Günay Əfəndiyeva: Günü-gündən Türk dövlətlərinin nüfuzu daha da artır, təbii şəkildə yeni tərəfdaşların marağını cəlb edir"

 

MİLLİ MƏCLİSİN DEPUTATI, MƏDƏNİYYƏT KOMİTƏSİNİN SƏDR MÜAVİNİ GÜNAY ƏFƏNDİYEVANIN MÜSAHİBƏSİ

 

 

- Günay xanım, son illərdə ölkəmiz diplomatik cəbhədə olduqca mühüm addımlar atmışdır. Vaşinqtonda imzalanan Birgə Bəyannamə, ardınca Minsk qrupunun ləğvi bu prosesin zirvəsi oldu. Sizcə, bu hadisələr regionun gələcəyinə necə təsir edəcək?

 

- Bu il avqustun 8-də Vaşinqtonda baş tutan üçtərəfli görüş, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birgə Bəyannamənin imzalanması, eyni zamanda sülh sazişinin paraflanması Minsk Qrupunun ləğvi məqsədilə ATƏT-in Baş katibinə birgə müraciətin ünvanlanması - böyük tarixi hadisələr idi. O gecə ekranlardan izlədiklərimizi biz illər öncə təsəvvürümüzə gətirə bilməzdik.

 

Digər tərəfdən, sentyabrın 1-də Avropa Təhlükəsizlik Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qəbul etdiyi qərarla Minsk qrupunun fəaliyyətinə ona bağlı bütün strukturlara artıq son qoyuldu. Bu qrup uzun illəri əhatə edən səmərəsiz fəaliyyəti ilə birlikdə artıq, arxivə keçdi.

 

Bütün bu böyük əhəmiyyətli hadisələri ölkəmizin tarixinə Prezident yazdı. O, necə ki, 5 il öncə hərbi strategiyası ilə döyüş meydanında Azərbaycana Zəfər qazandırdı, eləcə bugün diplomatik səriştəsi ilə sülhü təmin etdi. Həm tək ölkəmizdə deyil, bütövlükdə regionda.

 

Birgə Bəyannamə sənədi Azərbaycan Ermənistan ilə yanaşı, bütövlükdə Cənubi Qafqazda yeni siyasi reallığın əsasını qoyur. Çünki sözügedən razılaşma ölkəmizin uzun illər boyu irəli sürdüyü ədalətli mövqeyin sülh təşəbbüslərinin beynəlxalq müstəvidə qəbul olunmasının təzahürüdür. Bu fakt həm Azərbaycanın diplomatiya sahəsində qazandığı üstünlüyün bariz göstəricisidir. Əgər 1990-cı illərdə işğal ədalətsizliklə üzləşən Azərbaycan zəif tərəf idisə, bu gün o, həm hərbi, həm siyasi gücü ilə regionda əsas söz sahibinə çevrilib.

 

- Əgər gələcəkdə Ermənistan imzalanan razılaşmadan yayınarsa, sizcə, bu hansı nəticələrə səbəb ola bilər?

 

- Düşünürəm ki, bu cür davranış, ilk növbədə, Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında etibarını sarsıdacaq.

 

Cənab Prezident avqustun 26-da Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalında yayımlanan müsahibəsində həmin məsələ ilə bağlı öz fikirlərini səsləndirdi. Dövlət Başçısı ABŞ-ın, Avropa İttifaqının, Türkiyənin ərəb ölkələrinin sülh razılaşmasını dəstəkləməsini xüsusi qeyd etdi. Daha sonra digər bir çox dövlətlər ilə yanaşı, ATƏT daxil olmaqla müxtəlif beynəlxalq təşkilatlar Azərbaycan Ermənistanın sabit qonşuluq münasibətlərinə doğru atdıqları addımı alqışladılar.

 

Artıq Azərbaycanın diplomatiyası sərhədləri aşaraq geniş dünya arenasında qəbul edilir. Düşünürəm ki, bu, eyni zamanda, Ermənistan üçün ciddi mesajdır: beynəlxalq ictimaiyyət münaqişənin davam etməsini deyil, əmin-amanlığın bərqərar olmasını istəyir.

 

Ermənistanın gələcəkdə razılaşmadan geri çəkilməsi onun üçün diplomatik geosiyasi təcrid yarada bilər. Azərbaycan isə suverenliyini milli maraqlarını qorumaqda qətiyyətlidir.

 

Digər tərəfdən, Ermənistan Konstitusiyasında olan bəzi ziddiyyətlərin aradan qaldırılması da vacibdir. Bu, həm , ölkənin regional əməkdaşlıqda etibarlı tərəfdaş kimi çıxış etməsi üçün mühüm şərtdir.

 

Baxın, Azərbaycanla sülh sazişinin imzalanması, Ermənistan üçün Türkiyə ilə sərhədlərin açılmasına, Pakistanla diplomatik əlaqələrin qurulmasına zəmin yaratdı. Yəni əldə olunan razılaşma, Ermənistanın həm iqtisadi yüksəlişinə, həm xarici siyasətdə möhkəmlənməsinə dair geniş imkanlar açır.

 

- Siz az öncə dövlət başçısının "Əl-Ərəbiyyə" telekanalında yayımlanan müsahibəsinə istinad etdiniz. Bu müsahibə qlobal medianın gündəmində önəmli hadisələrdən biri oldu. İstərdim elə ordan davam edək.

 

- Cənab Prezident hər zamankı kimi ona xas olan mərdlik cəsarətlə öz çıxışında tarixi həqiqətləri hazırkı siyasi mənzərəni təqdim etdi. Bu müsahibə həm mövcud vəziyyəti, həm gələcəyə baxışı əks etdirən son dərəcə mühüm məqamlarla zəngin idi.

 

Prezident çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin kökünə diqqət çəkərək onun səbəblərini, nəticələrini bugünkü həqiqətləri bir daha çox açıq şəkildə izah etdi. O, bir tərəfdən tarixi ədalətsizliyi - Azərbaycan ərazilərinin işğalını, qaçqın məcburi köçkünlərin taleyini, Xocalı soyqırımını etnik təmizləməni yenidən xatırlatdı, digər tərəfdən isə Azərbaycanın güclənməsi ilə yaranan yeni reallığı vurğuladı. Bütün bunlar, keçmişin bugünün gerçəklikləridir. Bunlar yaşanmışdır, yaşanmaqda olanlardır.

 

- Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizi layihəsi ilə bağlı fikirlərini səsləndirdi. Bu layihənin reallaşmasının ölkəmiz bütövlükdə region üçün önəmi barəsində deyə bilərsiniz?

 

- Bu gün hamı Zəngəzur dəhlizindən danışır. Amma mən 5 il əvvəli xatırlayıram. Bu ifadəni  uzagörənliklə 44 günlük müharibənin yekunlarını təsdiqləyən 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəaları arasına ümumiyyətlə, ilk dəfə siyasi leksikona daxil edən Prezident İlham Əliyev olmuşdur.

 

Dövlət başçısı özü çıxışı zamanı vurğulamışdı ki, məhz onun təkidi ilə həmin bənd Birgə Bəyanata salınmışdır.

 

Əslində bilirsiniz ki, Zəngəzur  koridoru çox kiçik bir məsafəni əhatə edir. Sadəcə 42 km. Amma bu kiçik məsafə, regional beynəlxalq baxımdan olduqca böyük əhəmiyyətə malikdir.

 

Bütün Cənubi Qafqazı mühüm bir ticarət, nəqliyyat logistika qovşağına çevirməyə qadir olan strateji bir təşəbbüsdən söhbət gedir. Hətta, bu layihə daha geniş miqyaslı inteqrasiyanı nəzərdə tutur.

 

Bizim üçün ən mühüm məqamlardan biri odur ki, bu koridor Türkiyə ilə Orta Asiyanı birləşdirir. Yəni Zəngəzur dəhlizinin açılması Türk Dünyasının birliyinin, yeni güc mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi deməkdir.

 

II Qarabağ müharibəsindən sonrakı dönəmdə Azərbaycan Türkiyə bu layihənin gerçəkləşməsi üçün böyük siyasi iradə texniki hazırlıq ortaya qoymuşdur.

 

Ancaq bildiyiniz kimi, Ermənistan bu məsələ ilə bağlı uzun müddət qeyri-konstruktiv mövqe nümayiş etdirmişdir. Bu səbəbdən ABŞ-ın, Prezident Donald Trampın onun administrasiyasının vasitəçiliyi ilə məsələ beynəlxalq gündəliyə daşındı. Azərbaycan tərəfi açıq mesaj verdi ki, dəhlizin fəaliyyəti yalnız Ermənistanın zəmanətləri ilə məhdudlaşmamalıdır, bunun üçün güclü beynəlxalq təhlükəsizlik təminatları da tələb olunur.

 

Dəhlizin inşası cənab Prezidentin öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan tərəfindən 1 il ərzində tam şəkildə həyata keçirilə bilər. bu, hər kəs tərəfindən qəbul olunan bir həqiqətdir, çünki Azərbaycan Qarabağda həyata keçirdiyi irimiqyaslı işlər ilə öz quruculuq əzmini artıq sübut edib. Hər yeni gün vətəndaşlarımız Qarabağa qayıdır. Orada yaşayan fəaliyyət göstərən sakinlərin sayı artıq 50 mindən çoxdur.

 

- Dövlət başçısı müsahibəsində Türk Dövlətləri Təşkilatının böyük potensiala malik olmasına diqqət çəkdi. Bu, az öncə Sizin vurğuladığınız Türk Dünyasının birliyi mövzusuna bir daha işıq salır.

 

- Bəli, Türk Dövlətləri Təşkilatı unikal bir strukturdur. Yəni bu, ortaq köklər, ortaq tarix, ortaq mədəni-mənəvi bağlarla birləşmiş nəhəng bir platformadır. Dünyanın siyasi xəritəsində çox az belə nümunələr var.

 

Günü-gündən Türk dövlətləri arasında inteqrasiya daha da intensivləşir biz yeni təşəbbüslər, yeni layihələrlə qarşılaşırıq.

 

Növbəti nümunələrdən biri kimi, qısa zaman öncə, avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikası, Türkmənistan Özbəkistan Respublikasının dövlət başçıları arasında yüksəksəviyyəli görüşün keçirilməsini göstərə bilərik.

 

Görüş həm ikitərəfli, həm çoxtərəfli layihələrlə ölkələrimiz, ümumilikdə region üçün müsbət nəticələri ilə yadda qaldı. Məsələn, Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ şəhəri arasında qardaşlıq körpüləri salındı. Eyni zamanda azad Füzulidə qardaşlıq bağlarımızın digər bir örnəyi kimi Türkmənistan tərəfindən məscid inşa ediləcək. Beləliklə, Özbəkistan, Qazaxıstan, Qığızıstan, Macarıstanla yanaşı, Türkmənistan da Qarabağda yenidənqurma işlərinə öz töhfəsini verəcək.

 

Türkmənistanla əməkdaşlığımızın bir çox sahələrdə dərinləşdirilməsi Türkmənbaşı şəhərində beynəlxalq hava əlaqələrimizin inkişafına dair Anlaşma Memorandumunun  imzalanması ilə bir daha təsdiq olundu.

 

Həmçinin, görüş çərçivəsində nəqliyyat-logistika sahəsində üçtərəfli sənədin imzalanması regionun tranzit potensialının daha da gücləndirilməsinə, Orta Dəhlizin imkanlarının genişləndirilməsinə xidmət edəcəkdir.

 

Xatırlayırsınızsa, iyul ayında  Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı, sənaye, gəmiçilik, təhsil, sosial müdafiə, ətraf mühitin mühafizəsi məsələləri daxil olmaqla bir çox sahələrdə birliyini əhatə edən sənədlər mübadilə olundu.

 

Eyni zamanda, Sumqayıt şəhəri ilə Daşkənd vilayəti, Qəbələ Nəvai şəhərləri arasında qardaşlaşma münasibətləri quruldu.  Beləliklə, Azərbaycan Özbəkistanın qardaş şəhərlərinin sayı artıq 13-ə yüksəldi.

 

Düşünürəm ki, sadaladığımız addımlar iqtisadi əməkdaşlıq ilə yanaşı, həm ölkələrimiz arasında strateji tərəfdaşlığın ümumiyyətlə, Türk Dünyasının həmrəyliyinin möhkəmlənməsində mühüm rol oynayacaqdır.

 

Fikir verin, günü-gündən Türk Dövlətləri Təşkilatının nüfuzu daha da artır, təbii şəkildə yeni tərəfdaşların marağını cəlb edir. Niyə? Çünki Türk Dövlətləri Təşkilatının təməlində süni mexanizmlər deyil, ortaq mədəni kodlar milli dəyərlər dayanır.

 

bu da bir reallıqdır ki, Azərbaycan, öz tarixi köklərindən, dilindən, mədəniyyətindən birliyi qorumaq iradəsindən qaynaqlanan gücü ilə Türk Dövlətləri Təşkilatının aparıcı ölkələrindən birinə çevrilmişdir.

 

Prezidentin vurğuladığı kimi, Azərbaycan ilə Türk Dövlətləri Təşkilatının üzvləri arasında strateji tərəfdaşlıq müqavilələri, bəyannamələr imzalanmışdır. Yəni Azərbaycan bu birliyi möhkəmləndirmək üçün konkret addımlar atır. Bunlar kağız üzərində qalacaq sənədlər deyil - hər biri gələcək üçün bir yol xəritəsidir. Türk dünyasının gələcəyinə verilmiş söz ümidlərdir.

 

 

Günay Əfəndiyeva

 

Ədalət.- 2025.- 12 sentyabr (¹34).- S.9.