Əbülfət Mədətoğlu - Bir kitab yenidən
görüşdürdü bizi
Söhbət "Nurlu yolun bələdçisi"-ndən gedir
Yaxın günlərin söhbətidir.
İndi əlimdə tutduğum
kitabı mənə ədəbiyyatımızın cəfakeşi, ədəbi
tənqidimizin ağsaqqalı
və sözün bütün mənalarında
ədəbiyyat üçün
yaşayan, ədəbiyyata
xidmət edən filologiya elmləri, doktor, professor Vaqif Yusifli – mənim dəyərli hocam bağışladı. Bu kitabı
da təqdim edəndə
dedi ki, “istəyirəm
bundan bir şey yazasan”.
Təbii ki, ustad sözü qanundur. Onun nədənini soruşmaq ən azından günah olar. Amma mən bilirəm ki, Vaqif müəllim hər kitab haqqında rica etməz. Ona görə də kitabı görəndə
daha doğrusu üz qabığındakı
şəkilə baxanda
mənə hər çey aydın oldu. Bu şəklin sahibi indi Tanrı
dərgahındadır. Özü
ilə təəbəssümünü
də apardı. Amma xatirələri qalb- sözü, söhbəti,
zarafatları yaşayır.
Elə buradaca bir haşiyəyə çıxım.
-Vaqif Yusifli ilə məni daha sıx bağalayan, aramızda sarsılmaz bir körpü yaradan məhz Tofiq Mahmud idi. Tofiq müəllim Füzuli rayonunun Gorazılı kəndində
doğulmuşdur. Onunla
mənim kəndimin arasında bir dağ var idi. Sanki hərəmiz dağın
bir üzündən bir- birimizə söykənmişdik, kürək-
kürəyə vermişdik.
Və Tofiq Mahmud günün istənilən
saatında mənə
telefon aça bilirdi, ərk edə bilirdi. Kiminsə yazısını
tapşırırdı. Təbii
ki, mən də ona eyni sayğı
və eyni güvənlə yanaşırdım.
Gah mənim iş otağımda, gah da onun “Azərbaycan" nəşriyyatının
2-ci mərtəbəsindəki əlyazmalarla, kitablarla, jurnallarla qalaqlanmış
güşəsində çörək
kəsirdik.
Bu tədbirlərin
əksəriyyətində Vaqif Yusifli də
iştirak edirdi. Bir detalı da xatırladım:
Vaqif müəllimlə
qarşılaşanda sağ
əlini qaldırıb,
“Tofiq Mahmuddan Mədətoğluna salamlar!”
deyirdi. Elə bu gün də
həmin “salamlar” yerindədir. Sadəcə
olaraq Vaqif müəllim həmin deyiminə kiçik bir əlavə edib:
- Tofiq Mahmudun ruhundan Mədətoğluna salamlar!
Qəribədir ki, Tofiq Mahmud da mənimlə
qarşılaşanda eyni
şövqlə:
-Vaqif Yusiflidən Əbülfət
Mədətoğluna salamlar!
-söyləyirdi.
Daha bir nüans:
Rəhmətlik dəyərli şairimiz, publisistimiz Tofiq Abdin də çox
böyük maraqla hər dəfə soruşurdu ki, “Mədətoğlu,
bu nə məsələdir Tofiq
Mahmud da, Vaqif Yusifli də səni ancaq özəl bir sevgi ilə
salamlayırlar.
Mən də zarafatla cavab verirdim ki, Qarabağ Azərbaycanın
Cənubunu artıq özünə birləşdirib.
Biz komanda yaratmışıq.
Bəli, qayıdıram əlimdə tutduğum kitaba. Bu kitab “Nurlu yolun bələdçisi”
adlanır. Uzun müddət “Azərbaycan”
jurnalında çalışmış,
o jurnalın məsul katibi kimi böyük
xidmət göstərmiş
Tofiq Mahmud bu kitabla yenidən ədəbi ictimaiyyətin
önünə çıxıb.
Mən kitabı vərəqlədikcə həm
Tofiqli günlərimi
xatırlayıram, həm
də onun qələmindən çıxan
yazıları təkrar
oxuyuram. Çox maraqlıdır
ki, Tofiq Mahmudun “Dünya gözəl dünyadır” adlı yazıısnı yenidən
oxuyanda unudulmaz Vaqif Mustafazadəyə yazıçı –publisist,
millət vəkili
Aqil Abbasın şeir
həsr etdiyini sanki kəşf etdim.
Tofiq Mahmudun “Ulduz” jurnalının 1980-ci
ildə çap olunmuş 12-ci sayında yer almış maraqlı və yaddaqalan yazısında bir hissəsindən istifadə etdiyi şeirdə deyilir ki:
… Bax, ondaca
Əl basıb and içiləsi,
Üz qoyulub öpüləsi,
Gözlərinə töküləsi
Torpağı ovuclayıb sıxırsan.
Barmağmın arasından
fışqırar.
Sonra , çalarsan, çalarsan,
çalarsan,
Özün də əriyib, qarışarsan nəğmənə…
Bu nümunəni
diqqətə ona görə çatdırıram
ki, bu günün oxucusu Tofiq Mahmud yaradıclığının ştrixlərindən
xəbərdar olsun. Bilsin ki, ömrünü sözə həsr etmi., qələminə söykənib yaşamış
Tofiq Mahmud Azərbaycan
mədəniyyəti, ədəbiyyatı
siravi insanı barəsində elə şövqlə yazırdı
ki, yazdığından həm
özü, həm də oxucusu ləzzət alırdı.
Görünür elə
onun bu xarakteri,
bu cizgisi hamımıza sevdirmişdi
Tofiq Mahmud şəxsiyyətini.
Bu sevginin izini Tofiq Mahmuda vida
yazmış və o vida sözlərinə bir yaşam qatmış hər kəsin imzasında sevmək mümkündür.
O vidaların arasında …
… Tofiq Abdin yazır:- Qocaman, sözün
kişi mənasında
zəhmətkeç bir
insan… Bütün tərəflərdən üstün
bir dost!
Vaqif Yusifli yazır:- O, əsl dost idi, çox vaxt bir yrdə
işə gələr,
bir yerdə də Əhmədliyə yol alardıq. Metroda söhbətlərimiz
yüz yerə səpələnərdi…
İntiqam Qasımzadə yazır:-Tofiq mənim
yadımda çevik, qıvraq, sağlam bir insan kimi
qalıb. Həmişə
də belə qalacaq.
Məmməd Oruc yazır:- Əl telefonunda
adın görəndə
onu qabaqlayırdım:
-Neçə dəqiqəyə
gəlirsən?
Ucadan gülürdü və deyirdi: “Darvazanı açıq qoy”
Mən xatirələri Azərbaycanın sayılan ,seçilən
qələm adamlarıdan
biri olan Şakir Yaquboğlunun bir cümləsi ilə davam etdirirəm:
-Tofiq az yazır, daha doğrusu o vaxt yazır ki, özü demişkən yazmaya bilmir.
Bu kitabda oxucuların özünə- sözünə
böyük sayğı
bəslədiklləri maraqlı
müəlliflərin xatirələri
yer alıb. Ona görə də bu kitabı oxumadan bütün, daha dorğusu bütöv Tofiq Mahmud ömrünü incələmək,
tanımaq mümkün
deyil. Mən bunu oxucuların ixtiyarına buraxıram.
Amma öz növbəmdə
Tofiq Mahmudun həyatını ktablaşdıran,
onu sevənlərə,
xatırlayanlara təşəkkür
edirəm.
Fikrimi şairə Nəzakət
Məmmədlinin Tofiq
Mahmudla bağlı yazdığı xatirənin
son cümləsi ilə
yekunlaşdırıram:
- Qəlbimizdə
Tofiq Mahmud adlı bir işıq, yaddaşımızda Tofiq
Mahmud çöhrəli bir
səmimiyyət aynası
qaldı.
Əbülfət Mədətoğlu
Ədalət.- 2025.- 19 sentyabr
(¹35).- S.8.