Hidayət Qarabulaq

ONDA DEMƏRƏM

Bəxti atıb ilk sevgidən yapışmaq?

Daha gecdir, daha gecdir, daha gec.

Xəyal adlı sərtatlıyla çapışmaq?

Daha gecdir, daha gecdir, daha gec...

 

Ötən ömür qaralmış daş kitabə,

Pozub yazmaq olan işmi, əcabə...

Ürəkdə min arzu. istək ləbaləb,

Daha gecdir, daha gecdir, daha gec...

Yağıların bəndi- bərəsi möhkəm?

Sel olsa el gücü tablaşar bəyəm?

Dünya-aləm gəlsə, onda demərəm

daha gecdir, daha gecdir, daha gec...

ANNA AXMATOVANIN ÜRƏYİ

 

İnanmayan inanmasın,-

Zərif bir qadın, şairə

beş dəfə infarkt keçirə

yaşaya, yarada, sevə.

 

Əslinə qasa, burada

möcüzə var, sirr,-

Türk qanıyla suvarılan

ürək hər olmaza qadir...

SƏN MƏNİ SEVMƏDİN

 

Sən məni sevmədin, sevə bilmədin,

Sənin günahın, mənim suçum ...

Sevgiyə köklənən bir kaman idin,

Yad nəğmə çalmağa yaddı kəmanən.

 

Gözüm səndə idi hayana baxsam.

(Yenə səndədir, niyə gizlədim?)

Səhv saldın ünvanı bir sərsəm axşam,

Səhv düşdü o gündən mənim səmtim.

...Yenə qarşılaşdıq, gəldik üz-üzə.-

Axır ki inandım bu Yer fırlanır.

Ayrılıq həşyəli bu vüsal gözəl,

Kədərlə dopdolu bu sevinc ağır.

Qarğışa bükürsən kür taleyini,

Gözüyün yaşını ikiəlli boğub.

Allahın altında sevəydin məni,

Görərdin,

görərdin analar oğul doğub...

SARILIQ

 

Bağ kədər içində,-

Bağ xəzəl içində.

Cığıra sərilib sarılıq,

Ağaca sarılıb sarılıq.

Budaqdan qoparaq sarılıq

quş olub uçur,bax, sarılıq.

Təbiətlə qohumuq,simsarıq.

Yenə , yenə ...

Onun öz qanunu, ahəngi,-

Təbiətin yas rəngi

Sarılıq, sarılıq,sarılıq...

COKONDA

 

Yanaqların neyləyib ki

Kipriklərlə hey döyürsən?

Qaşların gen düşüb nədi,

Cütləyib tez-tez düyürsən?

 

Şaxıdın Güntək quzeyə,

Könül təşnə tərtəzəyə.

Cokondasan bu "muzeyə",

Bunu özüün duyursan.

 

olsun cavandır ürək,

Saç tökülüb, gözdə eynək...

Bəyənmisən məni, neynək,

xoş üzə deyirsən?

YAĞIŞ TANIŞLIĞI

 

Yağış bizi qovub saldı

yolqırağı duracağa.

Hər ikimizcumculuq,

ehtiyac bura daha?

Məğmun-məğmun gülümsədik,

Göz qoyub bir-birimizə.

Bizi yağış tanış etdi

görünməzə- bilinməzə.

Ədalət  2019.- 18 yanvar.- S.8.