Hamının yerinə
ayrılıq yaşayan adam-
Əntiqə Kərimzadə yazır…
Təxminən 2012-ci il
olardı… Sosial şəbəkdə qarşıma bir imza
çıxdı- Esmira Məhiqızı. Birinci kurs tələbəsi idim.
Çox şeir oxuyan vaxtlarım idi. Harda xatirə dolu
şeirlər tapırdımsa,
həvəslə oxuyurdum. Esmira
Məhiqızının şeirlərini artıq təkcə
özüm üçün oxumurdum. Həzin mehə bənzər
şeirlərini auditoriyaya daşımağa
başlamışdım. Mənimlə bərabər tələbə
yoldaşlarımın bəziləri həmin müəllifin
şeirlərini həvəsələ gözləyirdilər. İlk oxuduğum şeirini əzbər
bilməsəmdə, həmişə bu misralar dilimdə
dolaşırdı:
“Sənə gözlərimdə yer saxlamışam,
bilirsən necədir sevda yerləri”.
Onun şeirlərini ya
mehə, ya da mavi səmaya bənzədirəm. Zahiri görkəmində
həmişə bir intizar görmüşəm. Elə bil
harasa tələsir. Bilmirəm,
bəlkə də elədir, bəlkə də
yanılıram… Hərdən mənə elə gəlir ki,
onun gözlərində yazılıb şeirləri. Gözlərinə
baxanda bilərsən ki, bu adam şeir adamdır…
Qəribədir, bu qədər gözəl şeir
yazan bir insan öz şeirlərini
səsləndirə bilmir. “Mənim qiraətim elə də
yaxşı deyil” bəhanəsi ilə gözünü
gözlərdən
qaçırır. Bütün şeirlərində
uşaqlıq, gənclik xatirələri
yatır. Özünün də dediyi kimi:
Ahh.. o Zəminənin, o Zəminənin
o qədər işıqlı xəyalı vardı…
o qədər xəyaldan danışardı ki,
Onu da bir qəfil ölüm apardı.
Bir ağrını bu qədər incəliklə
şeirə toxumaq üçün mütləq ki, söz
damı olmalısan. Elə
Esmira Məhiqızı
kimi…
Xəyyallarını ömür yollarında itirənlər,
ömrü duman olanlar da onun şeirlərində
yaşayırlar. Həmişə deyir ki, insanlar var ki, nəğmələri yarımçıqdı. Biri də
var heç nəğməsi olmayan insanlar…
Onun şeirləri İkinci Qarabağ savaşında
ömür nəğmələri yarımçıq qalan
igidlərə layla idi. Bəzən
öz yazdığının gerçəyindən qorxan
insan üçün belə şeirləri oxumq ,əlbəttə,
kədərlidir. Hələ
sevdalarını yellər aparmış gənc
qızların saçlarını öz şeirləri ilə
oxşayırdı Esmira xanım:
Hər xatirə filmindən sonra da,
Divarların nəm tərəfi üşüyür.
Saçlarımın deyirəm eyy,
sevgilim!
Saçlarımın dən tərəfi
üşüyür.
Hər söhbətimizdə “Qadam, mən xatirələrimi
yazıram. Gəncliyimi yazıram. O qədər gözəl xatırlayıram ki, Mehrini, Zəminəni,
qardaşlarımı…” deyirdi.
Həyatla mübarizəni nəğmələrə
bənzədər. Öz dediyi kimi:
Çox əski, çox qədim nəğmədi bu
həyat-
yaşam boz,
biz xəyal,
söz boyat!
Bütün yaşanmışlar xatirə olur. Esmira Məhiqızı
da həmin xatirələri sözə toxuyur, misra düzəldir,
misraları ağappaq vərəqlərə səpib şeir
edir.
Özü deyir ki, gəncliyimdə
sarıldığım doğmaları itirincə mən də
budaq- budaq oluram. Söhbətimizin ardını mən tamamlayıram: hə bir hissəniz xatirələrdə
qalır, bir hissəniz də şeirlərinizə sərilir.
O isə deyir ki:
“Və…
birdən də anlayırsan,
hamı bir- bir yoxa çıxıb-
sən hamının yoxluğusan”
Həyat digər peşə sahibləri
üçün standart
yaşam tərzindən ibarət ola bilir. Ancaq söz adamı
üçün heç də bu hal keçərli olmur.
Yaşadığın hər anın, hər günün rəngini
axtarırsan, hər hadisəyə məna verirsən.
Çox zaman sözdən asılı qalırsan .
İnsan ömründə xatirələrdən
başqa heç nəyi qalıcı hesab etməyən bu söz adamı xatirələrdən
başqa insanın heç nəyinin
olmadığını söyləyir:
yenə sarı yarpaqların köçündən..
gör nə qədər yazmadığım söz
keçir.
bu payızın
çiçəkləyən yerindən
sözə dönən bir balaca qız keçir.
Bəzən mənə
elə gəlir ki, dünyadakı bütün insanların
ayrılığını Esmira Məhiqızı
yaşayıb. Sanki hamının yerinə ayırlıq
yaşayan insandı bu adam. Ayrılığı o qədər
incə izah edir ki, insana elə gəlir ki, müəllif
heç kəsə zərrəcə ayrılıq
yaşamağa yer saxlamayıb. Bütün
ayrılıqları öz sinəsinə çəkib:
gəl, sən də quşlara dən ver,
gündən gün, qəmindən qəm ver,
görəndə.. gedənlər gəlmir,
gəlim də, sənin xətrinə.
İnsanlara buludlar kimi
baxır Esmira xanım. Həyatı nəğmələrə
bənzədir. Narın
yağışları uşaqların oyun qurmağı hesab
edir. Boz küləkləri isə Mehrili, Çiçəkli,
Zəminəli günlər sanır. Elə bilir ki, hər
göy üzünə baxanda insanlarla söhbətləşir,
hər melodiya səslənəndə yaşanmışlar
xatırlanır, hər yağış yağanda
uşaqlığı göz önünə gəlir,
baharın ortasında boz tufan görən kimi o balaca
qızcığazları səsləyir. Amma şeirlərində…
Elə şeirləri də ona cavab verir. Hamısı bir sətirdən
misra- misra dillənir. Dillərdə əzbərə
çevrilib göy üzünə qalxırlar, elə lap gedənlər
kimi…
Əntiqə Kərimzadə
Ədalət . 2025.- 14 noyabr (¹43).-S.10.