Rənglərin dünyası, rənglərin sehri

 (Rəssam Sadıxov Fərhad  Sadıxın yaradıcılığı haqqında)

Hər zaman söz dünyası ilə bərabər rənglərin dünyası da marağıma səbəb olub. Fırçanın dili ilə danışmaq, əllərinin istisi ilə ürəyindən keçənləri, təfəkkürünün süzgəcindən keçirdiklərini, daha doğrusu duyğu düşüncələrini özünəməxsus tərzdə fırçaların dilinə buraxmaq özü bir aləmdi. elə onları duymaq özü bir dünyadı, bir sehirli-sirli aləmdi.

Bu gün təqdim etmək  istədiyim o şəxs Azərbaycanın tanınmış rəssamı astroloqu dünyada tanınan, öz təfəkürü düşüncə tərzi ilə seçilən Fərhad Sadıxovdur.

Rəssam 2 dekabr 1973-cü ildə dünyaya gəlib. 6 saylı orta məktəbdə ibtidai təhsilə başlayıb. Fərhad orta məktəb illərindən öz düşüncəsi, davranışı ilə həmyaşıdlarından fərqlənib, rəhglərin ruh dünyasına sığınıb. Uğurları da gənc yaşlarından onu təqib edib. 1997-ci ildəBirlikBeynəlxalq Elmi-Tədris Assosiasiyası nəzdində Ali Xüsusi Attestasiya Komisiyasının qərarı ilə Azərbaycan Respublikası ərazisində xaricdə təcrübə keçmək icazəsi ilə Parapisxoloq Okkult Elmləri üzrə Mütəxəssis kvalifikasiyası verilmişdir.

Fərhad  Sadıxovun sonrakı uğurları sanki bu ideyadan bəhrələnmiş davam etmişdir. Sadıxov 2006-ci ildən isə  Beynəlxalq İncəsənət Fondu yanında Moskva Rəssamlar Assosiasiyasının həqiqi üzvüdür.

Fərhad müəllimin rəssamlıq fəaliyyəti Rəssamlıq Akademiyasının vitse prezidenti, dünya şöhrətli rəssam Tahir Salahovun da diqqətindən yayınmamışdır. Tahir Salahov Fərhad Sadıxovun yaradıcılığındakı fəlsəfi ümumiləşdirmələrin bədii kəşflərin dərinliyini yüksək şəkildə qiymətləndirmişdir. Tahir müəllim  Fərhad Sadıxovun yaradıcılığı haqqında yazır: “Onun sənətinin əsas istiqaməti bütün təzahür müxtəlifliyində mənəviyyat axtarışı idi. Onun əsərlərində islam mədəniyyətinin böyük ənənələri, Azərbaycan miniatürləri Şərq ornametləri dünyanın bir çox dinlərinin mədəniyyətlərinin rəmzləri atributları ilə birləşdirilib. Müəllif öz sənəti ilə iddia edir ki, mövcud olan hər şey bir-biri ilə bağlıdır, hər bir ünsür bütövün bir parçasıdır dünyanın birliyi onun tərkib hissələri olmadan mümkün deyil. Elmi araşdırmalar fərziyyələr, kulturoloji tədqiqatlar okkultizmin sirləri, dünyaya açıqlıq, xeyirxahlığın hormoniyanın li qüvvələrinə inam sonsuz  fantaziyahər şey  onun yaradıcılığında öz əksini tapıb”.

Fərhad Sadıxov yaradıcılığı Azərbaycandan kənarlardaRusiyada, Yaponiyada, Fransada, İsraildə, ABŞ-da sevilir bir çox şəxsi  kolleksiyalarda saxlanılır. Onun yaradıcılığında çox əsərləri diqqət çəkir. Xüsusi iləGöy qübbəsi”, “Od Rəbbləri”, “Günəşin nəğmələri”, “Drakonların Sivilizasiyası”, “Naviqatorun uçuşu”, “Sönmüş ulduzların misteriyası”, “Odlar yurdu döyüşçüsü”, “KundaliniŞakti yoqası onlarca əsərində rəssamın mənəvi aləmi, işıqlı təfəkkürünün gücünü görmək olur.

Rəssamın uğurlarından biri 1998-ci ildə YUNESKO-nun kurasiyasında tarixi abidə olan İçərişəhərin ərazisində rəssamın şəxsi kosmoqrafik miniatur  sərgisi keçirilmişdir ki, bu da respublika televiziya mətbuatında, həmçinin paytaxt sakinlərinin şüurunda geniş rezonans doğurmuşdur.

Onun digər uğurlarından biri isə Azərbaycan Respublikası Turizm İdman Nazirliyinin nəşr etdiyi rəsmi kotoloqa (Azərbaycan Qızıl Gəncləri, 2003-cü ildə) daxil edilmişdir.

Diqqət çəkən bənzərsizliyi ilə seçilən bir layihəsi Fərhad Sadıxovun geniş əhatəli yaradıcılığının daha tam şəkildə açılmasına səbəb olmuşdur. Bu layihə London qalereyasının  Bakıdakı filialında baş tutmuşdur. Layihə maraqlı qeyri-adı bir başlıqlaOdun Ruhu adı altında təqdim edilmişdir. Daha sonar isəBirlikRespublika Azərbaycan Xalqlarının Həmrəylik cəmiyyətində müəlliflərin fantastik hekayələrindən ibarətÖzgə vaxtlarkitabının təqdimatı keçrildi. Təqdimat  qrafika rəssamı Fərhad Sadıxovun kosmoqrafik miniatürlərdən ibarət sərgisi ilə müşaiət olundu ki, bu da tədbir iştirakçılarının marağına səbəb oldu. Odun ruhulayihəsi öz yeniliyi bənzərsizliyi ilə diqqət çəkdi.

Fərhad Sadıxovun yaradıcılığında yenilik yarada bilmək istəyi maraq doğurur bu da yaradıcılığda önəmli cəhətlərdən ən birincisidir. Cəsarət rəngarənglik rəssamın yaradıcılığının əsas məziyyətlərindəndir desək heç yanılmarıq. Məhz  rəssamın müasir incəsənətdə yeganə tərəfdarı olduğuRuhistanadlı yeni bir istiqaməti inkişaf etdirməyini bu baxımdan qiymətləndirmək olar. Müəllif   Ruhistan”da  müasir nəslin mənəvi axtarışını, ruhun səxavətini  dünyaya təzə enerji axını bəxş etmək istəyini önə çəkir bununla yeni bir ideyadan yola şıxır.

Rəssam fəaliyyətini Moskvada da davam etdirmiş, orada yaşayarkən da Azərbaycan adını hər zaman uca tutmuşdur. Onun 2014-cü ildə Moskvada, Buddist  Şərq Klubu Şanti-dəMandala Günəş mahnılarıincəsənət lahiyəsinin ilk unikal sərgisi keçirilmişdir. Burada Azərbaycanın bütün çox rəngli çox ölçülü mədəniyyətini kosmoqonik dünya görüşündə tətbiqi texnika videoinstalyasiya sahələrində təqdim etmişdir. Elə həmin ildə Moskvada ikinci sərgisini təşkil etmişdir.

Böyük bir qürur hissi ilə qeyd edək ki, 2018-ci ildə Fərhad Sadıxov Elm Din ümumittifaq elm təhsil jurnalının son səhifəsində çap olmuşdur. O, bu şərəfə layiq ilk Azərbaycanlı rəssam kimi yadddaşlara həkk olacaq.

Yeri gəlmişkən həmyerlimiz fundamental metafizik -əsərin (Krima-müqəddəs od) layihəsi əbədiyyət yoqasının müəllifidir.

Fərhad müəllim ömrünün ən püxtələşmiş yaradıcılıq dövrünü yaşayır. Uğur layihələri günü-gündən artır, dərk olunur, sevilir. Dayanmadan çalışan öz fəaliyyəti ilə gözəlliklərə imza atan, ruh dünyamızı aydınladan rəssam bu yaxınlarda daha bir uğuru ilə rəsmsevərləri heyran etmişdir. Onun əsərləri iyun ayında kataloq halında çap olmuşdur. Kataloq üç dildəAzərbaycan, rus ingilis dilində təqdim edilmişdir. Bu ilin sentyabr ayında müəllif üç dildə nəşr edilən bu kataloqun təqdimatını keçirməyi planlaşdırır.

Fərhad Sadıxova yaradıcılığında yeni uğurlar diləyir Azərbaycanımızı dünyada mükəmməl şəkildə təmsil etdiyi üçün təşəkkürlərimizi bildiririk.

Mərziyyə Nəcəfova 

Ədalət.- 2022.- 6 avqust.- S. 8.