Sənin alın yazındı bu Vətən...
Hər bir
yeni kitab bir işıqdır,
bir nurdur. Və yer üzünü,
insanların qəlbini , ürəyini işıqlandırır! Adam var ki, bir gün kitab oxumasa, ürəyi partlayar. Bu mənada kitab bizə hava, su, çörək kimi çox lazımdır.
"Sənin alın
yazındı bu Vətən... " kitabı
da belə dəyərli,
unikal bir kitabdır. Bu kitab Azərbaycan
Aşıqlar Birliyinin
sədri, Əməkdar
elm xadimi, Dövlət
Mükafatı laureatı, " Şöhrət"
ordenli, professor Məhərrəm
Qasımlıya həsr
olunmuş elmi məqalələr, filoloji
dəyərləndirmələr, publisist yazılar, müsahibələr, müəllifə
həsr olunmuş şeirlər və təbriklər toplusudur.
Topludakı yazılar
təqribən son qırx
ildə Məhərrəm
Qasımlı- Orxan Paşa haqqında mətbuatda gedən , ekran- efirdə
yer alan materialların seçilmiş
örnəkləridir. Bu kitab görkəmli alim və şairin ömür yolu, elm və sənət axtarışlarının
əsas istiqamətləri , folklora, ozan-
aşıq mədəniyyətinə
qeyrətkeş və
qədirşünas münasibəti
barədə dəyərli
bir qaynaqdır.Onun da qeyd edək ki, kitabda bu yazının
müəllifinin də
professor Məhərrəm Qasımlı
barədə beş məqaləsi çap olunub.
Kitabı hazırlayan
Əməkdar mədəniyyət
işçisi Musa Nəbioğlu,
elmi redaktorları filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilova,
filologiya elmləri üzrə fəlsəfə
doktoru, dosent Altay Məmmədlidir. Yazımızı
professor Məhərrəm Qasımlının
( Orxan Paşanın)
bu fikirləri ilə tamamlayırıq:"
Əsl ziyalılıq
odur ki, sən dərbəndli olmadan tutduğun əməllər,
hərəkət və
davranışlarını görən Dərbənd camaatı elə bilsin sən də Dərbəndlisən
, lənkəranlı sən
Lənkərandan, gəncəli
səni Gəncədən,
naxçıvanlı səni
Naxçıvandan, qarabağlı
Qarabağdan, təbrizli
Təbrizdən, urmiyalı
Urmiyadan , zəncanlı
Zəncandan, borçalı
Borçalıdan, göyçəli
Göyçədən, şirvanlı
Şirvandan bilsin.
Sevginlə
,
əməlinlə Vətən boyda görünəsən , Vətənin
hər yerindən görünəsən ".
Emil Faiqoğlu
Ədalət. - 2025.-
19 sentyabr (¹35).- S.6.