Heydər Əliyevin musiqi mədəniyyətimizdə silinməz izi

 

İnsan hisslərinin, düşüncələrinin əks olunduğu hər bir sənət əsəri mədəniyyət sahəsində yer alır. İstər ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq, memarlıq olsun, fərq etməz, özünü kainatın dərki yolunda ərsəyə gətirilən sənət nümunələri mədəniyyət sahəsində cəmləşir. Bu sahə yer üzündəki yaradıcı insanların fərqli işlər ərsəyə gətirərək dünya içində ayrı bir dünya yaratmağına bənzəyir. Sənətkarlar yaradılışdan həssas ruha malik olur. Təbii ki, hər insan diqqət qayğını önəmsəyir. Lakin yaradıcı insanların bu gözləntisi digər insanlara nisbətdə bir qədər fərqli olur. Onlar alqışın səsini həm ürəkləri ilə hiss etmək istəyir. Bəli, onları yaratmağa sövq ettirən ürəkləri ilə!

Dövlətimiz müstəqillik qazandıqdan sonra hər sahədə olduğu kimi, mədəniyyət sahəsində önəmli işlər görülüb. Yaradıcı insanlar sırasında professional musiqi sənətinin gözəl biliciləri yer alır. Milli musiqimizin dünyada tanınması, bəstəkarların, ifaçıların musiqişünasların fəaliyyətinin yüksək dəyərləndirilməsi sözsüz ki, müstəqil Azərbaycan dövlətinin yaradıcısı, əbədiyaşar lideri Heydər Əliyevin xidmətləri sırasına daxildir. Tarixi şəxsiyyət Azərbaycan incəsənətinin tərəqqisi inkişafı yolunda əlindən gələni əsirgəməmişdir. Azərbaycan mədəniyyəti onun sayəsində yüksəliş dövrü yaşamışdır. Musiqi mədəniyyətimizi xəzinə kimi qoruyub saxlamaq, onun müdrikliyini isbat edən amillərdən biri idi. Mənsub olduğu millətin sənətkarlarına göstərdiyi hörmət, ehtiram ümummilli liderimizin mənəvi ucalığından xəbər verirdi. Musiqi xadimlərimiz ulu öndərin timsalında bu sahənin qüdrətli dayağının varlığını hiss edirdi.

Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdurdeyən dövlət rəhbəri hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını diqqət mərkəzində saxlamışdır.Milli-mənəvi dəyərlərimizə qayğı dolu münasibəti böyük layihələrin ərsəyə gəlməsinə səbəb olmuşdu. Azərbaycanda ev muzeylərinin yaradılmasının təşəbbüskarı da məhz Heydər Əliyevdir.Sovet dövründə nüfuzlu teatrların səhnələrində, əzəmətli konsert salonlarında görkəmli bəstəkarlarımızın səhnə əsərlərinin tamaşaya qoyulması, əsərlərinin səsləndirilməsi onun şəxsi dəstəyi ilə həyata keçirilib.Heydər Əliyevin bir amalı vardı: “Qazanılan gəlir birinci növbədə mədəniyyətə sərf olunmalıdır. Çünki mədəniyyət hər şeydən üstündür.”Bu mükəmməl fikirlərin sahibi haqda qədər bəhs etsək sözsüz ki, yetərsizdir.

Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər”. Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən , mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməzMüşahidələrimiz onu göstərir ki, bu fikirlər bilavasitə onun həyat amalı, əqidəsi ilə üst-üstə düşüb.

Harada sənətə sənətkara hörmət varsa, o yerdə yazıb-yaratmağa həvəs var. Mədəni irsimizin himayədarı Heydər Əliyev həyatı boyunca görkəmli musiqiçilərlə yaxın ünsiyyətdə olar, bəstəkarlar vəmusiqişünaslar, ifaçılar haqqındaçoxdəyərli fikirlər səsləndirərdi. Musiqiçilərimizə diqqət qayğısı ilə daima ruh yüksəkliyi bəxş edərdi.Fəaliyyətinin bütün dövrlərində mədəniyyət xadimlərinə, musiqiçilərə xüsusi rəğbətlə yanaşardı. Milli musiqi mədəniyyətimiz musiqimizi dünyada tanıdan şəxsiyyətin varlığından güc alırdı. O, yalnız musiqi mədəniyyətinin inkişafı naminə qərar sərəncamlarla kifayətlənməmiş, həmçinin musiqi həyatının, mədəni tədbirlərin, yaradıcılıq proseslərinin, xalqlararası mədəni əlaqələrin, sənətkar yubileylərinin, yaradıcılıq görüşlərinin əsas təşkilatçısı, ən fəal iştirakçısı olmuşdur.

Yüksək mədəniyyətə malik olan xalq həmişə inkişaf edəcəkdevizi ilə dahi şəxsiyyətin dövlətçilik fəaliyyəti boyunca mədəniyyət siyasəti nəticəsindəmusiqi sənətinin inkişafı naminə vacib qərarlara imza atılıb. Mükafatlar, fəxri adlar, orden medallar sənətkarlara bir növ təşəkkür hədiyyəsi kimi hesab olunur. Dövlət olaraq biz sizin yorulmaz xidmətinizi, əziyyətini görürükanlamını daşıyır. O, özünəxas xarakteri ilə mədəniyyət xadimlərini yeni yaradıcılıq axtarışlarına ruhlandırmaq üçün zəhmətlərini çox yüksək qiymətləndirərdi. Bu incə yanaşım tərzi, bu həssasiyyət ulu öndərin zəka dərinliyindən qaynaqlanıb, yüksək alicənablığını ifadə edirdi.

Dahi rəhbərə ithaf olunan çox sayda musiqi əsərləri onun mədəniyyət qarşısında tarixi xidmətlərinə, vətən uğrunda fədakar fəaliyyətinə həsr olunub. Bu əsərlər sənətkarların ulu öndərə musiqi şeir dili ilə etirafıdır. Mən yaradıcı şəxs kimi öz növbəmdə xalqımızın böyük oğlu, türk dünyasının fəxri,“Heydər babakimi xatırladığım vətən xilaskarınaTürkün dədəsi Heydəradlı yaradıcılıq nümunəmlə onun mənalı ömür yolunu, vətənə millətə dəyərini, möhtəşəm tarixi şəxsiyyət kimi mənsub olduğu xüsusiyyətlərini musiqi-bədii ifadə vasitələri ilə çatdırmağa çalışmışam.

Ulu öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Bu fikrin sahibinə yalnız yalnız dahi adı yaraşır.

Dəyər verməyi bacaran hər insan verdiyi dəyər qədər üstündür, ucadır, böyükdür. Vəfat edən görkəmli bəstəkarların xatirələrinin əbədiləşdirilməsi üçün ev-muzeylərinin yaradılması, yubileylərinin təntənəli şəkildə qeyd edilməsi, respublikamızın iri şəhərlərində onların adına küçə, məktəb, mədəniyyət ocaqları, musiqi kollektivlərinin verilməsi dahi şəxsiyyətin adı ilə bağlıdır.İndi biz bu dəyərli şəxsiyyəti ömrün hər çağında xatırlayırıq, ehtiramla yad edirik.. Heydər Əliyev ilimünasibətilə xalqımızı təbrik edirəm. Qədirbilən millətimizin adından müasir Azərbaycanın memarına məkanında rahat uyumasını diləyirəm.

 

Aysel KƏRİM

Ədalət.- 2023.- 28 aprel. S. 5.