. Günorta naharına yaxın görüşdüko mənə heç nə demədən maşının yönünü Akçaabata tərəf çevirdi. Əvvəldən də bilirdim ki, burdakı balıqların dadı tamam fırqlidi. Doğrudur, hamısı Qara dənizin məhsuludur. Bişirmək, təqdiç etmək üslubu başqadı. Dəfələrlə Əhməd Varol məni bu özəl balıq evinə qonaq gətirib. Artıq burada Əhmədi həmişə olduğu kimi, bu dəfə də öncədən gözlədiklərini görməmək mümkün deyildi. Ayrıca masanın üzərində balıq yeməyində istifadə olunan hər şey qoyulmuşdu. Əyləşən kimi yaxınlaşıb sifarişi qəbul edirlər. Qardaşım fərqli balıqlardan sifariş verir. Öncə buğda bişirilmiş balıq gəlir. Sonra şişdə, daha sonra tavada qızardılmış balıq. Onun ardınca az qala külləməni xatırladan bir formada bişirilən balıq... Özümü saxlaya bilmirəm:

- Qardaş, bəs edər də, bu qədər sifarişmi olar?

Əhməd Varol da gülərək:

- Balıq yüngül yeməkdi, bir növü çərəzdi. Akçaabad balığını bir də sən növbəti gəlişində yeyəcəksən. Ona görə də doyunca yemək lazımdı ki, dadı damağında qalsın.

Balıq yeyəndən sonra Akçaabadı gəzməyə başlayırıq. Sahil boyu gəzmək, xüsusi paraşütlərdən tullananları seyr etmək adamın könlünü xoş edir. Və mən xoş ovqatın içərisində bir məmnunluq yaşayıram. O məmnunluğu ki, onu ifadə etmək heçasan deyil. Çünki burada gördüklərim az qala bir nağılı, bir yuxunu söyləmək qədər maraqlıdı.

Təbii ki, akçaabadda şəkillər çəkdirməyi də unutmuruq. Çünki bunlar ömrün anlarıdıVə mən də ömrün bu anlarını təkcə yaddaşımda deyil, yazılarımda da yaşatmağın tərəfdarıyam. Ona görə də yazıram:

 

Mən gördüyüm yuxular

Allah, yozuma gəlmir...

Yaşadığım duyğular –

Vallah, yadıma gəlmir...

Kabus tək dolaşıram

Dərdlərə bulaşıram...

Beşəlli sallaşıram –

Yenə lazım ha gəlmir!

Heyrət quyusu dərin

Üzü xeyirin, şərin

Mənim umduğum sərin

Çox, ya azıma gəlmir...

Günlər balta kəsərli

Doğradığı təsəlli!.

Mən bilənlər məsəldi

O da sazıma gəlmir...

 

Qara dənizin sahilində çay içməyin ayrı bir ləzzəti var, özü balıq yeməyindən sonra. Bunu da unutmuruq. çox könül oxşayan bir məkanda əyləşib dənizi seyr edə-edə çay içirik. Bu arada hər ikimizin telefonuna zəng gəlir. Arayan dostlardı. biz onları intizarda qoymamaq üçün Trabzona dönürük. Yolda aptekə, yəni terklərin dediyi kimi, əczaçıya baş çəkirik. Doktor, professor Mustafa Gökçənin yazdığı reseptə uyğun olaraq dərmanları sifariş veririk...

Bu əczaçı öz diqqəti, həm peşəkarlığı ilə həmişə məni heyran edib. Belə ki, resepti əlinə götürən kimi öncədərmanalrı çeşidlıyir, sonra dərmanı alan xəstə ilə tələsmədən, səbrlə danəşmağa başlayır. Bir-bir dərmanı demək olar ki, xəstəyə son nöqtəsinə qədər anladır, tərkibini söyləyir, necə istifadə etməyi dərmanın qutusunun üzərinə yazır. Faydalı ziyanlı tərəflərini edməkdən çəkinmir. Bir sözlə, sən aldığın dərmanın nəyə faydası olub-olmadığını tam bilirsən. Üstəlik, bu insan sənə həmin dərmanın əvəzediciləri barəsində bilgi verir. Mən əczaçı Ömər Tonyali söylədikləri sayəsində artıq qəbul etdiyim bütün dərmanları az qala "tərcümeyi-hal”ını əzbər bilirəm. , bir mən bu əczaçının yanında olanda gündəlik qəzetləri gözdən keçirmək imkanı qazanıram. Çünki hocam mütaliə adamıdı.

 

Dostların yanına gəlirik. Gündəlik mövzulardan başlayaraq, görəcəyimiz işlərə qədər hər mövzuda söhbətlər etsək , əsas bir məqamı unutmuruq. O da İbrahim hocamla onun kəndinə getmək məsələsidi. Biz axşam İbrahim hocanın müşayəti ilə Yaşıl vadi kəndinə qonaq gedəcəyik. Xatırlatmaq istəyirəm ki, bu kəndin o qədər qəribə mənzərəsi var ki, onu ancaq rəssam fırçasıyla, ya da kameranın gözüylə çəkib göstərmək gerçəkliyi tam ifadə etmiş olar. Bu gözəlliyi sadəcə sözlə demək mənə görə adamın içini bu mənzərəyə, bu reallığa sevgisini tam ifadə edə bilməz. Amma bütün hallarda sabah vətənə dönəcəyimi bildiyimdən bu yerlərə, bu doğmalara içimdın keçən duyğuları bir daha ifadə etmək istəyimdən özümü saxlaya bilmədim.

 

Ha baxıram göz yorulub doymur ki

Ürəyimin yanğıları soymur ki!

Vətənsizlik heç burda da qoymur ki

 

Tək qalım...

Əyilmişəm ayağına, dizinə

Gözlərinə göz qoymuşam düzünə...

Dağlar, mənim şəkilimi gözünə -

 

Çək, qalım!..

 

Gün keçsə , an ötsə burda xoş

Al ruhumu qanadlanan ruha qoş...

Hey bellənib, hey səpilib, hey qoş

 

Lək qalım!..

 

Bundan artıq olacaq qəlbə

Yır-yığış et, köçüb sən gəl, binə!

Bu şairin misrasını qəlbinə -

Ək, qalım!..

Bəli, Yaşıl vadi kəndində hər kəsə arzu edəcəyim anlar yaşayıb qayıdırıq otelə. Burda otel sahibi Gündoğduonunla birlikdə olan yaxını Ərhan Koca Yusif məni çaya dəvət edir. Biz çay içə-içə burda yaşadığım bu neşə günün xoş ovqatını yenidən təkrarlayırıq. Və mən təkcə onları deyil, bütün dostlarımı Tanrıya əmanət edib sabahkı yolçuluq üçün otağıma qalxıram. İki-üç saatdan sonra Əhməd gəlib məni terminala-avtovağzala götürəcək. İndidən isə ürəyimdə "salamat qal, Trabzaon!” kəlməsi göyərir.

Ədalət  2019.- 19 oktyabr.- S.8.