Qərbin Şərqə
baxışları və ya türk-islam dünyasına
münasibəti
(əvvəli
ötən saylarımızda)
Bu hələ harasıdır? Tur Heyerdalın
VII kitabının 155-ci səhifəsində
aşağıdan yuxarıya 11-ci sətrində "e.ə.3-4
minilliklərdə" (Yəqin ki, e.ə. 4-cü - 3-cü
minillikləri nəzərdə tuturlar -V.As.) sözləri
yazılmış və bu heç kimin vecinə
olmamışdır. Sən demə, bu insanlar Kiş kəndinin
harada və necə bir coğrafiyada yerləşdiyini də
bilmirlərmiş, sadəcə olaraq, orada qazıntı ilə
məşğul imişlər. Əgər belə
olmasaydı, "kiçik olan bu kənd ... Kiş
çayının iki qolu arasındakı kiçik yüksəklikdə
yerləşir" (Bax. Tur Heyerdal. VII kitab. Səh.149.Yuxarıdan
aşağıya 9-11-sətirlər) cümləsi orada
özünə yer tapa bilməzdi. Ona görə ki, kənar
yerlərə və ölkələrə köçüb
gedənləri nəzərə almasaq, Kiş kəndinin rəsmi
olaraq 7250 nəfər əhalisi vardır. Ona "kiçik kənd"
demək olmaz. Ona "kiçik yüksəklikdə yerləşir"
də demək olmaz. Yenə də ona görə ki, Kiş
çayı kəndin şərqindən axıb gedir.Kəndin
qərbindən axan Qurcana çayı isə əlahiddə
bir çaydır və elə bu çay kəndi iki hissəyə
bölür və kəndin cənubunda Kiş çayına qovuşur.
"Ən xoş xatirələrinin
Gürcüstanla bağlı olduğunu, orada olarkən vikinqlər
kimi inək buynuzlarında gürcü şərabı
içdiyini (Bax. Tur Heyerdal. VIII kitab. Səh.222),
Azərbaycanda isə Kiş məbəd-kilsəsini bu günə
qədər qoruyub saxlayan yerli camaatın arxeoloji
qazıntılar zamanı qəti şəkildə içəriyə
buraxılmadığı bir şəraitdə qəfildən
ortaya çıxan gürcü keşişinin ayin yerinə
yetirmək üçün içəri
buraxıldığını və onun səsindəki qədimliyə heyran qaldığını (Bax.
Tur Heyerdal. VII kitab. Səh. 151, 153) etiraf edən
Tur Heyerdalın qeyri-səmimiliyi özünü göstərir.
Bu qeyri-səmimilik sözügedən kitablara daxil edilən
şəkillərdə daha da çarpıcıdır.
Budur, Bakıda- Şəhidlər
xiyabanında gəzişən Tur Heyerdal və onun
üçüncü həyat yoldaşı Jaklin Beerin bu
şəkli (Bax.Tur Heyerdalın VII kitab. Səh
28) nə üçünsə qarşıdan deyil, arxadan
çəkilmişdir. Odinin vətəni
Qara dənizdən şərqdə, Avropa ilə Asiya
arasında sərhəd olan dağ silsiləsinin cənubunda,
türklərin torpaqlarına qədər uzanan ərazi
olmuşdur" (Bax. Tur Heyerdal. VII kitab. Səh.
67) iddiasına düşüb türkləri Qafqazın əzəli
və əbədi xalqları sırasından
çıxarmağa cəhd edən 86 yaşlı Tur
Heyerdalın Kiş kəndində olarkən yerli türk-
müsəlman əhali ilə bir dəfə də olsun
görüşməməsini və onları dinləməməsini
izah etmək üçün əlavə şərhə
ehtiyac yoxdur. Aydın bir məsələdir ki, Kiş kəndinin
türk-müsəlman əhalisi nəsildən- nəslə
ötürülən yaddaş əsasında Kiş məbəd-kilsəsini
əcdadlarından qalma yadigar kimi qoruyub saxlamışlar.
Tur Heyerdalın dillərin genetik
yaxınlığı ilə bağlı fikirlərində də
kölgələr sayrışmaqdadır. "Linqvistlərin
dillər arasındakı genetik yaxınlığı müəyyən
etmək üçün istifadə etdiyi üsullardan biri müəyyən
qrup sözlərin müqayisə edilməsidir. Məsələn,
qohumluq bildirən sözlər, bədən hissələri,
qalaktika və təbiət hadisələri ilə
bağlı olan terminlər" (Bax. Tur Heyerdal. VII kitab.
Səh. 179) doktrinasını irəli sürən
Tur Heyerdal udi dilində işlənən "ata- baba",
"əmik-əmi", "tayı-dayı",
"adaş", "adak-ayaq", "dəllək",
"avçi", "çöpçi",
"şadara", "axı", "el", "il",
"bilici", "qonaq" və bu qəbildən olan
onlarca digər türk sözlərinin (Bax. Q. Voroşil.
Qafqaz Albaniyası. " Bakı, "Öyrətmən",
1993. Səh.49, 61, 85-89, 90-93 )
olmasını və bu sözlərin "udicə-Azərbaycanca-rusca
lüğət"də öz əksini tapmasını
görməzlikdən gəlir. Halbuki Qafqaz dillərinin
böyük tədqiqatçısı akademik Nikolay
Yakovleviç Marr (1865-1934) "türk dillərinin öz təbii
konservativliyini min il ərzində yox, min illər ərzində
biruzə verə biləcəyi" (Bax. N.Y. Marr.
İzbrannıye rabotı. Tom 4. Moskva-1937. Str.184-186)
ilə bağlı olaraq hələ XX əsrin əvvələrində
xəbərdarlıq zəngini çalmışdı.
***
Bütövlükdə XX əsr
və XXI əsrin axarı boyunca müsəlman peyğəmbərinin
karikaturalarının çəkilməsi, "Quran-Kərim"in
yandırılması, müsəlman geyimli, örtülü
və hicablı qadınlara həqarət kompaniyasının
genişlənməsi xristian siyasətinin tərkib hissəsi
kimi sürət götürdü. Hadisələrin belə
bir qızğın çağlarında M.S. Qorbaçov
kimi canini qucaqlayan," Beynəlxalq Yaşıl Xaç Təşkilatının
inoqurasiyasında onun şəxsi məsləhətçisi
olan, onunla birlikdə dini ayinlərində iştirak edən
Tur Heyerdal xristiantəəssübkeşliyinə
heyranlığını sübut etməyə
çalışmışdı. Ona görə ki, o,
Qorbaçovun əli ilə türklərə qarşı törədilən 16-20 dekabr 1986-cı
il Alma-Ata iğtişaşları, 1-5 iyun 1989-cu illdə
türkün türkü qətl etməsi ilə nəticələnən
Fərqanə hadisələri haqqında bilirdi və
bütün bunlar onun ürəyincə olmuşdu.
Sonralardan çap ediləcək əsərlərində
Qorbaçovun özü də ((Bax. Qorbaçyov M.S. Jizn i
reformı.
Moskva, "Novosti", 1995. T.2. 656 s.30.000 ekz.
İSBN 5-7020-3.--- Qlava 24. Preodolenie
raskola Yevropı) bunlardan bəhs edəcəkdi. Bəli, dünyaya ancaq və ancaq xristian gözü
ilə baxan hər hansı bir kəs arxasında M.S.
Qorbaçov olmaqla bütün xristian dünyasının
durduğunu hiss edirdi. Əgər belə olmasaydı,
Qorbaçovun iqtisadi məsələlər üzrə birinci
məsləhətçisi Abel Qezoviç Aqanbekyan (1932)1987-ci
il noyabrın axırlarında Parisdə-erməni
"Daşnaksütyun" partiyası və Avropa xristian
elitası qarşısında "Qarabağ Azərbaycandan
daha çox Ermənistana bağlıdır" iddiası ilə
çıxış etməz və bu çıxış
avqustun əvvəllərində "L'Humanit?" qəzetində
çap edilməzdi. Arxasında xristian dünyası və
SSRİ boyda bir dövlət durmasaydı, Zori Aykoviç
Balayan (1935) 1981-ci ildə "Ocaq", 1988-ci ildə
"Yol" kitablarında "Azərbaycanqarışıq
bütün türkləri Rusiyanın və Ermənistanın
düşməni" elan etməzdi, 26 fevral 1988-ci ildə
şairə Silva Kaputikyanla birlikdə Mixail Qorbaçovun qəbulunda
olub, "Qarabağ məsələsi"ni birdəfəlik həll
etməsini istəməzdi.
Bütün
bunlar Mixail Qorbaçovun ürəyincə olmasaydı, o,
1989-cu il dekabrın 1-də Papa II İohan Pavellə
görüşəndən 49-50 gün sonra Azərbaycan
xalqının genosidinə - 1990-cı ilin 20 Yanvar faciəsinə
imza atmazdı. Mixail Qorbaçovun müsəlman-türk ovu
fundamentalist xristianların ürəyincə olmasaydı,
aradan bir il belə keçməmiş
düşüncəsi, əli və qələmi qanlı bir
cinayətkarı 15 oktyabr 1990-cı ildə Nobel
mükafatına layiq bilib, 10 dekabr 1990-cı ildə ona dünya
səviyyəli bu mükafatı təqdim etməz idilər. Mixail Qorbaçov 24 dekabr 1991-ildə son intervyusunda
"həyatımın əsas qayəsi gerçəkləşdi"
deməklə insanlığın deyil, xristianlığın
təəsübkeşi olduğunu bir daha təsdiq etmiş
oldu.
10 iyul
1991-ci ildən Rusiya Federasiyasının prezidenti kimi iş
başına keçən Boris Nikolayeviç Yeltsin (1931-2007)
sələfi Mixail Qorbaçovun türk qətliamını
davam etdirdi. 1992-ci il fevral ayının 25-dən
26-na keçən keçən gecə Rusiyanın 4-cü
ordusunun 366-cı motoatıcı alayının iştirakı
ilə erməni silahlıları tərəfindən Azərbaycanın
Xocalı şəhəri işğal edildi. Nəticədə
əliyalın türk üzərində qalibanə bir genosid
gerçəkləşdirildi. 63 uşaq, 106 qadın, 70
qoca və qarı olmaqla 613 nəfər
öldürüldü, 8 ailə cürmə-cücüyünə
qədər məhv edildi, 76-sı uşaq olmaqla 487 nəfər
yaralandı, 1275 nəfər əsir götürüldü,
onlardan 150 nəfərinin, o cümlədən 68
qadının və 26 uşağın taleyi bu günədək
(Bax. Abbasov, Shahin. "Azerbaijan: Baku Presses Genocide Recognition
Campaign for Khojaly". www.eurasia net. org. www.eurasianet.org. 25 avqust 2016 tarixində
orijinal?ndan arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2016) məlum deyildir.
Xocalı
türklərinin genosidində fəal iştirak edən Zori
Aykoviç Balayan 1996-cı ildə Moskvada çap edilən
"Ruhumuzun canlanması" kitabının 260-262-ci səhifələrində
"Xaçaturla birlikdə işğal edilmiş evlərdən
birinə daxil olduqlarını, erməni əsgərləri tərəfindən
13 yaşlı bir türk oğlanının pəncərənin
çərçivəsinə mismarlandığını
gördüklərini, səsi çıxmasın deyə
ölmüş anasının döşünü kəsib onun
ağzına soxduqlarını, saata baxa-baxa qarnının,
sinəsinin və başının dərisini
soyduqlarını, qan itirən uşağın 7 dəqiqəyə
öldüyünü müşahidə etdiklərini"
yazır.
Elə
oradaca "həkim və hümanist olduğunu",
"xalqının intiqamını 1% də olsa,
aldığını" xüsusi bir qürurla qeyd edən
Zori Balayan "Xaçaturun öldürdükləri türk
uşağı şaqqalayıb itlərə
atdığını", "axşamüstü daha 3
türk uşağını bu hala
saldıqlarını", "növbəti gün kilsəyə
gedib günahları bağışlansın deyə dua etdiklərini"
(Bu barədə Cəfər Sadiqin "Sroku davnosti ne
podlejit" kitabçasında da - Tula, 2007- məlumat verilir),
cəmi əhalisi 10 min nəfər olan Xocalını "30
min işğalçıdan təmizlədiklərini" (No
mı smoqli oçistitğ Xodjalı ot 30 tıs. lödey) təsvir
edir. Çünki Xocalının 10 min nəfərdən ibarət
olan əhalisi həm türk, həm də müsəlman, həm
də ki,Qarabağın yerli etnosu olduğu üçün
Zori Balayanın gözünə 30 min nəfər kimi
görünürdü.
3 iyul
1994-cü ildə erməni əsirliyində olan Azər Aslanov
adında "Sadval"çı bir ləzgini Bakıda
metroda təxribat törətməyə təhrik edən Zori
Balayan 13 adamın ölümünə, 42 adamın
yaralanmasına səbəb oldu. Zori Balayana
qarşı cinayət işi açıldı və
axtarış üçün İnterpola verildi. O,
2005-ci ildə İnterpol tərəfindən 26 may 2005 -ci ildə
İtaliyanın Brindzi şəhərində həbs edildi və
5 saatdan sonra sərbəst buraxıldı. Azərbaycan
Respublikasının Baş Prokurorlugunun Zori Balayanın
axtarışı ilə bağlı Rusiya Federasiyasına
etdiyi rəsmi müraciətlər nəinki nəzərə
alınmadı, hətta, 20 aprel 2010-cu ildə Rusiya
Federasiyası ərazisində belə bir insanlıq
düşməninin axtarışına xitam verildi.
(ardı növbəti sayımızda)
Vaqif Aslan
AYB Şəki bölməsinin sədri
Azərbaycan Respublikasının Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Ədalət.- 2020.-
25 iyun.- S.7