Son vida

Azərbaycan şair-publisistləri cərgəsində dəsti-xətti ilə seçilən alim, jurnalist, AR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərman ilə təltif olunmuş Davud Əmrah oğlu Dəmirli 19 Yanvar 2019-cu il saat 10 tarixdə əbədiyyətə qovuşdu. "Qızıl qələm", "H.Z.Tağıyev", "Araz" Ali ədəbi mükafatlar laureatı, D.Dəmirli "Azərbaycan pioneri", "Sovet kəndi", "Azərbaycan məktəbi", "Azərbaycan Kommunisti" redaksiyalarında uğurla çalışmış, "Kənd həyatı" jurnalının baş redaktoru olmuşdur. 1991-ci ildən "Açıq söz" qəzetinin baş redaktoru olan D.Dəmirli həmçinin Texniki Universitetdə müəllim (1978 - 1982) Azərbaycan Beynəlxalq Hüquq Universitetinin Elmi Şurasının fəxri üzvü, "Fəzilət" qəzetinin təsisçisi baş redaktoru idi. Onun qələmə aldığı 10 (on) əsər, satirik uşaq hekayələri, felyetonlar, elmi-publisistik məqalələri maraqla qarşılanmışdır. O, həyatının son anına qədər Azər.KİVİHİ-nin H.Z.Tağıyev adına Xeyriyyəçiliyin təbliği Mərkəzinin məsul katibi vəzifəsini ləyaqətlə aparırdı.

Davud Əmrah oğlu Dəmirli 15 iyun 1937-ci ildə Şəmkir rayonunun Düyərli əkndində anadan olmuş, ADU (DBU)-nun Jurnalistika fakültəsində ali təhsil almış Aspiranturanı bitirərək, namizədlik dissertasiyasını uğrula müdafiə edən fəlsəfə elmləri namizədi - Alim idi.

Mərhum Davud Dəmirli kamil qələm sahibi, nüfuzlu jurnalist, alim, şair olmazdan öncə əsil insani dəyərləri ilə ehtirama layiq bir şəxsiyyət idi.

Alim, şair, juranlist Davud Dəmirli fəth etdiyi məqama öz yüksək keyfiyyətli insaniyyətliliyi, elmi bilikləri, peşəkar juranlistlik qabiliyyəti, istedad bacarığı ilə pillə-pillə qalxmışdır. Ədəbi işçi, xüsusi müxbir, şöbə müdiri, redaktor Təsisçi - Baş redaktor vəzifələrini uğurla icra edən Davud Dəmirli fəaliyyəti boyunca rəhbərlik etdiyi çalışdığı kollektiv tərəfindən hörmətlə, məhbbətlə qarşılanmışdır. İlahi o şəxsə elə bir ruh bəxş etmişdi ki, onun qüdrəti ilə bütün janrlarda yazmaq qabiliyyətinə malik idi Davud Dəmirli. Yazıb bu xalqa yadigar etdiyi əsərlərin, povest hekayələrin, yüzlərlə məqalələrində işıqlandırdığı aktual məsələlərin hər biri gələn nəsillərə örnək yolu, həyat dərsidir.

Azərbaycan Nəşriyyatında çalışan yazıçı-jurnalistlər, Yazıçılar İttifaqının şair-yazarları, redaktorlar bütün Davud Dəmirlinin şəxsiyyətinə hörmət bəsləyənlər:

- Məkanı cənnət, torpağı nur olsun, - deyir.

D.Dəmirlinin həyat yoldaşı Svetlana xanıma, oğlu İdrak bəyə və qızı Arzu xanıma, nəvəsi Əqidəyə və əzizlərinə Allahdan səbr diləyirik və dərin hüznlə baş sağlığı veririk.

Allah rəhmət eləsin!

Mahirə Qarayeva

"İctimai fikir" qəzetinin

baş redaktoru

Ədalət.-2019.-30 yanvar.-S.8.