Açılan yollarımızın şeiri

                  O hələ tam yazılmayıb

İnsan bir varlıq olaraq torpağa, xüsusilə doğulduğu məkana bağlı olur. Bu həm bir varlıq olaraq onu ilk təmasının bəhrəsidi, həm doğulduğu torpaqda o təmasdan zaman-zaman aldığı impulsların onda yaratdığı istəyin, sevginin, arzuların, yaşamın, həm   gerçəkliklərin bəhrəsidi, barıdı. Deməli, bütün bunların içərisində ortaq nöqtə, dayaq məntəqəsi yenə torpaqdı. Ona görə müdriklər vurğulayıblar ki, adam güvəncli olduğu yerdə güclü olur. Yəni öz ocağın, öz torpağın səni dik saxlayır, məğrur saxlayır, güclü edir, dözümlü edir...

Bütün bunları adi söz  - fikir toplumu  kimi dilə gətirmirəm, ifadə etmirəm. Ona görə ki, bu söylədiklərimi canımdan, qanımdan keçirmişəm. Torpaqsız, vətənsiz olmağın bütün acılarını, bütün sıxıntılarını yaşamışam. Baxmayaraq ki, bütöv Azərbaycan mənim  Vətənim, mənim deə ünvanımdı.!! Amma doğulduğum ocaq, ilk təmasda olduğum torpaq işğal altında olarkən mən Vətəndə vətənsiz idim... yurdumda yurdsuz idim... torpağımda torpaqsız idim... Bunun demək olduğunu, bunu hansı mənanın kəsb etdiyini, bunun ölçüsünü, çəkisini, tənəsini... yalnız yurdunda yurdsuz olan, elində qaçqın olan bilər bilirdi! Bax elə indi əlimdə tutduğum kitabın müəllifi , mənim söylədiklərimi, yazdıqlarımı içindən keçirib özü onun içərisindən keçib. Ona görə onun vücudunda da, onun həyatında da, onun səsində , onun sözündə bu hiss olunur o, həmin o hiss etdirdiklərini, yəni özünün yaşadıqlarını qışqırmadan, hay-həşir qoparmadan sakit bir şəkildə deyir:

Əlimizqolumuz bağlıdı,

yönümüz, yolumuz bağlıdı.

Taleyimiz, naxışımız,

sağımız, solumuz bağlıdı.

Bəli, bunu adi söz kimi, misra kimi oxumaq mənim üçün çox çətindi. Çünki bu qələmin ucu ilə yox, fırçanın çox asta, çox titrəyişli bir şəkildə çəkdiyi rəsmin cizgiləridi. O cizgilər bizim ömrümüzdə özünü kifayət qədər ifadə edib 30 ildə. görmüşük ki, daha doğrusu, yaşamağa məhkum olduğumuz hisslərin içərisində əl-qolumuz bağlı, gözümüz yolda, özümüz isə xəyalların, yuxuların caynağında. Belə yaşamışıq. Çünki vətəndən vətənsiz idik. Bu da mənim ürəyimin sarı simini dilə gətirirdi. Onda da mən deyirdim,  daha doğrusu, yazırdım ki:

Gözümüzün qarşısında,

Beş addımlıq yoldadır.

Hayana boylanıram

sağımda, gah soldadır.

Amma...

əlim çatır,

ünüm yetir

Dağlara!

Gördünüzmü, biz nələr yaşamışıq. Daha doğrusu nələri yaşamağa məhkum olmuşuq. Gözümüzün önündə - bir sıçrayışlıq məsafədə olan kəndimizə, dağımıza, bulağımıza, çayımıza baş çəkə bilməmişik. Əlimizi o yerlərin daşına, torpağına sürtmək, şehli yarpaqlarını gözümüzə çəkmək haqqımız əsir olubdu, girov olubdu. biz bu əsirliyi, bu girovluğu həm cismən, həm mənən daşımağa, övladlarımıza hiss etdirməyə özümüz istəmədən məcbur edilmişik. Ona görə yuxumuzdan, xəyalımızdan çıxmayan gerçəkliklərin tablosunu, şəklini gözümüzün önündə saxlamışıq, gəzdirmişik. Özü heç kimə göstərmədən. Amma bilmişik ki, onlar olub var. Ona görə yazmışıq ki:

Qapıların kirkiridləri,

kirkilidlərin qapıları.

Bəxtimizin karetaları,

arabaları, yabıları

bağlıdı, bağlıdı, dostlarım.

Bu misralar əvvəldə çəkilən rəsmin başqa bir mənzərəsini, başqa bir bucaq altında görüntüsünü oxucuya çatdırır. Bir az da obrazlı desəm, oxucucunu məcbur edir ki, o şəkilə, o fotoya, o rəsmə bir az da yaxın dursun. Eynəyinin üstündən eynək taxıb bir baxsın. Onda görəcək ki:

Nisgillə gəlib keçir,

illər yaman ötüşür,

Azalırıq günbəgün.

Sinəmizdə dərd, düyün

Yerdən ümidimiz yox.

Qulağı kardır göyün,

Soyuyuruq havatək,

Soyuyuruq daş kimi.

Gərəksiz oluruq biz  -

Düşünməyən baş kimi.

, bu yaşamdısa, bu həyatdısa, onun bizə yaşatdığının, bizə bəxş etdiyinin adının olduğunu kimsə deyə bilər verilən ad bu yaşamı, bu həyatı bütünlüklə ifadə edə bilər? Mən şəxsən elə bir ad, elə bir ifadə bilmirəm, eşitməmişəm, oxumamışam. Yalnız «qaçqın», «köçkün» sözləriylə o mənzərəni ala-yarımçıq diqqətə təqdim etmək mümkündü. Zənnimcə bu nöqtədə dil , söz aciz olduğundan yalnız yola verib bizi. Yəni qaçqını, köçkünü. Ona görə özümüz, öz yaşamımızı öz misramızda, öz dilimizdə göyərtmişik, öz şeirimizin, öz kitabımızın mövzusu etmişik :

Dağdaşımız, dərələrimiz,

çaylarımız, bərələrimiz, 

xanamız, kirkirələrimiz

bağlıdı, bağlıdı, dostlarım.

Hər halda bu şeirin ruhuna əlavəsiz, müdaxiləsiz bir yad baxışla, bir uzaq adam kimi baxmaq qüsur sayıla bilməz. Bunu ona görə dilə gətirirəm ki, biz bəzən şairin xatırlatdıqlarını hardasa söyləyəndə istehza yaxud laqeydlik alır başımızın üstünü, qınaq yerinə çevrilirik. Kədəri, ağrını, sızıltını mövzu etməyimiz kimlərinsə xoşuna gəlmir. Bu sayqısızlıqdı mənə görə, bu əlimizdən alınanlara, əsir edilənlərə biganəlikdi mənə görə. Odur ki, dözməyib bağırmaq, hər kəsə bu gerçəkliyi ADAM gözüylə görmək hökmünü vermək gəlib keçir içimdən. Çünki:

Çadır şəhərlərinin

Ömrü artır, uzanır.

Qaçqın sifətlərimiz

Çadırlartək bozarır.

Qalırıq baxa-baxa

Dağlara!

İndi mənim qədər haqlı olduğumu özünüz dəyərləndirə bilərsiniz. Mən bunu sizin ixtiyarınıza buraxıram. hətta ürək yumuşaqlığı da göstərərək mülayim şəkildə şeirin ardını diqqətinizə çatdırıram. Həmin o şeirdə şair dostum yazır ki:

Birisi mənsəbə, şöhrətə,

birisi şəhvətə bağlıdı.

Birisi zillətə, birisi

İçkiyə bağlıdı dostlarım.

Görürsünüzmü, biz gerçəkdən geriyə durmamışıq, geriyə çəkilməmişik.... Onu olduğu kimi, yaşadığımız kimi, gördüyümüz kimi ifadə etmişik. Bu da real mənzərəni sizə , elə bizim özümüzə göstərməkdi, təqdim etməkdi. Axı göz görəndə fikri, diqqəti daha tez özünə çəkir. Bu da növbəti addıma, yəni qərar verməyə, münasibət bildirməyə yol açır. Ona görə bizim ağrılarımızın ifadəsi sizi bizimlə həmfikir etməyə, bizi görməyə, bizlərdən biri olmağa hesablanıb. Belə olarsa, birlikdə zamana da, ağrı-acıya da qarşı çıxmaq, güc gəlmək olar. Onda:

Zamanın üzü dönük,

İçimizdə od sönük...

Beləcə bölük-bölük

Səpələnib dörd yana.

Dərd çəkmədən,

Dərdi ! –

Yığıb boğaza, cana.

Əlimiz qoynumuzda

«Qaçqın» ünvanımızın

Töhməti boynumuzda

yaşayırıq!

 (Əgər bu yaşamaqsa?)

vaxtsa

Qayıtmaq arzusuyla

Dağlara!

Bəli, şükürlər olsun ki, həmin o «qaçqın» ünvanı iki ildir ki, xatirəyə, keçmişə çevrilməyə başlayıb. Biz o töhmətdən , o çəkdiklərimizdən ellikcə qurtula bilmişik. Bu qurtuluş 44 günlük Zəfərin bəhrəsidi. mən elə bu yazımın həm müəllifi olan, şeirinə  köklənib fikirlərimi ifadə etdiyim Aydın Uluxanlı da şəhidlərimizin ruhu qarşısında, qazilərimizin önündə böyük sonsuz sayqı ilə baş əyirik. Çünki şəhidlik zirvəsinin, Vətən sevgisinin olduğunu, onun bütün çalarlarını olduğunu, nəyi ifadə etdiyini anlamışıq, yaşamışıq bu gün anlayaraq yaşayırıq. Bu yolda istəyimizi, məramızı ifadə etməkdən çəkinmədən qələmi , silahı da, bərabər görüb, bərabər tutmuşuq. Aydın Uluxanlı şeirinin sonunda yazıb ki:

İstərdim buxovları keçəm,

şəhidlik şərbətini içəm.

Heyif ki, təkliyə bağlıyam,

tənhalığa öçəm, dostlarım.

Bu gün isə həmin o təkliyin cəmliyə çevrildiyinin şahidi olmuşuq. Sadəcə Göyçəyə, Zəngəzura dönüşümüzün sürətlənməsini gözləyirik. İnanırıq ki, Tuğa qayıtdığımız kimi, Uluxanlıya da qayıdacayıq. bizim vətəndə vətənsiz illərimiz tarixin arxivinə veriləcək!

P.S. Şair dostum, ruh qardaşım Aydın Uluxanlının «Əlimiz-qolumuz bağlıdı» adlı şeirini 2007-ci il martında yazıb. Ondan 13 il 5 ay sonra əlimiz, qolumuz açıldı.  İnanıram ki, bu xalqın hələ həsrətini çəkdiyi, amma halal haqqı olan bütün ünvanlara əli, qolu  da, yolları da açılacaqdı.

Əbülfət MƏDƏTOĞLU

Ədalət.- 2022.- 6 avqust.- S. 6.