Şuşalı gənc vokalistin sorağı İtaliyadan gəlir

 

Qarabağ təkcə vüqarlı dağları, qamçı-qamçı çayları, damcı-damcı bulaqları, zümrüd meşələri, təmiz havası ilə seçilmir, o, həm folkloru, musiqisi, poeziyası, incəsənəti ilə səciyyələnir. Bu yerin insanlarını şairanə edən, musiqiyə bələyən, söz çələnginə bükən, təmiz havadır, saf iqlimdir. Təbiətin gözəlliyi insanların içindən keçir. Bu gözəllik insanların həm daxili, həm zahiri dünyasını zənginləşdirir, onların təfəkkürünü cilalayır, fikrini aydınlaşdırır, mənəvi aləmini saflaşdırır, milli ruhunu ovxarlayır. Sözün kəsəri, kəsilən kəlmələrin dadı-duzu bununla bağlıdır.

 

Burada təbiət, relyef, coğrafiya, mühit milli mənəvi dəyərləri ziynətləndirir. İnsanların təbiətə sıx bağlılığını, təbiətlə qaynayıb-qarışmasını təbiət öz ədəb-ərkanı ilə qəbul edir onlardan heç nəyini əsirgəmir-ilahi səs, xoş avaz, fitri istedad, yaddaş itiliyi, fikir aydınlığı, sevgi dolu ürək, kamillik, bütövlük, torpaq istəyi....

 

Çox güman ki, Səmədin bədii təfəkkürünün cilalanmasına, səsinin saflığına, yaddaşının itiliyinə, həyatının kamilləşməsinə Şuşanın gözəl təbiəti, iqlimi təbii sərvətlərin zənginliyi böyük təsir göstərmişdir. Doğrudur, Səməd Şuşadan yüz km- uzaqda-Bakı şəhərində dünyanı tanıyıb. Bununla belə nəzərə almalıyıq ki, onun atası Şuşalıdır.

 

Səmədin hadisələrə yanaşma tərzindən hiss editrsən ki, onun damarında bir xısma, bir ovuc, bir qətrə olsa, Qarabağın ruhu, Şuşanın təmiz ab-havası var. Ruhu canı ilə doğma yurduna, Azərbaycana, Qarabağa, gözəl Şuşaya bağlılığı da bu xüsusiyyətlərdən bəhrələnir.

Tanıtma:  Səməd Novruzov 2003-cü ildə Bakı şəhərində dünyaya gəlib. Atası Əbülqasım Novruzov  Şuşa şəhərində uşaq futbol komandasını yaradan onu inkişaf etdirən tanınmış idmançıdır. Əslən şuşalıdır. Valideynlərindən çox gözəl tərbiyə alıb. Ədəb-ərkanı, insanlarala səmimi münasibəti, yüksək əxlaqi keyfiyyətləri ilə valideynlərinin layiqli övladı olub.

 

Səməd Bakı şəhərinəki Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin məzunudur.  Orta məktəb illərindən şeirə, musiqiyə, teatr tamaşalarına, idmana böyük həvəsi  olub. Məktəbdə oxuyarkən İslam SəfərlininGöz həkimitamaşasında baş roldaŞahbazov rolunda çıxış edib fəxri fərmanla təltif olunub. Bununla da Səmədin istedadlı bir vokalist kimi müsabiqələrdə, vestivallarda uğurlu çıxışlarına start verilib. Onun iştirak etdiyi tədbirlərin qazandığı nailiyyətlərin xronikasına qısa da olsa, nəzər yetirmək yerinə düşərdi. 2014-cü ildə Tükiyənin İstanbul şəhərində keçirilənGülən cocuqfestivalının şeir müsabiqəsində uğurla çıxış edib.

 

Sonralar özünü idmanın bəzi sahələrində sınayıb uğurlu nəticələr göstərib. Belə ki, Bakı-2015 ilk Avropa oyunları Əməliyyat Komitəsinin təşkil etdiyiNovruzfestivalında güləş yarışlarında fəxri fərmana, elə həmin ildə Bakı şəhər Gənclər İdman baş idarəsinin Şuşa məhəllələri arasında mini futbol turnirində onun komandası birinci yerə layiq görüldüyünə görə diploma, Şuşa rayon idman idarəsi şəhidlərin xatirəsinə həsr olunmuş sərbəst döyüş növü üzrə açıq Respublika turnirində üçüncü yer tutduğuna görə diploma, Təhsil Nazirliyi Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin andan olmasının 94-cü ildnümünə həsr edilmiş tədbirdə fəal iştirakına görə diploma  layiq görülüb.

 

Səmədin gözəl səsi olduğunu hiss edən atası 2018-ci ildə onu vokal sahəsi üzrə təhsil almağa yönəldib. Həmin vaxtdan da vokalist kimi fəaiyyət göstərir. Həmin ilin yanvar ayının 12-dən  martın 19-a kimi Moskva şəhərində keçirilən Beynəlxalq “TI super” layihəsinin iştirakçısı olub. Azərbaycan Gənclər fondunun maliyyə dəstəyi ilə həyata keçirilənİnklüziv Orkestrlayihəsində iştirakına görə sertifikat qazanıb. Azərbaycanda keçirilən EKSPO beynəlxalq sərgisində görüşdə Üzeyir HacıbəyovunSənsizromansını müvəffəqiyyətlə ifa edib fəxri fərmana layiq görülüb.

 

 Heydər Əliyev Mərkəzində keçirilən MDB dövlərlərinin tədbirində çıxışı alqışlarla qarşılanıb. “Mənim səsim  mənim hüquqlarım:  Parlamentdə müzakirəmövzusunda keçirilən tədbirdə fəal iştirakına görə UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardinin imzası ilə diploma,  xalq artisti,bəstəkar Tofiq Quliyevin 2018-ci ildə 100 illik yubileyinə həsr edilmiş konsert tədbirində fəal iştirakına görə Azərbaycan Respulikası Mədəniyyət Turizm Nazirliyinin diplomuna layiq görülüb.

 

Heydər Əliyev fondunun vitse- prezidenti Leyla xanım Əliyevanın dəvəti ilə  iki tədbirdə iştirak edib orada çıxışı alqışlarla qarşılanıb.

 

Ötən il çap olunanYazdım ki izim qalsınAzərbaycanın yeni istedadları kitabında onun haqqında məqalə dərc olunub   kitabın üz qabığında şəkli yer alıb.

 

2019-cu ildə Moskvada Kremlin Qurultaylar Sarayının səhnəsində X Beynəlxalq xeyriyyə festivalında (“Belaya Trost”) Radion Qazmanovla birlikdəMayakmahnısını ifa edib böyük alqışlarla qarşılanıb.

 

Səməd 2024-cü ilin noyabr ayında Bakı şəhərində keçirilən Beynəlxalq KOB-29 tədbirində iştirak edib tamaşaçıların rəğbətini qazanıb.

Əlbəttə, bu istedadlı vokalçının fəaliyyəti bununla bitmir. Əgər onun iştirakçısı olduğu uğur qazandığı tədbirləri ardıcıllıqla saysaq, uzun bir siyahı alınar. Ancaq onu deyə bilərik ki, onun iştirak etdiyi müsabiqələrdə, festivallarda, geniş konsert salonlarında  etdiyi çıxışlar bir qayda olaraq alqışlarla qarşılanır, sahib olduğu  mükafatlar, fəxri  fərmanlar, sertfikatlar, şübhəsiz ki, onun gələcəkli bir musiqiçi olduğundan xəbər verir.

 

Gənc vokalist Səməd Novruzov vətənpərvər musiqiçidir. Onun üçün vətən adi sərhəd dirəkləri ilə çəpərlənmiş torpaq sahəsi deyil. Vətən onun üçün ən müqəddəs məkandır. Vətən anadır, hələ anamızdan da bir köynək ötədir. Ona görə ki, anamızın da anası Vətəndir.

Səməd bir sıra xarici ölkələrdə Azərbaycan muzsiqisini, Azərbaycan incəsənətini ləyaqətlə təmsil edib. Hara gedibsə, harda olubsa ürəyində həmişə

 

Azərbaycanımızın portretini  gəzdirib. Həmişə vətənini düşünüb. Elə ən yaxşı uğurlarını da vətənini düşünəndə qazanıb.

Səməd Novruzov Bakı Musiqi Akademiyasını bitirib. Hazırda DOST  İnklüziv Yaradıcılıq Mərkəzində işləyir.

 

Yazı çapa gedərkən öyrəndik ki, Səməd Novruzov vokal təhsilini davam etdirmək üçün İtaliyanın Florensiya şəhərinə yola düşüb. Biz istedadlı həmyerlimiz Səməd Novruzova təhsilində gələcək işlərində yeni-yeni nailiyyətlər arzulayırıq.

 

 

Faiq Şükürbəyli

Ədalət.- 2025.- 19 sentyabr (¹35).- S.11.