Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim

 

                     Yürü, sənin yolun, haqq yoludu, haqqdı, haqq!

            Ömür-gün ələndi, zaman keçdi, vaxtdı, vaxt!

            Səbr , daraldı, bu taledi, baxtdı, baxt!

            Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.

 

            Bu yurd da, vətən , durub, ayaq üstədir,

            Həsrət gözü yorub, qulaqlar da, səsdədir,

            Arxanca bütöv xalq, topardı, yol üstdədir,

            Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.

 

            Üzündə, gözündə Alparslanın zəhmi var,

            Səngərdən, səngərə, qəhramanlıq, fəhmin var,

            Bilirəm, sən türksən, nahaq yerə, rəhmin var,

            Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.

 

            Göz var, gecəsini diri açdı, dan, üzdü,

            Əsgərim, zabitim, şəhid oldu, can üzdü,

            Kimdi, bu naxələf, zaman aldı, an üzdü!?

            Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.

 

            Sən, Tanrı dağına, ulu kökə bağlısan,

            Tarixən çəkdiyin, ağır yükə bağlısan,

            Neçə zirvələrə, neçə dikə bağlısan,

            Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.

 

            Vətən şəhidinin, qanı yerdə qalmasın,

            Alın yad nəfəsi, yurda, tamah salmasın,

            Ölsək , bu millət, bir , darda qalmasın,

            Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.

 

            Inam da sənindi, güc, qüvvət , sənindi,

            Təpər sənindi, bu qeyrət , sənindi,

            Yadı, çaşbaş edən, bu heyrət , sənindi,

            Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.

 

            Toxala alağın, dibindən vur, bitməsin,

            Bu bağda, baxçada, qanqal olub, ötməsin,

            Bir , bu torpağın, bərəkəti itməsin,

            Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.

 

            Yürü, sənin yolun, haqq yoludu, haqqdı, haqq!

            Ömür-gün ələndi, zaman keçdi, vaxtdı, vaxt!

            Səbr , daraldı, bu taledi, baxtdı, baxt!

            Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.

            Fəxri Müslüm.

           Ədalət.- 2020.- 18 iyul.- S. 13.