Kişinin birinci vəzifəsi Vətənini qorumaqdır

 

Bu sözləri bizimlə söhbətində gənc vocalist , Bakı Musiqi Akademiyasının ikinci kurs tələbəsi Səməd Noxruzov  dedi. Doğrudur, Səmədi  konsert salonlarında maraqlı çıxışlarına, qəzet səhifələrində verdiyi müsahibələrə görə yaxşı tanıyırlar. Bununla belə, bird aha xatırladıram ki, Səməd  Şuşa şəhərində uşaq futbol komandasını yaradan və onu inkişaf etdirən tanınmış idmançı Əbülqasım Novruzovun ailəsinə dünyaya gəlib. Əslən şuşalıdır. O, Bakı şəhəri Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin məzunudur.  Orta məktəb illərindən şeirə, musiqiyə, teatr tamaşalarına böyük həvəsi  olub.

O, bir sıra özəl xüsusiyyətlərinə görə tay-tuşlarından fərqlənir. Atası Əbülqasım müəllim deyir ki, Səmədin demək olar ki, sərbəst vaxtı olmur. O, bütünlüklə oxumağa qapılır, musiqinin dilini-sirrini daha mükəmməl öyrənmək üçün axtarışlar aparır. Səmədi heç bir vəchlə öz “studiyasından” çıxarmaq mümkün deyil. O, polad iradəyə, dəmir düşüncəyə malikdir. Başladığı işi yarıda saxlamağı sevmir. Əbülqasım müəllim onu da deyir ki, mütəxəssislər Səmədə böyük ümid bəsləyirlər. Onun çox qabiliyyətli vokalist olacağına inanırlar. Səmədin müəllimi, Azərbaycan Respublikasının xalq artisti Xuraman Qasımova nın fikrincə  onun bal kimi səsi var. Fikir və ideyalarını ortalığa qoyan bu ecazkar səsdə Qarabağın zümrüd meşələrinin, Şuşanın ab-havasının,, Cıdır düzünün gözəlliyinin ətri duyulur. Səmədin səsində bir xısma, bir ovuc, bir qətrə də olsa Qarabağın ruhu hiss edilməkdədir. Musiqiyə qəlbən bağlandığı üçün saatlarla piano arxasında oturmaq ona xüsusi zövq verir.

Söhbət Qarabağdan düşmüşkən  bir neçə il bundan öncə Səmədin qəzetlərin birində “Səsinizi qoruyun, Cıdır düzündə lazım olacaq” sərlövhəli müsahuibəsi yadıma düşdü. Müsahibədə gənc musiqiçilərə öz tövsiyələriuni verir və Şuşanın yaxın zamanlarda azad olunacağını diqqətə çəkirdi. Dostlarına tövsiyəsi  bu idi ki, onlar səslərini qorusunlar, bu səs bizə Şuşada lazım olacaq. Nəhayət Səmədin arzuları gerçəkləşdi, 44 günlük müharibədən sonra Şuşa ilə bərabər 30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında inildəyən torpaqlarımız azad olundu. Bu adi qələbə deyildi, müzəffər Ali Baş komandanımızın rəhbərliyi altında ordumuzun, xalqımızın möhtəşəm qələbəsi idi. Bu qələbə xalqın rəhbərə inamının, Rəhbərin isə xalqına sədaqətinin məntiqi nəticəsi idi. Şuşa azad olandan sonra Səmədin arzuları reallaşdı, Cıdır düzündə musiqi festivalları keçirildi.

İştirak etdiyi müsabiqələr, festivallar, konsert salonları, qazandığı mükafatlar, fəxri fərmanlar, sertfikatlar, şübhəsiz ki, bu uğurlar  onun gələcəkli bir musiqiçi olduğundan xəbər verir. Səmədin incəsənət sahəsindəki uğurları sadalamaqla tükənmir.

Biz Səmədin yalnız iki ildə- 2018-2019-cu illərdə qazandığı nailiyyətləri oxucuların diqqətinə çatdırırıq:

2018-ci il 12 yanvarından martın 19-a kimi Moskva şəhərində keçirilən Beynəlxalq “TI super” layihəsinin iştirakçısı olub. Azərbaycan Gənclər fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İnklüziv Orkestr” layihəsində iştirakına görə sertifikat qazanıb.Azərbaycanda keçirilən EKSPO beynəlxalq sərgisində görüşdə Üzeyir Hacıbəyovun “Sənsiz” romansını müvəffəqiyyətlə ifa edib və fəxri fərmana layiq görülüb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Mərkəzində keçirilən MDB dövlərlərinin tədbirində çıxışı alqışlarla qarşılanıb.

“Mənim səsim  mənim hüquqlarım:  Parlamentdə müzakirə” mövzusunda keçirilən tədbirdə fəal iştirakına görə UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardinin imzası ilə diploma layiq görülüb.

Azərbaycan Respublikasının xalq artisti,bəstəkar Tofiq Quliyevin 2018-ci ildə 100 illik yubileyinə həsr edilmiş konsert tədbirində fəal iştirakına görə Azərbaycan Respulikası Mədəniyyət və Turizm Nazirliyinin diplomunu qazanıb.

Heydər Əliyev fondunun vitse- prezidenti Leyla xanım Əliyevanın dəvəti ilə  iki tədbirdə iştirak edib və orada uğurlu çıxışı alqışlarla qarşılanıb.

2019-cu ilin may ayında Milli Konservatoriyada keçirilən “Yüksəl, ey Azərbaycan!” adlı tədbirdə məktəbin xor kollektivi ilə birlikdə solist olaraq məhşur “Azərbaycan” mahnısını ifa edib.

Ötən il çap olunan “Yazdım ki izim qalsın” Azərbaycanın yeni istedadları kitabında onun haqqında məqalə dərc olunmuş kitabın üz qabığında şəkli yer almışdır.

13 oktyabr 2019-cu ildə Moskvada Kreml in Qurultaylar Sarayının səhnəsində X Beynəlxalq xeyriyyə festivalında (“Belaya Trost”) Radion Qazmanovla birlikdə “Mayak” mahnısını ifa edib və böyük alqışlarla qarşılanıb. Burada baş verən maraqlı hadisəni oxucuların nəzərinə çatdırmağı özümə borc bilirəm. Atası Əbülqasım müəllim deyir ki, Onun atası Oleq Qazmanov uzun müddət Azərbaycanın estrada səhnəsində maraqlı çıxışları ilə tanınıb, yəhudi əsillidir. Sonradan bu ailə Moskva şəhərinə köçüb.  Səməd  özü ilə Moskvaya Şuşanın mənzərələrini özündə ehtiva edən xeyli otkritkalar  aparıb və orada iştirakçılara paylayıb. Radion bu şəkilləri atası Oleqə göstərərkən atası  qürur hissi ilə bildirib ki, bəs bu şəkillər Şuşa şəhərinə aiddir.  O, bu şəkilləri verən oğlanın harada olduğunu soruşub. Radion da bildirib ki, o, müəllimi ilə birlikdə filan hoteldədir. Bir neçə saatdan sonra Bakıya uçacaqlqr. Bunu eşidən kimi Oleq tələsik paltarını geyinib mağazaya gedir. Çox keçmir ki, əlində bükülmüş bir hədiyyə ilə qayıdır və oğluna tapşırır ki, bu hədiyyəni o şuşalı balasına çatdırsın.  Radion  Səmədin otağına gəlir. Səmimi görüşdükdən sonra əlindəki bağlamanı Səmədə verir. Səməd hədiyyəni qəbul edir və təyyarə ilə Azərbaycana qayıdır. Biz evdə ona verilən hədiyyəni açanda Səməd heyrətləndi. Bu Avtomat Kalaşnikovun modeli idi. Üstündə də qiyməti yazılmışdı-99 ABŞ dolları. Səməd hələ də ona nə üçün avtomat silahının verilməsi səbəbini bilmirdi. Mən onu bu məsələdən hali etdim: “Oleq ağıllı kişidir. O, bu silahı sənə təsadüfi olarsaq verməmişdir. O, bununla demək istəyirdi ki, silahı götür Vətənini qoru. Oxumaq gec deyi. Vətənini-Şuşanı xilas edəndən sonra sənin səsini dünyanın hər yerindən, eləcə də okeanın o tayından da eşidəcəyik:

 

Faiq Şükürbəyli,

Ədalət.- 2023.- 28 aprel. S. 5.