Qarabağ şikəstəsi”ynən götürün məni

 

Xanəndə Eynulla Cəbrayılovun ölüm ayağında son sözü bu olmuşdu

 

         ...50-ci illərin sözüdür. O vaxt Kürdəmirdə balaca bir mədəniyyət evi, yanında da sadə bir yay klubu vardı. Yerli sənətkarlar buna yarızarafatyarıciddikonservatoriyadeyirdilər. Rayonun az-çox tanınmış aşıq xanəndələri, tar-kaman ifaçıları sair tez-tez bu məkanda toplaşar, musiqi məşqləri ilə məşğul olar, çalıb-oxuyardılar.

 

         Xanəndə Əliyusif Qəniyevi, aşıq Pirməmmədli, aşıq Şakiri, aşıq Əhmədi, tanınmış aşıq Mirzə Bilalın oğlu aşıq Ağaları burada tez-tez görmək olardı.

 

         Növbəti musiqi məşqlərinin birində  görürlər ki, yeniyetmə  bir oğlan giriş qapısına söykənib ifaçılara maraqla tamaşa edir. Həmin oğlan aşıq Şakirin diqqətini cəlb  edir. Şakir oğlana səslənib deyir: A bala, orada niyə dayanmısan, bir yaxın gəl, görək sən kimsən, istəyirsən? Sonra da gülümsər halda sözünə əlavə  edir: Deyəsən, sənin   çalıb-oxumağa həvəsin var, ona görə belə maraqla baxırsan...

 

         Oğlan Şakirin mehribanlığından ürəklənib deyir: Bəli, həvəsim var, mən oxumaq istəyirəm.

 

         Bu vaxt xanəndə Əliyusif Qəniyev tarçalan Ələddinə üz tutub deyir: Bir Segah çal, çünki Segah muğamların anasıdır. Segahı oxuya bilsə, bu oğlandan oxuyan olacaq.

 

         Ələddin başlayır çalmağa, oğlan da oxumağa. Oğlanın səsi, oxumağı, boğaz xırdalıqları eşidənlərin xoşuna gəlir. Adını soruşurlar. Deyir adım Eynulladı, özüm Şüşün kəndindənəm...

 

         Aşıq Şakir sənət  yoldaşları Eynullaya məsləhət görürlər ki, tez-tez məşqlərə gəlsin, oxuyub-çalanlarla qaynayıb-qarışsın. Belə olur. Burada oxuyub püxtələşən gənc Eynulla bir müddətdən sonra aşıq Şakirin dəstəsinə qoşulur...

 

         Beləliklə, o vaxtdan Eynullanın sənət yolu başlanır. Əslində bu yol daha əvvəldən, Eynullanın  balaca yaşlarından başlamışdı. Belə ki, hələ uşaq ikən Eynullanın səsi kəndlərinin  lap yanından axıb gedən Kür sahilindən, sahil boyunca uzanan bağ-bağatlardan, tut yediyi ağacın budaqlarından başlamışdı. Bu yerlərdə gəzib dolana-dolana  oxuyan balaca Eynullanın zil səsi Kür sularında əks-səda verərək gedib kəndə çatırdı.

 

         Balaca Eynullanı kənd məktəbinin  tədbirlərində, hətta yeri gələndə kənd  toylarında da  oxudub ifalarından həzz alırdılar. Beləliklə  Eynulla kənd camaatının nəzərində gələcəyin xanəndəsi kimi böyüyürdü.

 

         ... Eynulla Cəbrayılov 1935-ci ildə Kürdəmir rayonunun Şüşün kəndində dünyaya gəlmişdi. Atasının  qəfil ölümündən bir neçə ay sonra doğulan Eynullanın uşaqlıq illəri çox ağır keçib. Bir tərəfdən müharibə, o biri tərəfdən   yetimlik onun  həyatında ağır izlər qoymuşdu. Buna  görə o, kənd məktəbində bir neçə  sinfi oxumaqla kifayətlənmiş, az  yaşında çörək  dalınca getməyə, ailəni dolandırmağa

 

1

 

 

 

məcbur  olmuşdu. Bu  yolda Allah vergisi olan səsi, fitri istedadı onun  dadına çatmış, karına  gəlmişdi.

 

         Eynulla 1952-ci ildən  ömrünün sonuna kimi Kürdəmir rayon Mədəniyyət  evində  çalışıb. Eyni zamanda  Respublikanın  musiqi həyatında yaxından iştirak edib. 1956 1957-ci illərdə Azərbaycan gənclərinin  I II  Festivallarının iştirakçısı olub. Bir müddət Azərbaycan Dövlət Filarmoniyasının konsert-qastrol birliyində  çalışıb.

 

         ...90 yaşlı həmsöhbətim, uzun illər Ağsu rayon Veteranlar təşkilatının sədri olmuş Cəmaləddin kişi dedi: 1961-ci ildə radioda respublika üzrə  bədii özfəaliyyət kollektivlərinin  konserti təşkil olunmuşdu. Həmin  konsertdə EynullaKimdən öyrəndin?” mahnısını oxudu, çox  gözəl oxudu, Kürdəmir rayonunu layiqincə  təmsil elədi. Elə o vaxtlardan istedadlı ifaçı kimi  tanındı.

 

         Cəmaləddin kişinın sözünə qüvvət olaraq  deyim ki, “Sevgilim, sən maral kimimisrası ilə  tanınmış həmin mahnını ilk dəfə Eynulla oxuyub, daha doğrusu Eynulla yaradıb:

 

                   Sevgilim, sən maral kimi

 

                   Süzməyi kimdən öyrəndin?

 

                   Ay qabağa siyah teli

 

                   Düzməyi kimdən  öyrəndin?

 

 

 

                   Kəklik kimi  qayalarda,

 

                   Ceyran kimi səhralarda

 

                   Sona kimi dəryalarda

 

                   Üzməyi kimdən  öyrəndin?

 

         Bu mahnı 65 ildən çoxdur ki,  radionunQızıl fond”unda saxlanılır.  İndinin özündə elə bir toy məclisi, el şənliyi yoxdur ki, orada Eynullanın bir vaxt sənət möhürü vurduğu həmin mahnı səslənməsin.

 

         Təkcə adını çəkdiyim mahnı deyil, Eynullanın qızıl fondda  onlarla mahnı təsnifləri, eləcə üç muğam dəstgahı var.

 

         Eynulla Cəbrayılov həm aşıq Şakirlə  birlikdə   həm ondan ayrılıqda Bakının, Abşeronun bir çox kəndlərinin  toylarında xanəndə kimi  iştirak etmişdi. O,  ayrı-ayrı rayonlarda da  yaddaqalan toylar aparmışdı. Hətta Orta Asiya respublikalarında, o cümlədən  Özbəkistanda, Türkmənistanda da bir neçə toylarda olmuşdu.

 

         Eynulla heç bir musiqi təhsili  almamışdı. Özünün dediyi kimi, yalnız böyük ustad Xan Şuşinskinin  bənzərsiz səsindən  ifalarından dərs alıb püxtələşmişdi. Ona “Qarabağ şikəstəsi”ni Xanın ifası sevdirmişdi. Elə  buna  görə idi ki, Eynulla toy məclislərində, el şənliklərində   rayon  tədbirlərindəQarabağ şikəstəsi”ni  həmişə  böyük fəxrlə, xüsusi bir  şövqlə  oxuyurdu. Mən  özüm  dəfələrlə bunun  şahidi olmuşdum. Ömrü boyu muğama ürəkdən bağlı olan bu sənətkar övladlarına da muğam adları vermişdi: Zabul, Mahur, Şahnaz...

 

2

 

         Bir gün aşıq Şakirlə əlaqədar rəhmətlik Xalq artisti, xanəndə Arif Babayevdən  müsahibə alırdım. Yeri gəlmişkən  Eynulla haqqında da soruşdum.  Arif müəllim dedi ki, Eynulla səsli  xanəndə idi.  Xanın yolu ilə  oxuyurdu. Həm ansamblın müşayiəti zamanı özünü sərbəst aparırdı. Çünki səsinə, ifasına güvənirdi.

 

Əlibaba Məmmədov, xanəndə, Xalq artisti: Bir gün  bir nəfər məni toylarına aparmaq üçün bizə gəlmişdi. Soruşdum ki,  haradansan? Dedi Kürdəmirdən  gəlmişəm. Kürdəmir adını  eşidəndə  dərhal Eynulla yadıma düşdü. Dedim, incimə, gedə bilməyəcəm.  Ona görə ki, sən Eynulla kimi xanəndəni orada qoyub, o qədər yolu durub gəlmisən bura. Getmədim. Gələn adam səhvini başa düşdü çıxıb getdi...

 

         Ağasəlim Abdullayev, tarzən, Xalq artisti: Uzun illər sənətə bağlı bir tarzən kimi xanəndələri, müğənniləri yaxşı seçə bilirdim. Eynulla da öz gözəl ifaları ilə mənim diqqətimi cəlb eləmişdi. Ona görə rəhbərlik etdiyim ansamblın eləcə   mənim müşayiətimlə üç muğam dəstgahını lentə yazdıq. O qədər yaxşı oxudu ki,  həmin dəstgahları köçürüb radionun da  qızıl fonduna verdilər.

 

         Xalq şairi Musa Yaqub:  Eynulla oxuyubsa hamısına öz sənət möhürünü vurub. Heç bir musiqi təhsili  görməyən, ömrü boyu mərkəzdən  xeyli uzaqda, sadə dillə desək,  əyalətdə yaşayan bu adam  yalnız öz istedadının, sənətə ürəkdən  bağlanmasının  hesabına tanınıb şöhrətlənmiş, layiqli sənətkarlar sırasında öz yerini tutmuş, öz  sözünü  demişdir...

 

         ... Son vaxtlar çox az görünürdü. Toylara, məclislərə  getməyə daha həvəsi qalmamışdı.  Xəstəlik bir tərəfdən, Qarabağın getməsi   bir yandan onu  tamam ruhdan  salmışdı.  Olduğu toyları, məclisləriQarabağ şikəstəsiilə başlayıbQarabağ şikəstəsiilə qurtaran Eynulla üçün  Qarabağ itkisi böyük dərd olmuşdu.

 

         1992-ci ilin sentyabrı idi. Həmişə deyib-gülən, necə deyərlər, musiqi dili ilə  danışan, şən zarafatları ilə  könül oxşayan Eynulla artıq  yatağa düşmüşdü.

 

         Oğlu Mahur deyir ki, ömrünün son günləri idi. Bakıdan bir  neçə müğənni dostları ona baş çəkməyə gəlmişdi. Bir xeyli oturub söhbətləşdilər. Xudahafizləşib gedəndə onlardan biri atamın  üzünə baxıb dedi: Ustad, bir ağızQarabağ şikəstəsioxuyarsanmı? “Çalışaramdedi oxudu. Bu, möcüzə idi: Yəni ağır xəstə ola-ola bu cür  gözəl oxuyasan?!

 

         Bir neçə gündən sonra atam dünyasını dəyişdi. Ölümündən əvvəl bizə son sözü bu oldu: “Qarabağ şikəstəsi”ynən götürərsiz məni”...

 

         Biz atamızın vəsiyyətini  yerinə yetirdik. Onu son mənzilə özünün ifasında olanQarabağ şikəstəsiilə yola saldıq...

 

                                                         ***

 

         Eynulla da Qarabağın azad  olunmasını  görə bilmədi. Amma Eynullanın da, Qarabağ nisgili ilə dünyadan gedənlərin ruhları şaddır. Şükürlər olsun ki, qədim   gözəl Qarabağ azadlığına qovuşub!

 

  Tofiq Abdullayev

 

  Ədalət $g 2025.- 19 sentyabr (¹35).- S.10.