Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” kitabı nəşr edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət qayğısının nəticəsidir ki, bu gün doğma diyarımızda alim tədqiqatçılar, eləcə yaradıcı insanlar üçün hərtərəfli fəaliyyət şəraiti yaradılıb, müasir avadanlıqlarla təchiz olunan nəşriyyat mətbəələr istifadəyə verilib. Həmçinin diyarımızın qədim tarixi, zəngin mədəni irsi, görkəmli şəxsiyyətləri müasir sosial-iqtisadi inkişafı barədə yeni kitabların nəşri diqqətdə saxlanılır, hər il üçün nəşr planı tərtib olunur. Bu sahədə görülən işlər ötən ildə davam etdirilib.

Məlumdur ki, 2018-ci il üçün Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması ilə əlaqədar ötən il bir çox tədbirlər həyata keçirilib. "İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipi suvenirlər hazırlanıb, üzərində loqotip əks olunmuş döş nişanları, zərflər, poçt markaları buraxılıb. Eyni zamanda albom-kataloqlar, jurnallar, İslam dini onun dəyərləri ilə bağlı kitablar nəşr olunub.

Belə nəşrlərdən biri "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” kitabıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən hazırlanmış kitabın ilk səhifələrində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipinin hazır­lanması haqqında sərəncamları yer alıb.

Təqdim olunan nəşrdə görkəmli şəxslərin Naxçıvanın İslam mədə­niyyəti­­ ilə zənginliyi, bu mə­dəniyyəti layiqincə qoruyub yaşatması ilə bağlı dəyərli fikirləri ­verilib.

Yeni nəşrdə "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış bağlanış tədbirləri, bununla bağlı yaradılmış Təşkilat Komitəsinin iclasları konfranslar haqqında məlumat verilir. Həmçinin burada keçirilən tədbirlərə aid fotoşəkillər yerləşdirilib.

Kitabda diqqətçəkən nüanslardan biri də "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gələn qonaqların – İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Dusen Kasseinov, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev, Əlcəzairin mədəniyyət naziri Azzedine Mihoubi, Sudan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Abbas Mustafa Ahmet Abdullanın qədim diyarımızla bağlı dəyərli fikirləri və təəssüratlarıdır. Kitabda il ərzində bununla əlaqədar keçirilən tədbirlər, konfranslar, sərgilər, konsert proqramları barədə də ətraflı məlumat verilir. Kitabın son səhifələrində Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə bağlı nəşr olunan kitabların, həmçinin bununla əlaqədar hazırlanan zərfin, poçt markalarının, döş nişanı və gümüş medalların fotoşəkilləri də əks olunub.

Yeni nəşrin sonunda isə "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in bağlanış tədbiri işıqlandırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs QarayevTÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaşın iştirak etdiyi, milli musiqi və rəqslərimizin təqdim olunduğu tədbir geniş təfsilatla oxuculara çatdırılır.

Ədalət.-2019.-29 yanvar.-S.8.