ÇƏTİN SUAL

 Hekayə

Selcan Kərimli

Gənc İstedadlarLiseyinin 6-cı sinif şagirdi

 

Məktəbimizin beşinci sinifində bir-birilə yola getməyən iki uşaq oxuyurdu. Onlar bir məktəbdə, eyni sinifdə oxumalarına baxmayaraq, özünü digərindən üstün tutur, bütün günü dalaşırdılar. Hər tənəffüsdə onların mübahisəsi ta müəllimlər otağına qədər gedib çıxırdı. Hər ikisimən güclüyəmdeməkdən yorulmur, özünü öyməkdən çəkinmirdi. Sinif yoldaşları onların bu hərəkətindən təngə gəlmişdilər. Hətta bir-iki dəfə uşaqlara davranışlarından bezdiklərini söyləmişdilər, həmin uşaqlar isə dalaşmaqdan bezmirdilər ki, bezmirdilər.

Bir gün uşaqlar toplaşıb qərara gəldilər ki, sinif yoldaşlarının hərəkətlərindən sinif rəhbərlərinə şikayət etsinlər. Çünki, ancaq müəllimləri uşaqların davasının qarşısını ala bilərdi.

Beləliklə, uşaqlar məktəbin Azərbaycan dili müəllimi Sevda müəllimin yanına getdilər. Uşaqlar bütün əhvalatı müəllimə danışıb kömək istədilər. Müəllim dalaşan uşaqları yanına çağırıb hərəsinə balaca bir qutu verib dedi:

-Bu qutuların hər ikisinin üzərinə eyni hərflər yazılıb - TƏSÇ. Hərflərin mənasını ilk kim tapsa, deməli o daha güclüdür. Ya hərflərin mənasını tapın, ya da məktəbdə mübahisə edib, dərsi pozduğunuza görə valideynlərinizi çağıracam. Hər şey aydındırsa, gedə bilərsiniz.

Uşaqlar yaxşı, müəllimdeyib otaqdan çıxdılar.

Çox fikirləşdilər, bir şey tapa bilmədilər. Qutu əllərində bütün məktəbi gəzdilər. Birinci mərtəbədən dördüncü mərtəbəyə qədər qarşılarına çıxan hər şagirddən hərflərin mənasını öyrənməyə çalışdılar. Düzgün cavab ala bilmədikləri üçün çox dilxor oldular. Məktəbin həyətində yorğun, əldəndüşmüş halda rastlaşdılar. Biri digərinə dedi:

-Sən bir şey tapa bildin?

O biri cavab verdi:

Yox, heç tapa bilmədim. Sən bir şey tapdın?

-Mən tapmadım. Əgər tapa bilməsək müəllim valideynlərimizi çağıracaq. Bəlkə gücümüzü birləşdirək?

-, olar. Mənə hərflərin sirri çox maraqlıdır.

-Mənə maraqlıdır. Onda başlayaq.

Çox fikirləşdikdən sonra axtardıqları cavabı birlikdə tapdılar. Cavabdan çox təəccübləndilər. Hərflərin sirri isə belə idi: “Tək əldən səs çıxmaz.”

Ədalət 2019.- 14 sentyabr.- S.14.