BANK SƏDRİ

Mini romandan parçalar

FƏXRİ MÜSLÜM

(əvvəli ötən saylarımızda)

Həsən Qasımoviç akt materialını ona qaytararaq, - akt materialındakı mövcud nöqsanların üç ay müddətinə aradan qaldırılması barədə təşkilatın müdirinə məktub hazırlayın, nəzarətə götürməklə tematik yoxlama aparın, əgər nöqsanlar aradan qaldırılmazsa, müdirin işdə qalıb-qalmaması məsələsi barədə təkliflərnizi hazırlayın, - dedi. Eyni zamanda mövcud göstəricilərin yerinə yetrilməsinə kömək məqsədiylə aidiyyəti təşkilatlara məktub hazırlanılmasını və göndərilməsini aidiyyəti şöbələrlə təmin edin, deyib üzünü rayon təşkilatının müdirinə çevirdi, - siz gedinaktda göstərilən nöqsanların aradan qaldırılmasını təmin edin, əlinizin altında mərkəzi komitənin bürosunun qərarı var, götürün, aparın partiya-sovet təşkilatlarının rəhbərlərinin gözünə soxun, müəyyən işlərdə bizə kömək etmək onların vəzifə borcudur. Eyni zamanda əlinizi əlinizin üstünə qoyub da "allahdan buyruq ağzıma quyruq" deyib oturmayın, sizin yerinizə kimsə işləməli deyil ki, təşkilatlara gedin, yerli radio və qəzet vasitəsiylə çıxışlar edin, reklam işlərini genişləndirin.

Rayon təşkilatının müdiri Həsən Qasımoviçin dediklərini başı ilə təsdiqlədikdən sonra təşəkkür edib və sağollaşıb qapıdan çıxdı.

Həsən Qasımoviçin üz-gözündə cəm olmuş hirsin qızartıları hələ çəkilməmişdi və elə bu sayaqda, təftiş şöbəsinin rəisinə: - bəsdirin, bu biabırçılıqlardan əl çəkin, vəzifənizdən sui istifadə etməyin. Axı yaraşmaz ki, rayonun şöbə rəisi həm mənim vaxtımı alsın, həm də işin-gücün bu vaxtı özüvaxt itirsin. Bu, bəs etmir kimi, mənim müavinlərim haqqında da aşağı-yuxarı danışsın. Əgər müavinin günahı yox idisə, niyə aradan götürülüb ilim-ilim itirdi? Sual edirəm sizdən. Axı bu işlərdən sənin xəbərin olmamış deyil. Nə olsun o, mənim müavinimdir, axı sən nəzarət-təftiş şöbəsinin rəisisən. Onun nəyi çatmır ki, heç ölüb boğazına çatı salmır, onun tabeliyində işləyən işçi onun haqqında bu qədər mənasız şeylər danışır. O, gələn kimi birgə yanıma gələrsiniz. Qaldı akt materiallarına, akt materiallarını ciddi təhlil edib, ciddi nöqsanları olan müdirləri, baş mühasibləri, eləcə də nöqsana yol vermiş digər aidiyyəti olan işçiləri çağırmaq daha məqsədli olar. Sizin də haqqınızda müəyyən söhbətlər gedir, mən sizi o vəzifəyə irəli çəkməmişəm ki, siz ağlınıza gələni edəsiniz, siz cavan kadrsınız, gələcəyiniz var, çalışın işi dərindən öyrənin, işçilərlə işləməyi bacarın, rayonlara göndərdiyin işçilərə nəzarət et, gör yerlərdə nə ilə məşğuldurlar. Sənin xəbərin varmı ki, bəzi işçilərin rayon təşkilatlarında allahlıq edirlər, həftənin bu başı, o biri başı evlərinə təşkilatların hesabına bazarlıq etdirib ya özləri gətirir, ya da göndərdirlər. Bəzi işçilərdən isə qulağıma bundan da dəhşətli hadisələr gəlib çatır. Bəzi yerlərdə kassaya girirlər, anbara girirlər pul oğurluğuna, istiqraz oğurluğuna əl atırlar bu biabırçılıqdan sənin xəbərin niyə olmasın axı. Burda açıb-ağartmadıqlarına baxma, bu oğurluqların üstündə , hətta sənin bəzi işçilərinin ağız-burunları da əzilib yerlərdə. Bu, yerə girməkdən daha pis deyilmi? Gedin bu barədə ciddi fikirləşin və aydınlaşdırın, o işçilər kimdisə, siyahısını təqdim edin, it qovan kimi qovaq getsinbizi biabır etməsin.

Təftiş şöbəsinin rəisi ilan vurmuş adam kimi, qaradinməz şəkildə, onun sərt və boz baxışlarının altında qara meşin qapını açıb, dışarıda dərindən bir nəfəs aldı, sanki böyük bir xətadan azad olmuşdu.bu xətanın daolduğunu o, yaxşı başa düşürdü, ancaq özünü o yerə qoymurdu.

Şöbənin işçiləri növbəti yoxlama işlərinin planını və müəyyən hesabatplan məlumatlarını hazırlayırdılılar. Onlar şöbə rəisini qanı qara görüb əl saxladılar və gözlədilər ki, rəis yerinə oturandan sonra onlarla hansı temada söhbət edəcək. Çünki baş verən hadisələrdən onların xəbərləri var idi, xüsusən də həmin rayonda yoxlamada olmuş iki nəfər təftişçinin.

Şöbə rəisi öz yerini möhkəmlətdi və ani sükutdan sonra sovet dövrünün darısqallığını xatırladan, o qədər də böyük olmayan təftiş şöbəsinin otağını, tavanından tutmuş divarlarına kimi, balaca baxışlarının süzgəcindən keçirdi və nə deyəcəyini götür-qoy etdi. Hiss etmək olardı ki, o, hələ təzyiq altında boşalmış gücünü bərpa edirdi. Nəhayət, gözləniləndən də qısa bir nitq elədi: - bilirsiniz bu gün çox yorulmuşam, odur ki, sizinlə sabah nahar fasiləsindən sonra, saat üçdə söhbətim olacaq, bu söhbət bir qədər ciddi olacaq. İndi planlarınızı, göstəricilərinizi hazırlayıb sabah nahar fasiləsinə kimi mənə təqdim edin. Sabahkı danışığmızda ola bilsin ki, bəzi işçilərlə vidalaşmalı da olduq, - deyib, stolunun üstündə, əlinin altında olan yarımçıq materialları vərəqləməyə başladı.

Həsən Qasımoviç çox da bahalı olmayan qara meşin kreslosundan durdu, pəncərənin önünə keçib, elə həmin pəncərənin önündən keçən mərkəzi küçəyə, oradan keçən maşınlara, səkidən keçib gedən piyadalara bir xeyli tamaşa etdidönüb otağın içində var-gəl etməyə başladı. Yorulduğunu hiss etdi. Xankəndindən dünən qayıtmışdı. Oradan əsəbi qayıtmışdı və əvvəlki iclasların birində də bu barədə demişdi: - Xankəndində Qreta Nikolayevna çox şovinistlik edir, deyə, ona yalmanan bəzi şöbə rəislərinin nəzərinə çatdırmaqla eyham vurmuşdu.

Qayıdıb, könülsüz-könülsüz yerində oturdu. Katibə məcməyidə çay gətirib stolun üstünə qoyub, geri dönmək istəyəndə: - qeydiyyat kitabına bax gör, Moskvadan daxil olmuş şikayət ərizəsini kimin üstünə yazmışam, ərizəni də götürüb gəlsin yanıma, - deyərək, pürrəngi çayın aram-aram, qalxıb otaq havasında burmalanan buxarına baxa-baxa fikirləşdi. - "bu köpək uşaqları indibir-birini yeməyə başlayıb, demaqogiyaları qurtarmır".

Həsən Qasımoviçin beynində dolaşan bu fikirlər Xankəndindən Moskvaya ünvanlanmış şikayət ərizəsi haqqında idi. Dağlıq Qarabağ bölgəsinin erməni əhalisi yaşayan rayonların birində pul gəlirləri babat olduğuna görə, gözü götürməyən həmkarlarından biri onunla işləyən işçilərdən birini eninə-uzununa hallandıraraq, on-on beş səhifəlik əlyazmasını ünvanlamışdı Moskvaya, yəni Azərbaycan təşkilatının tabe olduğu böyükdinamik bir təşkilata. Moskva isə on beş gün müddətinə məsələnin həllini və cavab verilməsini Bakıda yerləşən təşkilatdan tələb edirdi.

Şikayət ərizəsi əlində, ərizə və şikayət şöbəsinin rəisi erməni qadın içəri girdi: - ya vas sluşayu Qasan Qasımoviç, - deyib, təklifsiz-filansız qarşıdakı stulda əyləşdi və onun nə deyəcəyini gözlədi.

Həsən Qasımoviç şikayət ərizəsini vərəqləyə-vərəqləyə,- siz, təftiş şöbəsinin və hüquq şöbəsinin rəisləri ilə Xankəndinə kimlərin gedəcəyi barədə razılığa gəldinizmi? Bu səhər Moskvadan zəng etmişdilər və məsələnin yerində yoxlanılması və həlli ilə maraqlandılar.

Ərizə və şikayət şöbəsinin rəisi, - da, ya vas ponila Qasan Qasımoviç, mı besodovali naçalnikom kontrolnım revizionnım, yuridiçeskim i kadrovoqo otdelom, oni s ponedelnika poedit.

Həsən Qasımoviç, - yaxşı, gedin deyin, prikazı hazırlasınlar.

- Yest Qasan Qasımoviç, - deyib, ərizə və şikayət şöbəsinin rəisi qapıdan çıxdı.

Həsən Qasımoviçin gözü almadığı bu qadının arxasınca baxıb, öz-özünə deyinən kimi oldu: - "sənin tumanına aldanıb, səni bura işə gətirənin atasına lənət olsun, işdən çıxarda da bilmirik, bir vid-fasonu olsa məni yandırmaz, üstünə də acıqlanan da bu rayonun birinci şəxsinin, yuxarılardan başqa birinin zəngləri adamı dəng edir. Nədi-nədi Moskvadan Bakıya ezamiyyəyə gələn xanımların ora-bura ötürlüməsinin ən yaxşı təşkilatçılarından biri bu hayların çöldə qalanlarıdı."

O, elə bu fikirlərin çevrəsində var-gəl edirdi ki, mühasibatlığın işçilərindən biri qapını yarımqövsvari açıb, - mojno zayti, Qasan Qasımoviç, - deyib, uzun arakəsmə stolun üstündən ona baxdı.

- Da, da, zaytiti, saditis, - deyərək, Həsən Qasımoviç onun oturmasını təklif etdi.

- Mühasibat işçisi,- net, ya tolko pyat minut vaşe vremya otnimu, - deyərək əsas məqsədə keçdi: - Həsən Qasımoviç, maddi yardım fondunun bölüşdürülməsi siyahısına baş mühasib nədənsə, məni əlavə etməyib, səbəbini bilmirəm. Axı bu yardımı almağa mənim də haqqım çatır, -deyə, sualının cavabını səbirsizliklə gözlədi.

Həsən Qasımoviç, - adambaşına nə qədər puldur, - soruşdu.

O, - qırx manat, - deyə, cavab verdi.

Həsən Qasımoviç qara meşin cildli kreslosunu geri fırladı cibindən bir göy əllilik rubl çıxartdı, - na vozmiti, - deyib pulu ona uzatdı, mühasibat işçisi rus qızı, əvvəl pulu götürmək istəmədi, utandı,- çto Həsən Qasımoviç, ya ne ob etom, - dedisə , onun sözünü yerə salammadı pulu götürüb təşəkkür edərək çıxıb getdi.

İşçilərdən kiminsə ad günüydü, özü kim idisə şöbə rəislərindən idi. Həsən Qasımoviç bilirdi ki, orda olmalıdır. Şöbə rəisləriylə, rayon təşkilatlarının müdirləriylə hərdən bir oturmağı var idi Həsən Qasımoviçin, çünki "kompaniya" adamı idi.

Şəhərin şöbə müdirləri daxil olmaqla, qadınlı, kişili bütün şöbə rəisləri ad günü şərəfinə, həmişə kababları ilə bərk gedən "Novruz" restoranındaydılar. Həsən Qasımoviç Bakı şəhər şöbəsinin rəisi gecikdiyinə görə, kimsə əlini süfrəyə uzatmaq istəmirdi, çünki "evin böyüyü" gəlib çıxmamışdı. Bayırda narın yağış yağırdı bu yağış elə yağırdı ki, hər kəsin içindən keçən, özünə məxsus xatirələri, elə, fərqli formada da xatırladırdı. Məsələn, mənim xatirələrimdə yaylaq özünə yer almışdısa, birinin xatirələrində Yevlaxın soyuq adamı kəsən dəmir yol vağzalında kiməsə əl açması, o birinin xatirələrində isə Bakının Nəsimi bazarından yumurta oğurluğu kimi xatirələr özünə yer almışdı, fikirləşdim bunları oturduğum bəzi adamların sifətindən müəyyən edə bilmişdim elə bil. Adama elə gəlirdi ki, dünyanın ən xoşbəxt günləri idi bu günlərin xoşbəxtliyi onda idi ki, kababı arağı var idi, bu kababı yeyib, bu arağı içənlərin isə dünya veclərinə deyildi. Bax, elə bu cəhətdən dünyanın ən xoşbəxt günlərindən birinin olmasına onu fikirləşməyə dəyərdi. Dünya əlçatmaz olmasına, əlçatmaz deyildi, ancaq bu darısqal restoranın tavanları bir azdan əl çatası olduğu aydın hiss edilirdi. Çünki şöbə rəislərindən biri, sintezator qoşulmuş gitarasıyla gəlmişdi onun dumanlı dünyasının dumanlı vaxtı hamıya bəlli idi. Hələ ki, məclis başlamamışdı, o, şəhadət barmağıyla baş barmağı arasında tutduğu plastik mizrabla, gitaranın sarı simlərinə asta-asta sanki daraq çəkirdi.

Məclisdəkilərdən kiminsə üzünə işıq gəldi özündən asılı olmayaraq, ayağa qalxdı məclisdəkilərə, - şef gəldi, - dedi. Hamı dönüb bayır qapısına baxaraq, ayaq üstə durdu.

Həsən Qasımoviç tək deyildi, o, Bakı şəhərinin idarə rəisi ilə birgəydi. Onlar ədəb-ərkanla hamıyla salamlaşdıqdan sonra, məclisin başında, onlar üçün ayrılmış stullarda əyləşdilər. Bir az keçməmiş çəngəl-bıçağın səsi restoranın pəncərə şüşələrində əks səda verməyə başladı. İlk əvvəl stola, imperiyanın qoyduğu ənənəyə uyğun olaraq qaban kababı gəldi. Buna donuz deməyə dilləri gəlmirdi və bu donuz kababını qaban adıyla vermək özübir ənənə forması almışdı, bunun da haqq-hesab üçün öz yüksək imici var idi. Yavaş-yavaş könüllərin havası dumanlanmağa başlayanda, çıxış etmək, söz demək istəyənlərin əlləri, elə bu dumanlı havanın içindən havalanmağa başladı. Ancaq adət-ənənəyə görə birinci sağlığı sədr deməli olduğundan, məclisə sükut çökdü, sanki qurbağa gölünə daş atmışdılar.

Həsən Qasımoviç hamıya xoş gəldin edərək, - bilirsiniz, bu gün şöbə rəisi Akop Ayriyanın 80 yaşı tamam olur. O, 60 ildən yuxarıdı ki, bizim təşkilatda can qoyub, çalışıb və onun bir neçə səmərəli təkliflərinə görə Moskva SSR-nin bizim sahəyə aid təşkilatlarına bu səmərəli təklifin təcrübədən keçirilməsini tövsiyə edib, nəticə göz qabağında olduğuna görə o, həmişə mükafatlandırılıb. O, kollektivdə özünə məxsus hörmət qazanmış bir kişidi.

Məclisdə pıçıltı gəzdi, -axı hayların kişisi olmur, - bunu stolun solunda əyləşmiş bir qadın yanındakı kişinin qulağına əyilib dedi. Kişi isə tərs-tərs dönübastadan, - sən bunları hardan bilirsən, deyə soruşdu.

O, - bunu bilməyə nə var ki, ağzında hay deyirsən və hay da huy kimi bir nəsnədi, - deyərək yanındakını qıyqacı və tərs-tərs süzdü. Azərbaycan dilində dili pəltək vuran bu kişi hirslənsə də, sakitlal qalaraq, sədrin çıxışına qulaq kəsildi.

(ardı olacaq)

Ədalət.-2019.-30 yanvar.-S.7.