ƏLİBALA
HACIZADƏ-90
«Çox vaxt
məndən soruşurlar
ki, niyə səni uşaq da, cavan da,
qoca da, qadın da, kişi də-bir sözlə, hamı belə
çox istəyir? Mən uzun müddət
bu cür sorğulara cavab vermirdim, ancaq bu sualları verənlərin çox olduğunu görüb indi deyirəm; çünki mən bütün insanları, sizin hamınızı ülvi, təmannasız bir məhəbbətlə
sevirəm; çünki
mən sevənlə sevmişəm, ölənlə
ölmüşəm, ac
qalanla ac, susuz qalanla susuz
qalmışam; ona görə siz məni belə çox sevirsiniz, sevməyə bilməzsiniz;
çünki yazılmamış
bir qanundu: sevməsən, sevilməzsən».
Bu sətirlərin
müəllifi görkəmli
yazıçı, ədəbiyyatşünas,
Azərbayjan oxucularının
sevimlisi Əlibala Hajızadə idi.O,
yetmişinji illərin
ən populyar yazıçısı idi
və bunu gizlətmək lazım deyil. Təkcə əsərlərinin geniş
oxucu auditoriyası əldə etməsinə
görə deyil, həm də bu yazıçının
bir insan və sənətkar kimi sevilməsindəydi bu populyarlıq. «Mən çətin, əzablı, sıxıntılı
bir ömür yaşamışam. Həyatım
boyu gördüklərim,
yaşadıqlarım, çəkdiklərim
bəlkə də iki-üç insan ömrünə bəs edər»- bu sözləri Əlibala Hacızadə 70 yaşı
olanda-iyirmi il
əvvəl söyləmişdi.
Təbii ki, əsl yazıçı ömrü başlanğıcdan
sonadək belə əzablı, sıxıntılı
keçir, dünyada fiziki ömrü «xoşbəxtlik» sözü
ilə uyğunlaşan
yazıçılara nadir
hallarda təsadüf edərsiniz. Amma bu əzablı, sıxıntılı ömür
yazıçının istedadı
və şəxsiyyətinə
heç bir xələl gətirməyib.
«Ümumiyyətlə, həyatda
nə istəmişəmsə,
Tanrım verib, gec verib, amma
verib. Əvvəl sınayıb, sıxıb,
imtahana çəkib,
dözdüyümü, naşükür,
asi olmadığımı
görüb istədiklərimin
ən yaxşısını
əta edib mənə»- bu etirafın müəllifi də Əlibala Hcızadədir.Bir insan kimi çox mədəni, əsl Azərbaycan ziyalısıydı.
Elə bir insan idi ki,
qalmaqalı, kiminləsə
çəkişməni, münaqişəni
sevmirdi, lap elə incik düşdüyü (ya haqlı, ya haqsız) adamlarla da tezliklə dil tapa bilirdi.
Bütün ömrü
boyu bir iş yeri olub-
Şərqşünaslıq institutunda çalışıb
(elmlər namizədi idi), yalnız beş il (1966-1970) Əfqanıstanda mütərcimlik
edib. Bütün tanınmış yazıçılarla,
alimlərlə dost idi, xasiyyətində elə cəhətlər vardı ki, heç kəs bu ürəyi açıq, sözü-söhbəti
duzlu insanla ünsiyyətdən çəkinmirdi.
Amma ən çox oturub-durduğu, yol yoldaşı, süfrə yoldaşı
olduğu, həqiqi dost deyə bildiyi beş-altı adam vardı: böyük alim Əkrəm Cəfər, şair Fikrət ca, yazıçılar-Nahid
Hacızadə, Əlövsət
Bəşirli, bir də Oqtay Rza.
Hər bir yazıçı üçün
hansı dövlət
məmurundan, vəzifəli
şəxsdən, nəşriyyat
rəhbərindən ya
messenetdan qayğı
görmək heç
vaxt unudulmur, çünki bu dünyada sözün sahibi olan insanlar
o sözə qiymət verə biləjək adamların qayğısına ehtiyac duyurlar. Əlibala Hacızadəyə də
belə qayğı göstərən insanlar olub. O, belələrini ehtiramla xatırlayırdı.
1980-ci ildə, yayın
qızmar günlərinin
birində ulu öndər-Heydər Əliyev
Saatlı rayonunda pambıqçı qızlar
işləyən bir briqadaya gəlir, qızları başına
yığıb onlara
bu ağır zəhmətləri üçün
təşəkkür edir
və sonra soruşur ki, nəyə ehtiyacınız
var, deyin, utanmayın. Qızlardan biri utana-utana qabağa çıxıb deyir ki, sağ olun,
Heydər müəllim,
bizim heç nəyə ehtiycımız
yoxdur, Amma bir xahişimiz var. Bu yaxınlarda
bir «İtkin gəlin» kitabı çıxıb, ondan bizim kəndə jəmi bircə nüsxə gəlib çıxıb, qızlarımız
onu oxumaq üçün növbəyə
durublar, mən
23-cü adamam. Əgər
mümkünsə, deyin,
o kitabdan bir az çox buraxsınlar.
Ulu öndərin
göstərişilə «İtkin
gəlin» hərəsi
100 min tiracla iki dəfə nəşr edilir. Bu, Sovet dönəmində
bir Azərbaycan yazıçısı üçün
ən yüksək bir tiraj idi.
Əlibala Hacızadənin
ilk mətbu əsəri – «Mənim müəlliməm» hekayəsi
1956-cı ildə Uşaqgəncnəşrin
buraxdığı «Gəncliyin
səsi» almanaxında
çap edilmişdi. İlk kitabı-«Heykəl gülür» hekayələr kitabı isə 1961-ci ildə işıq üzü gördü. Əlli beş illik yaradıjılığı ərzində
o, bir nasir kimi tanındı da, sevildi də.
Yaradıjılığa hekayə
ilə başladı,
sonra bir-birinin ardınja povestlər qələmə aldı, yetmişinci illərdə
isə ilk romanı – «Təyyarə kölgəsi» çap olundu. Sonra isə
onu məşhurlaşdıran
digər romanlar yazıldı. Bir sözlə, o, müasir Azərbaycan nəsrinə öz
dəyərli töhfələrini
verdi.
Ə.Hacızadənin hekayə və povestlərinin mövzusu müasir həyatdan götürülürdü, yazıçı
həm də uşaqlığının ən
çətin və məşəqqətli keçən
dövründən-müharibə illərinin acı həqiqətlərindən söz
açırdı. O, təkcə
hadisələri təsvir
etmək, təqdim etdiyi obrazların səcyyəvi xüsusiyyətlərini canlandırmaqla
işini bitmiş hesab etmirdi, cəmiyyətdə baş
verən mənəvi-əxlaqi
prosesləri də bu əsərlərin süjetinə hopdururdu. Yəni onun təsvir etdiyi insanlar və hadisələr yaşadığı
zamanın sosial-mənəvi
atmosferini əks etdirirdi. «Həsrət, «Mərdlik», «Məhəbbət
olmayan evdə» povestində müharibədən
sonrakı illərin gerçəkliyi əks olunurdu. Ymumiyyətlə, Əlibala Hacızadə Azərbayjan nəsrində
mənəvi-əxlaqi problemlərin
bədii həllini canlandıran, müasir Leyli və Məcnunların
hekayətlərin qələmə
alan nasirlərdən biri olmuşdur. Onun «Təyyarə kölgəsi» və «Vəfalım mənim» romanlarında üç məkan təsvir olunur-biri elmi –tədqiqat institutudur, burada elmi məsələlər
müzakirə edilir, ədəbi problemlərdən
söz açılır,
elmdə xaltura məsələləri pislənilir,
təşkilatçılıq metodunda nəzərə çarpan karyerizm kəskin tənqid atəşinə tutulur. İkinci məkan ailədir: cəmiyyətə layiq insan necə tərbiyə olunmalıdır,
kişi ilə qadın, valideynlə övlad arasında münasibətlər necə
qurulmalıdır-bu məsələlər
ailə və cəmiyyət müstəvisində
öz həllini tapır. Ailədə pis tərbiyə almış oğul əsl vətəndaş ola bilərmi? Üçücü məkanın
ünvanı isə sevən ürəklərdir.
Hər iki romanda məhz bu xətt diqqəti
daha çox cəlb edir.
Əlibala Hajızadənin
«İtkin gəlin», «Əfsanəsiz illər»,
«Ayrılığın sonu
yoxmuş» roman-trilogiyası
isə Əfqanıstanda
baş verən ictimai-siyasi hadisələrdən
daha çox lirik-sentimental məhəbbət
macəralarını əks
etdirir.Hər üç
roman təsvir olunan hadisələrin dramatizmi, psixoloji məqamları ilə oxucuları jəlb edirdi və elə bu səbəbdən
Azərbaycan oxucusu üçün həmin romanlar stolüstü əsərlərə çevrilmişdi.
Romanlarda əfqanların
yaşayış tərzi,
milli əxlaqi səjiyyələri, etnoqrafik
aləmi dərin müşahidələrlə qələmə
alınmışdı, hiss
olunurdu ki, Ə.Hacızadə Əfqanıstanda
beş il müddətində təkcə
tərcüməçi kimi
fəaliyyət göstərməmiş,
həm də bu xalqın həyat tərzini, məişətini, adət-ənənələrini,
dini baxışlarını
diqqətlə müşahidə
etmişdir.
Əlibala Hacızadəni
bir romançı kimi səjiyyələndirən
özəl xüsusiyyətlər
vardır. Onu çox vaxt Məmməd Səid Ordubadi ilə də müqayisə edirlər.O da
Ordubadi kimi romanlarında maraqlı hadisələr qurmağı,
xüsusilə macəraçılığa
meyl etməyi, əsas hadisələri sevgi xətti ilə əlaqələndirməyi
çox sevirdi. Acaq fərq burasında idi ki, Ordubadi epik
nəsrin, Əlibala Hajızadə isə lirik nəsrin yaradıjılarından idi.
Lirika onun sonralar qələmə aldığı «Dünyanı
tanı», «Möcüzə»,
«Xoş gəlmisən
Nərgizim», «Ölüm
yoxdur» romanlarında da başlıca üslubu təşkil edir. Adını çəkdiyimiz bu son əsərlər isə müasir həyatda baş verən hadisələri əks etdirirdi. Bu əsərlərdə də insanın yüksək mənəvi
keyfiyyətləri təbliğ
olunur, mənfiliklər
isə tənqid hədəfinə çevrilirdi.
Əlibala Hajızadə
həm də şərqşünas alim
və ədəbiyyatşünas
idi. Onun «Fərruzi Yəzdinin poeziyası», «İran romanının
tarixi», «Mirzadə Eşqi-vaxtsəz söndürülmüş
məşəl», «Sadiq
Hidayət-hekayə ustası
kimi» monoqrafiyaları,
çoxlu sayda elmi-tənqidi məqalələri
(bu yazıların əksəriyyəti müasir
ədəbiyyatımızın tədqiqinə həsr olunub) var. Haçansa
onun bu sahədəki
fəaliyyəti də
tədqiq olunmalıdır.
Və nəhayət,
onun şeirləri haqqında. O, heç vaxt özünü şair adlandırmırdı.
Ancaq yazdığı
şeirləri də onun yaradıcılığından
təcrid oluna bilməz, çünki bunlar sözün həqiqi mənasında ŞEİRdir. Lirik, kövrək və həzin qəlb çırpıntılarını, romantik sevgi duyğularını əks
etdirən şeirlər
və heç də təsadüfi deyil ki, o şeirlərin
bir çoxu xanəndələrin, müğənnilərin
repertuarına da yol tapıb. Qoy bu yazını
da ruhu bizimlə
olan, xatirəsi ürəyimizdən silinib
getməyən o gözəl
insanın bir şeiri ilə sona yetirək:
Ölüm bu dünyanın o üzündədi,
Bu üzü dünyanın güldü,
çiçəkdi.
Ölməzlik-məhəbbət zirvəsindədi,
Məhəbbət-əbədi ömür
deməkdi.
Hcranın yolları bitməz-tükənməz,
Vüsal yollarına qar ələnibdi.
Ömrünü eşqinə
qurban deyən kəs,
Xəyanət əliylə
güllələnibdi.
Sızlama ürəyim, sən dözümlü ol,
Dünya gah ajıdı, gah da şirindi.
Bir
gözünlə ağla,
bir gözünlə gül,
Dünya
əzabına dözənlərindi.
Vaqif Yusifli yazır
Ədalət.-2025.-
12 sentyabr (¹34).- S.-13.