MUSA URUD
80-ci ILLƏR ƏDƏBİ
NƏSLİNİN POEZİYASI MÜSTƏQİLLİK
İLLƏRİNDƏ
Müstəqillik illəri Azərbaycan poeziyasının formalaşmasında,
zənginləşməsində Musa Urud yaradıcılığı
bu və ya digər dərəcədə
müsbət rol oynamışdır. XX əsrin
80-ci illərinin ikinci
yarısında ədəbiyyata
gələn Musa Urud özünü bir şair kimi
90-cı illərdə təsdiq
etmişdir. Azərbaycan
ədəbiyyatının Qərb
bölgəsini təmsil
edən şairin ilk kitabı 1994-cü ildə Bakıda nəşr edilmişdir. Daha sonra ardıcıl
olaraq onun
90-cı illərdə “Tanrı
şam yandırıb”
, “Ömürdən 101 şeir”,
“Üzü haqqa gedirəm” adlı şeir kitabları çap olunmağa başlamışdır. İlk
şeirləri Vətənin
təbiəti, gülü-çiçəyi
ilə bağlı olan şairin sonrakı
dönəmlərdə başlıca
mövzusu Vətənin
ağrı-acıları, onun
düşmənə qarşı
mübarizəsi, Qarabağ
dərdi və s. olmuşdur.
Musa Urud yaradıcılığının
müxtəlif mərhələlərində
sırf təbiət şeirləri yazıb. Kiçik yaşlı uşaqlar və məktəblilər üçün
nəzərdə tutulmuş
bu tip şeirlər
sonralar “Vətən and yerimiz” adlı
dərs vəsaiti kimi də dərc
edilir. “Zəncirotu”, “Yemişan”,”İtburnu”,”Kəklikotu”, “Yay tətilində”, “Tut ağacının qış
yuxusu”, “Yarpaq”, “Niyə yağış yağır” və s. kimi şeirlər onun təbiətə sevgisindən yaranıb. “Sevin bu təbiəti”
başlığı altında
toplanan bu şeirlər uşaqların
mənəvi dünyasının
formalaşmasında, təbiəti
sevməsində, onu qorumasında, bizcə, mühüm rol oynayar:
Təbiət bir anadı,
Övladıyıq onun
biz.
Bulaqlar ana südü,
Doğma
Vətən nənnimiz.
Pedoqoji elmlər
doktoru, professor Əjdər Ağayev yazır: “ Bədi yaradıcılığa ötən
əsrin 80-ci illərində
başlayan Musa Urud ilk şeirlərindən
özünəməxsus sözü,
nəfəsi, deyim tərzi, obrazlı poetik lövhələri ilə diqqəti çəkmiş, istedadlı
şair kimi təqdir edilərək ədəbiyyata
qədəm basmışdır”.
Musa Urudun
yaradıcılığında məhəbbət şeirləri
də kifayət qədərdi. “Hər nə varsa...” şeir kitabında onun məhəbbətə
həsr etdiyi şeirlər “Sevgiyə gedən yollar” başlığı altında
toplanmışdır. “Yeri
var”, “Nağıl”, “Necə qoruyaydım”, “Yol ayrıcında”, “Məndən sonra”, “Qayıtma”, ”Qayıt gəl” kimi onlarca şeir şairin lirik qəhrəmanının mənəvi
dünyasını tərənnüm
edir. Lakin bu məhəbbət şeirlərinin çoxu
itirilmiş Vətəni
də təsvir edir. Şair nədən, kimdən, hardan nə yazırsa yazsın ordan mütləq Vətən həsrəti
də boylanır:
Tutub yaşamağa umud qalmadı,
Ruhum qışlamağa bir yurd qalmadı,
Musaya o boyda Urud qalmadı,
Necə qoruyaydım bu məhəbbəti?!
Başqa
bir şeirində şair yenə pıçıldayır: “Nə
bu eşqi, nə Urudu,// Nə yarıtdım,
nə unutdum,// A gözlərim, o buludu, // Sıxım dağlara-dağlara!”...
Müstəqillik illərində şairin
yaradıcılığında başlıca yeri Müstəqillik uğrunda
gedən mübarizə,
20 Yanvar qırğını,
Qarabağ problemi, həmçinin qədim Azərbaycan torpaqları olan Zəngəzur, İrəvan, Göyçə
gölü kimi ərazilərin erməni vəhşiliyinin qurbanına
çevrilməsini əks
etdirən şeir-poemalar
tutur. Dədə-baba yurdu olan Zəngəzurun
Urud kəndindən didərgin düşməsi
şairi yaradıcılığı
boyu izləyir:
Yüz on evli, yüz min yaşlı Urudum,
Sənin üçün darıxmışam, a yurdum...
... Babəklərsiz qalıb “Babək
qalası”,
Bu qisası alasıyam, alası...
Bu şeir haqqında Əjdər Ağayev belə yazır: “Doğulduğu Urud kəndinə həsrətlə
boylanan şair ata-ana yurdun təsəllisini bu doğma adı öz adında yaşatmaqla, bir də çağlayan qəlbindən süzülən
arzulu, inamlı misralarda tapır”.
Azərbaycan torpaqlarında Ermənistan
dövlətinin yaranması
ilə heç cür barışmayan
şair bir gün geri dönəcəyini
poetik şəkildə
tez-tez vurğulayır:
Qızıl lalə yanağında qan olub,
Sarı sünbül damağında tam olub,
Ata-baba ocağımda
şam olub,
Gecə-gündüz yanasıyam,
yanası,
Doğma yurda dönəsiyəm, dönəsi!
Hələ ki, şairin şeirlərində
yaşayan böyük Zəngəzur
eli, Urud kimi yüzlərlə kənd düşmən, yağı əlindədir.
Lakin Musa Urud inamla bildirir ki, “Bu yurdu yağıya verməyəcəyik!”
Xalq şairi Nəriman Həsənzadə yazır:
“Musa Urud taleyi olan şairdir. Urud onun Vətənidir,
taqrixi keçmişi,
işıqlı gələcəyidir...
Bu balaca Urud kəndi cildlərə sığmır. Musa Urudun
humanizmi, insansevərliyi
onun şeirlərini əl-əl, sözlərini
könül-könül gəzdirməlidir.
Gəzdirir də”.
“Gördüm
səni Göyçə
gölü, // Düşmədi
kölgəm üstünə...//
“Gördüm səni
Ağrı dağı,
Qoşun çəkdi
qəm üstümə...//
Gördüm səni Yazı düzü, Qalmayıb bir dən üstündə...”-
deyən şairin Vətən həsrətli
şeirləri yetərincədir.
“Gəl gedək dağlara”, “Bu dağın
dalı”, “Kədərimə
söykənən dağ”,
“Dağlar yıxılmasın”,
“Didərginlik”, “Bir parça
Vətən torpağı”
kimi şeirləri bu qəbildəndir. Şair üzünü dağlara tutaraq öz həsrətini, qəm-kədərini, vətənsizliyini
dilə gətirir, Vətən dağlarını
insaniləşdirib onunla
dərdləşir.
20 Yanvar faciəsinə həsr etdiyi “Gedirəm şəhid olmağa” şeiri xüsusilə diqqəti çəkir. Şair Vətənin Azadlığı,
Müstəqilliyi, Bütövlüyü
üçün şəhid
olmağa hazırdı.
“Vətən-qibləgahım, Azadlıq- andım,// Bilirəm bu yolun qapısı
qandı,// Məni Bayraq kimi torpağa
sancın,// Gedirəm
bu yolda şəhid olmağa!”.
Musa Urudun özü şeir haqqında yazır: “Mənim düşüncəmə görə
əsl şeir bir neçə keyfiyyəti özündə
birləşdirməlidir: şeirdə
orjinal fikir olmalıdır, şeirdə
hər oxucunun öz düşüncəsincə
dəyərləndirdiyi sirli
məna qatı olmalıdır, şeirdə
qığılcım, daxili
enerji və hərəkət olmalıdır...” Bu mənada Musa
urudun orjinal misraları, hər şeirin öz məna yükü və daxili enerjisi oxucusuna da siyarət eləyə bilir.
Musa Urudun çap olunmuş beş poeması var. Onun dördü Azərbaycan xalqına qarşı törədilən erməni
vəhşiliyindən, digəri
isə Çeçen
xalqının azadlıq
arzusundan bəhs edir. “Bu dəstə hara gedir” poeması 1988-ci ilin dekabrında Qərbi Azərbaycandan - Zəngəzur mahalının
Urud kəndindən zorla çıxarılan
107 nəfərin qarşılaşdığı
müsibətləri əks
etdirir. Şimali Azərbaycana gələndə
artıq onlar zəngəzurlu, urudlu yox, “Didərginlər” adlanırdılar. Real həyat
hadisələri ilə
zəngin olan, obrazlılığı, bədii
sənətkarlıq siqləti
ilə seçilən,
fərqlənən bu
poema şairin poetik
yaradıcılığnda və ədəbiyyatımızda
xüsusi yer tutur.
İti zəncirdə qalmış,
Kütü təndirdə
qalmış,
Başı kəndirdə
qalmış
Bu dəstə
hara gedir?!
Nəriman Həsənzadə qeyd
edir ki, “...Bu poema müasir poeziyamızın
şah əsərlərindəndir”.
“Urudlular” poeması şairin doğulduğu kəndin tarixindən, yaxın keçmişindən,
ağzı dualı nənələrdən, babalardan,
bütün Azərbaycana
səpələnmiş, hər
birisinin ürəyində
Urud boyda həsrət olan urudlulardan söhbət açır.
Tarix – Vətən, Vətən- Tarix idi Urud.
Daş üstündə daşa dönmüş
Torpaq altda yatan
tarix idi Urud!
“Qarabağ balladası” və “Savaş deyir” poemaları Birinci və İkinci Qarabağ müharibələrinin əks-sədasıdır.
“Daha səbir qalmayıb, Dözümün
dözümü yox,// Bu şeytan düyününü
kəsməsən çözümü
yox!”- deyən şair “Savaş deyir” poemasında İkinci Qarabağ müharibəsindən, Ali Baş
Komandanın səfərbərlik
əmrindən, Xalqın
qeyrətindən, hərbiçilərin
qəhrəmanlığından poetik boyalarla real, təbii və səmimi lövhələr
yaradır.
Dildə
dua, əldə Quran savaş deyir,
Ali rəhbər,
baş komandan savaş deyir!
Diz
səngərdə, göz
hədəfdə, əl
tətikdə,
On milyonluq Azərbaycan savaş deyir!
Birinci Qarabağ müharibəsindən
fərqli olaraq İkinci Qarabağ müharibəsində Xalq-Dövlət
birliyi öz bariz nəticəsini göstərdi. Bu birlik Böyük Zəfəri,
Qələbəni təmin
etdi. Yağı düşmən qovuldu, yurdlar azad oldu
və azad nəfəs almağa başladı.
Musa Urud ictimayi-siyasi hadisələrə
vaxtında və yerində öz poetik sözünü deyə bilən şairlərimizdəndi. Onun
Milli qəhrəmanlarımız haqqında onlarca poetik düşüncələri
var. “Paşam hey!”, “Bir igid”,
“Oxşama”, “Son döyüş”
kimi şeir parçaları igid döyüşçülərin qəhrəmanlıq salnaməsidir:
Ruhun-torpaq, Andın-Vətən,
Qayıtmadın son döyüşdən.
Ölümü öldürüb,
ölən,
Bu dərddimi, şöhrətdimi!?
Şair,
publisist Əkbər Qoşalı Musa urudun poeziyasından söz açarkən yazır:
“Musa Urudun poetik dünyası milli dəyərlərə,
bəşəri düşüncəyə
və bunlarla yanaşı, özünəməxsus
üsluba malikdir. Şair-Millət vəkilinin
yaradıcılığı oxucunu həm düşünməyə, həm
də, necə deyərlər, hiss etməyə
sövq edir, toplumdakı mənəvi-əxlaqi
qayğılara çəkir”.
Bu bir həqiqətdir
ki, Musa Urud vətənpərvər
şairdir. Vətənini,
torpağını, xalqını
sevən şair onu bütün misralarında əks etdirərək əbədiləşdirə
bilib.
Taleh Şahsuvarlının Musa Urud
haqqında yazdığı
məqalədə bir
fikir diqqətimi çox çəkdi: “Bizim, bütün cəmiyyətimizin Zəngəzur
ruhunu diri saxlayan insanlar arasında əlimizi tuşlaya biləcəyimiz
adamdır Musa Urud – İnsan kimi, Ziyalı kimi, Ədib kimi, Deputat kimi...” Daha sonra gənc tədqiqatçı yazır:
“Azərbaycanın heç
bir ziyalısı, içində işıq
olan heç bir kimsə Vətən davasına çıxanda təmənna
güdməyib. Təmənnamız
– fədəkarlıq, fədəkarlıq
- əzmimiz olub”.
Beləliklə, Musa Urud yaradıcılığı,
xüsusilə poeziyası Müstəqillik
dövrü Azərbaycan
ədəbiyyatında özünəməxsus
yer tutmaqdadır. O bu yeri öz
taleyindən, didərgin
həyatından, ağrı-acısından,
Böyük Zəngəzur
elindən, torpağından,
onun tarixindən yazaraq qazanmışdır.
Real həyat hadisələrini,
gerçəkliyi təbii,
səmimi şəkildə
əks etdirən bu əsərlər daima diqqət mərkəzində olmuşdur.
Erməni vəhşiliyini,
acgözlüyünü, qəddarlığını
tək poeziyasında deyil, həm də tarixi əsərlərində, siyasi
fəaliyyətində, çıxışlarında
sərgiləyən Musa Urud
Böyük Sözün
ucalığına yüksələ
bilmişdir, -desək,
səhv etmərik!
BAHAR BƏRDƏLİ
Filologiya elmləri doktoru
Ədalət.- 025.- 12 sentyabr (¹34).- S.12.